30Apr
Bəxtiyar Vahabzadə – 90
Bu günlərdə şəhər 6 saylı tam orta məktəbində xalq şairi Bəxtiyar Vahabzadənin 90-illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Azad Abbasov açmışdır. Sonra məktəbin təşkilatı işlər üzrə direktor müavini Zülfiyyə Abdullayeva xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat vermişdir. Sonra şairin “Dünya fırlanır” şeri öz səsi ilə səslənmişdir. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
11Apr
Bir şair tanıyıram–anadan şair doğulan şair, “Şairəm”-söyləməyə haqqı olan bir şair.
Bir ziyalı tanıyıram–ali təhsili ilə deyil, vəzifəsi ilə deyil, amalı, ilə, əqidəsi ilə, Günəş ziyasına bənzəyən bir ziyalı.
Bir şair tanıyıram– hər bir ifadənin üzərində zərgər dəqiqliyi ilə, əsl şair məsuliyyəti ilə işləyən bir şair.
Bir ziyalı tanıyıram–çalışdığı kollektivdə səmimiyyəti və qayğıkeşliyinə görə mənəvi ailə başçısı simasında qəbul olunan bir ziyalı.
Bir şair tanıyıram–qüdrətiylə adi qələmi “qızıl”a çevirən, poeziyanın sərt yoxuşlarında Məmməd Araz cəsarətiylə addımlayan bir şair. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
11Apr
Qəzetimizin baş redaktoru Tofiq Yusufin 65 illiyi münasibəti ilə redaksiyamızda da tədbir keçirilmişdir.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov və müavini Elvin Umudov da iştirak etmişlər.
Şirin çay süfrəsi arxasında təşkil olunan mərasimi Tofiq Yusif açaraq özünə və baş redaktoru olduğu “Yeni Tərtər” qəzetinin kollektivinə göstərilən diqqət və qayğıdan danışdı, buna görə mətbuatın yaxın dostu, ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirdi, cəbhə bölgəsi olan Tərtərdə medianın xüsusi önəm daşıdığını qeyd etdi. Hazırda rayon qəzetinin redaksiyasında səmimi bir ailəni xatırladan kollektivin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
31Mar
Bu yazı rayonumuzda uzun müddət müxtəlif məsul vəzifələrdə işləmiş, hamının yaxşı tanıdığı, əsl kişilik nümunəsini özündə cəmləyən, özü kimi sözü də bütöv olan, heç kəsdən, heç nədən qorxub çəkinməyən, sözü üzə deyən, 80 il ömür sürən Pənahov Həsən Məhərrəm oğlu barədədir.
Həsən Pənahov 1927-ci ildə Qərbi Azərbaycanın Vedi mahalının Çimən kəndində anadan olmuşdur. 7-illik təhsilini doğulduğu kənddə almış, sonralar məlum səbəblərdən bir sıra həmvətənlərimiz kimi mənfur ermənilər tərəfindən 1949-cu ildə deportasiya olunmuşdur. Ailəsi ilk dəfə Yevlax rayonunun Malbinəsi kəndinə gəlmiş, bir qədər burada yaşayandan sonra Tərtərə köçmüşdür. Atası Məhərrəm kişi Vedi mahalında sayılıb-seçilən bəy nəslindəndir. Kərbəlayı İsmayılın böyük qardaşı Pənah bəyin oğludur. Bütün bunlar barədə bizə Həsən müəllimi yaxından tanıyan, uzun müddət onunla birlikdə işləmiş, hazırda Tərtər rayon Böyük Vətən müharibəsi veteranları şurasının səd-ri İman Almuradov və YAP Tərtər Rayon Təşkilatı Aparatının təlimatçısı Zakir Bağırov məlumat verdilər. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
19Mar
Tərtərdə çıxan rayon qəzeti yalnız mənim üçün deyil, ümumiyyətlə, Bakıda yaşayıb işləyən tərtərli ziyalılardan ötrü çox sevilən mətbuat orqanlarından biridir. Xüsusən yaxın keçmişimizdə–internet media və digər elektron vasitələr olmadığı dövrdə, rayonda baş verən hadisələr haqqında əsasən bu qəzetin səhifələrindən xəbər tuturduq. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
19Mar
Müqtədir sənətkarımız Məhəmmədhüseyn Şəhriyar şeirlərindən birində gecənin bir məqəmında yalnız Tanrının və özünün oyaq olduğunu göstərərək ehtiramla deyirdi:
«Məndən aşağı bir kimsə yox, Ondandan da yuxarı»
Əlbəttə sevimli şairimiz təvazökarlıq edir. Tanrıya ən yaxın olan bəndələr peyğəmbərlər, onlardan sonra isə şairlərdir.
Bu baxımdan sıradan birisinin şair barədə söz demək cəsarətində bulunması qəribə görünür. Çünki şair barədə nə qədər yüksək sözlər desək də ancaq onun əl-ətəyinə yetmək olar. İllahda ki, şair Tofiq Yusif ola.
Tofiq Yusiflə qiyabi tanışlığım hardasa 1993-1994-cü illərdə olub. Bir qərib gecədə təsadüfən əlimə bir kitab keçdi. Kitabdakı şeirlər məni heyrətə saldı. Sabitqədəm, yaradıcılıq zirvəsində qərar tutmuş bir şair həyatdan vaxtsız getmiş qardaşını ağlayırdı. Şeirlər o qədər təbii, o qədər səmimi, ana laylası tək elə rəvan və həzin idi ki, mən şairin naləsini eşidir, onun almaz tək göz yaşlarını görür, qəlbinin göynərtilərini fiziki olaraq hiss edirdim. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
10Mar
Tofiq Yusif-65
Tofiq Yusif haqqında fikir söyləmək mənim üçün çox çətindir. O, gözəl insan, gözəl dost, gözəl şairdir.
Zəmanəmizin mənəvi dəyərlərinin ucuzlaşdığı bir şəraitdə bunların hər üçü çətindir. İnsan olub insan kimi qalmaq da, axıradək dost kimi etibarlı olmaq da, şair olub Vətənini, Yurdunu sonsuz bir məhəbbətlə tərənnüm etmək də, onun dərdlərini çiyinlərində daşıya bilmək də çətindir.
Bilmirəm, hansı daha güclüdür onda. Deyəsən hər üçü. Həm insan, həm dost, həm də şair kimi bənzərsizdir Tofiq Yusif. Vətəninin, Yurdunun başı kimi, onun da başı müsibətlər çəkib. Bəlkə də ona görə Vətəninin dərdlərini duymaq qabiliyyətinə sahib olub. Hələ gənc yaşlarından qoynunda bəsləndiyi dağlardan uzaq düşməyi bəs deyilmiş kimi, şəxsi həyatında baş verən faciələr də dərd üstən dərd verib… Daha ətraflı »
Teqlər: Ədəbiyyat
10Mar
Kəndimizə məktub
Bir əzabdır gülüşlərim,
Mən sənsiz gülə bilmirəm
Həsrət, hicran yaşlarını
**********
Çatdırıb silə bilmirəm.
Yaşamıram, ömrüm yanır,
İnsan insanlığın danır.
Tanrı varkən haqq tapdanır,
Niyəsin bilə bilmirəm.
Daha ətraflı »
Teqlər: Ədəbiyyat
10Mar
«Yeni Tərtər » qəzetinin baş redaktoru Tofiq Yusifə
Çox möhtərəm Tofiq müəllim!
Son illər qəlbimin və qələmimin susduğunu yaxşı bilirsiniz. İradəsiz və mətanətsiz bir insan olaraq yaradıcılıq əzablarından qaçdım. Bəsirət gözüm bağlandı, həyatda işıqlı heç nə görməyərək depressiyaya qərq oldum. İlham məndən uzaq düşdü.
Dünyada mənə ən əziz olan üç əvəzsiz neməti (dağlarımızı, meşələrimizi, kəndimizi) itirməklə bahəm bir çox inam və inanclarımın puç və əfsanə olduğunu görmək məni sarsıtdı, çilik-çilik elədi, ümidsizlik kölgəsinə çevirdi.
Vaxtilə kənddə, cavanlığın şahlıq taxtında olarkən Əli Kərimin «dərdli səhərlər» ifadəsinə çox təəccüblə baxardım. Necə yəni «dərdli səhərlər»? Səhərə də dərd yaraşarmı? Səhər yeni günün işıqlı başlanğıcıdır, sevincidir, fərəhdir, qanadlanan arzulardır. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
Yeni ismarıclar