ONLAR BU GÜN TƏLƏBƏ, SABAH MÜSTƏQİL AZƏRBAYCANIN QURUCULARIDIR
Tərtər Rayon İcra Hakimiyyətində 2024-cü ildə ümumtəhsil məktəblərini bitirərək ali məktəbə daxil olub, tələbə adını qazanmış gənclərlə görüş keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, məktəb direktorları, tələbə adını qazanmış məzunlar və valideynlər iştirak ediblər.
Görüş rayon icra hakimiyyətinin akt zalında keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqla-rımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, öncə tələbə adını qazanmış bütün məzunları ürəkdən təbrik edib. Onlara gələcək təhsillərində uğurlar diləyib, doğma vətənimiz–müstəqil Azərbaycanın inkişafına və tərəqqisinə yüksək bilikli mütəxəssislər kimi öz töhfələrini verməyi arzu edib.
Sonra rayon rəhbəri Ulu Öndərin “Təhsil millətin gələcəyidir”, ”Mən dünyada müəllimlikdən yüksək ad tanımıram” kəlamlarını yada salıb, qeyd edib ki, bu sözlər müəllim əməyinə verilən ən yüksək dəyərdir. Daha ətraflı »
Yeni ismarıclar