Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn
    Xəbərlər “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

    Şəhid gizir Mirzəli Rəşad Hafiz oğlu 26 may 1995-ci ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Murovdağ və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Suqovuşan uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
    Şəhidin doğum günündə Hacıqərvənd kəndində onun adına olan bulağın açılışı olub.
    Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbə-sinin rəisi Elşən Abdullayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri qoyaraq Vətən uğrunda şəhid olan oğulların xatirəsini yad ediblər.
    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin Daha ətraflı »

  • 10İyn
    Xəbərlər UŞAQLARIN BAYRAM SEVİNCİ üçün şərhlər bağlıdır

    1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər rayon İcra Hakimiyyətinin, “Paşa Sı-ğorta” şirkətinin birgə təşkilatçılığı və “Paşa Holdinqin” dəstəyi ilə şəhərimizin parkında şəhid olan qəhrəmanlarımızın və qazilərin övladlarının iştirakıyla tədbir keçirilib.
    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirakçıları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən danışıb. Tor-paqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib. Rayon rəhbəri qeyd edib ki, ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub. Həmçinin Heydər Əliyev Fondunun uşaqların in-tellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır. Daha ətraflı »

  • 10İyn
    Xəbərlər ŞƏHİD AİLƏSİNİ ZİYARƏT üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası (YAP) Tərtər Rayon Təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olanların ailələri ilə görüşlərini davam etdirir.
    Bu günlərdə YAP Rayon Təşkilatının üzvləri Vətən müharibəsi şəhidi İsaxlı Anar Rəsul oğlunun doğum günü ilə əlaqədar onun ailəsini ziyarət ediblər. Görüş zamanı Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışılıb.
    Həmçinin bildirilib ki, Tərtər rayon Cəmilli kənd sakini Anar İsaxlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğ-runda gedən döyüşlərdə iştirak edib. Düşmənin artilleriya atəşi nəticəsində həlak olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
    YAP fəalları şəhidin ailəsinin problemləri ilə maraqlanılıb və köməkliklər göstəriblər.
    Şəhid Anar İsaxlının doğum günü ilə əlaqədar onun məzarı ziyarət olunaraq ruhuna dualar oxunub.

  • 10İyn
    Xəbərlər SUQOVUŞANA MEDİA-TUR üçün şərhlər bağlıdır

    ” Meliorasiya və Su Təsərrüfatı ” ASC- nın təşkilatçılığı ilə jurnalistlərin Suqovuşan su anbarına səfəri təşkil olunub.
    Səfərin məqsədi işğaldan azad edilmiş Suqovuşan su anbarının mövcud vəziyyəti ilə tanışlıq və gələcəkdə anbarda aparılacaq infrastruktur işləri ilə maraqlanmaqdır.
    Suqovuşan su anbarının azad edilməsi ilə bir neçə rayonun su təminat problemi həll edilib.
    Tərtər rayonun ərazisində Tərtərçay çayı üzərində Suqovuşan su anbarı yerləşir. 1976-ci ildə istismara verilmiş bu su anbarı Tərtərçay Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kbm olan su anbarından ümumilikda 96217 hektar torpaq sahələrinin, o cümlədən Tərtər rayonunun 29317 ha, Ağdərə rayonunun 14380 ha,
    Goranboy rayonunun 6938 ha, Yevlax rayonunun 4918 ha, Bərdə rayonunun 7778 ha, Ağdam rayonunun 30886 ha və Ağcabədi rayonunun 2000 ha əkin sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub. Daha ətraflı »

  • 10İyn
    Xəbərlər SUBARTEZİAN QUYULARI QAZILACAQ üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev mayın 31-də “Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
    Sərəncama əsasən, Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödə-nilməsi üçün 20 ədəd subar-tezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

  • 10İyn
    Xəbərlər YOLLAR YENİDƏN QURULUR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda 11 kilometr uzunluğa malik 5 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulur.
    Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək.
    Texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
    Daha sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara yeni asfaltbeton örtüyünün döşənməsi işlərinə də başlanılacaq.
    İşlərin qısa müddət ərzində yekunlaşdırılması və yolların müasir görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.

     

  • 31May
    Xəbərlər ŞƏHİDİN DƏFNİ üçün şərhlər bağlıdır

    Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun baş leytenantı, 1993-cü il təvəllüdlü Tərtər rayonunun Kəngərli kənd sakini Qənbərli Qənbər Bəhruz oğlunun nəşi doğulduğu Kəngərli kəndində torpağa tapşırıldı.
    Şəhidin dəfn mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak edib.
    Mərasimdə rayon rəhbəri bildirib ki, “torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı.
    Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid analarının Daha ətraflı »

  • 31May
    Xəbərlər SUQOVUŞANA ELEKTRİK ENERJİSİ VERİLDİ üçün şərhlər bağlıdır

    İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri başa çatıb və bu gün qəsəbəyə elektrik enerjisi verilib.
    İşğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirlər davam etdirilir.
    İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib.
    Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq xətt izolyasiyalı kabellə çəkilib.
    Müqayisə üçün, bildirək ki, Suqovuşan ərazisinin elektrik təchizatını təmin etmək üçün müasir izolyasiyalı və Mühafizəli 35 kV kabel xəttindən istifadə, Daha ətraflı »

  • 20May
    Xəbərlər “ŞƏHİDLƏR ABİDƏSİ”NİN AÇILIŞI OLDU üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Evoğlu kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər bulağı” və “Şəhidlərə xatirə” abidəsinin açılışı olub.
    Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri ilə birgə əvvəlcə “Şəhidlər bulağı”nda, sonra isə “Şəhidlərə xatirə” abidəsində olub, hər iki abidəyə gül-çiçək dəstələri qoyub, Vətən uğrunda şəhid olan oğulların xatirəsini yad ediblər.
    Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs ediblər. Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

     

  • 20May
    Xəbərlər QAZİ AİLƏSİ İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və YAP rayon təşkilatının sədri Ramiz Şabanov, bir qrup partiya fəalı ilə birgə minaya düşərək bir ayaqını itirmiş Zolgəran kənd sakini, qazi Orucov Elşad Lətif oğlunun ailəsində olub, səhəti və qay-ğıları ilə maraqlanaraq köməklik göstəriblər.
    Qeyd edilib ki, Tərtərin igidləri şəhid olublar, qazi olublar, bu torpağa qan töküblər, lakin bir addım da olsun geri çəkilməyiblər. Buna görə də Tərtərin müdafiəsində şəhidlərimiz və qazilərimiz daha çox olub.
    Qazi Orucov Elşad Lətif oğlunun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.