Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyl
    Digər TƏXİRƏSALINMAZ TƏDBİRLƏR GÖRÜLÜR üçün şərhlər bağlıdır

    Rayonumuzda vətəndaşların, xüsusən də şəhid ailələri və qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Rayon rəhbərinin keçiridyi qəbullar zamanı irəli sürülən rəy və təkliflər, müraciətlər xüsusi nəzarətə götürülür və bunların əsasında təxirəsalınmaz tədbirlər görülür.
    Bu yaxınlarda Kəngərli kəndində keçirilən qəbul zamanı şəhid valideynləri Bəhruz Qasımov, Rövşən Məmmədov, Şəmsi Quliyev və Zahid Məmmədov rayon icra hakimiyyəti tərəfindən Qaradağlı kəndi əra-zisində şəhid ailələri üçün ayrılmış əkin sahəsinə gedən yolun təmizlənərək genişləndirilməsi barədə müraciət etmişlər. Qaldırılan məsələ rayon rəhbəri tərəfindən nəzarətə götürülmüş və əlaqədar qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
    Aidiyyəti qurumlar tərəfindən Qaradağlı kəndinə xüsusi texnika göndərilmiş, ərazi təmizlənərək genişləndirilmişdir.
    Şəhid atası Bəhruz Qasımov bildirib ki, rayonumuzda şəhid ailələrinin hər bir müraciəti dərhal araşdırılır və müvafiq tədbirlər görülür. Bu cür qayğı onlar üçün ən böyük təsəllidir.

    “YENİ TƏRTƏR”

  • 19İyl
    Digər Yeni dərs ili qarşısında üçün şərhlər bağlıdır

    Sinif otaqlarının sükutu pozulub

    Bu isti yay günlərində şagird və müəllimlər istirahət edir, növbəti dərs ili üçün qüvvə toplayırlar. Məktəblərdə isə yeni dərs ilinə hazırlıq işlərinə start verilib.
    Belə təhsil müəssisələrindən biri də şəhər 3 saylı orta məktəbdir.
    Burada təmir işlərini “Elnur-2” UİKŞ şirkəti aparır. İş icraçısı Mübariz Cəbiyev bildirdi ki, məktəbin 1500 kv.m. dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulub. Bundan əlavə sinif otaqlarında və dəhlizdə tavan və döşəmələr dəyişdiriləcək, divarlarda boya işləri görüləcək, köhnəlmiş qapılar yenisi ilə əvəz olunacaq. Həmçinin istilik sisteminin yenilənməsi və həyətdə abadlıq işlərinin görülməsinə də başlanılıb.
                                                                                                      * * *
    “Elnur-2” UİKŞ şirkəti həmçinin rayonumuzdakı Köçərli kənd tam orta və Hacıqərvənd kənd tam orta məktəblərində təmir-bərpa işlərini həyata keçirir. Görülən işlərin keyfiyyəti diqqət mərkəzində saxlanılır.
    Təmir işləri yeni tədris ili başlananadək yekunlaşacaq.

    “YENİ TƏRTƏR”

     

  • 13İyl
    Digər Cari ilin ilk altı ayı səmərəli keçib üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edib. Dövlət başçısı bildirib ki,  ilin ilk altı ayı səmərəli keçib. Cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.

    Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.

    Prezident deyib ki, maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb, bunun bir çox səbəbləri var. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi – bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq.

    Cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək.

    Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq. Daha ətraflı »

  • 10İyl
    Digər Rayon rəhbərinin Əskipara kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul-görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Əskipara kəndində keçirilib.
    Qəbulda səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub. Daha ətraflı »

  • 10İyl
    Digər “Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin xatirəsinə hörmət əlaməti olaraq abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Çapay Əmirov, şəhid ailələri, qazilər, YAP rayon təş-kilatının sədri Eldar Əsədov, Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, polis şöbəsinin kollektivi, İƏD üzrə nümayəndələr, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha ətraflı »

  • 10İyl
    Digər QƏHRƏMANLAR ŞƏHƏRİ TƏRTƏR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli ictimai xadim, ədəbiyyatşünas, yazıçı-publisist Firidun bəy Köçərlinin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda respublika elmi konfransının açılış toplantısı 12 iyun 2023-cü il tarixində Tərtər şəhərində keçirildi. Səhər erkəndən Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov və əməkdaşları qəhrəmanlar şəhəri Tərtərə yollandıq.
    Bizi Tərtərin girişində İcra başçısının birinci müavini Elvin Umudovun sürücüsü qarşılayaraq İcra Hakimiyyətinin binasına apardı. İcra başçısı Müstəqim Məmmədov qonaqları həyətdə qarşıladı.
    Müstəqim Məmmədov o qədər səmimi söhbət edirdi ki, saatlarla dinləsək də yorulmazdıq. Qısa zaman içində sanki rayonla bağlı hər şeyi ətraflı izah etməyə çalışırdı. Hətta söhbət zamanı Tərtərin zəhmətkeş əhalisindən, onların yaşayış şəraitindən də söhbət açdı.
    Konfransın gedişi mediada geniş işıqlandırıldığı üçün, mən yalnız rayonla bağlı təəssüratlarımı bölüşmək istəyirəm.
    Konfransın açılış toplantısı bitdikdən sonra qədim tarixi olan Tərtər rayonuna səfər etdik. Bizi rayon İcra başçısının birinci müavini Elvin Umudov müşayiət edirdi. Sonra Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanı özündə əks etdirən fotostendlərə baxdıq. Fotostendlər sanki danışırdılar. Onlar erməni vəhşiliyi haqqında hər şeyi ifadə edirdilər. Ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına baxdıqca insanı vahimə bürüyürdü. Daha sonra Şıxarx qəsəbəsinə yollandıq. Orada gözəl bir mən-zərə ilə qarşılaşdıq. Şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”nı ziyarət etdik. Daha ətraflı »

  • 10İyl
    Digər Azərbaycan Ordusu ilə qürur duyuruq! üçün şərhlər bağlıdır

    Müasir Azərbaycan Ordusunun müəllifi Ümummilli Lider Heydər Əliyevdir

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü münasibəti ilə rayon ərazisində yerləşən N. saylı hərbi hissədə olub və hərbi hissənin əsgər və zabit heyəti ilə görüşüb.
    Tədbirdə çıxış edən icra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsa-sən, 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. O, əsgər və zabitləri Ümummilli Liderin 100 illik yubileyi, Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda ordu quruculuğu prosesindən, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edib. Bildirib ki, müasir Azərbaycan Ordusunun müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin ötən əsrin 70-ci illərində yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Lisey ordumuzun inkişafında böyük rol oynayıb.
    Rayon rəhbəri qeyd edib ki, Ulu Öndərin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Daha ətraflı »

  • 10İyl
    Digər Gənclərin yay düşərgəsi üçün şərhlər bağlıdır

    Qonaqlar Tərtərlə tanışlıqdan məmnun qalıblar

    “Heydər Əliyev İli” çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri üçün” layihəsi çərçivəsində “Dayanıqlı Qayıdış” gənclərin yay düşərgəsi fəaliyyət göstərib.
    Düşərgənin təşkil olunmasında məqsəd qlobal məqsədlərdən məlumatlı və Qarabağın davamlı inkişafı üçün maraqlı gəncləri, tələbələri, gənc peşəkarları və gənclər təşkilatlarının üzvlərini bir yerə toplayaraq, onları Qarabağın davamlı inkişafı barədə daha ətraflı məlumatlandırmaq və bu istiqamətdə görülən işlərə töhfə vermələrinə köməklik göstərməkdən ibarət idi.
    Düşərgədə 60 gənc istirahət edib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məm-mədov düşərgədə istirahət edən gənclərlə görüşüb.
    Yay düşərgəsinə qatılan gənclər Ümummilli Liderin xatirəsinə ehtiram əlaməti olaraq, Mərkəzi Meydanda abidəsini ziya-rət edib, önünə gül-çiçək dəstələri düzüblər.
    Sonra Mərkəzi Meydanda Vətən müharibəsi zamanı ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına, Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”na, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa –150” abidəsinin qalıqlarına baxıblar. Dövlət Rəmzləri muzeyini ziyarət edib və Vətən müharibəsində ermənilər tərəfindən atılmış qadağan olunmuş “smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus ev-muzeyində olublar.
    Rayonla tanış olan gənclər görülmüş işlərdən məmnun qaldıqlarını bildiriblər.

     

  • 10İyl
    Digər Rayonumuzun tarixindən üçün şərhlər bağlıdır

    “Difai” təşkilatının Tərtər qolu

    20-ci əsrin ilk illərində ermənilər tərəfindən aparılan təcavüz, terror və etnik təmizləməyə müqavimət göstərmək məqsədilə azərbaycanlılar da öz siyasi təşkilatını – “Difai”ni yaratdılar. Bəs “Difai”nin hədəfləri və fəaliyyəti nədən ibarətdi?
    “Difai”nin məqsədlərini başa düşmək üçün onun rəsmi açıqlamalarına və əsas fəaliyyətinə diqqət yetirməliyik. Təşkilatın ilk bəyannaməsi azərbaycanlı siyasətçi və fəal Ələkbər bəy Rəfibəylinin evində görkəmli dini lider Məhəmməd Pişnamazzadə tərəfindən yazılmışdı. Partiyanın məqsədi bu cümlələrdə açıq şəkildə ifadə edildi: “Mütəşəkkil hərbi gücə və müxtəlif silah materiallarına sahib olan Daşnaksütyun əsas məqsədlərinə çatmaq üçün bütün erməniləri və Qafqaz hökumətini öz hakimiyyəti altına almağa çalışır. Onların əsas məqsədi hamısını öldürdükdən sonra Qafqazdakı müsəlmanların ərazilərini işğal etməkdir. Daşnaksütyun əmin olmalıdır ki, biz ermənilərin xoşbəxtliyinin millətimizin bədbəxtliyi üzərinə gerçəkləşməyinə qətiyyən icazə verməyəcəyik”. Bu cümlələrlə “Difai”nin əsas məqsədinin millətin hər bir fərdini Daşnak terror təhlükəsindən qorumaq olduğu aydın olur. Daha ətraflı »

  • 10İyl
    Digər Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti ədalətə və beynəlxalq hüquqa əsaslanır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxış edib.

    Dövlət başçısı bildirib ki, Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı.

    Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu.

    Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir.

    Prezident İlham Əliyev qeyd edib ki, Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır.

    Beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq postpandemiya dövrü haqqında düşünməli olduq. Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Daha ətraflı »