Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq
    Digər Həmkarlarımı təbrik edirəm üçün şərhlər bağlıdır

    Oxuduğum illərdən başladı “Yeni Tərtər”lə əlaqələrim. BDU-nun jurnalistika fakültəsində oxuyurdum. Ara-sıra redaksiyaya yazılar göndərirdim. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər Hər birimizin qəzeti üçün şərhlər bağlıdır

    Hörmətli Tofiq müəllim!
    Sizi və rəhbərlik etdiyiniz kollektivi ölkəmizin paytaxtında yaşayan tərtərli ziyalılar adından əlamətdar ildönümü Tərtər rayon qəzetinin “Yeni Tərtər” adi ilə çıxmasının 10 illiyi münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, fədakar işinizdə uğurlar arzulayırıq. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər “Yeni Tərtər”in 10 yaşı tamam olur üçün şərhlər bağlıdır

    10 yaşın mübarək!

    DSC_71581934-cü ildən “ Kolxozçuların varlanması ” uğrunda adı altında nəşrə başlayan Tərtər rayon qəzeti sonralar bir neçə dəfə müxtəlif adlarla –“ Qızıl bayraq “ Tərtər “ və “ Yeni Tərtər ” başlığı altında nəşr olunub. Qəzetimizin 80 illik yubleyi ötən il–2014-cü ildə geniş qeyd olundu.
    Yaxşı yadımdadı. 1998-ci ilin oktyabr ayında (o zaman qəzetin redaktoru rəhmətlik Hilal Bayramov idi ) əmək haqlarımızı alandan sonra bildirildi ki, abunə yazılmadığına görə qəzet bu gündən qeyri müəyyən bir vaxta kimi bağlandı. Bu dayanma 2005-ci ilin avqust ayınadək, yəni 7 il davam etdi. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər Bildiriş–məlumat üçün şərhlər bağlıdır

    123Hörmətli vergi ödəyicisi!
    Fəaliyyətiniz zamanı vergi məsələləri ilə bağlı qarşılaşdığınız problemlərlə və vergi orqanları əməkdaşla-rının qanunazidd hərəkətləri ilə rastlaşdığınız halda aşağıdakı ünvanlara müraciət edə bilərsiniz:
    Vergilər Nazirliyinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə “Vergilər nazirinə məktub yaz” http://www.taxes.gov.az/vn/mektub/“Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquq pozma halları barədə məlumat ver”
    http://www.taxes.gov.az/vn/korrupsiya/

    “Vergi orqanı əməkdaşlarının qeyri-etik davranması barədə məlumat ver”

    http://www.taxes.gov.az/vn/etika/for/html

    Vergi ödəyicilərinə xidmət mərkəzlərinə

    Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)

    Vergilər Nazirliyi

    Teqlər:

  • 18Avq
    Digər Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti üçün şərhlər bağlıdır

    logoSon günlər respublika ərazisində havanın isti və quraq keçməsi nəticəsində biçilmiş taxıl, otlaq, kol-kos sahələrində, habelə, meşə massivlərində müxtəlif miqyaslı yanğınlar baş verir. Lakin aparılan araşdırmalar bu yanğınların baş verməsində insanların ehtiyyatsızlığının əsas səbəblərdən biri olduğunu üzə çıxarmışdır. Daha ətraflı »

    Teqlər:

  • 07Avq
    Digər Adam oğurluğu cinayətlərinin xüsusiyyətləri üçün şərhlər bağlıdır

    41“İnsan, onun həyatı, səhhəti, hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası ilə ali dəyərlər olduğu bəyan edilir, belə dəyərlərin qorunması dövlətin ən başlıca vəzifəsi kimi təsbit edilir. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin “Şəxsiyyət əleyhinə olan cinayətlər” adı altında “Xüsusi fəsil”ə daxil edilən normalarla insanın həyatı, səhhəti, şərəf və ləyaqəti, hüquq və azadlıqları müdafiə altına alınır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq hazırlanan Cinayət Məcəlləsində bütün qorunan başqa dəyərlər içərisində insanın, onun hüquq və azadlıqlarının qorunması ön plana çəkilir. Daha ətraflı »

    Teqlər:

  • 06Avq
    Digər ELİNƏ GƏRƏKLİ  İNSAN üçün şərhlər bağlıdır

    Salam Sadıqov 1956-cı ildə rayonumuzun Əksipara kəndində doğulub. Orta məktəbi Qarağacı kəndində bitirib. Kursk şəhərində torpaqşünaslıq ixtisası üzrə ali təhsil alıb. Sonra Sumqayıtda polis orqanlarında çalışıb.
    Hazırda həmyerlimiz təqaüddədir. Moskva şəhərində yaşayır və bizneslə məşğul olur. İşinin çoxluğuna baxmayaraq, Salam Sadıqov vaxtaşırı doğma kəndinə gəlir, həmkəndlilərilə görüşür. Hər gəlişində eli-obası üçün hansısa bir iş görməyə çalışır: məktəbin təmirinə kömək edir, xeyir-şər mağarı düzəltdirir, qəbristanlığa gedən yolu abadlaşdırır.
    Salam müəllim deyir ki, iri şəhərlərdən sonra uşaqlıq və gənclik illəri keçdiyi doğma yerlər onun ruhuna sakitlik gətirir, mənən rahatlıq tapır. Tərtər şəhərinin və onun kəndlərinin abadlaşdırılması, gözəlləşməsi isə çox sevindiricidir.
    İnsanların həyatında, məişətində də dəyişikliklər, yeniliklər çoxdur. İndi kənd sakinləri heç də pis yaşamırlar. İşıqlar daim yanır, evlərdə “mavi alov” şölələnir, müasir rabitə-texnologiya vasitələrindən istifadə olunur.
    İş adamının ürəyincə olan bir məsələ də var ki, bu da elində-obasında insanların milli-mənəvi dəyərlərimizi daim uca tutmasıdır. O deyir ki, sürətli dəyişikliklər dövründə Əksiparada insanlar arasında saf münasibətlər, böyüyə-kiçiyə hörmət, torpağa, yurda bağlılıq əvvəlki kimi qalmaqdadır.

    Ceyran QULİYEVA

    Teqlər:

  • 06Avq
    Digər ÜRƏYİNDƏ SAĞALMAZ YARA VAR üçün şərhlər bağlıdır

    ScanHaqqında çox yazılmayan igid oğullarımızdan biri–İsmayılov Mayıl Zakir oğlu Qarabağ müharibəsində qardaşı Əli ilə birlikdə mənfurlara qarşı döyüşürdülər. Əli şəhid olub, Mayıl isə əlildir. Daha ətraflı »

    Teqlər:

  • 06Avq
    Digər İctimai mühitin gənclərin tərbiyəsinə təsiri üçün şərhlər bağlıdır

    HƏYATIMIZA PƏRÇİMLƏNƏN EYBƏCƏRLİKLƏR

    KiRALIK_Lux_Villalar_celik_Ankara_Altindag__Oda___Salon___emlak_ilanlari_52149Milli-mənəvi dəyərlərimizin çox hörmətli tutulduğu yaxın keçmişdə kimsə bir səhv iş tutsaydı, ailə üzvlərindən kəndin ağsaqqal-ağbirçəyinə qədər yığılıb onu danlayırdılar ki, niyə bu səhvə yol verib. Bu qınağın tərbiyə prosesində çox böyük təsiri olardı, nöqsana yol verən insan bu tənbehin qarşısında utanardı, qızarardı, “yerə girərdi”, elə tövbələtmə alardı ki, bir daha həmin addımı atmazdı. Və belələrinə: “Ay bərəkallah” deyərdilər. Daha ətraflı »

    Teqlər: ,

  • 06Avq
    Digər İşə məsuliyyətlə yanaşmağı öyrəndim” üçün şərhlər bağlıdır

    Scanİclas salonunda boş yer qalmasa da, tam sakitlik idi. Rəyasət heyətində ən hörmətli adamlar, o cümlədən rayon icra hakimiyyətinin başçısı əyləşmişdilər. Salona daxil olan Loğman bu mənzərəni görüb bir az tutuldu, əlindəki fotoaparatı daha möhkəm sıxaraq irəli addımladı. Burada onun əmək kitabçasına ilk sətirləri yazan insan – “ Yeni Tərtər “ qəzetinin redaktoru əyləş-mişdi. O, gənc fotomüxbiri yanına çağırıb astadan redaksiyada verdiyi tövsiyələri bir daha təkrarladı; “ Sənin vəzifən yalnız şəkil çəkmək deyil , yiğıncağın ən mühüm anlarını oxuculara çatdırmalısan Daha ətraflı »

    Teqlər: