11Apr
Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin IV konfransı keçirildi. Öncə rayonun mərkəzi meydanında ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüldü.
Konfrans öz işini rayon Gənclər Mərkəzində davam etdirdi. Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Ramiz Şabanov açdı və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
11Apr
Mehman Sadıqov rayonumuzun Qaradağlı kəndindəndir. 1973-cü ildə anadan olub. Kənd orta məktəbini bitirib. Sonra Gəncə Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Təhsilini başa vurmamış – 1993-cü ilin ilk aylarında torpaqlarımızın bütövlüyü uğrunda gedən müharibəyə qoşulub. O, bir müddət zenit topu üzrə baş atıcı kursu keçəndən sonra zenit-raket qrupunun komandiri təyin edilib. Bir sıra bölgələrdə – Şəmkirin Seyfəli kəndində, Göygöl, Qazax, Gədəbəy, Tərtər və digər rayonlarda uzaqvuran silahlardan istifadə qaydalarını gənc əsgərlərə öyrədib. 1997-ci ildə hərbi xidmətdən tərxis olunub. Daha ətraflı »
Teqlər: Digər
11Apr
Quliyev Yelmar Süleyman oğlu 9 iyul 1973-cü ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1980-ci ildə Qaradağlı kənd orta məktəbinin I sinfinə getsə də, orta təhsilini 1988-ci ildə həmin kənddə yerləşən 183 saylı Texniki Peşə məktəbində bitirmişdir.
1992-ci ildə avqustun 22-də həqiqi hərbi xidmətə çağrılmışdır. 1993-cü ildən Tərtər rayonunda yerləşən hərbi hissədə qulluq etmiş, dəfələrlə döyüş əməliyyatlarında fəallıq göstərmişdir. 1994-cü ildə Ağdərə istiqamətində gedən döyüşdə yaralanmışdır. Gəncə hərbi hospitalında müalicə olunduqdan sonra təkrar ön cəbhəyə qayıtmışdır. Daha ətraflı »
11Apr
Qanlı-qadalı Qarabağ müharibəsi! Azğınlaşmış ermənilərin qıcanmış dişləri ilə Azərbaycanın kəsilən-çeynənən hissəsi. Ərən-ərgən oğul-larımızın səbr kasasının coşub-daş- dığı, ürəklərin Xocalı dəhşətindən, düşmənə əsir düşən torpaqlarımızın həsrətindən intiqam hissi ilə alışıb yandığı vaxt. Kaş bu vaxtın hər dəqi-qəsini, saatını çəkib dayandı-ran ilahi qüvvə olaydı. Onda oğullarımız şəhid, itkin olmazdı. O zaman yağı düşmənin üzərinə nərə çəkərək atılan cəngavərlərimiz yaralı qartala çevrilməzdilər. Heyflər olsun ki, bu günləri gördük və yaşadıq. Özü də düşünmədiyimiz, heç bir xəbərimiz olmadığı halda yaşadıq. Daha ətraflı »
Teqlər: Kəndlərimiz
11Apr
ÖMRÜN BAHAR FƏSLİNİN UĞURLARI
Aprelin 7-də Sənan Əli-zadənin 20 yaşı tamam olur. Yazın ən gozəl çağında ömrünün bahar fəslini qeyd edən bu gənc rayonumuzun Qara-ğacı kəndində anadan olub. 2012-ci ildə şəhərimizdəki 1 saylı tam orta məktəbini əla qiymətlərlə bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası-nın İnzibati idarəetmə fakültəsinin III kurs tələbəsidir. Daha ətraflı »
Teqlər: Digər
11Apr
Elə mövzular var ki, onu yazmağa uzun zaman ürək edə bilmirsən. Qorxursan ki, bu mövzuları layiq olduğu kimi yaza bilməzsən. Məsələn, Çanaqqala, Qarabağ, Gü-ney Azərbaycan və s. Bunların için-də Çanaqqala xüsusilə fərqlənib. Ona görə ki, nə qədər şəhid versə də, türk oğlu son gücünü bütün dünyaya göstərdi. Dedi ki, türk oğ-lu son övladına qədər ölər, ac-susuz qalar, amma torpağını yadelliyə verməz. 13 yaşında getdilər cəbhəyə, əlləri silah tuta bilmirdi. Bütün ərzaq bitmişdi. Analar körpə uşağının üstündən adyalı çəkib top mərmisini bürüyürdü. Bu gün və-tənin xilası üçün top mərmisi daha vacib idi, hətta uşaqdan da… Vətən Daha ətraflı »
Teqlər: Digər
31Mar
Bəzi tarixi mənbələrə görə Tərtər adı VII əsrdən xeyli əvvəl formalaşıb.
Erkən orta əsrlərdə Altayda yaşamış türkdilli tayfalardan biri məşhur Tərtər tayfası imiş. Döyüşkən Tərtər tayfasının bir dəstəsi o zamanlar Dəclə və Fərat çayları arasında, Kərkük Vilayətində qalıb. Bağdad yaxınlığında Tərtər adlı çay və göl indi də vardır.
Tərtərlərin XII əsrdə rus knyazlarının drujinaları ilə vuruşduğu göstərilir. Knyaz İqor qıpçaq tayfalarının bayraqları sırasında Tərtərlərin tayfa rəmzlərini də tanımışdı. Daha ətraflı »
Teqlər: Digər
31Mar
Ananın boxçasındakı «qara kağız»lar
Keçmiş Sovet İttifaqına daxil olan ökələrin hər birində olduğu kimi, Azərbay-canda da Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 70 illiyinə geniş hazırlıq işləri görülür. Bu münasibətlə Azərbaycan Respublikası Prezi- denti İlham Əliyevin sərəncamı ilə geniş “Tədbirlər planı” hazırlanmış və təsdiq olunmuşdur. Həmin tədbirlərdə II Dünya müharibəsi illərində xüsusi rolu olan qadınların yada salınması nəzərdə tutulur. Bu yazıda Böyük Vətən müha-ribəsinin bir ailənin həyatına gətirdiyi faciələrdən və Azərbaycan qadınının fədakarlığından söhbət açacağıq.
Onlar Lacın rayonunun Baldırqanlı kəndində yaşayırdılar. Həmin kənd kiçik Qafqaz dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının şimal tərəfində, iki dağın arasındakı gözəl bir ovalıqda yerləşir. Alış Vəliyevin və Əsmər Vəliyevanın ailəsində 11 uşaq dünyaya gəlmişdi. Onlardan 2-si körpəikən vəfat etmiş, qalanları isə vali-deynlərinin qayğı və məhəbbəti ilə təbiətin bu füsunkar güşəsində xoşbəxt günlər yaşayırdılar.
Müharibənin elə ilk günlərindən Alış Vəliyevin özü, oğlanları Talış və Bəhmən cəhbəyə gedirlər. Ailənin bütün ağırlığı ananın və 12 yaşlı Səttarın üzərinə düşür. Daha ətraflı »
Teqlər: Digər
31Mar
1904-1905-ci illərdə mütləqiyyət hökumətinin, bununla birlikdə Peterburq mətbuatının Azərbaycana diq-qəti artırması təsadüfi deyildir. Hö- kumətin əvvəllər yarımfeodal-aqrar ölkəsi kimi təsəvvür etdiyi Azərbaycan neft sənayesinin sürətlə inkişaf etməsi nəticəsində hətta dünya kapitalistlərinin diqqətini cəlb etmişdi. V.İ. Lenin hələ 1899-cu ildə yaz-mışdır: “Rus kapitalizmi Qafqazı dünya əmtəə tədavülünə cəlb edirdi, onun yerli xüsusiyyətlərini – qədim patriarxal qapalılıq qalıqlarını aradan qaldırır və öz fabrikləri üçün özünə bazar yaradırdı”.
Bakıda alman Nobel qardaşları-nın, fransız Rotşildin, rus kapitalist-lərindən Xokorevin, Şibayevin, Ben- kendoryun və başqalarının neft sənayesi firmaları yaradılmışdır. Bu-nunla əlaqədar Peterburqdan, Mos- kvadan və Rusiyanın başqa şəhər- lərindən Bakıya inqilab ruhlu mü-həndislər, təcrübəli fəhlələr axışıb gəlirdi. Bu isə sənaye Bakısında çox-millətli proletariatın yaranmasında və inqilabiləşdirilməsində mühüm rol oynayırdı. Rusiyanın şəhərlərində təhsil alan Azərbaycan ziyalıları da vətənə inqilab əhval-ruhiyyəsi ilə qayıdırdılar. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar