Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan
    Xəbərlər HESABAT YIĞINCAĞI üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzetinin redaksiyasında 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.
    Hesabat məruzəsi ilə çıxış edən qəzetin baş redaktoru Tofiq Yusif göstərdi ki, il ərzində “Yeni Tərtər”in 36 nömrəsi çap olunmuş, dövriyyə planına tam əməl edilmişdir. Qəzetin səhifələrində günün aktual məsələləri ilə bağlı operativ məlumatlara daha geniş yer ayrılmış, rayonun həyatını əks etdirən xəbərlər dərc olunmuşdur. Müxtəlif rubrikalar –“Millimənəvi dəyərlərimizi qoruyaq”, “Erməni vandalizmi”, “Tərtər Qarabağ müharibəsi illərində”, “Qarabağ müharibəsi qaziləri”, “Tərtərin tarixindən”, “Ahıllarımız”, “Ağbirçəklərimiz”, “Şəhidlərimiz”, “Şəhid ailələrinə dövlət qayğısı”, “Respublika mətbuatının səhifələrin-də”, “Kənd təsərrüfatı”, “İmadəddin Nəsimi–650”, “İdmançılarımız”, “Həkim məsləhəti” və s. qəzetimizin səhifələrini oxunaqlı və maraqlı etmişdir.
    İl ərzində fotoşəkillərdən əyani vasitə kimi geniş istifadə olunmuşdur.
    Qəzetimizin nəşrində ləngimə hadisəsi baş verməmişdir–vaxtında dərc olunmuş və abunəçilərə paylanmışdır. Daha ətraflı »

  • 19Dek
    Xəbərlər ÜMUMMİLLİ LİDERİN XATİRƏSİ YAD EDİLDİ üçün şərhlər bağlıdır

    Xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsini daim uca tutan tərtərlilər onun vəfatınının 16-cı ildönümünü ehtiramla yad ediblər.
    Ümummilli Liderin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini minlərlə insan ziyarət edib. Rayon ictimaiyyəti, YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, ərazidəki “N” saylı hərbi hissənin şəxsi heyəti dahi rəhbər Heydər Əliyevin abidəsi önünə gülçiçək dəstələri düzüblər, Tanrıdan ona rəhmət diləyiblər.
    Mərasim iştirakçıları sonra Heydər Əliyev Mərkəzinə gələ-rək, ulu öndərin zəngin həyatını və siyasi Daha ətraflı »

  • 19Dek
    Xəbərlər AĞACƏKMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Birinci vitseprezidenti Mehriban xanım Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da yüksək fəallıqla həyata keçirilib.
    Şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün ağac əkini üçün nəzərdə tutulan ərazilər əvvəlcədən təmizlənib, hamarlanıb, cızlar çəkilib, çalalar qazılıb əkinə tam hazır vəziyyətə gətirilib.
    Tərtərlilər aksiya çərçivəsində “Tərtər-Bərdə”, “Tərtər-Hindarx”, “Tərtər-Şıxarx”, “Tərtər-Gəncə” avtomobil yollarının kənarlarında, Tərtər şəhərində və rayonun kənd-lərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 500 ədəd şam, 3000 ədəd göyrüc, 2500 ədəd akasiya, 2000 ədəd iydə, 1000 ədəd çinar, 1000 ədəd sərv, yerli tingçilər tərəfindən isə 5000 ədəd müxtəlif növ meyvə ağacları, ümumilikdə, 15 min ağac əkiblər.
    Ağac əkilən ərazilərdə abadlıqtəmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib və suvarılması həyata keçirilib.
    Əlavə olaraq gün ərzində Çin Xalq Respublikasından baramaçılığın inkişafı məqsədi ilə gətirilən 30000 ədəd tut tinginin də əkilməsinə start verilib.

  • 19Dek
    Xəbərlər VƏTƏNDAŞLARIN QƏBULU üçün şərhlər bağlıdır

    “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Tərtər rayonunda sakinlərlə görüşüb. Qəbulda Bərdə rayonunun sakinləri də iştirak edib. Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Füzuli, Ceyhun Şıxəliyev isə Ağdam rayonunun sakinlərinin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin ək-səriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə mü-vafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
    Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

  • 19Dek
    Xəbərlər TƏRTƏRDƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtərdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüş keçirilib. Rayon Gənclər Mərkəzində keçirilən görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quluyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, Tərtər və Ağdam rayonlarından olan fermerlər iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı Daha ətraflı »

  • 09Dek
    Xəbərlər ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Əvvəlcə tədbir iştirakçıları rayon rəhbəri ilə birlikdə ulu öndərin abidəsinin önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.
    Sonra tədbir Yeni Azərbaycan Partiyasının inzibati binasında davam etdirilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramları münasibəti ilə bütün ədliyyə və məhkəmə orqanlarının işçi-lərini təbrik edib, Azərbaycan ədliy-yəsinin şanlı tari-xindən və inkişaf yolundan danışıb.
    Tədbirdə Tərtər Hərbi Məhkəməsi-nin sədri İlqar Quliyev, rayon polis şö-bəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Al-məmmədov, Tərtər Hərbi prokuroru Hümmət Məmmədov çıxış edərək, ədliyyə işçilərinə peşə bayramları münasibətilə ən xoş arzularını çatdırdı-lar, ölkədə həyata keçirilən uğurlu məhkəməhüquq islahatlarından söz açdılar. Ədliyyənin fəaliyyətinə yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
    Sonda bir qrup ədliyyə işçisinə Tər-tər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.

  • 09Dek
    Xəbərlər “MARAĞA–150” ABİDƏSİ İLƏ TANIŞLIQ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ilə birlikdə “Marağa-150” abidəsində olublar. Rayon rəhbəri məlumat verib ki, ermənilər bu abidəni 1978-ci ildə İran Marağasından Azərbaycana köçürülmələrinin 150 illiyi münasibəti ilə özləri tikiblər.
    Qarabağ hadisələrində bu abidənin onları ifşa etdiklərini görüb dağıdıblar. Hal-hazırda ərazidə abidənin qalıqları respublika prezidenti möhtərəm cənab İlham Əliyevin göstərişi ilə qorunur ətrafında abadlıq işləri aparılıb, abidənin əvvəlki görkəminin şəkilləri və məlumatları sərgilənib.
    Rayon rəhbəri Təhsil nazirinin müavini ilə həmin ərazidə Aprel döyüşləri şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün onların hər birinin adına bir ağac əkilmiş əra-zidə olub, xatirə lövhələrinə baxıblar.
    Sonra onlar “N” saylı hərbi hissənin müşahidə postuna baş çəkərək düşmən tərəfi müşahidə edib, zabit və əsgərlərlə görüşərək, onlara yaradılan şəraitlə tanış olublar.

  • 09Dek
    Xəbərlər ŞƏHİD ATASININ 80 YAŞI QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov, keçmiş Tər-tər Özünümüdafiə Batalyonunun komandiri Pənah Məmmədov, Qarabağ qa-zisi Ayaz Məmmədovla birlikdə şəhid Arif Muxtarovun ailəsində olub.
    Rayon rəhbəri şəhid atası Aqil Muxtarovu 80 illik yubileyi və ailə qurmalarının 50 illiyi münasibətilə təbrik edib, onlara cansağlığı arzulayıb, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
    Sonra xatirə şəkli çəkildi.

  • 09Dek
    Xəbərlər QARADAĞLI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    Görüşdə rayon icra hakimiyyətinin, hüquqmühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə rayon rəhbəri ölkəmizdə gedən sürətli inkişafdan, Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Soçi şəhərində keçirilən “Valday” Diskussiya Klubunun 7 illik iclasının plinar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi tutarlı cavabdan–“Qarabağ Azərbaycandır və nida” danışdı. Bildirdi ki, Möhtərəm Prezidentimizin çıxışının alqışlarla qarşılanması hər bir azərbaycanlını qürurlandırdı və Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində mövqeyinin dəyişməz olduğunu bir daha bəyan etdi.
    İcra başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində gö-rülən işlərdən, onları narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən də danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsini, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını, minimum pensiyanı, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə qaldırılmasını, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldı-ğını diqqətə çatdırdı. Daha ətraflı »

  • 09Dek
    Xəbərlər SEMİNAR-MÜŞAVİRƏ üçün şərhlər bağlıdır

    Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Tərtər Rayon İcra Ha-kimiyyətinin dəstəyi ilə Tərtər rayo-nunda keçirilən “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” adlı seminarmüşavirə çərçivəsində tanınmış rəssam, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin rayon gəncləri ilə görüşü keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Apa-ratının İctimai-siyasi və humanitar mə-sələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umu-dov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, müəllimlər, şagirdlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
    Qeyd olunub ki, xeyirxahlıq, mərhə-mət, ədalətli davranış və s. bu kimi dəyərli keyfiyyətləri özündə birləşdirən mənəviyyat insanın ruhunda, düşün-cəsində yer alırsa, bu, onun həyatında özünü göstərir, əxlaqında, ictimai mü-nasibətlərində, davranışlarında təzahür edir. Buna görə də mənəvi dəyərlərin yeniyetmələr və gənclər arasında təb-liği çox vacibdir.
    Tanınmış rəssam Ziyadxan Əliyev bildirib ki, elmin, mədəniyyətin, incə-sənətin yüksək qiymətləndirildiyi Azərbaycanda milli-mənəvi və dini də-yərlərin təsviri sənətin müxtəlif növlə-rində işlənməsi dəyərlərimizə müxtə-lif baxış bucağından baxmağa, dünya-görüşümüzü artırmağa, qədim ölkəmiz haqqında daha ətraflı məlumatlar əldə etməyə geniş imkanlar açır.
    Yekunda iştirakçılarla geniş fikir mü-badiləsi aparılıb və onları maraqlandı-ran suallar cavablandırılıb.