Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev
    Xəbərlər Şəhərimizin küçələri abadlaşır üçün şərhlər bağlıdır

    2022-ci ilin ilk ayından başlayaraq şəhərimizdə tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur. Hazırda Əli İsmayılov, Teymur Rəhimov küçələri boyunca istinad divarlarının fasad hissələrinin təmir işləri davam etdirilir. Küçələrdə kommunikasiya xətləri qaydaya salınır, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Ardıcıl olaraq Molla Pənah Vaqif, Nəsimi, Mübariz Kərimov və Vasif Hüseynov küçələrində də əsaslı təmir işləri aparılacaq.
    Şəhərin Mübariz İbrahimov küçəsində isə asfaltlanma işləri başa çatıb.
    Şəhərimizdə quruculuq, təmir-bərpa işləri davamlı xarakter alıb. Sakinlər görülən işlərdən razı qalır, göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

     

  • 10Fev
    Xəbərlər Şəhidlər bulağının açılışı üçün şərhlər bağlıdır

    Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirdə ilk olaraq Sarıçalı kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
    Sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov çıxış edərək, 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Daha ətraflı »

  • 10Fev
    Xəbərlər Yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əhaliyə müraciəti üçün şərhlər bağlıdır

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri icrasını davam etdirir.
    Bu çərçivədə, respublika ərazisində baş verən yanğınların Xidmət tərəfindən aparılmış statistik təhlili göstərir ki, yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür. Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının (qurğularının) quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir. Bununla yanaşı, odla və qaynaq vasitəsilə işlər görülərkən ehtiyatsızlıq, nəzarətsiz qalan uşaqların odla oynaması kimi səbəblər də yanğınların baş verməsində əsas faktorlardandır.
    Qeyd olunanlarla bağlı vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması məqsədilə əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladırıq:
    – elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin! Daha ətraflı »

  • 03Fev
    Xəbərlər İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb üçün şərhlər bağlıdır

    Məlum olduğu kimi, Azərbayycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvar ayının 30-da Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində rəsmi səfərdə olmuşdur. On səkkiz il ərzində cənab Prezident İlham Əliyev 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olub. Gəncə Azərbaycanın ikinci şəhəridir və ölkə Başçısının buraya diqqəti həmişə yüksək səviyyədə olub. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. Xüsusilə, qeyd etməliyik ki, Gəncəyə gedən avtomobil yolları və dəmir yolu xəttləri tam modernləşdirilib, Gəncənin səhiyyə və təhsil infrastrukturu yenilənib. Bütün bunlar Gəncə şəhərinin strateji əhəmiyyətinə və dinamik inkişafına dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğının nəticəsidir. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksəksürətli qatarlar işləyir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl yenidən qurulub.

    Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Gəncə eyni zamanda Kəlbəcər və Laçın rayonlarının inkişafında xüsusi yer tutur və tutacaq. Çünki hazırda bizim Kəlbəcərə yeganə gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Murov aşrımından keçən bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Dövlət başçısının tapşırığı ilə qısa müddət ərzində o cığır genişləndirilib. Hazırda qış aylarında da bu yoldan rahat istifadə edilməsi üçün Murov dağının altından uzunluğu təqribən 12 km olan tunel çəkilir. Daha ətraflı »

  • 31Yan
    Xəbərlər Rayonumuzda “20 Yanvar” faciəsi anıldı üçün şərhlər bağlıdır

                                                                               Şəhidlərin xatirəsi yad edildi

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.
    Sonra rayon rəhbəri çıxış edərək qanlı yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb. Bildirib ki, 32 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədilib, günahsız insanlar qətlə yetirilib. Daha ətraflı »

  • 31Yan
    Xəbərlər ”20 YANVAR” QAN YADDAŞIMIZDIR üçün şərhlər bağlıdır

    20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar YAP Tərtər Rayon Təşki-latının qərargahında karantin qaydalarına ciddi əməl olunmaqla “20 Yanvar qan yaddaşımızdır” adlı tədbir keçirildi.
    Tədbirdə rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan fəal YAP üzvləri iştirak edirdilər.
    Tədbir iştirakçıları öncə 20 Yanvar faciəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olanların xatirələrini bir dəqiqəlik sükutla yad etdilər.
    Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Ramiz Şabanov “20 Yanvar qan yaddaşımızdır” mövzusunda geniş məruzə etdi.
    Ramiz Şabanov bildirdi ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycana ərazi iddiaları ilə çıxış edən Ermənistanın məkrli niyyətinə qarşı öz səsini ucaldan Azərbaycan xalqını susdurmaq məqsədilə SSRİ-nin o vaxtkı rəhbəri, əlləri xalqımızın qanına batmış Mixail Qorbaçovun bilavasitə göstərişi ilə törədilmiş bu dəhşətli hadisə bəşəriyyətə humanizmə qarşı yönəlmiş qatı cinayət əməli idi. Mixail Qorbaçovun göstərişi ilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə paytaxt Bakıya yeridilən Daha ətraflı »

  • 31Yan
    Xəbərlər Şəhidlər abidəsi ziyarət olundu üçün şərhlər bağlıdır

    “20 Yanvar” faciəsi tariximizin qan yaddaşıdır. Artıq 32 ildir bu tarix insanlarımız tərəfindən hüznlə yad edilir. Şəhid İsmayıl Məmmədov adına 2 saylı məktəb-liseydə də “20 Yanvar” anıldı. Məktəbin 44 günlük Vətən müharibəsi şəhidi polkovnik-leytenant Anar Əliyevin adını daşıyan 6c, Elnur Hüseynov adına 7a siniflərində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimiz və “20 Yanvar” faciəsi anıldı. Məktəbin tarix müəllimi Səbinə Zeynallı və psixoloq Vəsilə Həsənova xalqımızın yaşadığı ağrı-acılardan söz açıb, faciələr barəsində şagirdləri məlumatlandırdılar.
    Hər iki sinfin şagirdləri Birinci Qarabağ Müharibəsi və Vətən müharibəsi, həmçinin “20 Yanvar” faciəsi ilə əlaqədar geniş proqramla çıxış etdilər. Hər iki sinfin şagirdləri Rəfiqə Sabirli, Əsmər Hüseynzadə, Gülnarə Səmədova, Nigar Nadirova, Ləman Süleymanlı, Könül Əhmədova və başqaları Vətənimizin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər, onların qəhrəmanlıqları haqqında söz acdılar. Daha ətraflı »

  • 31Yan
    Xəbərlər RƏSM MÜSABİQƏSİ üçün şərhlər bağlıdır

    Gənclər Mərkəzində rayon təhsil şöbəsinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar qan yaddaşımızdır” adlı rəsm müsabiqəsi keçirilib.
    Ümumilikdə rayonun 26 ümumtəhsil məktəbinin şagirdlərinin qatıldığı müsabiqədə əvvəlcə azadlığımız, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
    Rayon gənclər və idman idarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək xalqımıza qarşı törədilən xəyanətlərdən və amansız qətllərdən danışaraq bu cür faciələrin başında xalqın demokratiya uğrunda olan həvəsini, azadlıq məfkurəsini qırmaq, xalqımıza mənəvi zərbə vurmaq məqsədi dayandığını qeyd edib.
    Sonra müsabiqənin nəticəsini müəyyən etmək üçün çəkilmiş rəsmlərə baxış keçirilib.
    Nəticəyə əsasən I yerə Qapanlı kənd tam orta məktəbinin şagirdi Leyla Orucova, II yerə Kəngərli kənd tam orta məktəbinin şagirdi Aişə Nağızadə, III yerə isə Mələk Şəmiyeva layiq görülmüşdür.
    Sonda qaliblər rayon gənclər və idman idarəsinin diplomları ilə təltif ediliblər.

     

  • 31Yan
    Xəbərlər VOLEYBOL ÜZRƏ RAYON BİRİNCİLİYİ üçün şərhlər bağlıdır

    Voleybol yarışı Seydimli kənd tam orta məktəbində rayon Uşaq Gənclər İdman Şahmat Məktəbi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
    Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət himni səsləndirilib.
    Sonra Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Emin Quliyev çıxış edərək bildirib ki, 20 Yanvar Azərbaycanın müasir tarixində ən faciəli günlərdən biridir. Eyni zamanda bu gün tariximizə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
    Yarış Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimlərindən təyin edilmiş hakimlər tərəfindən idarə olunub.
    Yarışda I yeri Seydimli kənd tam orta məktəbinin “Zəfər”, II yeri Qaraağacı kənd tam orta məktəbinin “Qartallar”, III yeri isə şəhər 2 saylı məktəb-liseyin “Su-qovuşan” komandası qazanıb.
    Yekunda qalib komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.

     

  • 07Yan
    Xəbərlər ŞƏHİD AİLƏLƏRİNƏ VƏ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARINA 105 MEDAL VƏ 3 ORDEN TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Rayon icra hakimiyyətində keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri Müstəqim Məmmədov çıxış edərək 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Vətənə layiqli oğullar verdiklərinə görə şəhid ailələrinə, vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Daha ətraflı »