Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Fev
    Xəbərlər Xocalıdan olan ailələrlə görüş üçün şərhlər bağlıdır

    YAP rayon təşkilatının inzibati binasında Tərtər rayonunda məskunlaşan 17 Xocalı ailəsinin 58 nəfər üzvü ilə görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu qeyd edib.
    Rayon rəhbəri qeyd edib ki, cəmi 44 gün davam edən Vətən müharibsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. 30 il davam edən işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın yeni tarixinə öz adını əbədi yazdı.
    “Qisas qiyamətə qalmadı”–Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün şəhidlərin, eləcə də xocalıların qisası alındı.
    Rayon rəhbəri Xocalıdan olan ailələri dinləyərək, onların problem və qayğıları ilə maraqlanıb.
    Görüşdə Xocalıdan olan ailələrə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı edilib.
    Xocalılar göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, yenidən Xocalıya dönəcəkləri günü səbirsizliklə gözlədiklərini bildiriblər.

     

  • 29Fev
    Xəbərlər Qanlı terror aktı nəticəsində həyatını itirmiş insanların xatirəsi yad edilib üçün şərhlər bağlıdır

    YAP Tərtər rayon təşkilatında Xocalı soyqırımının 32- ci ildönümündə “Xocalıya ədalət!” adlı tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımının qurbanları və Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev Xocalı soyqırımında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikdən danışıb. Qeyd edilib ki, erməni terrorçularının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasəti nəticəsində törətdikləri qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görıə seçilir.
    Digər çıxış edənlər Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millət-çilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu diqqətə çatdırıblar. Çıxışlarda vurğulanıb ki, soyqırımı qurbanlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulacaqdır.

     

  • 20Fev
    Xəbərlər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    YARPIZ ƏTRİ

    Hələ XVIII əsrin əvvəllərindən Rusiya imperiyasının Qafqaz siyasətinin tərkib hissəsini “erməni məsələsi” təşkil edir. Yəni ruslar daim öz cənub sərhədlərini onlara daha yaxın olan və eyni dinə qulluq edən ermənilərlə möhkəmləndirir, bu məqsədlə onları müxtəlif əyalətlərdən bu yerlərə köçürürdülər. XX əsrin sonlarında Azərbaycan xalqının başına gətirilən faciələr də məhz bu siyasətdən qaynaqlanmışdır. Belə faciələrdən biri tarixə qanla yazılmış Xocalıdır.
    * * *
    Novruz Fatmanı tuneldən içəri salıb, özü geri qayıtdı. Qadın yan-yörəsinə baxıb, beş-altı nəfər qonşusunu tanıdı. Qalanları isə mexseti türkləri idi. Dəfələrlə belə ol-muşdu. Atışma güclənəndə onlar burada daldalanır, sonradan yenə də evlərinə qayıdırdılar. Amma, deyəsən, bu atışma əvvəlkilərə bənzəmirdi. Hətta yaxında tankların səsi aydınca eşidilirdi. Burada daldalanan 90-a yaxın insanın həyəcanlı səsi yerin altında qəribə əks-səda verir, vahiməni daha da artırırdı.
    Qəflətən partlayış səsi eşidildi. Mərminin qəlpələri daldalanacağın içərisinə səpələnib, insanları yaralamışdı. Daha bu vəziyyətdə burada qalmağın mənası yox idi. Qapını açıb onların bayıra çıxmasına imkan verdilər. Fatma keyimiş əllərilə hissiyatsız bədənini yoxladı. Deyəsən yaralanmamışdı. Hamı harasa qaçırdı. Amma onun beynində bircə fikir dolaşırdı: özünü evlərinə çatdırıb, ömür-gün yoldaşı Novruzu tapsın. Budur, nəhayət, bu da onların həyət darvazası. O, bir az toxtayıb nəfəsini dərdi, “Novruz burada olacaq”– deyə, düşündü. “O, məni qoyub heç yerə getməz”. Daha ətraflı »

  • 12Fev
    Xəbərlər Rayonumuzda prezident seçkiləri böyük seçici fəallığı ilə başa çatıb üçün şərhlər bağlıdır

    Tərtərli seçicilər öz namizədlərinə səs vermək üçün səhər saatlarından etirabən Dairə Seçki Komissiyasının məntəqələrinə axışıblar. Məntəqələrin qarşısında böyük insan izdihamı müşahidə edilirdi. Seçicilər arasında şəhid ailələri, qazilər, gənclər də aktivlik nümayiş etdiriblər. Hər kəs öz layiqli namizədini seçmək üçün məntəqələrə gəlməyi vacib hesab edib.
    Tərtərdə seçkləri müşahidə edən həm beynəlxalq, həm də müxtəlif partiyalardan olan müşahidəçilər seçkinin azad, demokratik prinsiplərə uyğun keçdiyini, hər hansı neqativ hallarla rastlaşmadıqlarını bildiriblər.
    Qeyd edək ki, 7 fevral 2024-ci il Prezident seçkiləri sıradan bir seçki deyildi. Qələbəmizin, qürur seçkisinin keçirildiyi bir gün idi. Seçki prosesi yekunlaşdıqdan sonra, Tərtər sakinləri bayraqlarla abtomobil yürüşü keçirərək, öz sevinclərini bölüşüblər.

     

  • 12Fev
    Xəbərlər Rayon rəhbəri şəhid atası Vaqif Əliyevi xəstəxanada ziyarət edib üçün şərhlər bağlıdır

    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov öz ənənəsinə sadiq qalaraq rayon prokuroru Əli Qurbanovla birlikdə Gəncə Beynəlxalq Xəstəxanasında açıq ürək əməliyyatı keçirən Vətən müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif müəllimi ziyarət edib.
    Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Valideynlərinin iş yeri ilə əlaqədar keçmiş Ağdərə rayonunun Göyarx kəndinə köçmüşdür. 1988-ci ildə Qarabağ müharibəsi başlamışdır. Bu zaman Anar Əliyevin ailəsi hücumlardan başlayan deportasiyalar nəticəsində Tərtər rayonunun Bəyimsarov kəndinə köçmüşdür.
    Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri Anar Vaqif oğlu Əliyev 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunması əməliyyatında yaxından iştirak etmiş və fərqlənmişdir.
    Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr tarixində Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə şəhid olmuşdur. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Anar Əliyevin də rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi asanlaşdırmışdır. Daha ətraflı »

  • 12Fev
    Xəbərlər Qəhrəman ana evində səs verib üçün şərhlər bağlıdır

    Seçki günü məntəqələrə gələ bilməyən yaşlı insanların da bu kampaniyada iştirakını təmin etmək üçün tədbirlər görülüb.
    Belə sakinlərdən biri Umudlu kəndindən olan 100 yaşlı şəhid anası Ətlaz Abbasquliyevadır. Ətlaz nənə Qəhrəman anadır. Həm çoxuşaqlı ana kimi, həm də vətənpərvər, elinə gərəkli, savadlı övladlar böyütdüyünə görə o, əsl qəhrəmanlıq nümunəsidir.
    Hazırda nənənin 27 nəvəsi, 50 nəticəsi və 14 kötücəsi var.
    Ətlaz nənə də seçkilər gününü səbirsizliklə gözləyirdi. Həmin gün 11 saylı seçki məntəqəsindən qutu onun yaşadığı evə gətirilib. Ətlaz nənə övladlarının, nəvə-nəticələrinin, kötücələrinin firavan həyatına, Böyük Qayıdışa səs verib.
    Ətlaz Abbasquliyeva 7 yanvar 1924-cü ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. On uşaq böyüdüb boya-başa çatdırıb.
    Övladlarından biri – Məmməd Abbasov 1991-ci il may ayının 26-da Umudlu kəndinin müdafiəsi zamanı şəhid olub. Oğlanlarından digər üç nəfəri də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Onlardan biri gedən döyüşlər zamanı gül-lə yarası alıb. 9 aprel 2009-cu ildə qızı Solmaz Abbasova vəfat edib. Qalan övladları hal-hazırda yaşayırlar.
    Ətlaz nənə uzun illər sovxoz ərazisində təsərrüfat işlərində çalışıb, bir çox medallarla təltif olunub. Kənd Sovetinin deputatı seçilib. Övladlarının hər biri ali və orta ixtisas təhsili alıb. Daha ətraflı »

  • 11Dek
    Xəbərlər Təbii qazdan istifadə zamanı ehtiyatlı olaq üçün şərhlər bağlıdır

    Xüsusilə qış aylarında artan insan ölümü və digər xoşagəlməz nəticələrə səbəb olan dəm qazından zəhərlənmə, partlayış və yanğın hallarının baş verməsi Azərbaycanda insanları düşündürən ən aktual məsələlərdən biridir. Son illər ərzində informasiya mübadiləsinin tempinin artması dünyada, o cümlədən respublikamızda baş verən hadisələr haqqında məlumatların əldə edilməsi, paylaşılması auditoriyasını xeyli genişləndirmişdir. Mövsümi keçidlə əlaqədar olaraq əhali tərəfindən fərdi yaşayış evlərinin və mənzillərin qızdırılması məqsədilə əlavə qaz qurğularının quraşdırılması, tikinti və təmir işləri ilə bağlı qaz xətlərinin çəkilişi zamanı texniki şərtlərə əməl olunmaması, eləcə də qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə təmir və digər əlaqədar xidmət işlərinin vaxtında və düzgün həyata keçirilməməsi arzuolunmaz nəticələrin baş verməsinə başlıca səbəbdir.
    Hazırki tarixədək Tərtər rayon Prokurorluğunda dəm qazından zəhərlənmə ilə bağlı aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, yaşadığımız dövrün ən narahatlıq doğuran hadisələrindən biri təbii dəm qazından zəhərlənmə halları əsasən istehlakçılar tərəfindən təbii qazdan və ya qaz qurğularından qanunvericiliklə tənzimlənmiş dövlət standartlarına uyğun istifadə edilməməsi nəticəsində baş vermişdir. Bununla bağlı, rayon Prokurorluğunda aparılmış araşdırmalar zamanı 5 nəfər fiziki şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə “İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” qərarlar qəbul edilməklə baxılması üçün aidiyyəti quruma göndərilmiş və qeyd olunan istehlakçılar barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Daha ətraflı »

  • 27Okt
    Xəbərlər İlham Əliyev Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
    Sonra dövlətimizin başçısı əraziyə baxdı.
    Qeyd edək ki, Ağdərə şəhəri 1993-cü il iyunun 27-də işğal olunub. Bu il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizlənib.

     

  • 27Okt
    Xəbərlər Oktyabrın 20-si Energetiklər Günüdür üçün şərhlər bağlıdır

    Bu iş əsl fədakarlıq tələb edir

    XIX əsrin 80-cı illərində Avropanın əksər ölkələrində elektrik enerjisi olmadığı halda, Azərbaycanda elektrik enerjisinin mövcudluğu bütün dövrlərdə xalqımızın bu sahəyə böyük maraq göstərməsinin bariz nümunəsidir. Sovet hakimiyyəti illərində də, xüsusilə 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsindən sonra, elektrik enerjisi sisteminin inkişafında böyük nailiyyətlər əldə edildi.
    20 il əvvəl Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə elektroenergetikanın islahatı, inkişafı və tərəqqisi daha da sürətləndi. Məhz cənab Prezidentin bu sahəyə diqqət və qayğısı sayəsində Azərbaycan dünya enerji sənayesində həlledici rolu olan bir ölkəyə çevrildi.
    Bütün bu nailiyyətlərin əldə olunmasında “Azərişıq” ASC-nin və onun tabeliyində olan Tərtər Elektrik Şəbəkəsinin xüsusi payı vardır. Belə ki, əvvəlki illərdə də yaxşı göstəriciləri ilə öndə olan şəbəkənin kollektivi 44 günlük Vətən müharibəsində gecə-gündüz dayanmadan əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün əsl fədakarlıq göstərmişdir. Müharibə zamanı mənfur düşmənin atdığı mərmilər nəticəsində Talış və Suqovuşan qəsəbələrində darmadağın edilmiş hava xətlərinin və yarımstansiyaların, transformatorların bərpası sahəsində bütün qüvvə və bacarıqlarını sərf edən şəbəkənin işçiləri həmin ərazilərin də fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə nail olmuşlar. Daha ətraflı »

  • 08Sen
    Xəbərlər Şəhid ailələrinin üzvləri və Vətən müharibəsi əlilləri müalicə və istirahət üçün Naftalan şəhərinə yola salınıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Naftalan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayondan olan 18 nəfər şəhid ailəsi və 14 nəfər Vətən müharibəsi əlili müalicə və istirahət üçün Naftalan şəhərində yerləşən “Gold Naftalan” MMC Müalicə və Sağlamlıq Mərkəzinə yola salınıb. Onların müalicə və sağlamlıq mərkəzində müalicə kursu qəbul etmələri və istirahətləri təmin olunacaq.
    Yolasalma mərasimində Tərtər Rayon İcra Hakimiy-yətinin Başçısı Müstəqim Məmmədov da iştirak edib.
    Naftalan şəhərinə yola salınan şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə görüşən rayon rəhbəri bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir. Mütəmadi olaraq şəhid və qazi ailələri ilə keçirilən görüşlərdə onların qayğıları, qarşılaşdıqları problemlər araşdırılır və yerində həll olunur. Bu istiqamətdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid və qazi ailələrinə dəstək üçün ardıcıl olaraq sosial layihələr həyata keçirilir. 18 nəfər şəhid ailəsi üzvünün və 14 nəfər Vətən müharibəsi əliliinin Naftalan şəhərinə müalicə və istirahət üçün göndərilməsi bunun bariz nümunəsidir. Daha ətraflı »