Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Dek
    Xəbərlər Rayon rəhbəri tərəfindən növbəti vətəndaş qəbulu keçirilib üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 18 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, Məşğulluq Mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, maddi yardım, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, əmək mübahisələri və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 19Dek
    Xəbərlər Vətən Müharibəsi şəhidi Cəfərov Təbriz İlqar oğlunun adına sinif otağının açılış mərasimi olub üçün şərhlər bağlıdır

    Torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Bu istiqamətdə aparılan işlərin davamı olaraq Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində yerləşən Kəlbəcər rayon 94 saylı tam orta məktəbdə sinif otaqlarından birinə əslən Tərtər rayonundan olan, Bərdə rayonunda dünyaya göz açan şəhid Cəfərov Təbriz İlqar oğlunun adı verilib.

    Artıq bu gündən  Kəlbəcər rayon 94 saylı tam orta məktəbdə sinif otaqlarından biri şəhid Təbriz Cəfərovun adını daşıyacaqdır. Şəhidin adını daşıyan sinif otağının qapısı üzərində onun adı yazılmış lövhə yerləşdirilib, həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.

    Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti aparatının  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin regional filialının rəhbəri Vidadi Məmmədzadə, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 19Dek
    Xəbərlər İcra başçısı Qapanlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 220 şagird yerlik Qapanlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.

    Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

     

  • 19Dek
    Xəbərlər Rayon rəhbərinin Yuxarı Qaradağlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qaraağacı kənd İƏD üzrə nümayəndəliyinin Yuxarı Qaradağlı kəndində keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

    İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.

    Bildirilib ki, Yuxarı Qaradağlı kəndinin 475 hektar ərazisi, 194 təsərrüfatı, 1026 nəfər əhalisi var. Ərazidə, 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 2 ticarət obyekti, 2 iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub. Daha ətraflı »

  • 16Dek
    Xəbərlər DİQQƏTLİ OLAQ: “AĞ ÖLÜM”ÜN YAŞI CAVANLAŞIR üçün şərhlər bağlıdır

    “Ag ölüm”ün yaşı niyə cavanlaşır? Nəyə görə şərəfli tələbə adını qazanan savadl, gələcəkdə dövlətimizə, Vətənimizə böyük xeyir verə biləcək gənclər narkomaniyanın bataqlığına düşərək, həyatlarını məhv edirlər? Cəmiyyətimizin bu bəladan təmizlənməsi üçün nə etməliyik?
    Rayon polis şöbəsinin təşkilatçılığı və müəllimlərin, şagirdlərin, valideynlərin iştirakı ilə Kəngərli kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov, həkim narkoloq Rima Axundova və Tərtər təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev bu sualları cavablandırmağa çalışıblar.
    Hər bir uşağın, yeniyetmənin və gəncin gələcəyinin ailə tərbiyəsindən və ətraf mühitdən asılı olduğunu bildirən Elçin Qasımov deyib:
    –Uşaqların sabahın dəyərli, ağıllı vətəndaşı olması, yaxud qatilə, narkomana və oğruya çevrilməsi, ilk əvvəl, aldığı tərbiyədən, evin kəndarından o tərəfdə oturub-durduğu insanlardan hansı vərdişləri “əxz etməsindən” çox asılıdır. Elə gənclərin də arzuolunmaz yollara düşməsinin əsas səbəbi zəif valideyn nəzarəti və onu ağuşuna alan mənfi mühitdir. İnternet dövründə, demək olar ki, ailələrin uşaqlar üzərində nəzarəti olduqca zəifdir. Daha ətraflı »

  • 10Dek
    Xəbərlər Tərtərdə “Dövlət Qulluqçularının etik davranışı” mövzusunda maarifləndririci tədbir keçirilib üçün şərhlər bağlıdır

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, aidiyyəti qurumların rəhbərləri və icra nümayəndələri iştirak edib.

    Əvvəlcə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov çıxış edərək “Dövlət Qulluqçularının etik davranışı” qaydaları haqqında Azaərbaycan Respublikası Qanunun əsas məqsədlərindən,  dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılmasından, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına ehtimadının yüksəldilməsindən, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasından eyni zamanda hər bir dövlət qulluqçusunun öz fəaliyyətində qanun aliliyini, insan hüquqlarını və yüksək etik davranış qaydalarınını rəhbər tutmalı olduğunu, eləcədə etik davranış qaydalarına və prinsiplərinə hər bir dövlət qulluqçusunun əməl etməsini vurğulamışdır.

    Həmçinin tədbirdə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” nın icrası ilə əlaqədar Dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə də müzakirələr aparılmışdır.

     

  • 10Dek
    Xəbərlər Tərtərdə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

    Dekabrın 8-də keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Pərişan Orucova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun baş inspektoru Bəxtiyar Əliyev, Gənclər və İdman idarəsinin İdman sahəsi üzrə aparıcı məsləhətçisi Nəriman Nərimanzadə, rayon Mərkəzi Xəstəxanasının həkimi Sevinc Şirinova, rayon ümumtəhsil məktəblərinin psixoloq və müəllimləri iştirak ediblər.

    Tədbirdə çıxış edənlər bildiriblər ki,  ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında”  Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb.  Birinci vitse-prezident, çox hörmətli  Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülür. Daha ətraflı »

  • 10Dek
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyətində icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə aparat müşavirəsi keçirilib üçün şərhlər bağlıdır

    Müşavirədə rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

    Müşvairədə Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamlarının yerinə yetirilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə  uyğun olaraq operativ surətdə baxılıb, özlərinin iştirakı ilə araşdırılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, vətəndaşlar tərəfindən payızlıq əkinlərin ilin sonunadək bəyan edilməsi, nizam-intizam qaydalarına riayət olunması, rayon ərazisində abadlıq quruculuq işlərinin aparılması, yaşayış məntəqələri ərazisində qanunsuz tikililərin qarşısının alınması məsələləri müzakirə olunub.

    Müzakirə olunan məsələlər barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov və digərləri  çıxış ediblər.

    Müzakirə olunan məsələlər barədə icra başçısı aidiyyəti qrumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

     

  • 10Dek
    Xəbərlər Rayon rəhbəri şəhər küçələrinə asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olub üçün şərhlər bağlıdır

    Tərtər şəhərində abadlıq və yenidənqurma işlərinin icrası uğurla davam etdirilir, küçələr müasir standartlara uyğun olaraq yenidən qurulur.

    Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş birinci Qarabağ müharibəsi şəhidləri Süleyman Məmmədov, Şakir Həsənov, İnqilab Ağayev, İlqar Həsənov, Mehrac Mahmudov, Vətən müharibəsi şəhidləri 3-cü dərəcəli “Rəşadət” ordenli Qənbər Qənbərli, Azər Şəmilov və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Sənan Məmmədli, Aysənan Abbasov, Məftun Əhmədzadə, “Azərbaycan bayrağı” ordenli Ruslan Şahbazov və Nəsimi, Məmməd Əmin Rəsulzadə, Rəsul Rza, Qafur Məmmədov, Firudun bəy Köçərli, Mikayıl Müşviq, Həsən bəy Zərdabi, Əbdulrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdı oğlu, Fikrət Əmirov, Heydər Hüseynov, Abbas Mirzə Şərifzadə, Yüsif Vəzir Çəmənzəminli, ümumilikdə 24 küçəyə əsaslı təmirdən sonra asfalt örtüyü çəkilib.

    Hazırda Nizami küçəsinin döngələrinə asfalt örtüyü çəkilir.

    Bununla bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti qurumların rəhbərləri ilə şəhərin asfaltlanma işləri aparılan küçələrində görülən işlərlə yerində tanış olub, müvafiq tövsiyə və tapşırıqlarını verib.

    Sakinlər görülən işlərdən razılıq edib, küçələrdə aparılan tikinti-abadlıq işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 09Dek
    Xəbərlər Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri Tərtərə səfər edib üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Səfər çərçivəsində səfir Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri səfirə rayonun infrastrukturu, sosial-iqtisadi göstəriciləri, istehsal olunan kənd təsərrüfatı məhsulları, sahibkarlığın inkişafı üçün investisiyaların cəlb olunması barədə məlumat verib, Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə danışıb.
    Səfir mərkəzi meydanda Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtərə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıb, rayonun infrastrukturuna dəymiş ziyanı əks etdirən fotostendlərlə tanış olub.
    Sonra o, şəhərin Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun ermənilərin atdığı “Smerç” tipli raketin nəticəsində dağılmış evində olub. Bir tərəfdə açıq havada dağılmış ev müzeyinə, digər tərəfdə dövlətin həmin dağılmış evin yanında öz vətəndaşına tikdiyi evə baxıb.
    Sonra səfir Şıxarx qəsəbəsində böyük hissəsi ermənilər tərəfindən dağı-dılmış ”Marağa-150” abidəsində olub. İcra başçısı səfirə abidə haqqında məlumat verib. Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.