Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev
    Ədəbiyyat BİR AZDAN QALA üçün şərhlər bağlıdır
    Qələmim, söndürmə söz ocağını,
    Bir az axşam qala, bir az dan qala.
    Lüzum yox bəhsinə çox yazanların,
    Beş çoxdan qalanda, bir azdan qala.
    Rəva görmə yersiz qovğanı kəsə,
    Düşən gərək sova qovğanı kəsə,
    Aqil yeridir ki, qovğanı kəsə,
    Kəsməsə çəkəcək bir azdan qala.
    Talıb, yaz, qalmasın söz dumanında,
    Əsiri olmasın söz dumanın da.
    Bir kiçik qalasan söz dumanında,
    Paylaş ki, görünsün bir azdan “Qala”.
  • 20Fev
    Ədəbiyyat YADA DAŞ üçün şərhlər bağlıdır
    Dilim, dinsən şirinlik qat sözünə,
    Acı sözü ox sanarlar, ya da daş.
    Hədəfə at, atar olsan “söz daşı”
    Toxunmasın bir yaxına, yada daş.
    Kənkan demə hər quyunu qazana,
    Uyma ucuz şöhrət dolu qazana.
    Ad qazanan gərək eldən qazana–
    Ya “Dədə”di, ya “Ustad”dı, ya “Dadaş”.
     

    Təb bulaqdı, “vergi” olmaz arxasız,
    Qoyma bata, misra-misra arxa sız.
    Sızqa da bir qənimətdi arxa, sız,
    Demirəm ki, çaytək çağla, ya da daş.

     

    Seyrana çıx təbiətin yazında,
    Bahardan yaz, ətir saçsın yazın da,
    Daş mövzusu vardı axı yazında,
    Talıb, yenə hardan düşdü yada, daş?!

  • 12Fev
    Ədəbiyyat Tanrı səbr edənləri sevindirər üçün şərhlər bağlıdır

    (Olmuş əhvalat)

    Yaradanın sədasını qulaqlarında sırqa et! Özün heç nə yaratmağa qadir deyilsən. Elə isə yaradanın yaratdıqlarına ehtiyatla yanaş. Axı sən Tanrının yaratdığı ən ali varlığa–insana daha yaxınsan, ey təbib.
    Havalar qarışıq, istili-tüstülü, ətraf qarışıq, davalı-şavalı, insanlar müxtəlif, imkanlı-imkansız. Talelər müxtəlif, çox bəsit–yarı xoşbəxt, yarı bədbəxt. Yarı sağlam, yarı xəstə, eh, daha nələr və necələr.
    Uzra xəstəxanaya anası ilə gətirildi. Həkimi Ədari xanım ona cərrah yanına getməyi məsləhət gördü və beləcə gənc qadının yeni həyat hekayəsi başlandı. Qarın boşluğu cərrahiyyəsində son mərhələ–yayılmış irinli peritonit. Diaqnoz çox ağır idi. Təzəcə ailə qurmuş gəlin sol boru və yumurtalığından məhrum oldu. Yeddi günlük mücadilədən sonra sağlamlığa qovuşdu. Evə yazılarkən arxasınca yalnız gözü yaşlı, bir həftə ərzində saçı ağarmış, büzüşmüs, üzülmüş anası gəldi. Qızını ər evinə qaytarmadılar. “Bizə yarımcan gəlin lazım deyil”, – dedilər.
    Aradan illər keçdi. Uzra anası ilə yenidən onu əməliyyat edən həkimin yanına gəlmişdi. Bu illər ərzində nələr olmuşdu. Uzra yenidən ailə qurmuş, ancaq bu ailə də onu qəbul etməmişdir. İkinci evdən qovulandan bir müddət sonra qarşısına çıxan insan ona evlənməyi təklif etmişdir. Uzra indi ailəlidir, ancaq yenə xəstədir. Xəstə müayinə edildi və sağ tərəfli boru hamiləliyi ilə cərrahi əməliyyata alındı. Sadə bir əməliyyat–daxili qanaxmanı dayandırmaq, deşilmiş borunu kənar etmək. Bu qədər. Ancaq gəlin məsələyə bir qadının taleyi baxımından yanaşaq. Bu əməliyyat onun ana olmaq istəyinə son qoyacaq. Bayırda isə gözü yaşlı ana–Amis, övlad sahibi ol-maq arzusu ilə yaşayan gənc həyat yoldaşı, əməliyyat otağında üzünü soyuq tər basmış, deşilmiş borunu əlində tutaraq düşüncələrə dalmış həkim. Qərar vermək həm asan, həm də çətindir. Həkim ona zillənmiş gözlərə, asistentin, əməliyyat tibb bacısının üzünə baxdı və elə bil öz-özünə hökm elədi: Borunu saxlayırıq, ancaq necə? Bacardığım kimi. Əməliyyat borunu uc-uca anostomozu və drenə edilməsi ilə başa çatdı. Daha ətraflı »

  • 18Yan
    Ədəbiyyat Ölmədi, ölümə güldü şəhidlər üçün şərhlər bağlıdır
    Gülüstan deyilmi Vətən torpağı,
    Torpağa əkilən güldü şəhidlər.
    Müqəddəs Anaya qurban verməyə,
    Rəva canlarını bildi şəhidlər.
    “Yetər, seyr eləmək ellər çəkəni”, –
    Deyib, qınadılar pislik əkəni.
    Qərəzli barmaqlar yaxan ləkəni,
    Qaynar qanlarıyla sildi şəhidlər.
    Andı ucaltdılar içimləriylə,
    And yeri oldular keçimləriylə,
    Əbədiyaşarlıq seçimləriylə,
    Ölmədi, ölümə güldü şəhidlər.
                                      Talıb Məmmədli
  • 29Dek
    Ədəbiyyat Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    XALQ MAHNILARIMIZI YAŞADAQ!

    Azərbaycanın Xalq Artisti Əbülfət Əliyevlə müsahibə

    –İnsan həyatında elə əlamətdar günlər olur ki, o, yaddaşlara əbədi həkk olunur, illər keçsə də unudulmur. Hər dəfə xatırlananda o günlər xəyalən yenidən yaşanır. Əbülfət müəllim, yəqin ki, Sizin də səhnəyə ilk gəlişiniz xatirənizə beləcə həkk olunub. Xahiş edirik, bu barədə danışasınız.
    –Mən Ağdamda böyümüşəm. Uşaq vaxtlarımdan musiqiyə böyük həvəsim var idi. Məktəbimizdə başqa dərnəklərlə yanaşı Qumru müəllimin rəhbərlik etdiyi özfəaliyyət dərnəyi də fəaliyyət göstərirdi. Mən də həmin dərnəyin üzvü idim. 1944-cü ildə respublikamızda ilk uşaq olimpiadası keçirilirdi. Dərnəyimizin bir qrup üzvü ilə mən də olimpiadada çıxış edirdim. İfamı bəyəndilər və Bakıda filarmoniyada keçirilən yekun konsertdə mən də iştirak etdim. Mənə bir-neçə həmyaşıdlarımla birgə Azərbaycan LKGİ MK tərəfindən mükafat olaraq bir dəst paltar verdilər. Mənim səhnəyə ilk gəlişim belə oldu.
    –Səhnəyə ilk gəlişinizdən artıq 30 il keçib.Bu illər ərzində Siz uzun və şərəfli sənət yolu keçmisiniz. İndi səhnəyə çıxanda hansı hissləri keçirirsiniz?
    –İlk gənclik illərimdə çox gərgin həyacan kecirirdim. İllər ötdükcə bu gərginlik azaldı. Ancaq indi də hər dəfə tamaşaçılar qarçısına çıxanda həyacanlanıram. Mənə elə gəlir ki, öz sənətini ürəkdən sevən müğənni tamaşaçı qarşısında həmişə həyacan keçirir. Bu həyacan da onun xalqa olan sevgisindən, bir də sənətinə olan məsuliyyətindən irəli gəlir. İfa etdiyim mahnılarla çalışıram ki, həmişə xalqımın məhəbbətini qazanım.
    –Sizin ifa etdiyiniz bütün mahnılar bizim üçün sevimlidir. Bəs Siz özünüz bu mahnılardan hansını daha çox sevirsiniz? Onlardan hansı sizə daha doğmadır? Daha ətraflı »

  • 20Dek
    Ədəbiyyat VƏTƏN üçün şərhlər bağlıdır

    (Poetik dualar)

    Möhtəşəm ulduzun, Ayın sönməsin.
    İgid oğulların var olsun, Vətən.
    Ağır sınaqların bir də dönməsin,
    Tanrı Zəfərinə yar olsun, Vətən.
    Saxta qardaşlığın kürkünü soyun,
    Nə iftira tanı, nə çirkin oyun.

    Qarışsın bir-birə bayramın-toyun,
    Həmdəmin kamanla-tar olsun, Vətən.

    Talıb odlar keçib, alovlar geyib.
    Acı qəmlər dadıb, qəhərlər yeyib.
    Dilində “can” deyib, balanam deyib.
    Ögey baxsa ona ar olsun, Vətən!
                           Talıb MƏMMƏDLİ
    Bozarmış çöllərin gülşənə batsın,
    Körpələr beşikdə qayğısız yatsın.
    Hər kəsin öz haqqı özünə çatsın,
    Tərəzi əyənlər xar olsun, Vətən.
    Yetər, mənəmliyi kimsə ağartsın,
    Xalq yükünü hamı bir səmtə dartsın.
    Qoynunda nəsillər törəyib artsın.
    Yağıya meydan dar olsun, Vətən.
  • 11Dek
    Ədəbiyyat OXUCULARIMIZIN YARADICILIĞI üçün şərhlər bağlıdır

    Yasin Həsənalı oğlu Heydərov Ağdərə rayonunun Umudlu kəndinin sakinidir (mərhum el şairi Xalıqverdinin qardaşı oğludur). Hal-hazırda Yeni Qəsəbədə yaşayır. Hərbçidir. Ailəlidir. 3 oğul övladı var. Şeir yazır və saz çalmağı da bacarır. Aşağıda Yasin Heydərovun işğaldan azad edilmiş kəndinə həsr etdiyi iki şeirini oxucularımızın diqqətinə çatdırırıq.

     

    BU YERDƏ

    Gül-gülü çağırır, çiçək-çiçəyi,
    Tərtər zümzüməylə axır bu yerdə.
    Bağlarda bülbüllər səs-səsə verib
    Nəğməylə sükutu yaxır bu yerdə.
    Görənlər bu yerin olur heyranı,
    Qayada təkəni, dağda ceyranı,

    Göldə balıqların bilinməz sanı,
    Kəkliklər dəstəylə çıxır bu yerdə.

    Bu yer Umudludu, cənnətməkandı.
    Yasin həsrətliydi ona haçandı.
    Otuz üç il əvvəl burdan köçəndi,
    İndi bayrağını taxır bu yerdə.

     

    UMUDLUM

    İllərdi həsrətəm isti qoynuna,
    Ay mənim ürəyim, canım Umudlum.
    Qoy baxım doyunca, doyunca sənə,
    Özümü bəxtəvər sanım, Umudlum.
    Ay mənim ürəyim, canım Umudlum.
    Bir yanın Sərsəngdi, bir yanın dağdı.
    Qucağın çiçəkli, meyvəli bağdı.
    Bu görüş ömrümdə ən gözəl çağdı,
    Coşur damarımda qanım Umudlum.
    Ay mənim ürəyim, canım Umudlum.
     

    Gözəllik tacısan, görməyən bilməz,
    Meyvənin dadını dərməyən bilməz.
    Vüsalı sinəsin gəzməyən bilməz.
    Oğultək oduna yanım Umudlum.
    Ay mənim ürəyim, canım Umudlum.

     

    Azaddı bu yerlər, səda sal, Yasin.
    Silahı dincə qoy, sazı çal, Yasin.
    Burda doğulmusan, burda qal, Yasin.
    Əzəlim, bugünüm, sonum Umudlum,
    Ay mənim ürəyim, canım Umudlum.

  • 11Dek
    Ədəbiyyat Dabanı basıq kişi ayaqqabısı üçün şərhlər bağlıdır

    (Hekayə)

    İsti yay günü idi. Ayağında dabanı basıq ağır kişi ayaqqabılarını sürüyərək yeriyən İsmət xanım elə bil ki, bu dünyadan küsmüşdü. Çox sevdiyi qızı və nəvəsi onu ziyarətə gəlmişdilər. Ancaq bu xanımın üzündə nə sevinc ifadəsi, nə xoş bir əhval-ruhiyyə var idi. O, olduqca sakit təbiətli, asta danışan, asta yeriyən xanımıydı. Yeriyərkən tumanının balağı tərpənmirdi. Heç kəsdən, heç kimdən heç nə ummazdı İsmət xanım. Yəqin ki, o, ummaq daşını həyat yoldaşını itirdiyi gündən atmışdı.
    Həyat yoldaşını hələ cavan yaşlarında itirən İsmət xanım, bir el misalında deyildiyi kimi, “saçını süpürgə etmişdi”. Yaraşıqlı, boy-buxunlu, elnən bir hörməti olan, göy xallı ağ atın belinə qalxanda bütün kənd camaatının həsədlə baxdığı həyat yoldaşının itkisi ağır dərd olsa da, o, balalarını atalarına layiqli böyütməyə çalışırdı. Beş övladı vardı İsmət nənənin. Üç qız, iki oğlan. Ancaq qızlardan biri kiçik yaşlarında dünyasını dəyişdi. Bu da İsmət xanım üçün ikinci zərbə oldu.
    Neyləmək olar. Dörd balanın gələcəyi ondan asılıydı. Həyat yoldaşına olan hörmət, müd-rik qaynanası İpək nənənin nəsihətləri onu hər tərəfdən əhatə edirdi.
    İsmət xanıma kənd çayxanasında işləmək məsləhət bilindi və o, bu işi qəbul etdi. Ağzı yaşmaqlı, qara yaylıqlı, bəzən yerişi ruha bənzəyən bu qadın tezliklə bütün kəndin hörmətini qazandı. El dilində deyildiyi kimi: “Məmə yeyəndən pəpə yeyənə kimi” hamı ona hörmət edir, ehtiram göstərirdi. Vaxt keçdi, qızlar ailə qurub, başqa rayona köçdülər.
    İki oğlunu ehtiyac hiss etmədən böyüdən, əslən Şuşadan olan bu xanımın dilindən yalnız bu sözləri eşitmək olardı: “Anan boyuna qurban”, “Allah sinəndə ağ tük bitirsin”, “Uğurun xeyir” və s. O zamanlar “Selpoya” gələn malları seçəndə onun ən gözəlini oğlanlarına götürərdi: “Bu, yalnız mənim müəllim oğluma, bu isə boy-buxunlu, atasına bənzəyən kiçik oğluma yaraşar”, – deyərdi. Daha ətraflı »

  • 30Noy
    Ədəbiyyat Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    Aşağıda dərc etdiyimiz məqalə 29 avqust 1989-cu ildə o zaman “Qızıl Bayraq” adı ilə nəşr olunan qəzetimizdə dərc olunmuşdu. Müsahibənin sonunda sevimli sənətkarımız Baba Mahmudoğlu bütün azərbaycanlıların ürəyindəkiləri ifadə edərək bildirmişdir ki, ən böyük arzusu Qarabağ torpağının üstünü almış buludların tezliklə dağılmasıdır. Təəssüf ki, Baba müəllimə və dünyasını dəyişmiş minlərlə soydaşımıza Qarabağın bugünkü xoşbəxt günlərini görmək qismət olmadı. Ruhları şad olsun!

    “Dastan” folklor ansamblı qonağımızdır

    Televiziya və radio verilişləri komitəsinin “Dastan” folklor ansamblı bu günlərdə rayonumuzun əməkçilərinin qonağı olmuşdur. Qəzetimizin əməkdaşı Svetlana Əzizova ansamblın rəhbəri Baba Mahmudoğlu ilə görüşərək, ondan müsahibə almışdır. Həmin müsahibəni oxuculara təqdim edirik.
    –Baba müəllim, istərdik ki, söhbətimizin əvvəlində rəhbərlik etdiyiniz “Dastan” folklor ansamblı haqqında qısaca da olsa məlumat verəsiniz.
    –Məmnuniyyətlə.Bizim “Dastan” folklor ansamblı 1987-ci ildə Azərbaycan KP MK-nın təşəbbüsü ilə təşkil edilib. Ansamblın məqsədi hafizələrdən silinmiş, yaddan çıxmış Azərbaycan xalqının fundamental xalq mahnılarını, təsniflərini, aşıq mahnılarını radionun “qızıl fondu”na yazıb, gələcək nəsillərə çatdırmaqdır. Ağsaqqal, ağbirçəklərlə görüşərək onlardan eşitdiyimiz mahnıları yazır, sonra yenidən işləyib lentə alırıq.
    Ansamblımız gənclərdən ibarətdir. 16 nəfər üzvü var. Mənə elə gəlir ki, ansamblın üzvləri haqqında geniş danışmağa ehtiyac yoxdur. Çünki onları tez-tez radio dalğalarında eşidir, televizorda görürsünüz. Xalidə Yaqublunun, Səfa Qəhrəmanlının adı yəqin Sizə yaxşı tanışdır. Daha ətraflı »

  • 21Noy
    Ədəbiyyat Poeziya guşəsi üçün şərhlər bağlıdır

    Qarabağ

    Artıq azad olundun yad əllərdən sən,
    Sevinir hər qayan, hər daşın sənin.
    Yenidən qoynunda həyat var olur
    Qarabağ elində, obanda sənin.
    Başımız ucadır, alnımız açıq,
    Deyirik Qarabağ azaddır daha.
    Şəhidlərin qanı yerdə qalmadı,
    Deyirik qanınız alındı daha.
    Məğrur xalqım köçür öz obasına,
    Yenidən o yurdu qurur, yaradır.
    Ağlaya-ağlaya çıxan Qarabağ,
    İndi gülə-gülə geri qayıdır.

    Şəhriyar MƏMMƏDZADƏ,
    Əsəd Məmmədov adına
    şəhər 1 saylı tam orta
    məktəbin 11-ci sinif şagirdi