Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07İyl
    Xəbərlər Həftə ərzində keçirilən görüşlər bəhrəsini verməkdədir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlarla keçirilən görüşlər öz bəhrəsini verməkdədir. Belə görüşlər zamanı sakinlərin problemlərinin həlli istiqamətində əməli addımlar atılır.
    Təsdiq olunmuş qrafik üzrə keçirilən qəbullarda sakinlərin sosial-iqtisadi, ictimai-siyasi və humanitar, tikinti və memarlıq, təsərrüfat, hüquq və digər sahələr üzrə müraciətləri dinlənilir. Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilir.
    Nəzərinizə çatdıraq ki, sakinlər Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proq-nozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər. Daha ətraflı »

  • 07İyl
    Xəbərlər Şəhid ailələrinə qayğı üçün şərhlər bağlıdır

    Balaca Banu ilk “Təşəkkürnamə”ni rayon rəhbərindən aldı

    Milli Qurtuluş Günü münasibəti ilə Tərtər rayonunun Heydər Əliyev parkında keçirilən təntənəli bayram konsertində Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyası”nın tələbələri ilə birgə rayonun Seydimli kəndindən olan şəhid Aysənan Abbasovun qızı – 6 yaşlı Banu da çıxış edib. Balaca Banu “Sənət Akademiyası”nın üzvləri ilə birlikdə rayon icra hakimiyyətinin başçısı tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.
    Bu münasibətlə icra başçısı rayon icra hakimiyyətində şəhid Abbasov Aysənanın ailə üzvlərini Banunun tərbiyə aldığı Seydimli kənd körpələr evi-uşaq bağçasının müdiri ilə birlikdə qəbul edib. Qəbul zamanı icra başçısı şəhid övladının ailəsinin qayğıları ilə maraqlanıb və ona bayram tədbirində gözəl ifasına görə rayon icra hakimiyyəti tərəfindən “Təşəkkürnamə” və qiymətli hədiyyə təqdim edib.
    Qeyd olunub ki, Banunun istedadının inkişaf etdirilməsi, onun yaxşı təhsil alması üçün bütün tədbirlər görüləcək. Daha ətraflı »

  • 07İyl
    Xəbərlər MKT İK MMC Tərtər şəhərində “Açıq Qapı” günü təşkil edib üçün şərhlər bağlıdır

    Təşkil edilən tədbirdə əsas məqsəd şirkətin Tərtər rayonunda yerləşən zavodunda mövcud olan vakansiyalara uyğun namizədlərlə görüşmək, həmçinin MKT İK MMC-nin tətbiq etdiyi “Vahid İşəqəbul Platforması” çərçivəsində namizədlərin qeydiyyatının aparılması olmuşdur.
    Keçirilən tədbirdə 190 namizədlə görüşlər həyata keçirilib və müraciət edən namizədlərin uyğun vakansiyalar üzrə işlə təmin olunması üçün müvafiq işlər aparılıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Açıq Qapı” günündə iştirak edən namizədlərlə görüşmüş, ölkə rəhbərinin dövlətməşğulluq siyasətinin işlənib hazırlanmasında, həyata keçirilməsində, vətəndaşların səmərəli və sərbəst seçim məşğulluğunun təmin olunmasına, sahibkarlığın inkişaf etdirilməsində misilsiz xidmətləri barədə danışmış və işaxtaran namizədlərə gələcək işlərində uğurlar arzulamışdır. Daha ətraflı »

  • 30İyn
    Xəbərlər MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSU QÜRURUMUZDUR üçün şərhlər bağlıdır

    “N” saylı hərbi hissələrdə bayram tədbirləri

    Rayon ərazisində yerləşən N saylı hərbi hissədə Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və “N” saylı hərbi hissənin əsgər və zabit heyəti iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri 26 iyun–Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda ordu quruculuğu prosesindən, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edib.
    Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Ulu Öndərin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Daha ətraflı »

  • 30İyn
    Xəbərlər Qaynaq kəndində səyyar-qəbul görüş üçün şərhlər bağlıdır

    Vətəndaşları narahat edən bir sıra problemlər həll olunub, digərləri nəzarətə götürülüb

    Tərtər rayon İcra haki-miyyətinin başçısı Müstəqim Məmmodovun rayonun Qaynaq kəndində səyyar qəbul-görüşü keçirilib. Gö-rüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Qəbuldan əvvəl tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən kəndin Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzərək, onları ehtiramla yad ediblər.
    Sonra rayon rəhbəri Rəqəmsal icra hakimiyyətinin Portalı barədə sakinlərə məlumat verib, vətəndaşlara vaxt itkisinə yol vermədən rastlaşdıqları çətinliklər, problemlər barədə portal vasitəsi ilə müraciət etməyi tovsiyə edib.
    İcra başçısı erkən nikahla bağlı məsələlərdən də danışıb, pedaqoji kollektivlərə, əlaqədar qurumlara yerlərdə valideynlərlə görüşüb, fərdi söhbətlər aparılmasını, rayon Polis şöbəsi ilə birlikdə maarifləndirmə tədbirləri keçirməyi tapşırıb.
    Rayon rəhbəri Qaynaq kəndinin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib. Sonra vətəndaşların müraciətləri dinlənilib Daha ətraflı »

  • 30İyn
    Xəbərlər Dövlət Qulluqçuları peşə bayramlarını qeyd etdilər üçün şərhlər bağlıdır

    Rayonumuzda Dövlət Qulluqçularının peşə bayramı Günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsinin önünə gül dəstələri qoyaraq, onun xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
    Sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilib.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Daha ətraflı »

  • 30İyn
    Xəbərlər Medallar təqdim olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Şəhidin və Vətən müharibəsi iştirakçılarının “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilən Vətən müharibəsi iştirakçılarının medallarının təqdimetmə mərasimi keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tərtər rayon icra hakimiyyətində keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri Müstəqim Məmmədov tədbirdə çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qa-nının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, öz qanları, canları bahasına tarixə şanlı Zəfər gününü yazan Vətən oğulları heç zaman unudulmayacaqlar. Daha ətraflı »

  • 30İyn
    Xəbərlər Kəngərli kəndindən olan şəhid ailələrinin və qazinin istəyi həll edilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfovla birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin Torpaqların İdarəedilməsi və istifadəsinə nəzarət Sektorunun müdiri Natiq Əliyevin, Kəngərli kənd İƏD üzrə nümayəndə Xamiz Əsgərovun iştirakı ilə rayonun Kəngərli kəndindən olan şəhid Qənbərli Qənbərin, Səbuhi Məmmədovun, Rövşən Məmmədovun, Elmin Quluzadənin atalarını və qazi İsgəndər İsgəndərlini qəbul edib.
    Şəhid valideynləri Bəhruz Məmmədov, Zahid Məmmədov, Rövşən Məmmədov, Şəmsi Quliyev və qazi İsgəndər İsgəndərli rayon rəhbərinə onların icarəsinə kənd təsərrüfatı bitkilərinin əkilməsi, sahibkarlıq obyektinin tikilməsi üçün torpaq verilməsi ilə bağlı müraciət ediblər. Qəbulda iştirak edən 4 şəhid ailəsi və qazinin hər birinin icarəsinə 1 hektar əkin sahəsi ayrılması üçün kənd bələdiyyəsinə müvafiq göstəriş verilib.
    Hazırda onların icarəsinə veriləcək əkin sahəsinin və sahibkarlıq obyektinin tikilməsi üçün torpaq sahələrinin ayrılması ilə bağlı sənədləşmə işi aparılır.
    Şəhid ailələri qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Meh-riban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 30İyn
    Xəbərlər “Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsinin təqdimatı olub üçün şərhlər bağlıdır

    Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında 2022-ci il martın 9-da imzalanan “Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsinin təqdimatı keçirilib.
    Açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu, əlaqələrimizin getdikcə dərinləşdiyini diqqətə çatdırıb, həyata keçirilən humanitar layihələrə görə Yaponiya hökumətinə təşəkkürünü bildirib.
    BAMF prezidenti Umud Mirzəyev isə qeyd edib ki, layihənin əsas məqsədi ANAMA-nın tapşırığı ilə fəaliyyət göstərən Fondun İcma Mina Aksiyası komandasını Tərtər rayonunda mina və partlamamış sursatların təmizlənməsi üçün 11 ədəd mina dedektoru, 11 ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin etməklə, Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsidir. Layihə 11 minaaxtaranı tam olaraq bütün lazımi avadanlıqlar və nəqliyyat vasitəsilə təmin edir.
    Diqqətə çatdırılıb ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandası 20 ildən artıqdır Azərbaycan ərazilərində mina və partlamamış sursatların təmizlənməsi fəaliyyətini həyata keçirir. 2002-2022-ci illərdə ümumilikdə 156.261.899 kvadratmetr ərazi təmizlənib, 912 tank əleyhinə, 1326 piyada əleyhinə mina, 11.218 partlamamış hərbi sursat aşkar edilib. Açılış mərasimi keçirilən “Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsi Yaponiya səfirliyi tərəfindən “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində BAMF-a ayrılmış sayca 3-cü yardım layihəsidir. Daha ətraflı »

  • 30İyn
    Xəbərlər Silahlı Qüvvələr Günü münasibəti ilə görüş üçün şərhlər bağlıdır

    Qarabağ Regional Təhsil İdarəsinin təşəbbüsü ilə rayonumuzda 26 iyun–Silahlı Qüvvələr Günü münasibəti ilə şəhid ailələri, qazilər və döyüşçü müəllimlər ilə görüş keçirilib. Görüşdə Tərtər Rayon Təhsil Sektorunun müdir əvəzi Nuranə Addullazadə, Həmkarlar İttifaqının sədri Şəhla Manafova, şəhər 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov, Azərbaycan Vətən Müharibəsi iştirakçıları Tərtər regional bölməsinin rəhbəri Vidadi Məmmədzadə, şəhid Vasif Rüstəmovun həyat yoldaşı Sona Vəliyeva çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən bəhs ediblər.
    Çay süfrəsi arxasında keçirilən görüşdə iştirakçıların qayğı və problemləri ətrafında söhbət gedib.

    “Yeni Tərtər”