Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek
    Digər Ağacəkmə aksiyası keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 12 dekabr–Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Tərtər-Bərdə avtomobil yolunun kənarında və digər ərazilərdə ağacəkmə aksiyası keşirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, İƏD üzrə nümayəndələr, şəhər sakinləri iştirak ediblər.
    Ağacəkmə aksiyasında iştirak edən rayon rəhbəri bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ət-raf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
    Aksiya çərçivəsində 200 ədəd eldar şamı, 2000-dən çox müxtəlif növ meyvə ağacları əkilib.

     

  • 20Dek
    Digər “Heydər Əliyev ili”– 2023 üçün şərhlər bağlıdır

    “Əbədiyaşar Lider” mövzusunda “dəyirmi masa” keçirilib

    Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və təhsil sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə “Əbədiyaşar Lider” mövzusunda “dəyirmi masa” keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, kitab sərgisinə baxıblar.
    Ekskursiyadan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində “dəyirmi masa” ətrafına toplaşıblar. Öncə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev tədbiri açaraq Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. Daha ətraflı »

  • 20Dek
    Digər YOXLUĞUNA İNANMIRIQ… üçün şərhlər bağlıdır

    Qəfil ölüm daha bir iş yoldaşımızı aramızdan apardı. O, redaksiyamıza 1974-cü ildə orta məktəbi bitirdikdən sonra gəlmişdi. Əvvəlcə rayon qəzeti mətbəəsində, sonra redaksiyanın özündə müxtəlif vəzifələrdə çalışmışdı. 1986-cı il tarixdən 1990-cı ilə qədər rayon XDS İcraiyyə Komitəsində Həddi-büluğa çatmamışların işləri üzrə komissiyanın məsul katibi, 15 iyul 1994-cü il tarixdən 10 iyun 1995-ci il tarixə kimi “Tərtər” qəzetinin redaksiyasında korrektor, 1995-ci ildən 2006-cı ilə kimi Tərtər taxıl qəbulu müəssisəsində kadrlar üzrə böyük inspektor, 2006-cı ildən 2007-ci ilə kimi CTS AQRO MMC-nin Tərtər pambıq qəbulu məntəqəsində mühasib vəzifələrində işləmişdi.
    2013-cü ilin iyun ayında Elfuzə xanım yenidən doğma ocağa–redaksiyamıza qayıtmış və burada fəaliyyətini davam etdirmişdi. İşinə böyük məsuliyyətlə yanaşan insan idi.
    Yaradıcılığının ən önəmli hissəsi Qarabağ mövzusuna həsr olunub. Özü də ürəyində şəhid yarası gəzdirən Elfuzə xanım şəhidlərimiz haqqında bir çox tarixdə yaşayacaq yazıların müəllifidir, həm I Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi şəhidlərinin. Onun iş otağından tez-tez qazilərimizin səsi gəlirdi. Onları saatlarla dinləyir, sonra eşitdiklərini sanki özü də yaşayaraq qələmə alırdı. Qəzetimizdə imzası ilə dərc olunan son yazısı da elə qazi haqqındadır. Bu yazılardan biri hələ kompüterin yanında yazılacağını gözləyir, üçüncü qazi ilə söhbəti isə yazılmamış qaldı. Bu dərdləri də öz dərdlərinə əlavə edərək ürəyində apardı.
    O, gənclik illərindən beləydi: çox çılğın, heç nəyə biganə qala bilməyən, sözün düzünü deməkdən çəkinməyən bir insan. Hamını düşünürdü, qohumu da, yadı da. Hamıya bacardığı qədər kömək etməyə çalışırdı… İndi yoxluğu hər yerdə bilinir.
    Allah rəhmət eləsin!

    “Yeni Tərtər”

  • 20Dek
    Digər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    İŞIĞI ƏKS ETDİRƏN KAĞIZ

    Bir əsr yarım öncə mütəfəkkirlərimizin zəkasında parlayan qığılcımlar çox çəkmədi ki, nura-işığa çevrildi. İlk olaraq 1875-ci il 22 iyul tarixində böyük və ziyalı şəxsiyyət – Həsən bəy Zərdabinin sayəsində zəhmət, əmək və bərəkət simvollu “Əkinçi” ərsəyə gəldi.
    Görkəmli ictimai xadimlərin, qələm adamlarıının aydın ziyasını əks edən bu qəzet o dövrə qədər olan kitabların məramına davamçı olaraq kağızı adilikdən mühüm bir vasitəyə döndərdi. Bu gün “Əkinçi”nin “nəvə-nəticələri” – qəzet və jurnallar sayagəlməz qədərdir.
    Onları “mətbuat ordusu” da adlandırmaq olar.
    Bu nəvələrin biri də Qəhrəman Tərtərin yerli mətbuat orqanı– 90 yaşın astanasında olan “Yeni Tərtər” qəzetidir.
    Əlli ildən artıqdır ki, Tərtər rayon qəzeti mənim “həmsöhbətimdir”. Müntəzəm olaraq hər sahədən bəhs eləyən bu qəzet mənə çox-çox əmək adamlarını, elm adamlarını, qeyri-adi istedad sahiblərini, maraqlı şairləri tanıtmaqla yanaşı dünya olaylarından da məni xəbərdar edir. Daha ətraflı »

  • 20Dek
    Digər Artan beynəlxalq hörməti öz işimizlə, siyasətimizlə qazanmışıq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxış edib.

    Dövlət başçısı bildirib ki, bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır. COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunub.

    Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir.

    Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz buna layiqdir, aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq.

    Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq.

    Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev deyib ki, bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Daha ətraflı »

  • 13Dek
    Digər Bizim çox sabit siyasi sistemimiz və xalqımızın çox güclü birliyi var üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı bildirib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. İqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib.

    Neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir.

    Qeyd olunub ki, son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.

    Xarici borcun səviyyəsi hər il azalır. Bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir.

    2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir.

    Prezident İlham Əliyev deyib ki, əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Daha ətraflı »

  • 13Dek
    Digər Azərbaycan-Bolqarıstan-Serbiya arasındakı uğurlu əməkdaşlığın rəmzi üçün şərhlər bağlıdır

    Cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi olub. Prezident İlham Əliyev açılış mərasimində çıxış edib.

    Dövlət başçısı qeyd edib ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir.

    İmzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir.

    İnterkonnektorun fəaliyyəti ölkələrin sənaye inkişafına böyük töhfə verəcəkdir.

    Prezident İlham Əliyev bildirib ki, münasibətlərimiz çox dinamik, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub.

    Hazırda təbii qazımız səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir.

    İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir.

    Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum effektiv şəkildə icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Daha ətraflı »

  • 11Dek
    Digər Ümummilli Lider ölkəmizi parçalanmaq təhlükəsindən  xilas edərək tərəqqi yoluna çıxardı üçün şərhlər bağlıdır

    Azərbaycan beynəlxalq aləmdə  nüfuzlu dövlət kimi,  ictimai-siyasi sabitliyin  təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin bu cür  inkişaf etməsinin səbəbi dövlət başçısı tərəfindən aparılan praqmatik daxili və xarici siyasət kursudur. Heç şübhəsiz, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlərlə  qarşılaşan Azərbaycan xalqı əzmkarlıq nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin edib.
    Məlum olduğu kimi, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, kəskin problemlərlə qarşı-qarşıya idi. Müstəqilliyin ilk iki ilində ayrı-ayrı xarici qüvvələrin mübarizə meydanına çevrilən, ciddi sosial, iqtisadi problemlərin cərəyan etdiyi Azərbaycan əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında idi.  AXC-Müsavat cütlüyü Azərbaycanı, sözün əsl mənasında,  məhv olmaq təhlükəsinə gətirib çıxardı. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi. O zamankı iqtidarın diplomatik səriştəsizliyi ölkədə  baş verən hadisələrin qarşısını almaqda aciz idi.

    Belə bir vəziyyətdə xalqımız  Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Daha ətraflı »

  • 11Dek
    Digər 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür üçün şərhlər bağlıdır

    MÜDRİKLİK RƏMZİ

    Xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
    Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir da-ha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. Daha ətraflı »

  • 11Dek
    Digər Əlillərə qayğı ilə yanaşmaq hər birimizin borcudur üçün şərhlər bağlıdır

    Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətimizin həyatında tam hüquqlu üzv kimi iştirak etməsi üçün dövlətimiz tərəfindən geniş tədbirlər həyata keçirilir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər deyirdi: ”Biz əlillər üçün, onların yaşaması üçün, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq.”
    Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı da əlillərin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb.
    Əlilliyi olan şəxslərin maddi təminatının genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
    Bu təbəqədən olan şəxslərə qayğı Tərtər rayonunda da diqqət mərkəzində saxlanılır.
    Rayon icra hakimiyyəti tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud şəxslərin, qazilərin problemləri öy-rənilir və müvafiq tədbirlər görülür. Rayonda 54 nəfər qazi mənzil növbəsinə götürülüb, 3 nəfər mənzillə təmin olunub. 51 nəfərə kənd təsərrüfatı məhsullarının istehsalı üçün əkin sahəsi, 5 nəfərə həyətyanı sahə, 11 nəfərə sahibkarlıq üçün torpaq sahəsi verilib. 32 nəfər qazi istirahət mərkəzinə göndərilib. 27 nəfər işlə, 34 nəfər aktivlərlə, 4 nəfər avtomobillə təmin olunub. Ümumilikdə, qazilərə dövlət tərəfindən 286000 manat sığorta ödənilib, “Yaşat” fondu tərəfindən 468442 manat, rayon icra hakimiyyəti tərəfindən 38800 manat maddi yardım göstərilib. Daha ətraflı »