Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn
    Xəbərlər SUBARTEZİAN QUYULARI QAZILACAQ üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev mayın 31-də “Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
    Sərəncama əsasən, Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödə-nilməsi üçün 20 ədəd subar-tezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

  • 10İyn
    Xəbərlər YOLLAR YENİDƏN QURULUR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda 11 kilometr uzunluğa malik 5 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulur.
    Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək.
    Texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
    Daha sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara yeni asfaltbeton örtüyünün döşənməsi işlərinə də başlanılacaq.
    İşlərin qısa müddət ərzində yekunlaşdırılması və yolların müasir görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.

     

  • 31May
    Xəbərlər ŞƏHİDİN DƏFNİ üçün şərhlər bağlıdır

    Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun baş leytenantı, 1993-cü il təvəllüdlü Tərtər rayonunun Kəngərli kənd sakini Qənbərli Qənbər Bəhruz oğlunun nəşi doğulduğu Kəngərli kəndində torpağa tapşırıldı.
    Şəhidin dəfn mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak edib.
    Mərasimdə rayon rəhbəri bildirib ki, “torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı.
    Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid analarının Daha ətraflı »

  • 31May
    Xəbərlər SUQOVUŞANA ELEKTRİK ENERJİSİ VERİLDİ üçün şərhlər bağlıdır

    İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri başa çatıb və bu gün qəsəbəyə elektrik enerjisi verilib.
    İşğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirlər davam etdirilir.
    İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib.
    Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq xətt izolyasiyalı kabellə çəkilib.
    Müqayisə üçün, bildirək ki, Suqovuşan ərazisinin elektrik təchizatını təmin etmək üçün müasir izolyasiyalı və Mühafizəli 35 kV kabel xəttindən istifadə, Daha ətraflı »

  • 20May
    Xəbərlər “ŞƏHİDLƏR ABİDƏSİ”NİN AÇILIŞI OLDU üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Evoğlu kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər bulağı” və “Şəhidlərə xatirə” abidəsinin açılışı olub.
    Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri ilə birgə əvvəlcə “Şəhidlər bulağı”nda, sonra isə “Şəhidlərə xatirə” abidəsində olub, hər iki abidəyə gül-çiçək dəstələri qoyub, Vətən uğrunda şəhid olan oğulların xatirəsini yad ediblər.
    Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs ediblər. Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

     

  • 20May
    Xəbərlər QAZİ AİLƏSİ İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və YAP rayon təşkilatının sədri Ramiz Şabanov, bir qrup partiya fəalı ilə birgə minaya düşərək bir ayaqını itirmiş Zolgəran kənd sakini, qazi Orucov Elşad Lətif oğlunun ailəsində olub, səhəti və qay-ğıları ilə maraqlanaraq köməklik göstəriblər.
    Qeyd edilib ki, Tərtərin igidləri şəhid olublar, qazi olublar, bu torpağa qan töküblər, lakin bir addım da olsun geri çəkilməyiblər. Buna görə də Tərtərin müdafiəsində şəhidlərimiz və qazilərimiz daha çox olub.
    Qazi Orucov Elşad Lətif oğlunun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

     

  • 20May
    Xəbərlər QƏLƏBƏ GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri ilə birlikdə 1941-1945-ci illər müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılan abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
    Sonra şəhidlər abidə kompleksi ziyarət olunmuş, abidənin önünə gül dəstələri düzülərək şəhidlərin əziz xatirəsi yad edilmişdir.
    Rayon rəhbəri həmçinin tədbirə qatılan bir qrup Qarabağ müharibəsi veteranları və qazilərlə də görüşüb, onların qayğıları ilə maraqlanmışdır.
    Müharibə veteranları və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

  • 20May
    Xəbərlər DƏYMİŞ ZİYAN ARADAN QALDIRILIR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam edir.
    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov təmir-tikinti işlərinin getdiyi ərazilərə baş çəkib, işlərin gedişatı ilə yerində tanış olub.
    Rayon rəhbərinə məlumat verilib ki, 5496 təmir-bərpa kateqoriyasına aid edilmiş evlərin 2396-da təmir-bərpa işlərinə başlanılıb, 1512 evdə isə təmir işləri başa çatıb. 64 qəzalı evdən 54-də tikinti işləri davam etdirilir.
    Sonra icra başçısı sakinlərlə görüşüb, onların müraciət və təkliflərini dinləyib.

  • 07May
    Xəbərlər YOL İNFRASTRUKTURU YENİLƏNİR üçün şərhlər bağlıdır

    44 günlük Vətən müharibəsi dövründə düşmənin Tərtər rayonunun təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində yol infrastrukturuna da ciddi ziyan dəymişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Tərtər rayonunda da yol infrastrukturunun yenidənqurulması işlərinə baş-lanılmışdır.
    Belə ki, respublika əhəmiyyətli “Bərdə-İstisu” avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsi və şəhərin 11 küçəsi, 3 küçənin isə döngəsi asfaltlanmışdır. Yerli əhəmiyyətli “Kovdadıq – Rəcəbli”, Seydimli və Düyərli yolları təmir edilmişdir. Hazırda “Azad Qaraqoyunlu-İlxıçılar-Aşağı Qapanlı-Evoğlu-Köçərli” kəndlərini birləşdirən avtomobil Daha ətraflı »

  • 07May
    Təhsil, Xəbərlər XORUZLU KƏNDİNDƏ YENİ MƏKTƏB TİKİLİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 iyun 2020-ci il tarixli, 2075 nömrəli Sərəncamına uyğun olaraq Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik tam orta məktəbin tikintisinə başlanılıb. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xoruzlu kəndində məktəbin tikinti işləri ilə yerində tanış olub, müvafiq tövsiyələrini verib.
    Artıq yeni məktəbin bünövrəsi tökülüb, izolyasiya olunub, hazırda hörgü işləri aparılır.
    Məktəbin həyətində hər birinin Daha ətraflı »