Xain xislətli düşmən müharibənin 23-cü günü, oktyabrın 19-da, günorta saatlarında Tərtər şəhərinin mərkəzini və ətraf kəndlərini güclü artilleriya atəşinə tutmuşdu. Bu məqsədlə yandırıcı mərmilərdən istifadə olunurdu. Ən böyük yanğın MKT İstehsalat Kommer-siya MMC-nin Tərtər filialında baş vermişdi.
Filialın direktoru Feyruz Hacıyev bu barədə deyir:
– Düşmən qəsdən məhz dinc insanların çalışdığı əraziləri hədəfə alırdı. Yandırıcı mərmilər hazır məhsul talvarlarına düşmüşdü. Güclü yanğın bir neçə yerdə baş vermişdi. Pambıq məhsulu tezalışan olduğu üçün, hadisənin qarşısını almaq olduqca çətin idi. Rayon rəhbərliyinin, müharibə dövründə rayonumuzda fəaliyyət göstərən qərargahın həyata keçirdiyi təcili tədbirlər nəticəsində, dərhal qonşu rayonlar da daxil olmaqla, yanğınsöndürənlər əraziyə cəlb olundu.
Filialın direktor müavini Elmir Mustafazadənin söhbətindən:
– Bu hadisə həm də yaddaşımızda cəsur jurnalist Elnur Tofiq və operator Elşadın hazırladıqları televiziya reportajı ilə qaldı. Onlar zavodun ərazisində olarkən düşmən ikinci dəfə buranı atəşə tutdu. Lakin öz peşələrinə sadiq qalan insanlar, həyatlarını təhlükəyə ataraq, ermənilərin növbəti terror aktını lentə alıb dünyaya göstərdilər. Yanğının söndürülməsinə həmçinin çoxlu sayda texnika və canlı qüvvə cəlb olunmuşdu. Bunun nəticəsində müəssisəyə daha böyük ziyan dəyməsinin qarşısı alındı. Yanğın söndürülsə də, bir ay müddətində həmin kiplərdə proses davam edirdi. Nəticədə müəssisəmizə böyük maddi ziyan dəydi. Daha ətraflı »
Yeni ismarıclar