Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Fev
    Xəbərlər XOCALI–30 üçün şərhlər bağlıdır

                                                     “Əsrin faciəsi” adlı inşa yazı müsabiqəsi

    Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində rayonun ümumtəhsil məktəblərinin şa-girdləri arasında “Əsrin faciəsi” adlı inşa yazı müsabiqəsi keçirilib. Əvvəlcə azadlığımız, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov, YAP rayon təşkilatının sədri Eldar Əsədov və Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Emin Quliyev cıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımıza qarşı törədilən amansız qətliamdan danışıblar.
    Bir akademik saat ərzində şagirdlər ürəklərindən süzülüb gələn və hər birini həyəcanlandıran cümlələri ağ kağıza köçürərək, faciə haqqında bildiklərini yazıblar.
    Qaliblər rayon təhsil şöbəsinin diplomları ilə təltif olunublar.

  • 28Fev
    Xəbərlər Şagirdlərin əl işlərinə baxış keçirilib üçün şərhlər bağlıdır

    Gənclər Mərkəzində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı faciəsi şagirdlərin gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəvan Həsənov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Təhsil şöbəsinin nümayəndəsi Mahir Qurbanov və 37 məktəbin şagirdi iştirak ediblər.
    Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Emin Pənahov çıxış edərək, Xocalı faciəsinin xalqımız tərəfindən heç zaman unudulmayacağını diqqqətə çatdırıb. Sonra Xocalı soyqırı-mı haqqında həqiqətlərin dünyaya tanıdılması ilə bağlı şagirdlərin əl işlərinə baxış keçirilib və qaliblər müəyyən edilib. Qaliblər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.

  • 28Fev
    Xəbərlər İdman yarışı üçün şərhlər bağlıdır

    Şəhər 6 saylı tam orta məktəbində rayonun ümumtəhsil məktəblərinin şagirdləri (oğlanlar) arasında Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş atletikanın 100 metr məsafəyə qaçış növü üzrə rayon birinciliyi keçirilib. Birinciliyə 36 məktəbin şagirdi qatılıb.
    Yarışdan öncə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra iştirakçılara XX əsrin ən qanlı faciəsi haqqında məlumat verilib. I yerə Seydimli kənd orta məktəbinin şagirdi Məmməd Şahbazi, II yerə Hacıqərvənd kənd tam orta məktəbin şagirdi Fərid Mehdiyev, III yerə isə Borsunlu kənd tam orta məktəbin şagirdi Tofiq Şərifli çıxmışlar. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

  • 28Fev
    Xəbərlər Şahmat üzrə rayon birinciliyi üçün şərhlər bağlıdır

    Ümumtəhsil məktəblərinin şagirdləri və Uşaq Gənclər İdman Şahmat Məktəbinin şahmatçıları arasında Xocalı soy qırımının 30-cu ildönümünə həsr olunmuş rayon birinciliyi keçirilib.
    Yarış rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının və rayon təhsil şöbəsi nümayəndələrinin iştirakı ilə keçirilib. Ümumilikdə şahmat məktəbinin və şəhər 1, 2, 6 saylı və Seydimli kənd orta məktəbinin 66 şahmatçısı bu tədbirdə gücünü sınayıb.
    Yarış 8-16 yaşlı oğlan və qızlar arasında keçirilib. Sonda 9 yaş qrupunda 27 nəfər qalib diplomlarla təltif olunub. Qaliblər sırasında birinci yeri tutan 5 yaşlı Cavidan Rzayev də vardı.

  • 18Fev
    Xəbərlər YAP TƏRTƏR RAYON TƏŞKİLATININ SƏDRİ İCTİMAİYYƏT NÜMAYƏNDƏLƏRİNƏ TƏQDİM EDİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının yeni təyin edilmiş sədrinin təqdimatı keçirilib.
    Təqdimat mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyət nümayandələri və partiya fəalları iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini birləşdirdiyini qeyd edib. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının tarixən zəngin və şərəfli inkişaf yolu keçdiyini bildirib. Rayon rəhbəri partiyanın yeni Nizamnaməsinin tələblərinə uyğun olaraq, YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli qərarına əsasən, partiyanın yerli təşkilatlarına sədrlər təyin olunduğunu bildirərək, YAP Tərtər Rayon Təşkilatının sədri Əsədov Eldar Gəray oğlunu ictimaiyyətə təqdim edib. Daha ətraflı »

  • 18Fev
    Xəbərlər RAYON RƏHBƏRİ VƏTƏNDAŞLARI QƏBUL ETDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl edərək, əvvəlcə şəhid ailələrini, qaziləri, sonra isə digər vətəndaşları qəbul edib.
    Qəbula gələn vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq götürülməsi, işlə təmin olunma, maddi yardım ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinləni-lib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
    Qəbulda vətəndaşlar göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 18Fev
    Xəbərlər DEZİNFEKSİYA İŞLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    İki il müddətində bütün bəşəriyyətin mübarizə apardığı koronavirusun yeni ştamları həyatımıza daxil olduqca, bunlarla mübarizə işlərinin təşkili bö-yük əhəmiyyət kəsb edir.
    Bunların sırasında şəxsi gigiyena tədbirlərinə əməl edilməsilə yanaşı dezinfeksiya tədbirləri də ön plana çəkilir.
    Bu məqsədlə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qar-şısının alınması ilə əlaqədar rayon əra-zisində yerləşən çoxmənzilli yaşayış, binalarında və küçələrdə dezinfeksiya işləri aparılır.
    Həmçinin rayon Gigeyena və Epidemiologiya Mərkəzi tərəfindən şəhərimizdə və Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə xüsusi texnika vasitəsi ilə dezinfeksiya işləri görülüb.

    “Yeni Tərtər”

  • 10Fev
    Xəbərlər RAYONUMUZDA GƏNCLƏR GÜNÜ QEYD EDİLİB üçün şərhlər bağlıdır

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Nümayəndəliyinin əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabitləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.
    Sonra tədbir rayon ərazisində yerləşən N saylı hərbi hissədə davam etdirilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Elvin Umudov rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından hərbçiləri Gənclər Günü münasibəti ilə təbirik edib, qeyd edib ki, Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də ilk dəfə ölkəmizdə Gənclər Foru-munun keçirilməsi və daha sonra Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncamla fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bunun bariz nümunəsidir. Daha ətraflı »

  • 10Fev
    Xəbərlər TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul edilmiş Nizamnamə və yerli partiya təşkilatlarının Əsasnaməsi tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 29 yanvar 2022- ci il tarixli qərarı ilə YAP Tərtər Rayon Təşkilatının sədri vəzifəsinə təyin edilmiş Əsədov Eldar Gəray oğlunun təqdimatı keçirilib. Karantin qaydalarına ciddi əməl olunmaqla keçirilən təqdimat mərasiminə videoformatda qoşulan YAP Mərkəzi Aparatının məsul işçisi Elmar Məmmədov bildirib ki, ölkəmizin ictimai siyasi , sosial sahələrində aparılan islahatlar ölkənin hakim partiyası olan Yeni Azərbaycan Partiyasının həyatında da mühüm dəyişikliklərin edilməsini zəruri etmişdir. Partiyanın VII qurultayının qərarlarının tələblərinə uyğun olaraq, yerli partiya təşkilatlarının çevikliyinin artırılması, partiya üzvlərinin məsuliyyətinin yüksəldilməsi, onların yerli və ərazi partiya təşkilatları ilə əlaqələrinin daha da möhkəmləndirilməsini təmin edəcək tədbirlər yerli təşkilatların Əsasnaməsində öz əksini tapmışdır. Bu gün YAP sıralarının boy sırasının artırılması zamanı dövlətə və dövlətçiliyə sədaqətli, siyasi cəhətdən daha yetkin gənclərin sıralarımıza qatılmaları diqqət mərkəzində saxlanılmalıdır. Partiyadaxili nizam-intizam yüksək səviyyədə təmin olunmalı, partiya üzvlərinin ərazi partiya təşkilatları ilə münasibətlərinin göstəricisi olan partiya üzvlük haqlarının yuxarı orqan tərəfindən qəbul olunmuş qaydada ödənilməsi diqqətdə saxlanılmalıdır. Daha ətraflı »

  • 10Fev
    Xəbərlər BAMF MÖHTƏŞƏM İLKƏ İMZA ATDI üçün şərhlər bağlıdır

    Beynəlxalq Avrasiya Mətbuat Fondu Ərəb dünyasının ən nüfuzlu tədqiqat mərkəzlərindən biri olan Ərəb Avrasiya Tədqiqatları Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalayıb.
    İmza mərasimi Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və Ərəb Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Əmir Əbdülhəmid arasında Misirin paytaxtı Qahirə şəhərində baş tutub.
    Anlaşma memorandumunun əsas məqsədi Avrasiya regionundakı ölkələr və onu əhatə edən Çin, Türkiyə, İran, Hindistan, Pakistan kimi digər region ölkələrinin tədqiq edilməsi, habelə Amerika və Avropa Birliyi arasında olan siyasi və iqtisadi münasibətlər, onların sosial və mədəni həyatının araşdırılıb öyrənilməsinə dair əməkdaşlıq etməkdir.
    Mərasimdə Əmir Əbdülhəmid BAMF-ın prezidenti Umud Mirzəyev haqqında ürək sözlərini bildirərək deyib ki, onu Qahirədə öz mərkəzlərində qəbul etmək çox xoşdur. Daha ətraflı »