Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Sen
    Digər Tərtər gəncləri üçun təlim təşkil olunub üçün şərhlər bağlıdır

    Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər Nümayəndəliyinin təşkilatçılığı ilə filoloq Fəridə Süleymanovanın təqdimatında “Dilimiz sərvətimizdir” mövzusunda  təlim baş tutub.

    Təlim zamanı Fəridə xanım dilimizin zənginliyi, arxaik, dialekt və şivələrin dilimizdə istifadəsi , həmçinin orfoqrafik və orfoepik qaydaların pozulması haqqında gənclərə məlumat verib.

  • 06Sen
    Digər Azərbaycan  Avropanın etibarlı tərəfdaşıdır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin beynəlxalq təşkilatların yüksək tribunasında irəli sürdüyü qlobal səviyyəli təşəbbüslər beynəlxalq aləm tərəfindən rəğbətlə qarşılanır və yüksək səviyyədə dəstəklənir. Dərin və hərtərəfli biliyə, yüksək siyasi mədəniyyətə malik Prezident İlham Əliyev dünyada böyük hörmət və nüfuz sahibi olan lider kimi qloballaşma və inteqrasiya proseslərində, beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla təmsil və müdafiə edir. Fəxarətlə deyə bilərik ki, dövlətimizin başçısı dünyada dərin analitik təfəkkürə və siyasi iradəyə malik lider kimi qəbul olunur.

    Sentyabrın 2-də Möhtərəm Prezident  cənab İlham Əliyevin xüsusi qonaq qismində İtaliyanın “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, eləcə də Prezidentin “Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu” mövzusunda çıxışı çox böyük marağa səbəb oldu.  Səfər çərçivəsində strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan İtaliya ilə Azərbaycan arasında yeni səhifə açıbdır. Daha ətraflı »

  • 05Sen
    Digər Azərbaycan–İtaliya çoxtərəfli münasibətləri getdikcə daha da şaxələnir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.

    Azərbaycanın dövlət başçısının bu Forumdakı çıxışı böyük marağa səbəb olub.

    Cənab Prezident öz çıxışında bildirib ki, ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur. İkitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Daha ətraflı »

  • 02Sen
    Digər Azərbayanın müstəqillik yolunun başlanğıcı üçün şərhlər bağlıdır

    Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb.

    Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR xalq deputatı Heydər Əliyevi yekdilliklə sədr seçmişdir. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoyub. Daha ətraflı »

  • 01Sen
    Digər Agentliyin dəstəyi ilə “And yerimiz-Şəhidlər!” adlı layihəyə start verildi üçün şərhlər bağlıdır

     Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB sentyabr ayının 1-dən noyabr ayının 1-dək “And yerimiz- Şəhidlər”! adlı layihənin həyata keçirilməsinə başlayıb.

    Vaxtı ilə Tərtər rayonu və Bakı şəhərinin Nizami rayonunda yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik dərəcəsi almış  qazilərimizin tanıdılması məqsədi ilə həyata keçirilən bu layihə zamanı onlar barədə məlumatlar toplanıb kitab şəklində nəşr etdiriləcək. Bu məqsədlə nəşr olunan “And yerimiz-Şəhidlər”! kitabı keçirilən tədbirlərdə iştirakçılara paylanacaq.

    Bundan başqa layihənin gedişi zamanı əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gələrsə,  hüquqlarının müdafiəsi ilə də məşğul olunacaq.

  • 31Avq
    Digər Beynəlxalq İtkinlər Günü: Azərbaycanda aparılan axtarış prosesinin mərkəzində humanizm prinsipləri dayanır üçün şərhlər bağlıdır

     

     Bakı, Azərbaycan, 30 avqust 2022, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə birlikdə Beynəlxalq İtkinlər Günü münasibətilə təşkil edilmiş tədbirə ev sahibliyi edib.

    Tədbirin məqsədi itkin düşmüş şəxslərin identifikasiyası prosesinə olan humanitar yanaşmaya diqqəti cəlb etmək, o cümlədən dünyada və Azərbaycanda itkin düşmüş hesab edilən minlərlə insanın xatirəsini və itkindüşmənin onların ailələrinə yaşatdığı iztirab hissini yad etməkdir.

    Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov açılış çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına sadiq qalaraq 1993-cü ildən BQXK ilə sıx əməkdaşlıq şəraitində işləmişdir. Komissiya katibi  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, I Qarabağ müharibəsində 3890 nəfərin, Vətən müharibəsində 6 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alındığını bildirmişdır.

    Xüsusilə vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən olunması üçün Dövlət Komissiyasının qarşısında mühüm vəzifələr müəyyən edilmişdir. Daha ətraflı »

  • 31Avq
    Digər Avqustun 31-i Qubadlının işğalı günüdür üçün şərhlər bağlıdır

    Rayonun gələcək inkişafı ilə bağlı işlər görülür

    Artıq ikinci ildir ki, qubadlılar bu tarixi başqa əhval-ruhiyyədə qarşılayırlar.
    Düzdür, Qubadlı şəhəri mənfur düşmən tərəfindən yerlə-yeksan edilib, burada bir salamat bina yoxdur. Rayon sakinləri ilə görüşəndə Prezident İlham Əliyev deyib: “… biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq.Qubadlı şəhərinin baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcəkdir. Əlbəttə ki, bu baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq”.
    Bu gün qubadlılar Böyük Qayıdışdan danışarkən, ilk növbədə şəhidlərimizin xatirəsini yad edirlər. Onlardan biri Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovdur. Ali Baş Komandan, Prezident İlham Əliyev onun haqqında deyib: ”O, bütün hərbçilərimiz üçün, gənc nəsil üçün nümunədir, öz canını doğma diyar uğrunda fəda edib və şəhadət zirvəsinə ucalıb. Şəhidlərimizin xatirəsi əbədiləşdirilir və əbədiləşdiriləcək”.
    Hazırda Qubadlı rayonunun gələcək inki-şafı ilə bağlı əməli-praktiki işlər aparılır.

    “Yeni Tərtər”

  • 29Avq
    Digər Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevə borcludur üçün şərhlər bağlıdır

    Müstəqil Azərbaycan dövlətinin qurucusu – memarı, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür

    Belə ki, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi  islahatlar və görülən tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi yer tutmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətçiliyinin  xilaskarlıq missiyasını çiyinlərində daşıyaraq həyata keçirilməsini təmin etmişdir. Daha ətraflı »

  • 26Avq
    Digər Azərbaycan Qazaxıstan əlaqələri yüksək xətlə inkişaf edir üçün şərhlər bağlıdır

    24 avqust 2022- ci il tarixdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri  onu göstərir ki, dövlətlər arasındakı dostluq və əməkdaşlıq  münasibətləri hər iki dövlət üçün  maraqlıdır. Bu dostluq və əməkdaşlığın inkişafını  analiz edəndə görürük ki, əməkdaşlıq yüksək səviyyədədir. Dostluğun bariz nümunəsi olaraq Azərbaycanın 44 günlük Vətən müharibəsində ölkəmizin  yeritdiyi siyasət, apardığı haqq-ədalət  müharibəsi  Qazaxıstan dövləti tərəfindən  birmənalı olaraq dəstəklənmişdir. Bu gün də Azərbaycanın inkişaf potensialı yetəri qədər yüksəkdir. Hazırda ölkələrarası əlaqələr yüksək şəkildə inkişaf edir. Azərbaycan və Qazaxıstan neft, rabitə, kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq edir. Ən önəmli məsələlərdən biri də strateji münasibətlərin inkişafıdır. Bütün bunlar iki dövlət arasındakı əlaqələrin daha da güclənməsinə öz töhfəsini verir.

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri  bir daha sübut edir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətın yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir. Ölkə başçımızın Qazaxıstan Respublikasının Prezidenti tərəfindən  Qazaxıstanın Ali Ordeni ilə təltif etməsi, eləcə də işğaldan azad olunmuş Füzuli rayonunda xüsusi uşaq yaradıcılıq mərkəzinin tikintisinə başlanılması, bünövrəsinin qoyulması bir daha sübut etdi ki, iki qardaş ölkə bir-birinə dəstək verməkdə və bu dəstəyi genişləndirməkdədir. Daha ətraflı »

  • 26Avq
    Digər Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir üçün şərhlər bağlıdır

    2022-ci il 24 avqust tarixində Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşü olub.

    Prezident İlham Əliyev Qazaxıstanın ali ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.

    Görüş zamanı qeyd olunub ki, Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik.

    Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür. Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır. Daha ətraflı »