Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27May
    Xəbərlər Xaçın çayının daşması nəticəsində Hüsənli kəndində 100 hektar əkin sahəsinə ziyan dəyib üçün şərhlər bağlıdır

    26 may 2022-ci il tarixdə bir neçə gün davam edən aramsız yağan yağışlar nəticəsində səhər saatlarında Xaçın çayından gələn güclü sel suları rayonun Hüsənli kəndində 35 hektar pambıq,  25 hektar yonca, 40 hektar arpa və buğda,  ümumilikdə 100 hektar əkin sahəsini basmış, təsərrüfatlara güclü ziyan dəymişdir.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon Fövqəladə hallar komissiyasının üzvləri ilə birlikdə həmin ərazidə olmuş, xüsusi texnikalar vasitəsilə müxtəlif istiqamətlərdə kanallar açılaraq sel sularının yenidən Xaçın çayına axıdılması təmin edilmişdir. Hazırda sel suları əkin sahələrindən kənarlaşdırılır.

     

  • 27May
    Xəbərlər Tərtərdə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib üçün şərhlər bağlıdır

     Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qapanlı kənd tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

    Əvvəlcə kənd ərazisindəki Şəhidlər abidəsinin önünə gül çiçək-dəstələri düzülüb, vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

    Daha sonra məktəbin iclas zalında davam etdirilən maarifləndirmə tədbirində çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

    Sonda narkotiklərin törtədiyi fəsadlardan bəhs edən videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

     

  • 24May
    Xəbərlər Tərtərdə Narkomaniya əleyhinə marifləndirmə tədbiri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Seyidimli kənd tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

    Tədbirdə çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri şagirdlərin diqqətinə çatdırılıb.

    Sonda narkotiklərin törtədiyi fəsadlardan bəhs edən video çarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

     

  • 21May
    Xəbərlər Azərbaycan–Litva Prezidentlərinin görüşü yaxşı nəticələr verəcək üçün şərhlər bağlıdır

    Mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ölkəmizə rəsmi səfərə gəlib.

    Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

    Mayın 18-də Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

    Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda bildirib ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür. Daha ətraflı »

  • 20May
    Xəbərlər Kəbirli kəndində icra başçısı sakinləri qəbul edib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Kəbirli kəndində səyyar-qəbul görüşü keçirilib. Görüşdən əvvəl rayon rəhbəri hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyaraq xatirələrini ehtiramla yad ediblər.

    Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Kənd sakinlərini salamlayan icra başçısı   bildirib ki, “Covid-19” pandemiyası ilə bağlı yerlərdə səyyar-qəbulların keçirilməsi də təxirə salınmışdı. 2022-ci ilin mart ayından artıq yerlərdə səyyar-qəbul görüşlər keçirilir, vətəndaşların müraciətləri yerində dinlənilir və həll olur.

    Sonra rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan danışıb. Bildirib ki, Vətən müharibəsi dövründə sakinlər düşmənin atdığı mərmilər nəticəsində evlərinin dağılmasına baxmayaraq kəndi tərk etməyib, yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdiriblər. İcra başçısı şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da  danışıb. Qeyd olunub ki, son beş ildə şəhid və qazi ailələrinə 1546 fərdi ev tikilib. Daha ətraflı »

  • 14May
    Xəbərlər Yuxarı Qapanlı kəndində icra başçısı sakinləri qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Yuxarı Qapanlı kəndində səyyar-qəbul görüşü keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Kənd sakinlərini salamlayan icra başçısı  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan danışıb. Bildirib ki, Yuxarı Qapanlı və Qazyan kəndləri ermənilər tərəfindən ən çox atəşə tutulan yaşayış məntəqələrindəndir. Vətən müharibəsi dövründə sakinlər düşmənin atdığı mərmilər nəticəsində evlərinin dağılmasına baxmayaraq kəndi tərk etməyib, yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdiriblər. İcra başçısı şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da  danışıb. O, kənd təsərrüfatı işlərinin qızğın çağı olduğunu, suvarmada olan çətinliklərin aradan qaldırılması, sudan səmərəli istifadə edilməsi üçün aqrotexniki tələblərə uyğun suvarma aparılmasını tövsiyə edib. Daha ətraflı »

  • 14May
    Xəbərlər İcra başçısı Qazyan kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Qazyan kənd tam orta məktəbində  mövcud şəraitlə yaxından tanış olub, məktəbin kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideyinlərlə sıx əlaqə saxlanmasını, valideyin komitələrinin bu işə cəlb olunmasını tövsiyə edib.

    Məktəbdə Şəhid adları verilmiş siniflərdə olan icra başçısı şagirdlərlə səmimi görüşərək,  onlara torpaqlarımızın ərazi bütövlüyü uğrunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib. O, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından və döyüş şücaətlərindən danışıb, şagirdlərə dərslərində uğurlar arzulayıb.

     

  • 14May
    Xəbərlər Rayon rəhbəri baramanın saxlanma şəraiti və pambıq sahələrində becərmə işləri ilə tanış olub üçün şərhlər bağlıdır

    Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da ölkə iqtisadiyyatının əsas tərkib hissəsini təşkil edən kənd təsərrüfatı uğurla inkişaf etdirilir. Dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı müvafiq fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının demək olar ki, bütün sahələrində – pambıqçılıq, taxılçılıq, şəkər çuğunduru, baramaçılıq, eləcə də digər sahələri üzrə yüksək göstəricilər əldə olunur.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yerlərdə ipəkqurdunun saxlanma şəraiti və pambıq tarlalarında aparılan becərmə işləri ilə tanış olub.

    Qeyd edək ki, 2021-ci ildə rayonda 13 min 553 kiloqram barama istehsal edilib. Bu il isə 14 min kiloqram barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 330 qutu barama qurdu kümçülərə təhvil verilib. İpəkqurdunun yemlənməsi üçün  rayon ərazisində 263 mindən artıq tut tingi əkilib. İpəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Daha ətraflı »

  • 14May
    Xəbərlər Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirildi üçün şərhlər bağlıdır

    Tərtər rayonunda taxıl biçininin mütəşəkkil qaydada həyata keçirilməsi və taxıl zəmilərində, otlaq sahələrində, habelə meşə fondu ərazisində baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının, hüquq mühafizə orqanlarının, icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin və digər aidiyyəti qurumların rəhbərlərindən ibarət xüsusi qərargah yaradılmışdır.

    May ayının 13-də Tərtər rayon Gənclər mərkəzində qərargah üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.

    Tədbirdə qərargah üzvlərindən rayon icra hakimiyyəti başçısının müavini Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Elnur Babayev,  Dövlət Yanğından Mühafizə hissəsinin Tərtər rayon şöbəsinin rəisi Mübariz Əliyev çıxış edərək, biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmasını qeyd etdilər, bu istiqamətdə qarşıda duran vacib məsələlərdən danışdılar. Bilərəkdən yanğın hadisəsi törədərək təbiətə və torpağın münbit qatına ziyan vuran şəxslərin müəyyən edilərək barələrində inzibati qaydada tədbirlərin görüləcəyini bildirdilər.

     

  • 12May
    Xəbərlər Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə görüşüb üçün şərhlər bağlıdır

    Görüşdə regionda mədəni səviyyənin yüksəldilməsi və dövlət mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi, mədəniyyət sahəsinin təkmilləşdirilməsi ilə bağlı layihələrin icra olunması, rayon icra hakimiyyəti və beynəlxalq təşkilatlarla sıx əlaqələrin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

    Sonra Vəsilə Məmmədova rayon icra hakimiyyətində yaradılmış kitabxanaya baxıb mövcud şəraitlə tanış olub.

    O bildirib ki, rayonun mədəniyyət işçilərinin yüksək potensialı var, mədəniyyət müəssisələrində müxtəlif mövzularda bir neçə layihələr həyata keçirilib. Mədəniyyət işçiləri şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlayır, mütəmadi olaraq onlarla görüşlər keçirir. Bu ənənə mədəniyyət işçiləri tərəfindən müntəzəm davam etdiriləcək, mədəniyyət siyasətinin uğurla həyata keçirilməsində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.