Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Okt
    Digər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    “Qızıl bayraq”dan başlayan uğurlu yol

    Yolu bizim qəzetdən keçən insanlardan biri də Qədir Tərtərlidir (Qədir Hüsü oğlu Allahverdiyev).
    Qədir müəllim 1936-ci ildə Tərtər rayonunun Əskipara kəndində anadan olub. Öz doğma kəndlərində ibtidai məktəbi, 1953-cü ildə Tərtər şəhər 1 saylı orta məktəbini bitirib, elə həmin il ADU-ya (indiki Bakı Dövlət Universiteti) daxil olub. 1958-ci ildə jurnalist ixtisası üzrə universiteti bitirib. Qədir müəllim o zamankı “Qızıl bayraq” qəzetinə işə qəbul edilən ilk ixtisaslı jurnalist olub. Məsul katib vəzifəsində çalışıb. Sonralar Bərdə, Zaqatala rayon qəzetlərində məsul katib, Kəlbəcərdə çıxan “Yenilik” qəzetində redaktor kimi fəaliyyət göstərib.
    Rayon qəzetindən başlanan yol Qədir Allahverdiyev üçün çox uğurlu olub. O, 1971-1973-cü illərdə Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil alıb. Uzun illər partiya-sovet işində yüksək vəzifələrdə çalışıb, 1992-ci ildən yenidən mətbuata qayıdıb, hətta 1992-ci ilin avqust-oktyabr aylarında “Ağdərə” qəzetinin redaktoru olub. Sonralar “Nizami Gəncəvi” jurnalı və “Şəhriyar” qəzetlərində şöbə müdiri, “Kirpi” jurnalının bölgə müxbiri vəzifələrində çalışıb. 1996-cı ilin noyabr ayından Tərtər rayon Mətbuat Yayımı şöbəsinin müdiri olub və buradan təqaüdə çıxıb.
    1963-cü ildən SSRİ Jurnalistlər İttifaqının, 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. 1977-ci ildə “Şərəf nişanı” ordeni, ayrı-ayrı illərdə bir sıra medal və fəxri fərmanlarla təltif edilib. Qədir Allahverdiyev oxucular tərəfindən maraqla qarşılanan bir neçə kitabın müəllifidir. Aşağıda “Mənim həyat romanım” kitabından qəzetimizlə bağlı və onun tarixini əyani əks etdirən bir parçanı oxucularımıza təqdim edirik. Daha ətraflı »

  • 28Okt
    Digər Bizə yazırlar üçün şərhlər bağlıdır

    Milli dəyərlərimiz yaşayır

    Bu günlərdə profilaktiki müayinədən keçmək üçün rayon mərkəzi xəstəxanasına getmişdim. Qəbul şöbəsində xeyli adam vardı. Onların arasında kiçikyaşlı nəvəsilə gələn qoca diqqətimi cəlb etdi. Hiss olunurdu ki, ayaq üstə güclə dayanıb.
    Birdən xəstəxananın dəhlizindən cavan bir oğlan qocaya yaxınlaşdı. Mehribancasına qoluna girib ondan şəxsiyyət vəsiqəsini aldı və içəri apardı. Sonra mən onu həkimin otağının qarşısında gördüm. Həmin cavan oğlan içəridən stul götürüb onu əyləşdirmiş və demişdir ki, həkimin yanındakı xəstə çıxan kimi səni qəbul edəcək.
    – Nəvəndir? – deyə gənci göstərib qocadan soruşdum.
    O isə təəccüb hissi ilə çiyinlərini çəkərək cavab verdi:
    – Yox, mən onu heç tanımı-ram. Birinci dəfə görürəm.
    Sonradan öyrəndim ki, yaşlı insana bu cür qayğı ilə yanaşan xəstəxananın işçisi Orxan Tanrıverdidir. Onu da söylədilər ki, kim olduğundan asılı olmayaraq, burada hər bir qocaya diqqət göstərilir. Deməli, xalqımızın milli dəyərləri yaşayır.

    Rauf Həsənzadə

  • 27Okt
    Digər Azərbaycan tarixinə Qələbə səhifəsi yazmış Prezident İlham Əliyevə tərtərlilərin etibarı və ehtiramı sonsuzdur üçün şərhlər bağlıdır

    BU QƏLƏBƏ TARİXİMİZDƏ ƏBƏDİ QALACAQ

    Prezident İlham Əliyev 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciət edib. Dövlət başçısı deyib ki, 15 oktyabr 2023-cü il tarixi bir gündür. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.
    20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.
    Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşısına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.
    Prezident İlham Əliyev bildirib ki, ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.
    Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı.
    Güclü iqtisadiyyat yarandı. Son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır. Daha ətraflı »

  • 27Okt
    Digər İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.
    Dövlətimizin başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.
    Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istirahət parkında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdilər.
    Bildirildi ki, 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Burada geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.
    Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
    Həmçinin məlumat verildi ki, Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində yeni körpünün inşası, tarixi körpünün və ərazidəki məbədin, eləcə də məbədin ətrafındakı tarixi tikililərin konservasiyası, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri görüləcək. Daha ətraflı »

  • 27Okt
    Digər İlham Əliyev Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
    Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Azərbaycan Prezidentinə görülən işlər barədə məlumat verdi.
    Qeyd edək ki, Suqovuşan su anbarı və ma-gistral kanallar 1976-cı ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Bəndin üstdən uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir.
    Dövlətimizin başçısı su anbarında görülən işlərə dair videoçarxa baxdı.
    Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan Tərtər rayonunda 24,5 min, Ağdərə ərazisində 14,4 min, Goranboy rayonunda 7 min, Yevlax rayonunda 5,9 min, Bərdə rayonunda 12,6 min, Ağdam rayonunda 30 min, Ağcabədi rayonunda 2 min hektar olmaqla, ümumilikdə, 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Su anbarında aparılan təmir-bərpa işləri həmin torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılmasını təmin edəcək.
    Prezident İlham Əliyev Suqovuşan su anbarını işə saldı.
    Qeyd edildi ki, Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, başlanğıcdan 5,2 kilometr sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan sağ sahil və sol sahil magistral kanallarına verilir.
    Bildirilib ki, su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.

  • 27Okt
    Digər İlham Əliyev Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
    Sonra dövlətimizin başçısı su anbarının ərazisinə baxdı.
    Qeyd edək ki, mühüm strateji əhəmiyyətə malik Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli Lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib.
    Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib.

  • 27Okt
    Digər 18 oktyabr Azərbaycan Respublikası Müstəqilliyinin Bərpası Günü idi üçün şərhlər bağlıdır

    Oktyabrın 18-də Azərbaycan Respublikası Müstəqilliyinin bərpa edilməsinin 32 ili tamam olub.
    Bu il Azərbaycan xalqı şanlı ildönümünü xüsusilə böyük ruh yüksəkliyi ilə qeyd edib. Sentyabrın 19-da keçirilən lokal antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tamamilə bərpa olundu.
    Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, əbədi olmasında bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin titanik zəhməti var. Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası isə Ümummili Liderin layiqli siyasi varisi Prezident İlham Əliyevin möhtəşəm nailiyyətidir.
    Suveren, müstəqil Azərbaycan Prezident İlham Əli-yevin rəhbərliyi ilə gündən-günə güclənir və inkişaf edir.

    “Yeni Tərtər”

  • 27Okt
    Digər Şəhid valideynləri ziyarət olunub üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev hər bir çıxışında dönə-dönə xatırladır ki, Qələbənin əldə olunmasında dövlətimizin apardığı siyasət, Ordumuzun təchizatı ilə yanaşı, hər bir əsgər və zabitin xidmətləri misilsizdir. Məhz onlar irəlidə olurdular, ölümə gedirdilər. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaq.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidləri Elnur Hüseynovun, Mirsədi Bağırlının və Elməddin Əliyevin ailələrini ziyarət edərkən bu barədə danışıb.
    O, şəhid valideynlərini – Kəbirli kəndində yaşayan Əhliman Hüseynovu, Bərdə rayonunun Hacılı kəndində yaşayan Mircəfər Bağırovu və Yuxarı Qapanlı kəndinin sakini Səadət Əliyevanı yubileyləri münasibətilə təbrik edib, onlara rayon icra hakimiyyəti tərəfindən “Təşəkkürnamə” və gül dəstələri təqdim edib. Görüş zamanı tarix yazan oğulların şərəfli həyat yolunun səhifələri vərəqlənib. Daha ətraflı »

  • 27Okt
    Digər Vətən müharibəsi tarixinin Tərtər səhifəsi üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat kollektivləri və ümumtəhsil məktəblərinin şagirdləri şəhərin Elman Hüseynov küçəsində 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagılmış açıq havada fəaliyyət göstərən ev-muzeyinə ekskursiya edib, muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət yaradılmış fotoguşəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.
    Qeyd olunub ki, Tərtər rayonunda 15 oktyabr 2020-ci il tarixdə Ermənistan Silahlı Qüvvələrinin atdığı raket nəticəsində şəhər qəbristanlığında dəfn mərasimində iştirak edən 4 nəfər mülki vətəndaş şəhid olub, 4 nəfər yaralanıb. Bu insanlığa sığmayan terror hadisəsindən artıq üç il ötür.
    Tədbirdə yüzlərlə sakin iştirak edib.
    Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev tədbir iştirakçılarına erməni separatçılarının törətdikləri terror hadisələrində həlak olan mülki şəhidlər barədə məlumat verib.

  • 27Okt
    Digər Oxucu məktubu üçün şərhlər bağlıdır

    Yubileyi əmək nailiyyətlərilə qeyd edirlər

    Tərtər Bölgə Təcrübə Stansiyası 1933-cü ildən dənli bitkilərin yeni məhsuldar sortlarının alınması üçün elmi idarə olaraq yaradılmışdır.
    2022-ci ilin iyun ayından stansiyaya Rəşad Familzadə rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında stansiyada işlər daha da canlanıb.
    Qəsəbənin ümumi ərazisi 657 hektardır. Bundan 529 hektarı əkin sahəsidir. Bölgə Təcrübə Stansiyasında üç şöbə fəaliyyət göstərir: Seleksiya, toxumçuluq, aqrotexnika. Seleksiya şöbəsinin vəzifəsi yeni məhsuldar dənli bitki sortlarının alınmasından ibarətdir.
    Toxumçuluq şöbəsi, seleksiya şöbəsində alınan məhsuldar sortlatın toxumunu artıraraq, taxılçılıqla məşğul olan fermerləri toxumla təmin edir. Aqrotexnika şöbəsi bütün aqrotexniki tədbirlərin tətbiqi ilə məşğuldur.
    Yüksək məhsul almaq üçün biçindən sonra sahələr şumlanıb dincə qoyulmuşdur. Səpinqabağı şumlar dırmıqlanıb, ütülənib səpinə hazır vəziyyətə gətirilmişdir. Səpin qısa və çox yüksək səviyyədə aparılmışdır. Torpaq suyu vaxtında verilmişdir. Sahələr yamyaşıl dona bürünmüşdür. Bütün aqrotexniki tədbirlər vaxtında yerinə yetirilmişdir. Alaqlarla mübarizə, yemləmə kübrələrinin, vegetasiya sularının vaxtında verilməsi sayəsində zəmilərdə yüksək məhsul yetişdirilmişdi. Daha ətraflı »