Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon icra hakimiyyətinin akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans iştirakçıları birlikdə Ümummilli Lidert Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş filmi izlədikdən sonra “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda çıxış etmək üçün söz YAP rayon təşkilatının sədri Eldar Əsədova verilib. O, Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının qurucusu olduğunu qeyd edərək, bildirib ki, xalqın Ulu Öndərimiz Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Daha ətraflı »
-
17MayDigər Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib üçün şərhlər bağlıdır
-
17MayDigər ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ MƏDƏNİ İRSİMİZ üçün şərhlər bağlıdır
Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev Vətəninə və xalqına ruhən bağlı bir şəxsiyyət olub, bütün fəaliyyəti dövründə Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, tarixinə böyük dəyər vermişdir. Dahi rəhbər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas sütunlarından birini məhz tarixi abidələrimiz təşkil edir desək, yanılmarıq. Heydər Əliyevə görə müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması qarşıda duran mühüm vəzifələrdən olmuşdur. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatmışdır. Ümummilli lider Heydər Əliyev mədəni irsin qorunub saxlanmasına, bərpasına, təbliğinə böyük önəm verirdi. Müdrik dövlət başçısı milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, maddi-mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirmiş və vacib amil hesab etmişdir.
Heydər Əliyev söyləyirdi: “Əziz xalqım! Bunu biz sizinlə birlikdə edəcəyik. Bizim görə bilmədiyimiz işləri gələcək nəsillər, davamçılarımız yerinə yetirəcəklər. Buna heç şübhəniz olmasın. Əmin olun ki, biz birləşib müstəqilliyimizi, torpaqlarımızı qoruyacaq, həm də xalqımızın yaratdığı tarixi abidələri, dini abidələri yaşadacağıq”. Daha ətraflı » -
17MayDigər Şuşa haqqında düşüncələrim üçün şərhlər bağlıdır
SƏN BİZİMSƏN, QARABAĞ!
Mayın 10-da, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə, Şuşaya qayıdan ilk şuşalılara evlərinin açarları təqdim olundu.
Bir gün sonra isə Cıdır düzündə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışını izlədik. Musiqi Festivalındakı çıxışı zamanı Prezident İlham Əliyev deyib: “ Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç bir vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra ancaq musiqi sədaları səslənsin”.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanmış konsert proqramını mən də televizya vasitəsilə izlədim, ancaq, açığını deyim ki, televiziya qarşısında olduğumu unutmuşdum, özümü o tamaşaçıların arasında, Cıdır düzündə hiss edirdim. Xüsusən də Zeynəb Xanlarovanın, Arif Babayevin səhnəyə çıxması, yəqin ki, hər birimizi heyrətləndirdi və sevindirdi. Daha ətraflı » -
17MayDigər Konsert proqramı təşkil olunub üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniy-yət İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Heydər Əliyev adına parkda açıq yay klubunda təşkil olunmuş konsertdə Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Mədəniyyət Mərkəzinin və Uşaq Musiqi Məktəbinin kollektivlərinin ifaları iştirakçılar tərəfindən maraqla dinlənilib. -
17MayDigər NARKOMANİYAYA YOX DEYƏK! üçün şərhlər bağlıdır
VAXTINDA ATILMIŞ ADDIM GƏLƏCƏK
BƏDBƏXTLİYİN QARŞISINI ALA BİLƏRBu günlərdə Tərtər Rayon Polis Şöbəsinin rəisi polis pol-kovniki Elçin Qasımovun imzası ilə ünvanımıza daxil olan məktubda Azadqaraqoyunlu kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti tədbirin keçiriləcəyi barədə məlumat verilirdi. Deyilən tarixdə və saatda rayon polis şöbəsinin İTB-nın Yetkinlik yaşına çatmayanlar üzrə profilaktik işin təşkili qrupunun inspektoru Sirac Əlizadə redaksiyamızda oldu. Rayon Mərkəzi Xəstəxa-nasının psixoloqu Hətəm Nuruzadəni də götürüb, Azadqaraqoyunluya yola düşdük.
Heydər Əliyev Fondu tərəfindən tikilmiş və cari dərs ilində istifadəyə verilmiş möhtəşəm məktəb binasının qarşısında xeyli adam vardı – Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov, Tərtər Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, məktəbin direktoru Yeganə Mehdiyeva, müəllimlər və polis əməkdaşları. Şagirdlər isə yuxarıda, məktəbin geniş və yaraşıqlı iclas zalında gözləyirdilər. Polis şöbəsinin rəisi Elçin Qasımovun gəlişi ilə ilk olaraq məktəbdə yaradılan şəhidlər guşəsi ziyarət olundu, Vətən oğullarının əziz xatirəsinə ehtiram əlaməti olaraq onların fotoşəkillərinin önünə qərənfillər düzüldü.
Tədbir Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin anılması ilə başladı, birlikdə Dövlət Himni oxundu.
Məktəbin direktoru Yeganə Mehdiyeva tədbirin məqsədi haqqında məlumat verdikdən sonra, sözü polis şöbəsinin rəisinə verdi.
Şagirdlərlə görüşün əlamətdar bir günə –Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etdiyini söyləyən polkovnik Elçin Qasımov bildirdi ki, Ümummilli Liderimiz demişdir ki, “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həmin dövr indi gəlib çatıb. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyada tanınır. Belə bir ölkədə yaşamaq, onun vətəndaşı olmaq böyük şərəfdir. Daha ətraflı » -
17MayDigər Hər bir cəmiyyətin çiçəklənməsinin qarantı üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə YAP Tərtər Rayon Təşkilatının inzibati binasında 15 may – “Beynəlxalq Ailə Günü” münasibəti ilə “Milli–mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tərtər RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Təhsil Sektorunun metodisti, psixoloq Gülxar Abbasova, məktəb psixoloqları və müəllimlər iştirak ediblər.
Mövzu ilə bağlı çıxış edən Rəqsanə Məmmədli bildirib ki, xalqımız üçün uzaq keçmişdən gələn təmiz və nümunəvi ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzi bu gün prioritet məsələlərdən biridir. Unutmaq olmaz ki, insan alveri, erkən nikah, qan qohumları arasında ailə həyatı qurmaq kimi mənfi hallar bu dəyərlərə təsirsiz ötüşmür.
Digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda ailə dəyərləri mühüm yer tutur. Sağlam, möhkəm ailə hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir.
Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb. -
17MayDigər ÖMRÜN AHIL ÇAĞINDA üçün şərhlər bağlıdır
MƏNİM HƏYAT MƏKTƏBİM
Uşaqlığımdan ədəbiyyat vurğunu olmuşam. Əlimə keçən şeirləri, hekayələri sevə-sevə oxuyar, onların oxunmasını başqalarına da məsləhət görərdim. O vaxtlar indiki kimi “ kitabların kitabı bağlanmamışdı.” Yaxşı kitablar, yaxşı əsərlər sevilə-sevilə oxunar, oxunması başqalarına da məsləhət görülərdi. Kitabxanlarda oxucular növbəyə dayanırdılar. Oxunan kitablar vaxtında geri qaytarılar, yeniləri ilə əvəz olunardı.
Onda mən ya qəzet, ya da jurnal redaksiyalarında işləmək arzusunda idim. Heç olmasa öz yazdıqlarımı onlarda çap elətdirmək arzusunda idim. Bu arzu məni Azərbaycan Dövlət Universitetinə apardı. Universitetin jurnalistika şöbəsinə qəbul olundum. Onda Bakıda ancaq bir universitet vardı – Azərbaycan Dövlət Universiteti. Heç də indiki kimi, hər instituta universitet adı qoyulmamışdı.
Azərbaycan Dövlət Universitetində görkəmli adlı-sanlı elm korifeyləri dərs deyirdi. Akademiklərdən Yusif Məmmədəliyev, Məmmədcəfər Cəfərov, professorlardan Cəfər Xəndan, Mircəlal Paşayev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Seyfulla Əliyev belələrindən idilər.
Universitetdə “Lenin tərbiyəsi uğrunda” adlı qəzet nəşr olunurdu. Bədii yazılarımı həmin qəzetdə nəşr etdirirdim. Ara-sıra “Azərbaycan gəncləri” qəzeti də yazılarımı çap edirdi.
1958-ci ildə universiteti bitirib rayona qayıtdım. Rayonda “Qızıl Bayraq” adlı qəzet nəşr olunurdu. Qəzet rayon partiya komutəsinin və rayon icariyyə komutəsinin orqanı idi. O vaxtlar raykomun birinci katibi vəzifəsində Nadir Rüstəmov adlı bir nəfər işləyirdi. Sonralar öyrənmişdim ki, Nadir Rüstəmov da şeirlər yazır, “Kirpi” jurnalında ara-sıra dərc olunan satirik şeirlər onunku imiş.
Redaksiyada təzəcə işlədiyim günlərin birində Nadir Rüstəmovun məni öz yanına çağırdığını dedilər. Təəccübləndim. Bizim katib məni nə üçün çağırır görəsən? Daha ətraflı » -
17MayDigər 32 ildən sonra Şuşanın yeni tarixi başlayır üçün şərhlər bağlıdır
Ulu Öndərin anadan olmasının101-ci ildönümü günündə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və Birinci xanım Mehriban xanım Əliyeva Şuşada 1-ci yaşayış kompleksinin açılışında iştirak ediblər . Eyni zamanda onlar şəhərə ilk köçmüş sakinlərlə görüşmüşlər. Dövlət başçımız sakinlərlə görüşü zamanı bildirib ki, əziz şuşalılar doğma torpağınıza xoş gəlmisiniz. Uzun illərdir ki, erməni vandalları sizi Şuşaya həsrət qoymuşdur. Mən Prezident seçildiyim ilk gündən sizlərə və ümumiyyətlə dədə-baba torpağından köçkün düşmüş soydaşlarımıza söz vermişdim ki, sizləri doğma torpaqlarınıza qaytaracağıq. Biz verdiyimiz sözə əməl edərək 44 gün ərzində şəhidlərimizin, qazilərimizin , Azərbaycan oğullarının canı –qanı bahasına torpaqlarımızı əsarətdən azad etdik. Bu gün isə siz şuşalılar ilə bərabər digər işğaldan azad olunmuş rayonlarımıza məcburi köçkün soydaşlarımız doğma torpaqlarına qayıdır. Məhz buna görə biz şanlı ordumuza borcluyuq.
32 ildən sonra Azərbaycanın füsunkar təbiətinə malik olan Qarabağa həyat qayıdır. Bu tarix Qarabağın yeni tarixinin başlanğıcı hesab edilməlidir. Bu gün Qarabağın tacı sayılan Şuşa şəhəri ilə bərabər Qarabağın bütün bölgəsində yenidənqurma, abadlıq-quruculuq işləri yüksək səviyyədə aparılır. 10 may tarixi Şuşalılar üçün xüsusi və əlamətdar gündür. Uzun illər ata-baba yurdlarından didərgin düşmüş sakinlər artıq Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz torpaqlarına qayıdırlar. Daha ətraflı »
-
13MayDigər Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq üçün şərhlər bağlıdır
10 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib: “Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar. Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik. Dövlətimizin gücünü və siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik”. Daha ətraflı »
-
10MayDigər Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq üçün şərhlər bağlıdır
Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri çərçivəsində Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən Prezident cənab İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələri diqqətə çatdırdı. Daha ətraflı »
Yeni ismarıclar