Tərtər rayonunda Azərbaycanın Milli Qəhrəmanı, “Tərtər Özünümüdafiə Batalyonu”nun ilk komandiri Elman Hüseynovun anım günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, doğmaları, döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları qəhrəmanın abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Milli Qəhrəman Elman Hüseynova həsr olunmuş “İlk komandir” sənədli filmi nümayiş olunub. Daha ətraflı »
-
18YanXəbərlər AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ELMAN HÜSEYNOVUN XATİRƏSİ YAD EDİLDİ üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
10YanXəbərlər TƏRTƏRLİLƏR 2018-ci İLİ UĞURLU NƏTİCƏLƏRLƏ YOLA SALDILAR üçün şərhlər bağlıdır
Respublikamızın hər bir guşəsində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunub. Daha ətraflı »
-
10YanXəbərlər HƏRBİ HİSSƏLƏRDƏ “AÇIQ QAPI” GÜNÜ üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı” günü keçirilib.
Tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10YanXəbərlər YENİ KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI üçün şərhlər bağlıdır
Tərtər şəhər 4 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni inşa olunan bina istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib.
Diqqətə çatdırılıb ki, son illərdə Tərtər şəhər 4 nömrəli, “Nərgizim”, Şıxarx qəsəbə uşaq bağçaları üçün yeni binalar inşa edilib, 2 nömrəli, Seydimli, Güləbatlı, Sarıcalı kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir olunub.
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin bölgələr üzrə layihə rəhbəri Vəli Albəndov agentlik tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib, uşaqları bağçanın açılışı münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10YanXəbərlər AYAP-ın 2018-ci İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ TƏDBİRİ üçün şərhlər bağlıdır
BMT-nin Uşaq Fondunun (UNICEF) ölkəmizdəki nümayəndəliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) birgə təşəbbüslə Tərtər rayonunda “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin 2018-ci il üçün yekunlarına həsr olunmuş tədbir keçirib.
Tədbirdə AYAP Məşvərət Şurası üzvlərinin sosial mövzular üzərində hazırladıqları forum teatrlar nümayiş etdirilmiş, ardınca isə forum teatrların mövzularına dair fikir mübadiləsi aparılmış və sonda məzunlara sertifikatlar təqdim olunmuşdur. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10YanXəbərlər ŞURA İCLASI KEÇİRİLDİ üçün şərhlər bağlıdır
YAP rayon təşkilatının geniş tərkibli Şura iclası keçirildi.
İclasda rayon təşkilatının 2018-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə təşkilatın sədri Ramiz Şabanovun hesabat məruzəsi dinlənildi.
Qeyd olundu ki, hesabat dövründə rayon partiya təşkilatı, ərazi ilk partiya təşkilatlarının fəaliyyətlərinə daha dərindən nüfuz edib, ərazi ilk partiya təşkilatlarının fəaliyyətlərinin səmərəliliyi xeyli yüksəlib. Hazırda 83 ərazi ilk partiya təşkilatında 6351 nəfər üzv vardır ki, onların da 3415 nəfərini qadınlar, 1459 nəfərini gənclər təşkil edir.
2018-ci ildə ayrı-ayrı sahələrdə çalışan insanların nümayəndələri, Heydər Əliyev ideyalarına sadiq olan 251 nəfər YAP sıralarına qəbul olunub ki, onların da 115 nəfərini və ya 46 faizini gənclər təşkil edib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10YanXəbərlər 700-dən ARTIQ “ELDAR ŞAMI” ƏKİLİB üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və sakinlər fəal iştirak ediblər.
Aksiya zamanı “Tərtər-Şıxarx” avtomobil yolunun kənarında təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
20DekXəbərlər ÜMUMMİLLİ LİDERİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Yeni Tərtər” qəzeti redaksiyasında da tədbir keçirilib. Qəzetin baş redaktoru Tofiq Yusif bildirib ki, Azərbaycanın 1960-cı illərin sonundan XXI əsrin əvvəllərinədək olan 35 illik tarixi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun misilsiz liderlik qabiliyyəti, yüksək intellekti və siyasi uzaqgörənliyi gənc Azərbaycan dövlətinə öz müstəqilliyini möhkəmləndirmək imkanı yaratmış və ölkəmizi qüdrətli dünya dövlətləri ilə bir sıraya çıxarmışdır. Tofiq Yusif deyib:
–Mənə ulu öndəri Tərtərdə görmək, onunla yanaşı addımlamaq və canlı, unudulmaz nitqini dinləmək nəsib olub. Bu görüşü həyatım boyu xatırlayıram. Heydər Əliyevlə eyni tarixi zamanda yaşayıb işlədiyimə görə qürur hissi keçirirəm. Ümummilli liderin həyatının hər bir mərhələsini dərindən öyrənmək və gənc nəslə çatdırmaq vacibdir. Rayon qəzetinin əməkdaşları kimi bunu həmişə diqqətimizdə saxlayırıq.
Baş redaktorun müavini Svetlana Bağırova deyib:
–İllər bir-birini əvəz edəcək, ancaq xalqımız Heydər Əliyevi heç zaman unutmayacaq. Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıtması nəticəsində respublikada radikal islahatlar keçirildi. Vətəndaş müharibəsi aradan qaldırıldı. Ölkədə sabitlik və əmin-amanlıq yarandı. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10DekXəbərlər BAŞ PROKUROR TƏRTƏR RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş prokuror Zakir Qaralov bu günlərdə Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, İmişli, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror və Tərtər rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş və əziz xatirəsini ehtiramla yad etmişlər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10DekXəbərlər GENİŞ TƏRKİBLİ MÜŞAVİRƏ KEÇİRİLİB üçün şərhlər bağlıdır
Müşavirədə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ramiz Şabanov, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, mülki müdafiəyə cavabdeh şəxslər və qərargah rəisləri iştirak ediblər. Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ramiz Şabanov, Tərtər rayon İcra Hakimiyyətinin Ərazi Orqanları ilə Iş Şöbəsinin baş məsləhətçisi İlqar Musayev çıxışlarında Regional Mərkəzin xidməti ərazilərində “Qarşılıqlı fəaliyyət planı” haqqında söhbət açıblar.
Müşavirədə mövcud çatışmazlıqlar barədə fikirlər bölüşdürülüb, gələcək fəaliyyətdə onların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar