Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn
    Ədəbiyyat Tərtərdə “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda Respublika Elmi Konfransı keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun birgə təşkilatçılığı ilə ədəbiyyatşünas, yazıçı-publisist Firidun bəy Köçərlinin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda Respublika Elmi Konfransı keçirilib.
    Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AMEA Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov, Folklor İnstitutunun əməkdaşları, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Konfransda əvvəlcə Dövlət himni səsləndirilib.
    Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Konfransı açmaq üçün ilk söz rayon icra hakimiyyətinin başçısı Müstəqim Məm-mədova verilib. Rayon rəhbəri konfrans iştirakçılarını salamlayıb.
    Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Ümummilli lider Heydər Əliyev mədəni irsimizə, tariximizə hər zaman çox böyük həssaslıqla, diqqət-qayğı ilə yanaşırdı və bugünkü tədbir də məhz xalqımızın dəyərlərinə, o dəyərləri qorumaqla yeni dəyər, örnək yaratmış böyük şəxsiyyətə dərin ehtiramımızın bir ifadəsidir. Daha ətraflı »

  • 26May
    Ədəbiyyat YENİ KİTABLAR üçün şərhlər bağlıdır

    “EHTİYACIM VAR SƏNƏ”

    Bu günlərdə həmkarımız, istedadlı şairə-jurnalist Svetlana Əzizovanın (Xəyalə) ”Ehtiyacım var sənə” adlı yeni kitabı çapdan çıxıb. Bu, Svetlana xanımın sayca dördüncü kitabıdır.Yeni kitab haqqında öz fikirlərimizi söyləmədən əvvəl, istərdim ki, kitaba ön söz əvəzi verilmiş tanınmış qələm sahiblərinin bir neçəsinin sözlərini oxucularımızın diqqətinə çatdırım. “Svetlana, mən istərdim ki, aşağıdakı sözlər sənin kövrək, həzin poeziyanı həmişə bəzəyə bilsin: “Məhəbbəti o uşaqdan öyrən ki, anası onu döydükdə belə, o, yenə də anasının ətəyinə sığınır”. Hörmətlə, Əmirxan Xəlilov. 26.11.1982.”
    “Svetlana, arzu edirəm ki, taleyin də adın kimi işıqlı olsun. Bir də unutma ki, bizim qızların, qadınların sənətkar olub kamilləşməsi bir sıra çətinliklərə urcah gəlir. Arzum budur ki, o çətinlikləri Nüşabə kimi, Həcər kimi dəf edib, xalqa və əlbəttə taleyinə xidmət edəsən. Hörmətlə, Ağa Laçın. 26.11.1982.” “Şair xalqımızın şairə qızı Svetlana. Sizə öz üzərinizə götürdüyünüz məsuliyyətli işdə, acılı-şirinli ömür yolunda şair inadı, şair səbri, şair dözümü arzulayıram. İstərdim ki, bu sınaqlardan mətanətlə çıxasınız. Hörmətlə, Saleh Salahzadə. 9.11.1983” Daha ətraflı »

  • 26May
    Ədəbiyyat BİZİM İSTEDADLIlAR üçün şərhlər bağlıdır

    ZİRVƏYƏ APARAN YOL

    Şəhriyar Məmmədzadə 2007-ci ildə Tərtər rayonunun Yenikənd kəndində anadan olub. Hal-hazırda Əsəd Məmmədov adına şəhər 1 saylı tam orta məktəbin 10-cu sinfində oxuyur. Dərs əlaçısıdır. Ədəbiyyat və şeiriyyata marağı böyükdür. Vaxtaşırı sosial şəbəkələrdən və kitablardan öz maraqlarına dair məlumatlar toplayır və bu sahədə biliyini artırır. Şəhriyyar özü bu barədə belə deyir: “Valideynlərim də, Azərbaycan dili və ədəbiyyatı müəllimim də mənim maraqlarımı dəstəkləyirlər. İnanıram ki, poeziyaya olan sonsuz sevgim məni nə vaxtsa istədiyim zirvəyə qovuşduracaq.“ Şəhriyarın “Tərtərim” adlı şeirini oxucularımıza təqdim edirik

                                                                                             Tərtərim

    Qarabağ döyüşündə məğrur dayanan,
    Mərmilər qoynunda yatan Tərtərim.
    Hər bir yeri ətir saçan, nur saçan,
    Qoynunda gül-çiçək bitən Tərtərim.
    Mərd oğlu, mərd qızı düşmən sipəri,
    Düşməndən qorxmayıb, getməyib geri.
    Hər zaman qoruyar onlar bu eli,
    Mərd oğlu, qızıyla məşhur Tərtər
    Vəzir kimi igidlər yetirmisən,
    Sən döyüşü uğurla bitirmisən.
    Elman kimi oğullarla güclüsən,
    Qocaman ürəkli, qoca Tərtərim.

     

    REDAKSİYADAN:
    Biz də Şəhriyara qədəm qoyduğu bu çətin və şərəfli yolda uğurlar arzulayırıq.

  • 26May
    Ədəbiyyat Ənvər Çingizoğlunun araşdırmalarında həmyerlilərimiz haqqında məlumatlar üçün şərhlər bağlıdır

    Elə insanlar var ki, onlar dünyasını dəyişsələr də, gördükləri işlərlə yaddaşlarda qalır, uzun illər xatırla-nırlar. Belə insanlardan biri də yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar, Azərbaycan Jurnalistlər birliklərinin, Azərbaycan Ta-rixi Şəcərə cəmiyyətinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, vikipediyaçı Ənvər Çingizoğludur (Ənvər Çingiz oğlu Fərəcov)
    Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi-publisistik məqalə, dövrü mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.
    Ənvər Çingizoğlunun tarixi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında “Afşarlar”, Xurşidbanu Natəvan, Nəvval, “Kəminə” adlı televiziya filmləri çəkilib.
    Ənvər Çingizoğlunun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri, mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənmişdir. O, regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşrinə ömrünün 30 ilini həsr edib. Daha ətraflı »

  • 19May
    Ədəbiyyat El sənətkarlarımız üçün şərhlər bağlıdır

    Dinləyici vurğunluğu

    Hələ səksəninci illərdə ekranda, efirdə sevə-sevə dinlədiyim mahir bir saz ifaçısı vardı – Əıi Quliyev ( Əli Urfan ). O aşığı qiyabi tanısam da, böyük və kamil sənətkar kimi ona qəlbimdə dərin hörmət, sonsuz dinləyici sevgisi olub. Yaxın ötən həftələrin birində “Saz-söz məclisi”nin qonağı olan aşıq Əlini müdrik, ağsaqqal bir sənətkar durumunda görəndə onun sənətinə, şəxsiyyətinə olan rəğbətimin əbəs olmadığına bir daha əmin oldum. Bu günlərdə ( 07.05.2023) bir şeirlər kitabını Elnur Baxışın vasitəsi ilə mənə hədiyyə göndərən USTADA təşəkkürümü bildirirəm. Kitabı əlimə alanda sandım ki, müəllifin əlidir, mənim əlimi sıxır. Daha ətraflı »

  • 08May
    Ədəbiyyat DÜRÜŞ XANIMIN GƏBƏLƏRİ üçün şərhlər bağlıdır

    Deyilənə görə, ötən əsrin əvvəllərində Şuşada Dürüş adlı xanım-xatın, gözəl-göyçək bir qadın yaşayırmış. Onun xasiyyəti də elə xarici görkəmi ilə üst-üstə düşürdü. Buna görə də əhali arasında böyük hörməti vardı. Xüsusilə qadınlar Dürüş xanımı məsləhət yeri bilirdilər. Elə ki o kəlağayısını başına salıb qapıdan çıxdı, hamı yaxşı bilirdi ki, arxasınca getdiyi işi həll etməyincə, geri qayıtmayacaq.
    Dürüş xanımın həyat yoldaşı da özünə yaraşan idi. Ticarətdə əli gətirirdi. Odur ki, yaxşı dolanışıqları vardı. Ev işlərini qulluqçular görürdülər.
    Bunlara baxmayaraq, Dürüş xanımın özünün ürəyinə yatan bir iş vardı ki, o, bunu qulluqçula-ra tapşırmır, yalnız özü görərdi.
    Bu evə gəlin köcəndən böyük mülkün ən işıqlı, geniş otağını seçib burada gəbə toxumaq üçün hana qurdurmuşdu. O biri otaqlardan fərqli olaraq bu otağın pəncərələrinə pərdə vurmamışdı. İlin bütün fəsillərində buradan Şuşanın gözəl mənzərəsini seyr etmək mümkün idi. Bu mənzərədə hansı rənglər, hansı çalarlar yox idi və bunların birləşməsindən hansı ilahi gözəlliklər yaranmırdı?! Hananın qarşısında oturan Dürüş xanımın əlləri saplar üzərində gəzir və təbiətin gözəlliyi onun ürəyindən keçərək zərif ilmələrə çevrilirdi.
    İllər uzunu toxuduğu gəbələr bu qadın üçün adi əşya deyil, həyatının bir parçası, özü də çox mənalı parçası idi.
    Övlad sarıdan Dürüş xanımın dünyada vur-tut bir oğlu vardı, onu da qonşudakı yetim qızla evləndirmişdi. Oğlundan da, gəlinindən də narazı deyildi. Sözəbaxan, böyüyün-kiçiyin yerini bilən uşaqlarıydı. Amma bir məsələ daim Dürüş xanımı narahat edirdi: cavanlarda özlərinin zirəkliyini, yanımcıllığını, həyat eşqini görmürdü. Qorxurdu ki, onlar yaxşını pisdən, düzü əyridən seçə bilməsinlər. Axı, insanın maraq dairəsi, arzuları nə qədər böyük olsa, ayaq üstə bir o qədər möhkəm dayanır. Yalnız özlərinə qapanıb yaşayan insanlar isə daim çətinlik çəkirlər. Daha ətraflı »

  • 10Fev
    Ədəbiyyat Vətən müharibəsində şəhid olan igid oğullarımızın xatirəsinə üçün şərhlər bağlıdır

    GETDİLƏR

    Hədd dərsi verməyə azğın yadlara,
    Odlu Şimşək kimi çaxıb getdilər.
    Vətənin köksünü saran odlara,
    Cavan canlarını yaxıb getdilər.
    Qəhrəman hünərli, haraylı-haylı,
    Alıb caynaqlardan bulaqlı-çaylı,
    Layiq zirvələrə Ulduzlu, Aylı
    Vətən bayrağını taxıb getdilər.
     

    Düzlərdə mübariz, həmrəy el olub,
    Dağlarda dumanı qovan yel olub.
    Dərələrdə bənd uçuran sel olub –
    Çağlayıb, kükrəyib, axıb getdilər.

     

    Aləm heyrətləndi bu mənzərədən,
    Tarixdə şanlı ad qaldı hərədən.
    Dünya dediyimiz bu “pəncərə”dən,
    Sanmayaq ötəri baxıb getdilər.

    Talıb Məmmədli

  • 09Dek
    Ədəbiyyat VƏTƏN OĞLU üçün şərhlər bağlıdır

    Müasir Azərbaycanın əsas qurucularından olan və tarixə öz imzasını atan dahi şəxsiyyət Heydər Əliyev bu gün də xalqın yaddaşında və ürəyində yaşayır. Onun ali bir rəhbər kimi Azərbaycan üçün etdikləri xalq tərəfindən unudulmur, şeir və nəğmələrə, film və kitablara mövzu olur. Xalq onun üçün yaşayanları unutmur.

    Vətən oğlu, ata oldun bizə sən,
    Ata kimi qayğımızı çəkirdin.
    Şair kimi həssas idin sözə sən,
    Danışıqda sözdən sözü çəkirdin.
    Sənin rəmzin Azərbaycan bayrağı,
    Baş qoymağa, can verməyə hazırıq.
    Dan ulduzum – yurdumuzun mayakı,
    Şeir də bir təsəllidir, yazırıq.
     

    Ölkə olduq sən arzuna çatanda,
    Bir əlin od, bir əlin su olurdu.
    Millət rahat xumarlanıb yatanda,
    Yuxun bir an quş yuxusu olurdu.

     

    Adın-sanın yenilməz bir ordudu,
    İndi odlar diyarının özüsən…
    Azərbaycan Heydərlərin yurdudu,
    Gələcəyə baxanların gözüsən.

    Fikrət Qoca

    Yurdumuzda şan-şöhrətli hər nə var
    Yatmadığn günlər, aylar, illərdi;
    Ziyarətə gəlir səni bu yollar…
    Göz yaşımız məzarında güllərdi.
  • 09Dek
    Ədəbiyyat HEYDƏR ATAMIZ üçün şərhlər bağlıdır
    Azərbaycan adını,
    Azərbaycan xalqını,
    Dünyaya tanıtdıran,
    Heydər atamız oldu.
    Sinəndə köz də yansa,
    Dilində söz də yansa,
    Qarşında kim dayansa,
    Yaşa, ey odlar yurdu.
    Tanrı sənə yetirib,
    Heydər kimi bir oğlu.
    Keşiyində dayanıb
    Basılmaz, igid ordu.
    Damarında türk qanı
    Axan Heydər özüdür.
    Bütün türk dünyasında,
    Atatürklə özüdür.

    Zəminə Bayramova

  • 30Noy
    Ədəbiyyat ARAMI OLARMI DOST İTİRƏNİN? üçün şərhlər bağlıdır

    Bəli! Həsrət dolu bir il tamam oldu. Sizsiz yaşadıq bu ili, sevimli şair, görkəmli ziyalı, səmimi və təmənnasız dost–Tofiq Yusif.
    Bir ildir yeriniz görünən görüşlərdə sizi biri-birindən gözəl, sığallı, mənalı şeirləriniz və kövrək xatirələr əvəz edir. Buna baxmayaraq, sizin yox-luğunuza inanmaq bizim üçün olduqca çətindir.
    Hər kəsin həyatında bir neçə dostu ola bilir, ancaq təbii ki, hər birinin öz yeri olur. Bütün insani dəyərlərlə yanaşı qibtə ediləcək qədər istedadınız sizi tanıyanların ürək göynədən mövzusudur. Çünki, zamanın axınında axan şairlərdən fərqli olaraq, toxunduğunuz mövzulara və deyim tərzinizə görə sizi cəsarətli həqiqət şairi kimi tanımışıq.
    “Şairləri qocaltmağa nə var ki”, “Yaşamağa qoyurlar ki, adamı”, “Belə yaşamağı istəmirəm mən”, “Bayquş kişilər” kimi neçə-neçə şeirləriniz buna real nümunədir. Daha ətraflı »