Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Dek
    Xəbərlər Peşə və sahə assosiasiyalarının yaradılması dəstəklənir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, aidiyyəti dövlət qurumlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
    İclası Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq bildirib ki, peşə və sahə assosiasiyalarının yaradılması sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir.
    Rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədov çıxış edərək bildirib ki, Tərtər rayonu üzrə 2022-ci ilin 9 ayı ərzində rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 36 milyon 421,6 manat olub ki, bunun sayəsində 88 yeni iş yeri yaradılıb. Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə, bank və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur. Daha ətraflı »

  • 09Dek
    Xəbərlər Narkomaniyaya qarşı ən güclü silah maariflənmədir üçün şərhlər bağlıdır

    Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Yuxarı Sarıcalı kənd tam orta məktəbində şagirdlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
    Tədbirdə Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov, Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, mərkəzi rayon xəstəxanasının narkoloq həkimi Rima Axundova, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Tədbirdə çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri şagirdlərin diqqətinə çatdırılıb. O deyib ki, bu işdə hüquq mühafizə orqanları ilə yanaşı, ictimaiyyətin də üzərinə böyük məsuliyyət düşür. Yalnız birgə səylərlə bu dəhşətli bəlanın yayılmasının qarşısını almaq olar. Elçin Qasımov həmçinin uşaqların tərbiyəsində ailənin rolunu xüsusi vurğulayıb. Daha ətraflı »

  • 09Dek
    Xəbərlər Qəhrəman Tərtərimiz, sən həm də gözəlsən! üçün şərhlər bağlıdır

    Rayonumuz qışa hazırdır

    Tərtər rayonunda payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən məqsədyönlü tədbirlər rayon sakinlərinin payız-qış mövsümünü heç bir problem olmadan başa vurmalarına imkan yaradır.
    Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən qış mövsümünə hazırlıqla bağlı rayonda fəaliyyət göstərən əlaqədar qurumlara tapşırıqlar verilib və rayon rəhbəri görülmüş işlərlə yerində tanış olub.
    Qeyd edək ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar Tərtər şəhərində və yol kənarı yaşıllıq zolaqlarında mövsümi budama, səliqə-sahman işləri aparılır, həmişəyaşıl və dekorativ ağaclar formaya salınır. Səkilərdə sakinlərin gediş-gəlişinə maneə yaradan budaqlar təmizlənir. Budanma nəticəsində yaranan tullantılar Kommunal Təsərrüfatı İdarəsinin texnikaları və işçi qüvvəsi tərəfindən ərazidən götürülür.
    Küçələrdə quraşdırılmış gecə işıqlandırma sistemlərinə baxış keçirilir, sıradan çıxmış elektrik lampaları yenisi ilə əvəz olunur, xətlərdəki nasazlıqlar aradan qaldırılır. Daha ətraflı »

  • 09Dek
    Xəbərlər Ağaclar da canlıdır, qayğını sevir üçün şərhlər bağlıdır

    Belə bir atalar sözü var: “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”. Yəni atalarımız bizə çatdırmaq istəyiblər ki, ağaclar da canlıdır, qayğını sevir.
    Son illər şəhərimizin küçələrində yaşı çox olan çinarlarla yanaşı xeyli dekorativ ağaclar əkilib ki, bunlar da Tərtərimizin simasına xüsusi yaraşıq verir. Həmin ağacların daim formada qalması üçün ilin müxtəlif fəsillərində qulluq işləri aparılır.
    Hal-hazırda şəhərimizin Heydər Əliyev prospektində, Elman Hüseynov və Şıxəli Qurbanov küçələrində ağacların qurumuş budaqları doğranır, dibi bellənir, suvarma işləri həyata keçirilir.
    Yaşıllıq gözəllik olmaqla yanaşı həm də bol oksigen deməkdir. Bunu bilən tərtərlilər hər ağaca xüsusi qulluq göstərirlər.

    İlahə Paşazadə

     

  • 09Dek
    Xəbərlər Nizami küçəsinin döngələrinə asfalt örtüyü döşənir üçün şərhlər bağlıdır

    Bizim küçə şəhərimizin abad və yaraşıqlı küçələrindən biridir. Ancaq bu yaxınlara qədər onun kiçik qollarına asfalt örtüyü döşənməmişdir.
    Hazırda iki döngədə bu işlərə başlanılıb. Sakinlər döngələrin abadlaşdırılmasını razılıq hissi ilə qarşılayıblar. Nizami küçəsinin digər qollarında da abadlıq işləri görüləcək.
    Abad yol mədəniyyətdir, rahatlıqdır. Gələn qonaqlarımızın yanında da üzümüz ağ olacaq. Odur ki, hər bir ölkə vətəndaşının həyat şəraiti-nin yaxşılaşdırılmasını düşünən Prezident İlham Əliyevə, rayon rəhbərliyinə küçəmizin bütün sakinləri adından minnətdarlığımızı bildiririk.

    Telman Məmmədov, Kəlam Əliyev,
    Nizami küçəsinin sakinləri

  • 29Noy
    Xəbərlər Azərbaycanın beynəlxalq arenada oynadığı rol getdikcə artmaqdadır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirak edib. Dövlət başçısının konfransdakı çıxışı dünyada maraqla qarşılanıb.

    Prezident İlham Əliyev deyib ki, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq.

    İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimiz sayəsində əmələ gəlmişdir.

    Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir.

    Bildirilib ki, Azərbaycanın açıq dənizə, okeanlara çıxışı yoxdur. Buna görə istər enerji layihələrimizin, istərsə də nəqliyyat layihələrimizin reallaşdırılması üçün çox gərgin işlər aparılmalıdır.

    Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Daha ətraflı »

  • 23Noy
    Xəbərlər Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub üçün şərhlər bağlıdır

    Tərtərdə 22 noyabr- Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri və YAP rayon Təşkilatının sədri  iştirak ediblər.

    Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb. Bu tarixi günün ulu öndər Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti bu gün möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub. Daha ətraflı »

  • 21Noy
    Xəbərlər Azərbaycanda Milli Dirçəliş Günü üçün şərhlər bağlıdır

    Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr–Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
    Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.
    Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. Mixail Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.
    Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu. Daha ətraflı »

  • 21Noy
    Xəbərlər Bala Kəngərli kəndində növbəti səyyar qəbul-görüş keçirilib üçün şərhlər bağlıdır

    Görülmüş işlərə nəzər salınıb, mövcud problemlərin həlli üçün tədbirlər görülüb

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Bala Kəngərli kəndində keçirilib.
    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
    İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
    Bildirilib ki, Bala Kəngərli kəndinin 460 hektar ərazisi, 142 təsərrüfatı, 651 nəfər əhalisi, 274 hektar pay torpağı var. Ərazidə 1 ümumi orta məktəb, 2 ticarət obyekti, 1 çörək bişirmə müəssisəsi fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub. Daha ətraflı »

  • 21Noy
    Xəbərlər İcra başçısı Bala Kəngərli ümumi orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 80 şagird yerlik Bala Kəngərli ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
    Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.