Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14Mar
    Xəbərlər AZƏRBAYCAN JURNALİSTLƏRİNİN VII QURULTAYI üçün şərhlər bağlıdır

    Martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.
    Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət Təftiş Komissiyasının hesabatları dinlənilib, hesabatlar ətrafında müzakirələr aparılıb, Şuranın İdarə Heyətinin yeni tərkibi seçilib.
    Qurultayda həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunub və müvafiq qərar qəbul edilib.
    Qurultayda Mətbuat Şurasına üzv 106 təşkilatdan 241 nümayəndə iştirak edib.
    “Yeni Tərtər” qəzeti baş redaktorunun müavini Svetlana Bağırova da nümayəndə kimi qurultayda iştirak edib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 14Mar
    Xəbərlər HƏRBİ HİSSƏNİN YARADILMASININ 26 İLLİYİ üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər ərazisində yerləşən N. saylı hərbi hissəsinin yaranmasının 26-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
    Müdafiə Nazirliyinin rəsmi nümayəndələrinin, Tərtər Rayon İcra Hakimiyyətinin, hərbi hissənin keçmiş döyüşçülərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni oxunub.
    Hərbi hissə komandirinin müavini Anar Cavadov çıxış edərək hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında məlumat verib. Bildirib ki, hərbi hissənin şəxsi heyəti yüksək fədakarlıq göstərib. Onlarla hərbi qulluqçusu yüksək fəxri adlara, o cümlədən 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
    Birlik komandiri general-mayor Hikmət Həsənov Müdafiə naziri Zakir Həsənovun təbrik məktubunu hərbi hissənin şəxsi heyətinə oxuyub. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər TƏMƏLQOYMA MƏRASİMİ üçün şərhlər bağlıdır

    Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov respublika Prezidenti cənab İlham Əliyevin cəbhə bölgəsi olan Tərtər rayonuna göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Rayon rəhbəri bildirib ki, möhtərəm Prezidentin Sərəncamı ilə rayonda 100 yerlik uşaq bağçasının, Kovdadıq və Zolgörən kəndlərində modul tipli məktəblərin quraşdırılmasına başlanıb. Otən ildə iki kənddə-Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər quraşdırılaraq istifadəyə verilib.
    İndi isə Olimpiya İdman Kompleksinin təməlqoyma mərasiminə yığılmışıq. Rayon rəhbəri cəbhə bölgəsi olan Tərtər rayonuna göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tərtərlilər adından öz minnətdarlığını bildirib. Qeyd olunub ki, tərtərlilər dövlətə və dövlətçiliyə sadiqdirlər və həmişə olduğu kimi yenə də respublika Prezidentinin ətrafında sıx birləşiblər. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər “NARKOMANİYAYA YOX DEYƏK!” üçün şərhlər bağlıdır

    Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirdi.
    Tədbirdə hüquq-mühafizə orqanlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, müəllimlər iştirak etdilər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd etdi. Rayon rəhbəri bildirdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər 6 KƏNDİ BİRLƏŞDİRƏN YOLA ASFALT SALINIR üçün şərhlər bağlıdır

    Artıq bir neçə gündür ki, 6 kəndi birləşdirən yola asfalt salınır. Bunlar Buruc, Hüləbətli, Xoruzlu, Kəbirli, Bayandur və Qaradağlı kəndləridir. Bu kəndləri birləşdirən asfalt yolun uzunluğu 21,5 kilometr, eni isə 7 metr olacaqdır. Artıq bir aya yaxındır ki, kəndarası yolların asfaltlanması işlərinə başlanılmışdır. Bu işlər ilin birinci yarısında başa çatdırılacaqdır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 07Mar
    Xəbərlər ƏSRİN ƏN QANLI FACİƏSİ üçün şərhlər bağlıdır

    Tərtər rayon Tarix-Diyarşünaslıq muzeyində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayon 2 saylı məktəb-liseyin VII, V və ibtidai sinif şağirdləri və müəllimlər iştirak edirdilər.
    Tədbiri muzeyin direktor əvəzi Aybəniz Məmmədova açdı. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında geniş və ətraflı məruzə ilə çıxış etdi. Göstərdi ki, bu qırğın nəticəsində 613 nəfər Xocalı sakini həlak olmuşdur. Onların 63 nəfəri uşaqlar, 106 nəfəri qocalardır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
    487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər itkin düşmüşdür. Xocalı mühasirəyə alınanda şəhərin 2500 nəfər əhalisi canlarını qurtarmaq məqsədi ilə Ağdam rayonuna çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdular. Ancaq dinc əhalinin bu niyyəti baş tutmadı. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər ƏN DƏHŞƏTLİ VƏHŞİLİK üçün şərhlər bağlıdır

    XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
    Tərtər rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələri rayonun girişindəki Şəhidlər abidəkompleksi önünə tər qərənfillər düzərək, Xocalıda həlak olanların ruhuna dualar oxuyublar.
    Sonra tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxıblar.
    Rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilən tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər “XOCALIM-QAN YADDAŞIM” MÖVZUSUNDA İNŞA YAZI MÜSABİQƏSİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Xocalı soyqırımının 26-ci ildönümü ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq təhsil şöbəsi, gənclər və idman idarəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalım–qan yaddaşım” mövzusunda inşa yazı müsabiqəsi keçirib.
    Müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə uşaq-gənclər şahmat məktəbində keçirilib. Müsabiqədə 44 ümumtəhsil məktəbindən 44 şagird iştirak edib. Tədbirdə əvvəlcə rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tunarə Məmmədzadə, gənclər və idman idarəsinin rəisi Emin Pənahov, rayon təhsil şöbəsinin nümayəndəsi İntiqam Nuriyev məktəblilərə Xocalı soyqırımı qurbanları haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər XOCALI SOYQIRIMI BƏŞƏRİ CİNAYƏTDİR üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Tarixə şahid və şəhid Xocalım!” adlı tədbir keçirilib. Tədbirdə mədəniyyət müəssisələrinin nümayəndələri və şəhər 3 saylı məktəbin şagird və müəllimləri iştirak ediblər.
    Əvvəlcə kitab sərgisinə baxış olub. Sonra Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova açıb.
    O, bu ağlasığmaz faciəni yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı olan tarixi və qanlı cinayət adlandırıb, ermənilər tərəfindən burada törədilən vəhşilikləri faktlarla diqqətə çatdırıb.
    Mərkəzləşmiş kitabxana sisteminin işçisi Nigar Əlizadə, şəhər 3 saylı məktəbin tarix müəllimi Kifayət Kərimova, tarix-diyarşünaslıq muzeyinin müdir əvəzi Aybəniz Məmmədova faciə haqqında danışıblar. Şagirdlərin ifasında kompozisiya səslənib. Sonda tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş videoçarxa baxıblar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 23Fev
    Xəbərlər SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ALTINCI İLDÖNÜMÜ üçün şərhlər bağlıdır

    TER_7900 (Копировать)Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının altıncı ildönümü münasibəti ilə tədbir keçirmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini ehtiramla yad edərək onun abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
    Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular. Sonra torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
    Rayon Icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü münasibətilə təbrik etdi və onlara səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi. Daha ətraflı »

    Teqlər: