Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03Mar
    Xəbərlər Tərtər rayonunda ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə təbliğat xarakterli materiallar yerləşdirilib üçün şərhlər bağlıdır

    “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 23 dekabr 2015-ci il tarixdə 1045 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 9.2.1 bəndinə əsasən ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar, stendlər yerləşdirmək nəzərdə tutulmuşdur.

    Bununla bağlı olaraq Tərtər Rayon İcra Hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər  nümayəndəliyinin könüllüləri rayonun fəal gəncləri ilə birlikdə ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar, stendlər yerləşdirib.

  • 20Fev
    Xəbərlər HEYDƏR ƏLİYEV İLİ–2023 üçün şərhlər bağlıdır

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları peşə bayramlarında Heydər Əliyev Mərkəzini ziyarət ediblər

    Rayon icra hakimiyyətinin və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları öz peşə bayramlarında Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
    Tədbir iştirakçıları öncə mərkəzdə Ümummilli Liderin büstünün önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla anıblar.
    Sonra onlar mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara və Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisinə baxıblar.
    Ziyarətçilər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin həyatının hər bir mərhələsi böyük məktəb, gənclər üçün örnəkdir. Muzeydə toplanmış eksponatlarla tanış olduqca, bu dahi şəxsiyyətin xalqımızın xoşbəxtliyi yolunda əvəzolunmaz fəaliyyəti bir daha gözlərimiz önündə canlanır.

     

  • 20Fev
    Xəbərlər İlk ağacəkmə aksiyası keçirilib üçün şərhlər bağlıdır

    Bu günlərdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində ilk ağacəkmə aksiyası keçirilib. Aksiyadan öncə prospektdə abadlıq işləri aparılıb, telekommunikasiya xətləri qaydaya salınıb, gecə işıqlandırılması lampaları yenisi ilə əvəz olunub.
    Tərtərlilər Ümummilli Liderin adını daşıyan prospektdə ilkin olaraq 100 ədəd şam ağacı, eyni zamanda Heydər Əliyev prospektində, Şıxəli Qurbanov küçəsində və Sabir parkında 5 min ədəd həmişəyaşıl təkgöz kolu əkiblər.
    Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ”Heydər Əliyev ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının ekoloji tarazlığın qorunmasında mühüm rol oynadığını, Ulu Öndərin Azərbaycanın – doğma Vətənimizin hər qarışına verdiyi dəyərin unudulmadığını, daim yaşayacağını təbliğ etdiyini bildirib.

    “Yeni Tərtər”

     

  • 20Fev
    Xəbərlər Tərtərlilərin yardımı Gəncə şəhərində yerləşən Türkiyə konsulluğuna təhvil verilib üçün şərhlər bağlıdır

    Tərtər rayonundan Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə göndərilən humanitar yardım Gəncə şəhərində yerləşən Türkiyə konsulluğuna təhvil verilib.
    Yardımı çatdıran “Vətən Müharibəsi Qəhrəmanı” şəhid, Anar Əliyevin atası Vaqif Əliyev, ”Vətən Müharibəsi Qəhrəmanı” qazi Azər Abdullazadə və “Azərbaycan Bayrağı” ordenli Elnur Salahov, Vətən müharibəsi veteranı Xəyyam Hüseynov konsulluqda qəbul ediliblər. Onlar xatirə kitabına öz ürək sözlərini yazıblar. Azərbaycan xalqının Türkiyə ilə Ulu Öndərin dediyi kimi “bir millət, iki dövlət” olduğunu, həmişə yaxşı gündə də, çətin məqamlarda da Türkiyənin yanında olduqlarını bildiriblər.
    Tərtərli nümayəndələr zəlzələdə halak olan türk qardaş və bacılarımıza rəhmət, yaralılara tezliklə öz sağlamlıq-larına qovuşmağı diləyiblər.

    * * *

    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən insanların müvəqqəti yaşaması üçün hər çür şəraiti olan 4 ədəd müasir modul tipli ev birbaşa qardaş Türkiyəyə göndərilib.

  • 20Fev
    Xəbərlər ŞƏHƏRİMİZDƏKİ SABİR PARKI YENİ BAHARI YENİ GÖRKƏMDƏ QARŞILAYIR üçün şərhlər bağlıdır

    Şəhərimizdə abadlıq, təmizlik işləri ilboyu dayanmır. Yazqabağı günlərdə isə bu işlər daha böyük həvəslə görülür. Hazırda küçələrin abadlaşdırılması ilə yanaşı ağacəkmə kampaniyası böyük vüsət alıb.
    Yenilənən, gözəlləşən məkanlardan biri də şəhərimizdəki Sabir parkıdır. Bu günlərdə parkda görülən işlərlə tanış olmaq üçün burada olduq. Ətraf mənzərə göz oxşayırdı. Tərtər Rayon İcra Hakimiyyəti Aparatında Memarlıq və Tikinti şöbəsinin baş memarı Tofiq Kərimovdan görülən işlər barədə məlumat verməsini xahiş etdik. O dedi:
    – Sabir parkı yeni baharı tamamilə yeni görkəmdə qarşılayacaq. Belə ki, burada olan köhnə tamet daşları və bardürlər sökülərək yeniləri ilə əvəz olunur. Yaşıllıq zolaqlarına münbit torpaq tökülərək, burada yeni ağaclar əkilib, yaşıllıq salınıb. İstinad divarları bəzək daşları ilə yenidən bərpa olunub. İşıqlanma sistemi müasir tələblərə cavab verən səviyyədə qurulub.
    Biz parkda olarkən ətraf binaların uşaqları parkın ərazisindəki yeni görkəm alan söhbətçələrdə oturub nə barədəsə müzakirə aparırdılar. Onlar bildirdilər ki, parkın abadlaşdırılmasına çox sevinirlər. Yaxşı hava olanda bəzən elə dərslərini də burada hazırlayırlar.
    Şəhər sakinlərinin ən çox ürəyincə olan məqamlardan biri də görkəmli satira ustasının və onun əsərlərinin satirik personajlarının büstlərinin rənglənib qaydaya salınmasıdır. Bunun özü bir gözəllik olmaqla yanaşı, həm də keçmişimizə, mədəniyyətimizə hörmət əlamətidir. Daha ətraflı »

  • 18Fev
    Xəbərlər Az.tv-nin nümayəndələri Tərtər rayonunda ictimai dinləmə keçiriblər üçün şərhlər bağlıdır

     

    Azərbaycan Televiziya və  Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri cəmiyyətin  nəzdində fəaliyyət göstərən telekanalların efir   göstəricilərini müəyyən etmək,   tamaşaçı rəylərini  öyrənmək  məqsədi ilə Tərtər rayonunda ictimaiyyət nümayəndələri ilə görüşə gəliblər.

    Tədbirdən öncə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qapalı Səhmdar Cəmiyyətdə Analitik qrupun rəhbəri  Faiq Hüsiyevi, “Mədəniyyət” kanalının direktor müavini Ramiz  Hüseynovu, Proqram direktorunun müavini Bəxtiyar Qaracanı və Azərbaycan Radiosunun şöbə müdiri İlham Rəhimlini    qəbul edib, görüş barədə fikir mübadiləsi aparılıb.

    Qonaqlar rayon icra hakimiyyətinin kitabxanasında da olublar. Onlar Mərkəzi meydanda  Vətən müharibəsi zamanı ermənilərin Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə atdıqları qadağan olunmuş raketlərin qalıqlarına baxıblar.

    Sonra tərtərlilər ilə  Rayon Mədəniyyət Mərkəzində içtimai dinləmə  keçirilib.

    Tədbirdə nümayəndələr tərəfindən Azərbaycan Televiziya və  Radiosunda həyata keçirilən islahatlar, efirə çıxarılan yeni  layihələr barədə sakinlərə  ətraflı məlumat verilib. Daha ətraflı »

  • 10Fev
    Xəbərlər Ümumrayon tədbiri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində gənclərin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” və “Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzularında ümumrayon tədbiri keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini, sonra isə Şəhidlər Abidə Kompleksini ziyarət edib, abidələrin önünə gül-çiçək dəstələri düzərək, xatirələrini ehtiramla anıblar.
    Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilən tədbirdə Umummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
    Çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov bildirib ki, dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Ulu Öndərin birinci dəfə ölkəmizə rəhbərlik etdiyi illərdə müxtəlif xarici ölkələrdə təhsil almağa göndərdiyi gənclər artıq ixtisaslı mütəxəssislər kimi öz yerini tutub. Ulu Öndər gənclərə arxalandığı kimi, gənclər də onu böyük lider, əvəzolunmaz şəxsiyyət, milli dövlət quruculuğunun banisi kimi qəbul edir-lər. Çünki Ulu Öndər ikinci dəfə hakimiyyətə gəlişi ilə 1988-ci ildən 1993-cü ilə qədər içtimai-siyasi proseslərdən kənarda qalmış gəncləri bir araya gətirdi, həmin illərin boşluğunu doldurdu.
    Emin Pənahov Ulu Öndərin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və qayğıdan, qəbul edilən sərəncam və fərmanlardan, gənclərin Heydər Əliyevin təşəbbüsü ilə keçirilən forumundan, Gənclər Gününün təsis olunması haqqında da danışdı. Daha ətraflı »

  • 31Yan
    Xəbərlər Xalqımızın qəhrəmanlıq tarixindən bəhs olunub üçün şərhlər bağlıdır

    Tərtər rayon Mərkəzi Xəstəxanasında 20 Yanvar hadisəsinə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov iştirak edib.
    Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəkir Nağıyev 20 Yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixində mühüm rol oynadığını bildirib, bu faciəli hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini qeyd edib.
    Sonra Tərtər rayon İcra Hakimiyyəti Yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, tibb və qeyri tibb işçiləri çıxış edərək 20 Yanvar şəhidlərinin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğunu bildiriblər.

     

  • 31Yan
    Xəbərlər Ulu Öndər faciəni törədənləri kəskin ittiham edib üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində Qanlı Yanvar hadisələri haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndərin roluna həsr olunmuş tədbir keçirilib.
    Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkənin digər rayonlarında sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədilib. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını məhv etmək idi. Ümummilli Lider Moskvada özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra – 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda baş verən qırğını dünya ictimaiyyətinə çatdırdı. Mətbuat konfransında Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M. Qorbaçovu kəskin ittiham edərək, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.
    Sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini–dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Mərkəzi Kitabxana Sisteminin müdiri Reyhan İsmayılova, Mədəniyyət Mərkəzinin əməkdaşı Sadiq Quliyev çıxış edərək 33 il əvvəl Bakıda törədilmiş qanlı faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən da-nışıb, qanlı hadisəni Azər-baycan xalqının azadlıq mübarizəsinin parlaq səhifəsi adlandırıblar.

     

  • 30Yan
    Xəbərlər Borsunlu kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Borsunlu kəndində keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Rayon rəhbəri möhtərəm Prezidentin  diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan  nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib. O, dövlət başçısı cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclasında uğurla iştirak etdiyini, Forum çərçivəsində bir sıra səmərəli görüşlər keçirdiyini, Azərbaycanın malik olduğu iqtisadi və siyasi potensial barədə ətraflı məlumat verdiyini qeyd edib. Vurğulayıb ki, indi dünyanın aparıcı şirkətləri Azərbaycanın iqtisadi gücünü real dəyərləndirir və ölkəmizlə əməkdaşlığa üstünlük verirlər. Bütün bu nailiyyətlər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illərdir ölkəmizdə bərqərar olan siyasi və iqtisadi sabitlik, aparılan ardıcıl mütərəqqi islahatlarla birbaşa bağlıdır. Daha ətraflı »