Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03İyl
    Digər “Heydər Əliyev İli-2023”: rayon rəhbəri “Dayanıqlı Qaydış” gənclərin yay düşərgəsində iştirak edən gənclərlə görüşüb üçün şərhlər bağlıdır

    “Heydər Əliyev İli”  çərçivəsində  Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman  Kompleksində “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri üçün” layihəsi çərçivəsində “Dayanıqlı Qaydış” gənclərin yay düşərgəsi fəaliyyətə başlayıb.

    Düşərgənin təşkil olunmasında məqsəd qlobal məqsədlərdən məlumatlı və Qarabağın davamlı inkişafı üçün maraqlı gəncləri, tələbələri, gənc peşəkarları və gənclər təşkilatlarının üzvlərini bir yerə toplayaraq “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası, DİMlərin maliyyələşməsi, Qarabağın davamlı inkişafı barədə daha da ətraflı öyrənmək və bu istiqamətdə görülən işlərə öz tövhələrini verməkdən ibarətdir.

    Düşərgədə 60 gənc istirahət edir.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  düşərgədə istirahət edən gənclərlə görüşüb.

    İcra başçısı gəncləri salamlayaraq, onlara “xoş gəlmisiniz”,- deyib və onlara Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük  Vətən Müharibəsində  ermənilərin  yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət  müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub. Daha ətraflı »

  • 03İyl
    Digər “Heydər Əliyev İli-2023”: “Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

    Tərtər Rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin  təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin   100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev  və Azərbaycan polisi”  mövzusunda  tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli liderin xatirəsinə hörmət əlaməti olaraq  abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilib.

    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Çapay Əmirov, şəhid ailələri, qazilər, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, polis şöbəsinin kollektivi, İƏD üzrə nümayəndələr, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək polis işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara uzun ömür,can sağlığı və asayişimizin keşiyində ayıq-sayıq dayanmağı diləyib. Daha ətraflı »

  • 25İyn
    Digər Tərtər Rayon İcra Hakimiyyəti başçısının 2023-cü ilin iyul ayında keçiriləcək səyyar qəbullarının qrafiki üçün şərhlər bağlıdır

  • 25İyn
    Digər “Heydər Əliyev ili – 2023”: Tərtərdə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırış yaşlı gənclərlə peşəkar hərbçilərin, Vətən müharibəsi veteranları və qazilərin görüşü keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq  rayonda silsilə tədbirlər davam edir.

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırış yaşlı gənclərlə peşəkar hərbçilərin, Vətən müharibəsi veteranları və qazilərin görüşü keçirilib.

    Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, N saylı hərbi hissənin komandir müavini Famil Ramazanov, Birinci Qarabağ və Vətən Müharibəsinin qazi və veteranları, ümumtəhsil məktəblərinin hərbi rəhbərləri və çağırışçı gənclər iştirak ediblər.

    Görüşdən öncə tədbir iştirakçıları Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər. Daha ətraflı »

  • 25İyn
    Digər İcra başçısı “Heydər Əliyev ili” çərçivəsində 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü ərəfəsində bir qrup hərbçini qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov “Heydər Əliyev İli” çərçivəsində ön cəbhədə  hərbi xidmət keçən N saylı hərbi hissələrin hərbçilərini qəbul edib. Rayon rəhbəri onları 26 iyun- Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə təbrik edib, onlara uzun ömür, can sağlığı, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətlərində  uğurlar arzulayıb.

    İcra başçısı hərbçilərlə görüşündə qeyd edib ki, Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.

    1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Daha ətraflı »

  • 25İyn
    Digər Tərtərdə 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyası YAP rayon təşkilatının akt zalında 26 İyun – Narkotik vasitələrin sui istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirib.

    Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Elşən Əmrahov,  YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, rayon Gənclər və İdman idarəsinin rəis müavini Şəhram Quluyev, Tərtər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin statistika kabinetinin müdiri Anar Salahov, direktor müavinləri, psixoloqlar və gənclər iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı. Daha ətraflı »

  • 25İyn
    Digər Xalqımızın bütün sahələrdə dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır üçün şərhlər bağlıdır

    24 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Prezident səlahiyyətlərini icra etməyə başlayarkən deyib: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.”

    AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Yalnız hakimiyyəti saxlamağı düşünərək səriştəsiz insanlar ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı.

    1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur.

    Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Daha ətraflı »

  • 25İyn
    Digər Ölkəmizdə ordu quruculuğu prosesi daha geniş vüsət alıb üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxış edib.

    Dövlət başçısı deyib ki, Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur.

    İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi.

    İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var.

    Prezident İlham Əliyev bildirib ki, dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər görülür.

    Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır – həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir.

    Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Daha ətraflı »

  • 25İyn
    Digər Biz Silahlı Qüvvələr Gününü müzəffər ordu, qalib xalq kimi qeyd edirik üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyev deyib: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir.

    Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq.”

    Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.

    Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Daha ətraflı »

  • 24İyn
    Digər Tərtər rayonunda “Əmək yarmarkası” keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı ilə iyunun 23-də Tərtər Rayon Mədəniyyət Mərkəzində  22 işəgötürənlə əmək yarmarkası keçirilib. Əmək yarmarkasında əmək bazarının müxtəlif iqtisadi sahələri üzrə 300 yaxın peşə və ixtisas tələb edən vakansiyalar ictimaiyyətə açıq elan edilib. Yarmarkada Tərtər, Bərdə, Ağdam və Ağcabədi rayonlarından olan 900 yaxın vətəndaş iştirak edib.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının müdiri Babək Tağıyev yarmarkaya qatılan sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıb, yarmarkanın təşkili və prosesin dinamikası ilə tanış olublar.

    Tədbirdə vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.