Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq
    Xəbərlər YENİ TRANSFORMATORLAR QURAŞDIRILIB üçün şərhlər bağlıdır

    DSC_7217Son vaxtlar “Azərişıq”- ASC-nin Tərtər Rayon Elektrik Şəbəkəsi tətərəfindən 10 ədəd istismar müddətini başa vurmuş köhnə transformator müasir tipli və daha güclü transformatorlarla əvəz olunub. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Xəbərlər DAM ÖRTÜKLƏRİ DƏYİŞDİRİLİB üçün şərhlər bağlıdır

    DSC_7242Şəhərimizin Ədalət Paşayev küçəsində 3 ədəd ikimərtəbəli, Heydər Əliyev prospektində 1 ədəd beşmərtəbəli yaşayış binalarının dam örtükləri əsaslı təmir olunub, müasir mansard üslubunda vurulub.
    Hal-hazırda binaların görkəmi göz oxşayır.

    Teqlər:

  • 18Avq
    Xəbərlər YENİ LAYİHƏNİN İCRASI DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    DSC_7227Tərtər şəhərinin və ətraf on bir kəndin içməli su və kanalizasiya sisteminin quraşdırılması layihəsi üzrə tikinti-quraşdırma işləri davam etdirilir. Nəzərdə tutulan su və kanalizasiya sisteminin hər birinin uzunluğu 110 kilometrdir. Bu möhtəşəm layihənin icrasına cari ilin iyun ayında başlanıb Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Xəbərlər TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    DSC_7062Heydər Əliyev prospektində bir çox idarə və təşkilatların yerləşdiyi üçmərtəbəli inzibati binanın əsaslı təmir işləri davam etdirilir. Belə ki, binanın fasad hissəsi müasir memarlıq üslubunda üzlənib, ətrafı gecə işıqlanması ilə təchiz edilib, pəncərələr dəyişdirilib.
    Hazırda binanın daxilində əsaslı təmir işləri davam etdirilir.

    Teqlər:

  • 18Avq
    Xəbərlər QƏHRƏMANL ARIN ADLARI VERİLƏN KÜÇƏLƏRDƏ üçün şərhlər bağlıdır

     
    Изображение 236Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilmiş küçədə təmir-abadlıq işləri aparılıb, istinad divarları bəzək daşları ilə üzlənib, gecə işıqlanma sistemi quraşdırılıb, asfalt örtüyü salınıb və girişdə Vəzir Orucovun barelyefi qoyulub. Milli Qəhrəman Mübariz İbrahimovun və “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun adları yeni verilmiş küçələrdə də onların barelyeflərinin quraşdırılması üçün hazırlıq işləri görülür.

    Teqlər:

  • 07Avq
    Xəbərlər GƏNC MÜƏLLİMLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    DSC_7128Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Gənclərin təhsilinə dövlət tərəfindən daim qayğı və diqqət göstərilir. Eyni zamanda onların xalqımızın milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi hazırda qarşıda duran başlıca vəzifələrdən biridir. Bütün bunlar barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun gənc müəllimləri ilə görüşündə söhbət gedib. Gənclər Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov, baş referent Svetlana Əzizova və rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 07Avq
    Xəbərlər Rayonun daha 4 kəndinə mavi yanacaq verildi üçün şərhlər bağlıdır

    DSC_6976Rayonun Mamırlı, Poladlı, Kəngərli və Balakəngərli kəndlərinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasimlər keçirilib. Mərasimlərdə kənd İƏD üzrə nümayəndələr kəndlərin sosial-iqtisadi vəziyyəti haqqında məlumat vermişlər.
    Sonda kənd ağsaqqalları, ziyalılar və digər sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə etmişlər. Daha ətraflı »

    Teqlər:

  • 27İyl
    Xəbərlər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    DSC_6797Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə təltif olunan media işçiləri arasında “Yeni Tərtər” qəzetinin baş redaktoru Hüseynov Tofiq Yusif oğlu (Tofiq Yusif) də vardır.
    Tofiq Yusifi yüksək dövlət mükafatına–“Tərəqqi” medalına layiq görülməsi və Azərbaycan milli mətbuatı yaranmasının 140 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona cansağlığı, jurnalist fəaliyyətində yeni uğurlar diləyirik. Arzu edirik ki, ömrünün bir hissəsini həsr etdiyi “Yeni Tərtər” qəzeti bundan sonra da region mətbuatı sırasında sayılıb-seçilən mət-bu orqanlarından, onun baş redaktoru isə respublikamızda sevilən və yazıları oxunan jurnalistlərdən olsun.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27İyl
    Xəbərlər TƏŞKİLATIN SIRALARI MÖHKƏMLƏNİR üçün şərhlər bağlıdır

    DSC_6743YAP Tərtər Rayon Təşkilatı yaradılmasının 22-ci ildönümünə həsr olunmuş təntənəli yığımcaq keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər qərənfillər düzülüb.
    Yığıncaq Heydər Əliyev Mərkəzinin iclas zalında davam etdirilib. Mərasimdə YAP Tərtər Rayon Təşkilatının Şura üzvləri, Qadınlar Şurasının, Gənclər Birliyinin, Nəzarət-Təftiş Qrupunun üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, fəal YAP üzvləri və mətbuat nümayəndələri iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 24İyl
    Xəbərlər İNSAN ALVERİ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR üçün şərhlər bağlıdır

    DSC_6628Gəncə şəhərində yerləşən “Təmas” Regional İnkişaf İctimai Birliyi ra-yonumuzdakı Heydər Əliyev Mərkəzində “İnsan alveri və potensial insan alveri qurbanlarına xidmət edən Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzinin dəstəklənməsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirib. Daha ətraflı »

    Teqlər: