GİZİR ƏHMƏD
Əhməd İsmayılov Füzuli rayonunda doğulsa da Tərtər şəhərində böyüyüb, burada orta təhsil alıbdır. 2 saylı tam orta məktəbin məzunu olubdur.
Hələ yeniyetmə yaşlarında idmanın kinqboksinq növü ilə məşğul olmağa başlayıb. İdmana gündən-günə artan marağı onu 5 qat Azərbaycan çempionu, idman ustası kimi tanıdıb. On ildən çox 2004-2016-ci illərdə rayonumuzda kinqboksinq üzrə baş məşqçi işləyib. Yüzlərlə yeniyetmənin idmançı kimi yetişməsində onun zəhməti danılmazdı. Bu yeniyetmələrin hər biri fəxri kürsüyə çıxaraq məşqçilərinə şöhrət qazandırıblar. Əhməd müəllim Naxçıvanda hərbi xidməti zamanı da idmanın bu növündən ayrılmayıb. Həm Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirib, həm də yeni idmançıların yetişməsinə nail olub. Hətta ulu öndər Heydər Əliyevin Naxçıvana səfəri zamanı hərbi hissədə nümunəvi xidmət etdiyi üçün onunla görüşü olub.
Bu gün isə Əhməd İsmayılov bir döyüşçü kimi ad qazanır. Əhməd müəllim 2016-cı ilin aprel döyüşlərindən sonra Orduya yazılmaq qərarına gəlir və xüsusi təyinatlı kəşfiyyat taborunda xidmətə başlayır. Daha ətraflı »
Yeni ismarıclar