Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23İyl
    Digər NƏHƏNG NƏQLİYYAT İNFRASTRUKTUR LAYİHƏLƏRİ AVROPA İTTİFAQI İLƏ AZƏRBAYCAN ARASINDA ƏMƏKDAŞLIĞIN STRATEJİ ƏHƏMİYYƏTİNDƏN XƏBƏR VERİR üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 18 iyul 2021-ci tarixdə birgə mətbuat konfransı keçirmiş və strateji tərəfdaşlıq üçün mühüm əhəmiyyət kəsb edən məsələlər barədə öz fikirlərini bildirmişdirlər.

    Qeyd etmək lazımdır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri yüksək səviyyəli tərəfdaşlığın bariz nümunəsidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur.

    Prezident İlham Əliyev mətbuat konfransında bildirmişdir ki, Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu və Azərbaycan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən Daha ətraflı »

  • 16İyl
    Digər BİZ BİRİNCİ VƏ İKİNCİ QARABAĞ MÜHARİBƏLƏRİNİN ŞƏHİDLƏRİNİN QİSASINI DÖYÜŞ MEYDANINDA ALDIQ VƏ BUNUNLA FƏXR EDƏ BİLƏRİK üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edərək bildirmişdir ki, bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi istifadəyə təhvil verilmişdir. Kompleksdə 810 mənzil, 620 nəfərlik məktəb və uşaq bağçası artıq fəaliyyətə hazırdır. Dövlətin qayğısı nəticəsində son illər ərzində 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunmuş və bu proses davam edir.

    Ötən il Azərbaycanda 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il isə daha 3 min şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunmuşdur. Qarabağ qazilərinə 7200 fərdi avtomobil verilmişdir. Daha ətraflı »

  • 16İyl
    Digər AZƏRBAYCAN QOŞULMAMA HƏRƏKATI ÇƏRÇİVƏSİNDƏ HƏMRƏYLİYİN ARTIRILMASI, BEYNƏLXALQ ARENADA HƏRƏKATIN MÖVQEYİNİN VƏ NÜFUZUNUN GÜCLƏNDİRİLMƏSİ SAHƏSİNDƏ BİRGƏ SƏYLƏR GÖSTƏRMƏKDƏ DAVAM EDƏCƏK üçün şərhlər bağlıdır

    2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Bundan əlavə, Vətən müharibəsi zamanı – 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib.

    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin iyulun 13-də onlayn formatda keçirilmiş aralıq konfransında çıxışı zamanı deyib.

    Ölkə başçısı bildirb ki, biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk.

    BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş Daha ətraflı »

  • 16İyl
    Digər MİLLİ MƏTBUATIN İNKİŞAFINA DƏSTƏK DÖVLƏT SİYASƏTİNİN PRİORİTET İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR üçün şərhlər bağlıdır

    Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması əslində ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən maarifçilik hərəkatının və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx bağlıdır.

    Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlmisində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri Daha ətraflı »

  • 16İyl
    Digər Milli mətbuat günü üçün şərhlər bağlıdır

                                                                            146 İLLİK İNTİBAH DÖVRÜ

    Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
    “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələr yazıblar. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha ya-xından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Daha ətraflı »

  • 16İyl
    Digər Sadə peşə adamları üçün şərhlər bağlıdır

    HALAL RUZİ

    Kamil bir palançı olsa da insan,
    Yaxşıdır yarımçıq papaqçılıqdan.

                                                                 (Nizami Gəncəvi)
    İnsanın kamilliyi onun peşəsi ilə yox, ağlı, zəkası ilə ölçülür. İnsan sözün həqiqi mənasımda İnsan olmalıdır və mənası yoxdur ki, sən hansı peşənin sahibisən. Ailəni halal ruzi ilə saxlayanlar həmişə Tanrı yanında da əziz olublar.
    Sadə peşə adamlarından söz düşəndə İlqar Sadıqovun adı fəxrlə çəkilir. O, bərbər peşəsində çalışır.
    İlqar 1968-ci ildə Tərtər rayonunun Buruc kəndində doğulub, Daha ətraflı »

  • 16İyl
    Digər İŞGÜZAR QADINLAR üçün şərhlər bağlıdır

    Hər gün səhər-səhər qarşılaşdığım mənzərəni qələmə almaq fikrinə düşdüm. Bununcün hər gün gördüyüm iki qadına yaxınlaşıb:
    –Sabahınız xeyir! Siz harada işləyirsiniz?–deyə, soruşdum. Hər ikisi “Dost Xidmətində”- dedi.
    –Kommunal xidməti müəssisəsində? Saleh müəlimin yanında?– deyə, maraqlandım.
    Yox, Hafiz müəllimin.
    Beləliklə, öyrəndim ki, hər gün rastlaşdığım bu qadınlar Hafiz Ələkbərovun rəhbərlik etdiyi Mənzil İstehsalat Təmiri müəssisəsində çalışırlar. Onların haqqında yazmaq istədiyimi bildirdim. Ona görə də müəssisənin rəhbəri Hafiz müəllimə fikrimi çatdırdım. O, işçiləri haqqında xoş sözlər söyləyərək dedi ki, müəssisəmizdə təmizlik işinə baxan 35 nəfər var. Bu qadınlar onlardan ikisidir– Ofelya Şəmilova və Elnarə Aslanova. Daha ətraflı »

  • 15İyl
    Digər QURBAN BAYRAMI ALLAH YOLUNDA FƏDAKARLIĞIN, İKİNCİ QARABAĞ MÜHARİBƏSİ İSƏ VƏTƏN YOLUNDA FƏDAKARLIĞIN TƏNTƏNƏSİDİR üçün şərhlər bağlıdır

    Qurban bayramı bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzidir. Bu bayramın dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir. Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır.

    Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur. Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanınır.

    Ümummilli Lider Heydər Əliyevin hər il xalqı Qurban bayramı münasibəti ilə təbrik etməsi, bayramı məcburi köçkün soydaşlarımızla birgə keçirməsi, Daha ətraflı »

  • 13İyl
    Digər ŞUŞA BƏYANNAMƏSİ 13 OKTYABR 1921-Cİ İL TARİXİNDƏ İMZALANMIŞ QARS MÜQAVİLƏSİNƏ İKİ DOST VƏ QARDAŞ ÖLKƏNİN SADİQLİYİNİN TƏCƏSSÜMÜDÜR üçün şərhlər bağlıdır

    15 iyun 2021-ci il tarixdə biz mühüm bir tarixi hadisənin şahidi olduq. Azərbaycan və qardaş Türkiyə arasında unikal bir müttəfiqlik nümunəsi “Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd hər iki ölkə, o cümlədən region üçün mühüm tarixi əhəmiyyət daşıyır. Birinci növbədə bu müttəfiqlik bəyannaməsi xarici maraqların toqquşduğu bölgədə Ölkəmizin apardığı azad siyaətin məntiqi nəticəsidir. Eyni zamanda bu bəyannamə ilə Azərbaycan Türkiyə münasibətləri yeni bir mərhələyə qədəm qoydu. Burada əks olunan müddəalarda siyasi, iqtisadi, ideoloji, humanitar məsələlər öz əksini tapmış, bütün sahələrin davamlı inkişafı üçün şərait yaranmışdır.

    Şuşa Bəyannaməsi eyni zamanda Ermənistanda mövcud olan revanşist qüvvələrin seçkiqabağı torpaqları yenidən azad edəcəyik mövzusunda səsləndirdikləri şüarları alt-üst etdi. İndi Ermənistanda bəzi nüfuzlu şəxslər o cümlədən Vartan Arutyunyan, Georgiy Vanyan, Edqar Xaçatryan kimi tanınmış hüquq müdafiyəçiləri, Daha ətraflı »

  • 06İyl
    Digər ƏLƏT AZAD İQTİSADİ ZONASININ YARADILMASI İDEYASININ TƏMƏLİNDƏ DÖVLƏTİN SİYASƏTİ DAYANIR üçün şərhlər bağlıdır

    Bildiyimiz kimi qeyri neft sənayesinin inkişafı Ölkə Başçısının iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə görülən işlər nəticəsində son illərdə Azərbaycanda yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları, aqro parklar yaradılmışdır. Bu da daxili tələbatın ödənilməsində yerli məhsulların payını artırmış, ixrac imkanları genişlənmişdir. Bu istiqamətdə görülən tədbirlər sırasında Ələt Azad İqtisadi Zonasının yaradılması da əhəmiyyətli hadisədir. Bildiyimiz kimi iyulun 1-də Ölkə Prezidenti cənab İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Qeyd olunmuşdur ki, 850 ha ərazidə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulmuşdur. Artıq 60 ha ərazidə layihələndirmə işləri başa çatmış və tikintiyə başlanılmışdır. Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd yumşaq iqtisadi şərtlərlə, münbit biznes şəraitində xarici investorları Ölkəmizə cəlb edərək qeyri neft sənayesinin əhatə dairəsini genişləndirməklə dünya bazarında rəqabətqabiliyyətli məhsulların istehsalını və ixracını təmin etmək Daha ətraflı »