Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23İyl
    Xəbərlər Gücümüz bir olanda, dəmir yumruğumuz da ağır olur üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə çıxış edib. O bildirib ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib.

    Regionun xalqları özlərini təhlükəsiz hiss edir. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb.

    Prezident İlham Əliyev deyib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik. Azərbaycan cəmiyyəti olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır.

    Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər.

    Azərbaycan torpaqlarının işğalı 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. Daha ətraflı »

  • 19İyl
    Xəbərlər İyulun 22-si Azərbaycan Milli Mətbuatının yaranması Günüdür üçün şərhlər bağlıdır

    BİZİM BAYRAMIMIZ

    Milli mətbuatın yaranmasının 149-cu ildönümünü qeyd edirik. Builki bayram xüsusilə önəmlidir. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edilməsi ilə bağlı arzularımız gerçəkləşib. Bu da həqiqətdir ki, 30 ildən artıq davam edən mübarizədə media nümayəndələri əsgər kimi ən qaynar nöqtələrdə olub, qələbəmizin yaxınlaşmasına öz töhfələrini veriblər.
    Qəzetimizin 90 illik yubileyi ilə bağlı cari ilin may ayında rayonumuzda keçirilən geniş tədbirdə də bu barədə səmimi söhbət getmişdi. Əslində bu tədbir yalnız “Yeni Tərtər”in deyil, bütövlükdə bölgə mətbuatının bayramı idi.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun dəvəti ilə gələn hörmətli qonaqlar bir qəzetin 90 il ərzində fəaliyyət göstərməsini yüksək qiymətləndirmiş, xüsusən də cəbhə bölgəsində çalışan jurnalistlərin əməyini fədakarlıq adlandırmışlar.
    Bütövlükdə götürəndə isə, jurnalist olmağın özü elə fədakarlıqdır, istər müharibə dövründə, istərsə də indiki dinc şəraitdə. Xüsusən sosial şəbəkələr, elektron media geniş yayıldığı bir zamanda, çap mediasını yaşatmaq getdikcə çətinləşir.
    Biz bunu “Yeni Tərtər”in timsalında da görürük. Maddi çətinliklər bir növ digər məsələləri üstələyir. Bununla belə, mətbuatın dəyərini bilən, onu yaşatmağa çalışan insanlar da az deyil. Biz hər bir abunəçimizə ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk. Daha ətraflı »

  • 19İyl
    Xəbərlər Rayon ağsaqqalları Şuşa şəhərinə və Laçın rayonuna səfər ediblər üçün şərhlər bağlıdır

    Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyevin təşkilatçılığı və dəstəyilə Tərtər rayon Ağsaqqalar Şurası üzvlərinin bir qrupu bu günlərdə işğaldan azad olunmuş Şuşa şəhərinə və Laçın rayonuna səfər ediblər.
    Ağsaqqallar Şuşa şəhərində Cıdır düzündə, İsa bulağında, Gövhərağa Məscidində, Molla Pənah Vaqifin məqbərəsində, Laçın rayonunda və Zabux kəndində aparılan tikinti-abadlıq işləri ilə tanış olub, gəzintidə xatirə şəkilləri çəkdiriblər.
    Tərtər Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov öz təəssüratlarını belə ifadə edib:
    – “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı”nın tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri getdikcə daha da genişləndirilir. Azərbaycan xalqı tarixi Zəfərdən sonra 30 illik həsrətinə qovuşub. İşğal altından azad olunmuş ərazilərə qayıtmaq, oranı gəzmək, orada yaşamaq təkcə məcburu köçkünlərin deyil, bütün Azərbaycan xalqının arzusudur. Şükürlər olsun ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin komandanlığı altında igid oğullarımız bizə qələbə sevincini yaşatdılar. İndi işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-abadlıq işləri aparılır. Tezliklə Qarabağ yenidən gülüstana çevriləcək. Bizə yaşatdığı qələbə, zəfər sevincinə, işğaldan azad ediən ərazilərdə aparılan abadlıq işlərinə görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya rayon ağsaqqalları adından öz minnətdarlığımızı bildiririk.

     

  • 19İyl
    Xəbərlər “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    Suvarma kanallarının ətrafı təmizlənib

    Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər şəhəri, Şah İsmayıl Xətai küçəsində suvarma kanallarının ətrafında təmizlik aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların və Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin kollektivləri fəal iştirak edib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı İsrafil Paşayev çıxış edərək bildiriblər ki, tədbirin keçirilməsində məqsəd ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
    Qeyd olunub ki, bu cür aksiyalar rayon ərazisində mütəmadi olaraq davam etdiriləcəkdir.

  • 10İyl
    Xəbərlər TƏRTƏRDƏ POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNUB üçün şərhlər bağlıdır

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat kollektivləri, İƏD üzrə nümayəndələr və rayon polis şöbəsi-nin əməkdaşları iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, onun xatirəsini ehtiramla anıblar.
    Sonra rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik etdi, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxudu, Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər saldı, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Bildirdi ki, Azərbaycan Polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Daha ətraflı »

  • 10İyl
    Xəbərlər Yuxarı Qapanlı kəndində səyyar-qəbul görüş keçirilib üçün şərhlər bağlıdır

    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Yuxarı Qapanlı kəndində keçirilən növbəti səyyar qəbul-görüşündə səhiyyə, təhsil, mədə-niyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nü-mayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi in-kişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Yuxarı Qapanlı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, son illər əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
    Qeyd olunub ki, Yuxarı Qapanlı kəndinin 605 hektar ərazisi, 281 təsərrüfatı, 1180 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 3 ticarət obyekti, 2 iaşə obyekti, 2 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1213 baş iribuynuzlu, 1372 baş xırdabuynuzlu heyvan, 4207 baş quş saxlayırlar. Daha ətraflı »

  • 10İyl
    Xəbərlər Rayonumuzda “Sərbəst danışıq” psixoloji və nitq inkişafı mərkəzi açıldı üçün şərhlər bağlıdır

    Bu günlərdə rayonumuzda “Sərbəst danışıq” psixoloji və nitq inkişafı mərkəzinin açılışı olub. Açılışda Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zabil Paşayev, Təhsil Sektorunun psixoloqu Gülxar Abbasova, media və ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər.
    Qeyd edək ki, mərkəzdə lo-qoped, psixoloq, pedaqoq və düyü bütünləmə mütəxəssisləri fəaliyyət göstərəcək. Mərkəzin rəhbər-loqopedi Jalə Əsgərova, loqoped Aytac Muradlı, klinik-psixoloq Təranə Əmiraslanlı, pedo-qoq Nigar Xosrovlu, düyü bütünləmə mütəxəssisi Gülər Quluyeva, ailə psixoloqu Gülxar Abbasovadır.
    Mərkəzin açılışı ilə bağlı sahibkar Kəyam Quliyev deyir:
    –Uzun illər ərzində Tərtər rayonu cəbhə bölgəsi olub, qəhrəman tərtərlilər düşmənlə üzbəüz müharibə şəraitində yaşayıblar. Mənfur düşmənin hərəkətləri, yaşanan stress insanların səhhətinə, psixoloji durumuna, xüsusən də dünyaya gələn körpələrin sağlamlığına ciddi təsir göstərib. Hal-hazırda Tərtər rayonunda digər bölgələrə nisbətən xüsusi qayğıya ehtiyacı olan uşaqların sayının daha çox olması da elə bunun nəticəsidir. Daha ətraflı »

  • 28İyn
    Xəbərlər Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər üçün şərhlər bağlıdır

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatının, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin xatirəsinə hörmət əlaməti olaraq mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
    Dövlət himni səsləndirilib. Sonra Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını təbrlk edərək, onlara öz işlərində uğurlar, həmişə dövlətə və dövlətçiliyə sadiq olmağı arzula-yıb. Rayon rəhbəri bildirib ki, 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Daha ətraflı »

  • 28İyn
    Xəbərlər “Dəyirmi masa” keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP ra-yon təşkilatının inzibati binasında 26 iyun-Narkomaniya və narkobiznesə qarşı Beynəlxalq Mübarizə gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
    Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov acaraq, bildirib ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkobiznesə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulubdur. Sonra o, respublikada həyata keçirilən narkomaniyaya qarşı mübarizə tədbirlərindən, görülən işlərdən söz açıb.
    Tədbirdə həmçinin YAP rayon təşkilatının sədri Eldar Əsədov, Təhsil sektorunun metodisti Gülxar Abbasova, rayon Mərkəzi xəstəxanasının poiliklinika şöbəsinin psixoloqu Təranə Əmiraslanlı, rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Elşən Əm-rahov və başqaları çıxış ediblər.

  • 28İyn
    Xəbərlər Şəhid ailəsinin müraciəti öz müsbət həllini tapıb üçün şərhlər bağlıdır

    Rayon rəhbərinin növbəti vətəndaş qəbulunda şəhid İnqilab Ağayevin həyat yoldaşı, Tərtər şəhər sakini Ruqiyyə Ağayeva müraciət edərək evinin yanmış dam örtüyünün yenisi ilə əvəz olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq şəhid ailəsinə evin dam örtüyünün dəyişdirilməsi üçün 30 ədəd azbest şifer verilmiş və maddi yardım edilmişdir.
    Bununla bağlı Ruqiyyə Ağayeva deyib:
    – Ailə başçısını itirmək olduqca ağırdır. Biz şəhid ailələrinin bircə təsəllisi budur ki, dövlətimiz, Ordumuz Birinci Qarabağ müharibəsi şəhidlərinin qanını yerdə qoymadı, torpaqlarımız işğaldan tamamilə azad olundu. Dövlətimiz, rayon rəhbərliyi daim şəhid ailələrinin yanındadır. Problemlərimizə həssas yanaşılır, müraciətlərimiz vaxtında həll olunur.
    Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.