Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek
    Xəbərlər QAZİLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbdə Azərbaycan Res-publikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak etmiş qazilərlə görüş keçirildi. Əvvəlcə dövlət himni səsləndirildi və hər iki müharibədə canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı.
    Görüşə Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şücaət göstərərək əlil olmuş qazilərdən Vəkil Vəliyev, Mətləb Əliyev, İlqar Salmanov, Misir Axundov və mətbuat nümayəndələri dəvət olunmuşdular. Tədbir məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirildi.
    Məktəbin şagirdləri hər iki müharibədə iştirak etmiş qazilərə müharibənin dəhşətləri barədə müxtəlif suallar verdilər. Qazilər bu cür tədbirlərin tez-tez keçirilməsindən razılıqlarını bildirərək, Daha ətraflı »

  • 20Dek
    Xəbərlər Qürur duyuruq üçün şərhlər bağlıdır

    KÜÇƏMİZƏ İGİD DÖYÜŞÇÜNÜN ADI VERİLİB

    Bu yaxınlarda küçəmizə Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Aslan Hüseynovun adı verilib. Cəsur döyüşçü haq-qında daha çox məlumat toplamaq qərarına gəldim. Öyrəndim ki, Aslan Hüseynov 1985-ci il oktyabrn 6-da Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Ailəli idi. Bir oğlu, bir qızı atasız böyüsələr də, onlar bütöv bir xalqın sevgisi ilə əhatə olunublar. Ataları ilə həmişə qürur duyurlar. Daha ətraflı »

  • 10Dek
    Xəbərlər VƏTƏNDAŞLARIN QƏBULU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib. Onların icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan problemləri həll olunub, digərlərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    Qəbulda vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq, həyətyanı sahə götürülməsi, işlə təmin olunma ilə bağlı müraciət ediblər.
    Həlli mümkün məsələlər operativ surətdə həll olunub, araşdırılması vaxt tələb edən məsələlər barədə aidiyyəti qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
    Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 10Dek
    Xəbərlər ŞƏHİDİN İL MƏRASİMİ üçün şərhlər bağlıdır

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
    Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Əhmədzadə Mürşüd Müdahil oğlu 2000-ci il aprelin 1-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Oktyabrın 6-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 27-də onun nəşi tapılaraq Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.
    Şəhid Əhmədzadə Mürşüd 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur dö-yüşçü” medalları ilə təltif olunub.
    Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

     

  • 10Dek
    Xəbərlər İGİD DÖYÜŞÇÜNÜN XATİRƏSİ ANILIB üçün şərhlər bağlıdır

    Şəhidin anım günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları onun məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
    Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Qasımov Azər Yaqub oğlu 1979-cu il dekabrın 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub. Oktyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 29-da Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.
    Şəhid Qasımov Azər 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları təltif ilə olunub.
    Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

  • 29Noy
    Xəbərlər AĞACƏKMƏ KOMPANİYASI üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar olaraq Rayon Təşkilatının təşkilatçılığı ilə rayonda ağacəkmə kampaniyası keçirilib. Ağacəkmə kampaniyasında rayon təşkilatının çoxsaylı fəal üzvləri və kampaniyaya cəlb edilən rayon ictimaiyyətinin nümayəndələri tərəfindən “Tərtər – Bərdə” magistral yolu kənarlarına 800 ədəd müxtəlif növ meyvə və həmişəyaşıl ağacları əkilmişdir.

  • 29Noy
    Xəbərlər QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    Tərtər Rayon Heydər Əliyev Mərkəzində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 221 nəfər könüllü donordan qan götürülüb.
    Aksiyada icra hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi veteranları, habelə sıravi vətəndaşlar, könüllü gənclər fəal iştirak ediblər. Kampaniyaya könüllü qoşulan minə yaxın rayon sakini əvvəlcə müayinədən keçirilib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının peşəkar həkimləri tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Daha ətraflı »

  • 29Noy
    Xəbərlər MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər rayon Gənclər mərkəzində “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili” adlı maarifləndirici layihəsinin növbəti mərhələsini həyata keçirmişdir.
    Üç gün davam edən layihənin əsas məqsədi gənclərə bərabər məşğulluq imkanları yaratmaqdır. Təlim kursunda iştirak edən rayon Gənclər və İdman İdarəsinin,Təhsil şöbəsinin, Gənclərin İnkişaf və Karyera mərkəzinin, o cümlədən Tərtər DAİM-in məsul şəxsləri və könüllülər rayon gənclərinin maariflənməsi və karyera inkişafı baxımından bu layihənin müsbət əhəmiyyətini qeyd etmişlər.

     

  • 29Noy
    Xəbərlər VAKSİNASİYA DAVAM EDİR üçün şərhlər bağlıdır

    “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
    Rayon mərkəzi xəstəxanasının həkim heyəti rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin kütləvi olaraq vaksinasiya olunmasını həyata keçirir. İndiyədək rayon sakinlərinə 86 min 289 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 43 min 733, II mərhələ üzrə peyvənd olunanların sayı 38 min 300 və Buster doza üzrə peyvənd olunanların sayı isə 6880 nəfərdir. Daha ətraflı »

  • 19Noy
    Xəbərlər ŞƏHİDLƏRİN ANIM GÜNLƏRİ üçün şərhlər bağlıdır

    Tərtərdə şəhidlərin ruhu həmişə hörmətlə yad edilir, onların əziz xatirələrinə ehtiram əlaməti olaraq müxtəlif tədbirlər keçirilir anım günləri diqqət mərkəzində saxlanılır, şəhid ailələrinin qayğıları və problemləri vaxtaşırı öyrənilir, onların həlli prioritet vəzifə kimi qarşıya qoyulur.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu məsələyə daim önəm verir, şəhidlərin məzarlarını ziyarət edir, şəhərin küçələrinə Vətən uğrunda canını qurban vermiş igidlərin adlarının qoyulmasını, abidələrinin və xatirə bulaqlarının tikilməsini daim diqqət mərkəzində saxlayır.
    Bu günlərdə Tərtər şəhidlərindən Abbasov Elvin Şamil oğlunun, Hüseynov Elnur Əhliman oğlunun, Surxayzadə Cahangir Hətəm oğlunun, Rzayev Ülfət Novruz oğlunun anım günləri keçirilib.
    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri iştitak ediblər.