Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar
    Xəbərlər Zolgəran və Kovdadıq kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib üçün şərhlər bağlıdır

    Bu münasibətlə hər iki kənddə keçirilən mərasimlərdə rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, təhsil şöbəsinin nümayəndələri, məktəblərin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
    Tədbirlərdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni məktəblərin istifadəyə verilməsi münasibəti ilə müəllim və şagirdləri, valideynləri təbrik edib, ölkəmizdə təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Bu gün isə bu ənənə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Daha ətraflı »

  • 31Mar
    Xəbərlər Narkomaniyaya yox deyək! üçün şərhlər bağlıdır

    Narkomanlıq bəşəriyyət üçün böyük təhlükədir

    Rayon polis şöbəsi rayon icra hakimiyyətinin hüquq şöbəsi və rayon təhsil şöbəsi ilə birgə şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” və erkən nigahla bağlı geniş tədbir keçirdi. Tədbirdə rayon polis şöbəsinin, təhsil şöbəsinin və mətbuat nümayəndələri, 1 saylı məktəbin müəllim və şagirdləri iştirak edirdilər.
    Yığıncağı rayon təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə açaraq, rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımova söz verdi. Polis rəisi əvvəlcə tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdi. Sonra 44 günlük Vətən Müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından, qanından keçən şəhid oğullarımız haqqında danışaraq, ruhlarının bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Sonra iştirakçılar tərəfindən Dövlət himni səsləndirildi.
    Tədbirdə polis rəisi geniş məruzə ilə çıxış etdi.
    Məruzə ətrafında çıxışlar oldu. Rayon təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə, rayon icra hakimiyyəti hüquq şöbəsinin müdiri Çingiz İsayev müzakirə olunan mövzularla bağlı fikirlərini söylədilər. Daha ətraflı »

  • 31Mar
    Xəbərlər Bayram çələngi üçün şərhlər bağlıdır

    Sarıcalı kənd tam orta məktəbində Novruz bayramı münasibətilə şənlik keçirildi. Şənliyə rayon təhsil şöbəsinin nümayəndəsi, mətbuat işçiləri, “N” saylı hərbi hissənin əsgərləri, valideynlər dəvət olunmuşdular. Hamı – müəllimlər də, şagirdlər də bayram əhval-ruhiyyəsi ilə qonaqları qarşıladılar. İlk sözü məktəbin direktoru Vəsilə Mehdiyeva söylədi. O, hamını Novruz bayramı münasibətilə təbrik edərək xoş gün-güzəran arzuladı. Məktəbin psixoloqu Esmira Qəhrəmanovanın rəhbərliyi ilə şagirdlərin ifasında hazırlanmış bayram çələngi böyük maraqla qarşılandı. Milli geyimlərdə olan oğlan və qızların ifasında səslənən şeir və mahnılar əsil vətənpərvərlik mövzusu ilə bərabər milli adətlərimizə köklənmişdir. Kosa və Keçəlin, Bahar qızın gəlişi, əsgər geyimli şagirdlərin Vətənimizin 44 günlük qələbəsinin rəmzi mənasını bildirən səhnəciklər bayram iştirakçılarının əhval-ruhuiyyəsinə xüsusi fərəh qatırdı. Şənliyin ən yadda qalan hissəsi böyük xeyir-duası oldu. Nənənin söylədiyi xoş sözlər hamının alqışları ilə qarşılandı. Şagirdlər Bahar qızın söylədiyi tapmacaları cavablandırdılar. Mərasimə toplaşan hər kəs ürək sözlərini sevinclə paylaşdı. Xüsusilə hazırda “N” saylı hərbi hissədə xidmət edən məktəbin məzunu Urxanın söylədiyi təbrik hamının sevincinə səbəb oldu.

     

  • 18Mar
    Xəbərlər SƏYYAR QƏBUL-GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial müdafiəsi və rifahının yüksəldilməsi istiqamətində aparılan islahatlardan, Vətən müharibəsindən sonra rayonda gedən tikinti-abadlıq işlərindən, Vətən müharibəsi zamanı rayonun infrastrukturuna dəyən ziyanla bağlı, mövcud problemlərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən, şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.
    Sonra Bəyimsarov kənd İƏD üzrə nümayəndə Aqil Şərifov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
    Qeyd olunub ki, Bəyimsarov kəndinin 642 təsərrüfatı, 2994 nəfər əhalisi, 2929 hektar ərazisi var. Kənddə 1 tam, 1 ümumi orta məktəb, 1 xəstəxana, 1 mədəniyyət evi və kitabxana fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz, su ilə təmin olunublar. Daha ətraflı »

  • 18Mar
    Xəbərlər “Vətən müharibəsində qələbəmizin təbliği” adlı tədbir üçün şərhlər bağlıdır

    Gənclər Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı əsasında Əsgər Ailələrinə Dəstək İctimai Birliyi “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbirini həyata keçirib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nail Şəfizadə, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, həmçinin qazilər və gənclər iştirak ediblər.
    Tədbirin keçirilməsində məqsəd şəhid ailələrinin və qazilərin problemlərinin həllində köməklik etməkdən, şəhidlərin mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərməkdən ibarət olub.
    Tədbir başlamazdan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra RİH-nin nümayəndəsi Nail Şəfizadə tədbir iştirakçılarını salamlayaraq bildirib ki, dövlət tərəfindən şəhid ailələrinə, qazilərə daim yüksək səviyyədə qayğı göstərilir. Həmçinin rayon rəhbərliyi səviyyəsində mütəmadi olaraq bu tipli tədbirlər təşkil edilir, görüşlər keçirilir. Çıxışının sonunda Nail Şəfizadə layihənin rayonumuzda təşkil edilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib. Daha ətraflı »

  • 18Mar
    İqtisadiyyat, Xəbərlər 2021-ci ildə Tərtər rayonunda nəqliyyat sahəsinin əsas yekunları üçün şərhlər bağlıdır

    2021-ci ildə rayonda nəqliyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 1399.7 min manat olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat xidmətinin həcmi 110.6 min manat və ya 8.6 faiz artmışdır.
    2021-ci ildə nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən 329 min ton yük, 4635 min nəfər sərnişin daşınmışdır. Yük dövriyyəsi 56759.2 min ton-km, sərnişin dövriyyəsi 18576 min sərnişin-km olmuşdur. Daşınan yüklərin və sərnişinlərin hamısı avtomobil nəqliyyatı ilə daşınmışdır.
    Nəqliyyat sahəsində göstərilmiş xidmətlərin 1127.3 min manatı və ya 80.5 faizi fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasında göstərilmiş xidmətlərdir.
    2021-ci ildə nəqliyyat müəssisələri tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 182.4 min manat, nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi isə 1127.3 min manat olmuşdur. 2020-ci ilə nisbətən müəssisələr tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 2.2 min manat və ya 1.2 faiz azalmış, nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 31.1 min manat və ya 2.8 faiz artmışdır

  • 09Mar
    Xəbərlər Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kompleks xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini isə mümkün edən faktorlardandır.

    Ümumiyyətlə, yeni nəsil islahatlar kursunun və milli inkişafın Azərbaycan modelinin müəllifi olan Prezident İlham Əliyev dünyada innovativ baxışlara, kreativ siyasi düşüncəyə malik, modern idarəetmə sistemi yaradan lider kimi tanınır. Dövlət başçısının siyasətinin proqressiv nəticələri özünü bütün sahələrin inkişafına nail olunmasında göstərir. Sistemli və çoxşaxəli səciyyə daşıyan institusional, kadr və struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə xidmət göstərir. Bu, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir tendensiyalara və siyasi trendlərə cavab verən suveren ölkə kimi irəliləməsini – milli hədəfləri reallaşdırmasını təmin edir.

    İslahatlar nəticəsində yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların atılması həm Azərbaycanın mühüm prioritetləri reallaşdırmasına, həm də milli həmrəyliyin gücləndirilməsinə təkan verib. Daha ətraflı »

  • 05Mar
    Xəbərlər YAP Tərtər Rayon Təşkilatında üçün şərhlər bağlıdır

                                                              Hesabat məruzələri dinlənilib

    Rayon təşkilatının Rəcəbli, Borsunlu, Aztelekom İstehsalat Birliyi , Poçtampt, “Yeni Tərtər“ qəzeti və “Kapital” Bank ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
    Yığıncaqda öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.
    Hesabat yığıncaqlarında təşkilati məsələlərə də ba-xılıb, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib. Hesabat- seçki yığıncaqlarında iştirak edən YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının məsul şəxsləri yeni seçilən sədr və sədr müavinlərini təbrik edib, onlara işlərində uğurlar arzulayıblar.

    “Yeni Tərtər”

     

     

  • 05Mar
    Xəbərlər Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə tikilmiş bulağın açılışı olub üçün şərhlər bağlıdır

    Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirdə ilk olaraq şəhidlərin xatirəsinə ucaldılmış bulağın önünə gül dəstələri düzülüb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
    Sonra rayon rəhbəri çıxış edərək, 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Daha ətraflı »

  • 28Fev
    Xəbərlər XOCALI SOYQIRIMI HEÇ ZAMAN UNUDULMAYACAQ! üçün şərhlər bağlıdır

                                              Faciə qurbanlarının əziz xatirəsi yad olunub

    Tərtər Rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Tərtər şəhərində şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət ediblər. Faciə qurbanlarının və eləcə də müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub, abidə önünə gül dəstələri düzülüb.
    Sonra uşaqların faciəyə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş etdirilən hər bir eksponatda, hər bir şəkildə xocalıların fəryadı, harayı əks olunub. Şükürlər olsun ki, bu gün, Böyük Qələbəmizdən sonra şəhidlərin ruhu rahatdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu onların intiqamını alıb. Daha ətraflı »