Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Avq
    Digər Vətəndaşların müraciətləri dinlənilir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq keçirilən qəbullarda vətəndaşların müraciətləri diqqətlə araşdırılır və operativ tədbirlər görülür.
    Bu günlərdə keçirilən qəbul zamanı da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilib. Bəzi məsələlər elə yerindəcə öz həllini tapıb.
    Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.

  • 22Avq
    Digər Biz o yerlərə qayıdacağıq üçün şərhlər bağlıdır

    TARİXİN ƏN ACINACAQLI SƏHİFƏSİ

    SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947-1950-ci illərdə Ermənistan SSR-in Azərbaycan əhalisinin köçürülməsi prosesinə başlanılmış, 100 mindən artıq azərbaycanlı öz ata-baba yurdundan kütləvi surətdə köçürülmüşdür.
    Bu köçürülmədə bizim ailənin üzvləri – atam Mehdiyev Musa Teymur oğlu, anam Mehdiyeva Simuzər Yusif qızı, atamın anası (nənəm 1898-ci il təvəllüdlü) Mehdiyeva Şarabanı və əmim Mehdiyev Cəlil Teymur oğlu, 1947-ci il təvəllüdlü qardaşım Mehdiyev Teymur Musa oğlu və mən – 1949-cu il təvəllüdlü Mehdiyev Həmid Musa oğlu da olub. Bizə köçürülmə barədə sənəd verərək məcburi köçürülmüşük. Qoca nənəm Şarabanı deyirdi ki, bizi tez-tələsik yük vaqonlarına doldurdular və dedilər ki, Azərbaycana gedirsiniz. Biz ağır, çətin şəraitdə vaqonlarda əziyyət çəkmişik. Çoxları yolda, vaqonda bu çətinliyə tab gətirməyərək ölürdülər, heç sahib çıxan da olmurdu. Bu çətinliklə Azərbaycana gəlmişik. Bizlərə Kür-Araz ovalıqlarında yaşamağı təklif edirdilər. Əhali bu yerlərə uyğunlaşmadığından, özləri istədikləri yerləri seçiblər. Biz də Mirbəşir rayonunun (indiki Tərtər) Buzluq deyilən Cəmilli kəndi ilə Kolanı kəndinin aralığında yolqırağı bir yerdə məskunlaşmışıq. Sonra oradan Ağkəndə köçmüşük. Orada da çətin bir həyat yaşamaqla atamın işlədiyi Xoruzlu kəndinə köçmüşük. O vaxt mənim 2-3 yaşım var idi. Daha ətraflı »

  • 22Avq
    Digər Avqustun 26-sı Laçın şəhəri günüdür üçün şərhlər bağlıdır

    LAÇINSIZ GÜNLƏR BAŞA ÇATIR

    Laçınsız yaşadığımız günlər başa çatır. Tezliklə doğma yurdumuza qayıdacağıq. Bu barədə düşünəndə, 30 ildən artıq bir müddətdə keçirdiyimiz əzab-əziyyətlər yadımdan çıxır. Uşaq kimi sevinirəm.
    Ancaq bircə ona pis oluram ki, anam bu günü görmədi. Qaçqın-köçkün həyatı yaşadığımız zaman bircə gün olmazdı ki, o, Laçın şəhərindəki evimizi yada salmasın. Sonralar dövlətimiz tərəfindən bizə Şıxarxdakı qaşqın qəsəbəsində rahat mənzil verilsə də, anam bu rahat otaqlarda da özünə yer tapmırdı. Axı, doğma ocaq hər şeydən şirin olur. Elə belə Laçın həsrətilə dünyasını dəyişdi anam.
    Qəddar düşmən bizi yalnız ev-eşiyimizdən didərgin salmadı, bir-birinin ardınca ailəmizə dözülməz yaralar vurdu. Amma onu da qeyd edim ki, ən ağır günlərimizdə biz tək qalmamışıq. Dövlətimiz, möhtərəm Prezidentimiz, xeyirxah əməllərilə xalqın böyük sevgisini qazanan Mehriban xanım Əliyeva daim bizə dəstək olublar, ruhdan düşməyə qoymayıblar.
    Belə ki, ürəyimdə ağır problemlər vardı. Həyat yoldaşım Kəmalə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məktubla müraciət etmişdi. 2019-cu ilin mart ayının 16-da müraciət etdik, 2019-cu il iyulun 8-də artıq Heydər Əliyev Fondu hesabına çox ağır ürək əməliyyatım baş tutdu və məni yenidən həyata qaytardılar. Buna görə mən Mehriban xanıma və bu işdə zəhməti olan hər kəsə ailəmiz adından təşəkkür edirəm. Daha ətraflı »

  • 22Avq
    Digər Qələbə tarixi qeyd edilir üçün şərhlər bağlıdır

    Digər laçınlılar kimi, Qarıkaha kəndinin sakini Paşa Rəhimov da Laçın gününün təsis edilməsini qürur hissi ilə qarşılayıb. O deyir:
    – Həyatda bizə heç nə Laçının işğalı günü kimi ağır təsir etməmişdi. İndi çox şükür ki, işğal yox, qələbə tarixini qeyd edirik. Sağolsun cənab Prezident, Allah bu yolda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
    Düşmənlər evimi yandırmışdılar. Dövlətimizin qayğısı sayəsində onu yenidən tikiblər. Allah mənə bu yaşımda dağlarımıza qayıtmağı qismət elədi. Həyatımın ən böyük arzusu yerinə yetdi.
    Laçına oğlanlarımın birinin ailəsi ilə qayıdacağam. İnanıram ki gənclərimiz, cavanlar dövlətimizin qayğısı ilə o yerləri yenidən cənnətə döndərəcəklər

    “YENİ TƏRTƏR”

     

  • 22Avq
    Digər HƏR KƏS SƏBİRSİZLİKLƏ GÖZLƏYİR üçün şərhlər bağlıdır

    Laçın rayonunun Şamkənd Sovetliyinin Nardalı kəndinin sakini Arif İbadovla söhbət edirəm. Doğma kəndi, onun insanları haqqında elə məhəbbətlə danışır ki, onunla birlikdə mənim də gözlərim önündə o yerlərin gözəlliyi canlanır, sanki o bulaqların suyunun sərinliyini hiss edirəm. Ən əsası isə, yurdunu ürəkdən sevən, sona qədər onun keşiyində daya-nan, lakin sonda özündən asılı olmayan səbəblərə görə kəndi tərk etmək məcburiyyətində qalan və 30 ildən artıq bir müddətdə bu ağrını ürəyində daşıyan bir insanı görürəm qarşımda.
    Bu gün isə o çox sevinclidir.
    Arif İbadovun söhbətindən:
    –1970-ci ildə dünyanın ən gözəl guşəsi saydığım Nardalıda doğulmuşam. Ailədə 6 uşaq idik, 3 qardaş, 3 bacı. Atam Əhliyyat kəndimizin qarajında mexanik işləyirdi, anam Gülsəba isə evdar qadın idi. Hər ikisi zəhmətkeşiydi, bizə heç nədən korluq verməzdilər. Odur ki, dolu ev-eşiyimizi, rahat dolanışığımızı qoyub kənddən çıxanda, çox əziyyətlərlə üzləşdik.
    Laçınlı qonağımız onu da söylədi ki, rayonun işğalı onun həyatının gənclik illərinə təsadüf etdiyi üçün, bu dövr xüsusilə ağrılı oldu. Axı, Sovet Ordusu sıralarında hərbi xidmətini başa vurub qayıtdıqdan sonra məlum oldu ki, onun ailəsinin, doğmalarının, bütün azərbaycanlıların dincliyini pozan, qırğınları törədənlər ermənilərə havadarlıq edən elə bu ordunun əsgərləridir. Arif əlinə silah alıb könüllü kimi kəndini qorudu. Daha ətraflı »

  • 22Avq
    Digər Aqil Abbasın publisistikası sevilir və unudulmur üçün şərhlər bağlıdır

    Jurnalistika elə bir sahədir ki, bəzən ən sa-vadlı qələm sahiblərinin yazıları tez yaddan çıxır, unudulur. Bəs nədəndir ki, 70-ci illərdən bəri Aqil Abbas publisistikası yaşayır, mübarizə aparır, insanları düşündürür? Onun jurnalistlik fəaliyyəti ilə tanış olanda bu sualın cavabı öz-özünə gəlir: Aqil müəllimin yazıları ona görə bu qədər sevilir ki, bunlar canlıdır, bunlarda ürək var, onun özü var, vətənpərvərlik, xalqa, yurda sevgi var. İstedadlı olub irəli getmək mümkündür. Müasir jurnalistikamızda bu cür insanların sayı çoxdur. Ancaq hörmətli həmkarımız Aqil Abbas kimi jurnalistlər, mənə elə gəlir ki, o qədər də çox deyil.
    1976-cı ildə əmək fəaliyyətinə müəllim kimi başlayan Aqil müəllim cəmi bir ildən sonra yolunu dəyişib və jurnalistikanı seçib. Əlbəttə, müəllimlik də pis peşə deyil, lakin Aqil müəllimin ürəyindəki, şüurundakı hisslər, düşüncələr kiçik sinif otaqlarına sığmırdı, bunları bölüşmək üçün o, daha geniş auditoriya axtarırdı. Beləliklə də bu arzuzsu onu “Elm və Həyat” jurnalına gətirib çıxardı.
    Aqil Abbas haqqında yazı yazmağa hazırlaşarkən onun müxtəlif qəzetlərə verdiyi müsahibələrlə tanış oldum və bir fikir diqqətimi cəlb etdi. O deyir ki, “Elm və Həyat” jurnalında fəaliyyətə başladığı ilk günlərdə altı nəfərlik otaqda otururduq. Otaqda səs-küy əlindən durmaq olmurdu.
    Ancaq Aqil müəllim bu səs-küydə kitab yazırdı: “Buranın səs-küyü məndə istənilən şəraitdə yazı yazmaq bacarığını formalaşdırdı. İndi konsertdə də, stadionda da oturub yazı yaza bilərəm”,– deyir Aqil müəllim. Daha ətraflı »

  • 22Avq
    Digər Bu ağacların hər biri bir şəhidin taleyindən danışır üçün şərhlər bağlıdır

    Rayonumuzun Şıxarx qəsəbəsində salınan “Vətən bağı” bu gün sakinlərin, eləcə də qonaqların ziyarət etdikləri müqəddəs məkandır.
    “Vətən bağı”nın təməli 2021-ci ilin sentyabrında qoyulub. Bağın salınmasında tərtərlilər böyük həvəslə iştirak edərək, burada hər şəhidin adına bir meyvə ağacı əkiblər. Hazırda burada 4000-dək ağac qayğı ilə becərilir, onların suvarılması üçün damcı suvarma sistemindən istifadə olunur.
    Bu bağda bir ilkə imza atılıb. Belə ki, hər bir ağaca bir şəhidimizin şəkli, adı, atasının adı və soyadı olan məlumat lövhələrinə həm də QR kodlar yerləşdirilib. QR kod oxudulan zaman həmin şəhid haqqında müfəssəl məlumat əldə etmək mümkün olacaq. Bağda həm I Qarabağ müharibəsi zamanı, həm də 44 günlük Vətən müharibəsində, Aprel və Tovuz döyüşlərində şəhadətə ucalanların, Azərbaycanın 2 xanım Milli Qəhrəmanının (Salatın və Gültəkin Əsgərova), həmçinin Türkiyənin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş 10 türk şəhid xanımının məlumat tabloları yer alıb.

    “YENİ TƏRTƏR”

  • 22Avq
    Digər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    “Yeni Tərtər “ yeni Tərtərin qəzetidir

    Hər bir ad onu daşıyanın həyatını özündə əks etdirir. Mətbuat aləmində də belədir. Vaxt var idi ki, qəzetimiz “Qızıl Bayraq” adlanırdı və böyük imperiyanın həyatını işıqlandırırdı. İmperiyaya inam itirələndə, qəzetin adının dəyişdirilməsi təşəbbüsü ilə birinci olaraq oxucularımız çıxış etdilər. Uzun müzakirələrdən sonra rayon qəzetinə “Tərtər”adı verildi.
    Bu gün isə onun adı “Yeni Tərtər”dir. Çoxları bizə deyir ki, ”Tərtər” elə yaxşıydı, ”yeni” sözünü o ada niyə əlavə etdiniz? Belə deyəndə, 7 illik fasilədən sonra– 2005-ci ildə ilk dəfə işə çıxdığım gün yadıma düşür. Redaksiyamızın binası hələ yox idi. Bloknotumu və qələmimi götürüb, rayon icra hakimiyyəti binasının qarşısından düz “Ana” abidə-kompleksinədək piyada getdim. Yolboyu küçələrdə işləyən insanları görəndə təəccüb məni bürüyürdü. Başa düşdüm ki, Tərtərin yeni günləri başlayır. Sonradan, 2006-cı ildə möhtərəm Prezidentimiz İlham Əliyev rayonumuza gələndə bir daha aydın oldu ki, respublikamızın hər bir bölgəsi kimi, Tərtərin də inkişafı, abadlaşdırılması ölkə rəhbərinin tapşırığı əsasında, diqqət və qayğısı sayəsində baş verir. Daha ətraflı »

  • 22Avq
    Digər Öyrədir və özü də öyrənir üçün şərhlər bağlıdır

    Hər bir kollektiv o zaman ayaq üstə möhkəm dayanır ki, orada savadlı, işi bacaran gənclər yetişirlər. Belələrinə nəinki öz təcrübəni həvəslə öyrədirsən, hətta bəzi hallarda onların özlərindən də öyrənirsən. Çünki həyatımız sürətlə inkisaf edir və təbii ki, bu inkişafın önündə bu gün gənclər gedirlər.
    Bizim kollektivdə də belədir. Qəzetlə bağlı işimizin böyük bir hissəsi gənclərin üzərinə düşür. Onlardan biri Həcər Əsgərovadır.
    Həcər ali təhsilli jurnalistdir. Yazıları oxunaqlı və maraqlı olur. Müxtəlif mövzularda yazır. Hansı mövzunu seçməsindən asılı olmayaraq, hər yerdə öz fikirləri, toxunduğu məsələyə münasibəti olur.
    Həcərin güclü məntiqi, geniş dünyagörüşü, sadə dili oxucunu cəlb edir. Elə buna görədir ki, “Yeni Tərtər”in oxucuları Həcərin imzasına rast gəldikdə, mütləq o materialı oxuyurlar.
    Gənc həmkarımız həm də gözəl dizaynerdir. Keçmiş dövrdə redaksiyalarda bu işi məsul katiblər görürdülər. İndi zaman dəyişib, artıq bu vəzifəyə ehtiyac qalmayıb. Materialların yerli-yerində olmasında, şriftlərin və şəkillərin düzgün seçilməsində Həcər heç də uzun illərin təcrübəsi olan jurnalistlərdən geri qalmır. Əksinə, onun gəncliyə məxsus xüsusi zövqü, kompüterin sirlərinə bələd olması səhifələrin tərtibatına yeni nəfəs gətirir. Daha ətraflı »

  • 21Avq
    Digər Azərbaycanın növbəti diplomatik qalibiyyəti üçün şərhlər bağlıdır

    Rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir.

    Ermənistan 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb, indi isə qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir.

    Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümüdür. Rəsmi İrəvanın Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.

    Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib.

    Beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı. Daha ətraflı »