Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir!
Günümüzün ən mühüm sosial problemlərindən biri olan narkomaniya həm cəmiyyətin, həm də dövlətlərin mübarizə apardığı xəstəliklər sırasındadır. İnkişaf edən texnoloji imkanlar və logistik şəbəkələrin genişlənməsi ilə cinayətlərin törədilməsi üsullarında da fərqlər vardır. Bəşəriyyətə qarşı cinayət kimi qələmə verilə bilən narkotik ticarəti indi sərhədləri aşaraq, beynəlxalq miqyas qazanıb və bir çox cəmiyyətin gələcəyini təhdid edir. Bu çərçivədə narkomaniyaya qarşı mübarizədə sosial maarifləndirmə yaradılır və bütün qurumlar birgə fəaliyyət göstərir. Narkotik qaçaqmalçılığı nöqtəsində mühüm coğrafi mövqedə yerləşən Azərbaycan Respublikası həm milli, həm də beynəlxalq arenada narkotik vasitələrin tədarükünün, istifadəsinin qarşısını alır, kriminal ünsürlərə qarşı mübarizə aparır. Narkomaniyaya meylli şəxslərin sayının artması dövlət idarələrini bu problem qarşısında koordinasiyalı fəaliyyət göstərməyə sövq edir.
Şübhəsizdir ki, narkomaniyaya qarşı mübarizə sahəsində xalqımız və dövlətimiz üçün Ümummilli Iider Heydər Əliyevin siyasəti və qətiyyəti başlanğıc nöqtəsi olmuşdur. Azərbaycan tarixində müstəsna yer tutan Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək, inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdığı kimi eyni zamanda da bəşəriyyətin bəlasına çevrilən narkomaniyaya qarşı mübarizə sahəsində təqdirəlayiq addımların atılmasına vəsilə olmuşdur. Məhz “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılması, 1999-cu il iyunun 18-də isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanun, Heydər Əliyevin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın ya-yılmasına qarşı mübarizə üzrə Mil-li Proqram (2000-2006-cı illər)” ölkəmizin narkomaniya ilə mübarizə sahəsində Ulu Öndərin uğurlu siyasətinin nəticəsidir. Danılmaz həqiqətdir ki, narkomaniyaya qarşı mübarizədə cəmiyyət, dövlət və qeyri-hökumət təşkilatlarının vəhdəti, beynəlxalq arenada bu bəlaya qarşı qətiyyətli mübarizənin aparılması barədə çağırışlar ümumilikdə qarşıya qoyulmuş məqsədə nail olunmasında önəmli faktor olmuşdur. Daha ətraflı »
Yeni ismarıclar