Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01May
    Xəbərlər Tərtərdə sel sularının vurduğu ziyan aradan qaldırılır üçün şərhlər bağlıdır

    Axşam saatlarında Tərtər rayonuna yağan aramsız yağış daşqınlara səbəb olub.

    Güclü yağışla əlaqədar yaranan sel nəticəsində rayonunun Dəmirçilər, Ağkənd və Çaylı kəndlərində  fərdi təsərrüfatlara, taxıl, arpa, yonca, meyvə bağlarına və digər kənd təsərrüfatı təyinatlı bitkilərə ziyan dəymişdir.

    Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon fövqəladə hallar komissiyası tərəfindən təcili olaraq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılmış, ötürücü su arxları təmizlənərək, kəndlərə daxil olan sel sularının qarşısının alınması işləri aparılır.

    Həmçinin rayonun Həsənqaya, Çaylı, Qaynaq, Yuxarı Qaradağlı, Qaraağacı, Qapanlı, Düyərli, İrəvanlı, İsmayılbəyli, Səhlabad, Yuxarı Qapanlı, Qazyan, Soyulan və Əskipara kəndlərinə yağan güclü dolu nəticəsində vətəndaşlara məxsus təsərrüfatlara və əkin sahələrinə də ziyan dəymişdir.

    Mövcud vəziyyətlə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti idarə, təşkilat rəhbərləri ilə birgə sel hadisəsi baş verən Dəmirçilər və Ağkənd kəndlərində olmuş, fəsadın aradan qaldırılması ilə bağlı təcili tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələrini vermişdir.

     

  • 29Apr
    Xəbərlər Rayon rəhbərinin Kəngərli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Kəngərli kəndində keçirilib.

    Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub.

    Rayon rəhbəri qəbulda möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, ölkə rəhbərinin Novruz bayramında Talış kəndinə səfərindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Rayon rəhbəri aprelin 23-də Azərbaycanın tarixində ən əlamətdar bir tarix kimi yaddaşlara həkk olunduğunu bildirib. Qeyd olunub ki, həmin tarixdə Azərbaycan tərəfindən Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin əraziləri üzərində süverenliyinin növbəti təsdiqidir. Bununla yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, rifahın-əminamanlığın təməlinin qoyulması istiqamətində mühüm addımdır. Daha ətraflı »

  • 28Apr
    Xəbərlər TALIŞDA İLK TOY SEVİNCİ üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin hər bir sözünün arxasında konkret, real işlər dayanır. Torpaqlarımız işğaldan azad ediləndən sonra onun xalqa verdiyi növbəti vədi bu yerlərə tezliklə Böyük Qayıdışın başlanması olmuşdu. İndi budur, erməni vandallarının viran qoyduqları doğma yurdlara qayıdış başlayıb. Bu torpaqlarda irimiqyaslı layihələr həyata keçirilir, evlər tikilir, vətəndaşlarımızın rahat yaşaması üçün infrastruktur yaradılır. Belə yaşayış məntəqələrindən biri də rayonumuzun Talış kəndidir.
    Doğma ocaqlarına köçən ailələrə gözəl şərait yaradılıb və həyat getdikcə öz axarına düşür. Bu yaxınlarda isə Talışda ilk toy sevinci yaşanıb.
    Kənd sakini Anar Camalov deyir:
    –Çox istəyirdik ki, övladlarımızın kiçik toy məclisini məcburi köçkün kimi deyil, öz ocağımızda, öz evimizdə qeyd edək. İndi arzumuza çatmışıq. Məclisimizdə hörmətli qonaqların – Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Milli Məclisin deputatı Sahib Alıyevin iştirak etmələri sevincimizi daha da artırdı.
    Bu toy Talışda ilk xeyir iş oldu. Ancaq gələcəkdə belə toyların sa-yı çox olacaq. Çünki insanlar öz torpaqlarına qayıdıblar. Bu qayıdışı təmin edən, bizə sevincli günləri yaşadan isə müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevdir. Daha ətraflı »

  • 08Apr
    Xəbərlər Həsənqaya kəndində mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Həsənqaya kəndində sakinlər arasında  mina təhlükəsizliyinə dair növbəti maarifləndirmə tədbiri keçirilib.

    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Avrasiya  Yayım Fondunun koordinatoru Ruslan İbrahimbəyli, rayon prokurorunun köməkçisi Elmar Ələddinzadə, rayon polis şöbəsinin  rəis müavini  Həsən Məmmədov, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rayon üzrə nümayəndəsi  Möhlət  Nəzərov  kənd sakinlərinə mina təhlükəsindən qorunmağın yolları və təhlükəsiz davranış haqqında ətraflı məlumat verib, hər hansı təhlükəli cisim, sursat gördükdə  əl vurmamalı, dərhal 102 və ya 112 qaynar xəttə zəng etmələrini tövsiyyə ediblər.

     

  • 08Apr
    Xəbərlər BDU Tərtərin 3 məktəbinə kompüter və kitablar hədiyyə edib üçün şərhlər bağlıdır

    Bakı Dövlət Universiteti (BDU) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Tərtər şəhər 1 və 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərinə kompüterlər hədiyyə edilib.

    Kompüterlər “Bestcomp” şirkətinin dəstəyi ilə alınıb.

    Bundan əlavə, adıçəkilən məktəblərə BDU Elmi Kitabxanasından 271 adda 500-dək kitab da hədiyyə olunub. Hədiyyə olunan kitablar arasında BDU-nun öz nəşrləri, o cümlədən ikicildlik “Azərbaycan tarixi” kitabı, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, Universitet alimlərinin fəaliyyətini əks etdirən nəşrlər, bədii, tarixi, elmi əsərlər də yer alıb.

     

  • 08Apr
    Xəbərlər BDU alimləri Tərtər məktəblilərinə Ümummilli Lider Heydər Əliyevin irsi ilə bağlı mühazirə deyiblər üçün şərhlər bağlıdır

    Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi, professor-müəllim heyəti Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Tərtər şəhər 1 və 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərin şagirdləri ilə görüşüb.

    BDU-nun rektoru Elçin Babayev, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, dosenti Azad Rzayev, İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti  Knyaz Aslan Tərtər şəhəri 6 nömrəli, Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti Rasim Süleymanov Tərtər şəhəri 1 nömrəli, İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov, Beynəlxalq münasibətlər kafedrasının dosenti Bəxtiyar Nəbiyev, Tarix fakültəsinin müəllimi Anar Həmidov Şıxarx qəsəbəsi 2 nömrəli tam orta məktəblərdə Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı mühazirələr deyib, şagirdləri dahi liderin zəngin həyat və fəaliyyətini dərindən öyrənməyə, onun əsasını qoyduğu dəyərləri qorumağa və inkişaf etdirməyə səsləyiblər. Daha ətraflı »

  • 07Apr
    Xəbərlər Tərtərdə çiyid səpininə start verilib üçün şərhlər bağlıdır

    Bu il rayonda 2439,7 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.

    Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC tərəfindən 408 istehsalçı və “Azərpambıq” MMC tərəfindən  isə 302 istehsalçı ilə müqavilə bağlanılıb. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.

    Rayonda səpinə 24 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 15-20 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.

    Sarıcalı kənd sakini Hüseyn Cəbrayılovun sahəsində səpin işlərinin gedişini izləyən  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fermerlərə müvafiq tövsiyələrini verib.

     

  • 03Apr
    Xəbərlər Tərtərdə mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

     Aprelin 1-də Tərtər Rayon İcra Hakimiyyətində Tərtər rayonu ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və suvarma suyunun əkin sahələrinə verilməsinə nəzarəti gücləndirmək məqsədilə yaradılmış rayon qərargahının növbəti tədbiri keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, aparatın məsul əməkdaşları, rayon qərərgahının üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndlər və bələdiyyə sədrləri iştirak ediblər.

    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov dünyada su probleminin ciddi hal aldığını qeyd edib. Bildirib ki, qloballaşmanın  nəticəsi olaraq iqlim dəyişiklikləri su ehtiyatlarına çox ciddi təsir göstərir. Azərbaycanda su ehtiyatları ilə bağlı problemlərin həlli istiqamətində ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər görülür. Vurğulayıb ki, davamlı sosial-iqtisadi inkişafda su ehtiyatlarının istifadə və mühafizəsi məsələsi əsas rol oynayır.

    Rayon rəhbəri çıxışında qeyd edib ki, su qıtlığının qarşısını almaq məqsədi ilə rayon ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlik prinsiplərinə uyğun verilməsinə və rayon ərazisində yeni subartezian quyuları qazılarkən susuzluqdan daha çox zərər çəkən və dövlət əhəmiyyətli kənd təsərrüfatı məhsulları əkilən ərazilərin seçilməsinə ciddi nəzarət edilməlidir.

    Tədbirdə həmçinin su ehtiyatlarından səmərəli istifadə etmək üçün mövcud imkanlar çərçivəsində qarşıda duran işlər barədə ətraflı müzakirələr aparılıb. Mövcud su ehtiyatlarından maksimum dərəcədə qənaətlə istifadə etmək məqsədi ilə icra nümayəndələri və bələdiyyələr tərəfindən əhali arasında maarifləndirmə işləri aparılması tövsiyyə edilib.

  • 03Apr
    Xəbərlər Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində növbəti iməcilik keçirilib üçün şərhlər bağlıdır

    Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən növbəti iməcilik keçirilib.

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində, Nizami küçəsində keçirilən iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, sakinlər fəal iştirak ediblər.

    Əvvəlcə ərazidə təmizlik işləri aparılıb, səkilər təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, mövsümlə əlaqədar ağac və kollarda budama aparılıb. Ərazidə ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantıları təmizlənərək  Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.

    Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

     

  • 31Mar
    Xəbərlər Tərtərdə 31 Mart-Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb üçün şərhlər bağlıdır

    Tərtərlilər 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Mərkəzi Meydanda Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə kompleksini ziyarət edib, Ümummilli Liderin, soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

    Anım mərasimində Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov Ümummilli Liderin, soyqırım qurbanlarının və şəhidlərin ruhuna dualar oxuyub, tədbir iştirakçıları abidələrin önünə gül dəstələri düzüblər.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.