Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,177
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Fev
    Tərtər RİH-də Keçmiş döyüşçü dövlətin qayğısından danışdı üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yuxarı Sarıcalı kəndində Birinci Qarabağ müharibəsi əlili Firdovsi Əliyevi evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
    Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, Firdovsi Əliyev 1992-ci ildə hərbi xidmətə yollanmış və Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 14-də Suqovuşan ərazisində düşmənin atdığı artilleriya mərmisi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır.
    Firdovsi Əliyevə söylədi ki, müharibə zamanı aldığı xəsarətlərə görə ona ikinci dərəcəli əlillik təyin edilmiş, dövlət tərəfindən mənzillə və avtomobillə təmin olunmuşdur.
    Görüş zamanı keçmiş döyüşçü onu da bildirib ki, uzun illər torpaqlarımızın işğal altında qalması qazilərimizi çox narahat edirdi. Ona görə də daimi olaraq bu barədə gənclərlə söhbətlər aparır, gənclərin vətənpərvərlik tərbiyəsində böyümələrinə çalışırdılar. İndi çox şükür, gənc nəsil Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Qələbə qazandı, xalqımızın başını uca etdi.
    Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20Fev
    Tərtər RİH-də “Zəfərə aparan yol” adlı tədbir keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə şəhərin Mərkəzi Meydanında “Zəfərə aparan yol” adlı tədbir keçirilib.
    Tədbirə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, N saylı hərbi hissənin komandir müavini İdris Məmmədov, həbçilər, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin şagirdləri, ümumilikdə 7 rayondan nümayəndələr qatılıblar.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq onun abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra müstəqillik dövründə çəkilmiş fotolardan və yazılmış bədii kitablardan ibarət sərgilərə baxıblar.
    Tədbirdə həmçinin Gəncə Qarnizonu İdeoloji şöbəsi Mədəniyyət Mərkəzi ilə birlikdə Tərtər rayonunda hərbi xidmət keçən əsgərlərin ruh yüksəkliyini və əhval-ruhiyyəsini artırmaq məqsədi ilə kütləvi hərbi vətənpərvərlik tədbiri olan “Əsgərə məktub” layihəsi də keçirilib. Daha ətraflı »

  • 11Yan
    Tərtər RİH-də “100 yaşıma ən böyük hədiyyəm Umudlunun azad edilməsi oldu” üçün şərhlər bağlıdır

    Bu sözləri I Qarabağ müharibəsi şəhidi Məmməd Abbasovun anası Atlas Abbasquliyeva deyib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 100 illik yubileyi münasibətilə onu ziyarət edərkən ana öz ürək sözlərini söyləyib.
    100 illiyini övladlarının, nəvə-nəticələrinin əhatəsində qeyd edən Atlas nənə onu da bildirib ki, Ulu Tanrı hər bir insana müəyyən ömür payı ayırır. Çox şükür ki, ömrü Umudlunun işğaldan azad olunduğunu görməyi ona nəsib etmişdir.
    Umudlunun ilk şəhidi olan Məmməd Abbasov doğma kəndi uğrunda şirin canından keçib, sona qədər övladlarına ata qayğısı göstərə bilməyib. Bu dərd doğmalarını üzüb. Lakin kəndin 30 ildən artıq bir müddətdə işğal altında olması xüsusilə ağır idi. İndi şükür, Umudlu azaddır.
    Görüş zamanı ailə üzvlərinin Umudluya qayıdışından, erməni qəsbkarlarının kənddə törətdikləri vəhşiliklərdən də söhbət gedib.
    Şəhidin qardaşı Fi-ruz Abbasov bildirib ki, düşmən gülləsi Məmmədin düz ürəyindən dəymişdi. O, qardaşının son nəfəsinə çatıb, ancaq vəsiyyətini eşidə bilməyib.
    Onun və yüzlərlə şəhidimizin qisasını Azərbaycan Respub-likasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu aldı.
    Rayon rəhbəri Atlas nənəyə “Təşəkkürnamə”, gül dəstəsi təqdim edib və növ-bəti ad gününü Umudluda qeyd etməyi arzulayıb. Artıq bu, real arzudur. Çünki Böyük Qayıdış başlayıb.

    “Yeni Tərtər”

  • 11Yan
    Tərtər RİH-də Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları üçün Yeni il şənliyi keçirilib üçün şərhlər bağlıdır

    31 – dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Tərtər rayon İcra Hakimiyyətinin və “Səma və Eko” sosial-iqtisadi inkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Tərtər İstirahət Mərkəzində Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları üçün bayram şənliyi keçirilib.
    Tədbirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Yeni il şənliyində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional Filialının direktoru Elnur Həsənov, “Səma və Eko” sosial-iqtisadi inkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova, Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları iştirak ediblər. Daha ətraflı »

  • 29Dek
    Tərtər RİH-də 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək! üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibəti ilə tərtərlilərə
    T Ə B R İ K İ

    Əziz tərtərlilər!
    Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni təqvim ilinin başlanması və Böyük Zəfər–respublikamızın ərazi bütövlüyünün tam bərpası münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
    2023-cü il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev İli” elan olundu. Bu münasibətlə respublika Prezidenti 28 noyabr 2022-ci il tarixində “ Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili“ elan edilməsi ilə bağlı Tədbirlər Planı“ təsdiq edilməsi haqqında” daha bir sərəncam imzaladı.
    Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş onlarla tədbirlər –elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər keçirildi, rayonumuzdakı Heydər Əliyev Mərkəzini minlərlə tərtərli və rayonumuzun qonaqları ziyarət etdi.
    Rayonda keçirilən yubiley tədbirlərində tərtərlilərlə yanaşı respublikamızın hər yerindən olan qonaqlar iştirak etdilər. O cümlədən Ulu Öndərin məzunu olduğu Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin rayonumuza gəlişi, keçirdikləri tədbirlər, söylədikləri mühazirələr yaddaşımızda dərin iz qoydu.
    “Heydər Əliyev İli”ndə sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra Möhtərəm Ali Baş Komandan,məğlubedilməz sərkərdə cənab İlham Əliyev işğaldan azad edilmiş Xankəndi,Xocalı ,Xocavənd və digər ərazilərdə öz əli ilə Azərbaycan Bayrağını dalğalandırdı.Azərbaycan xalqına verdiyi bütün vədlərə və ata vəsiyyətinə əməl etdi.Məhz “Heydər Əliyev İli”ndə Müstəqil Azərbaycanımız öz suverenliyinə, tam ərazi bütövlüyünə qovuşdu. Daha ətraflı »

  • 30Noy
    Tərtər RİH-də “HEYDƏR ƏLİYEV İLİ” – 2023 üçün şərhlər bağlıdır

    “Heydər Əliyev Azərbaycanda ədliyyə və məhkəmə-hüquq
    islahatlarının müəllifidir”

    “Heydər Əliyev İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ədliyyə İşçilərinin Peşə Bayramı və 105 illik yubileyi münasibəti ilə “Heydər Əliyev Azərbaycanda ədliyyə və məhkəmə-hüquq islahatlarının müəllifidir” mövzusunda “dəyirmi masa” keçirilib.
    “Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ədliyyə işçiləri iştirak ediblər.
    Tədbirdən öncə Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri düzülüb.
    Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, həyat və fəaliyyətini əks etdirən eksponatlara baxılıb.
    “Dəyirmi masa” ətrafında toplaşan tədbir iştirakçıları Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Daha ətraflı »

  • 21Noy
    Tərtər RİH-də RAYON İCRA HAKİMİYYƏTİNİN VƏ YAP RAYON TƏŞKİLATININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, icra nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev çıxış edərək tədbir iştirakçılarını 17 noyabr–Milli Dirçəliş günü münasibəti ilə təbrik edib, onlara respublikamızın tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətlərində uğurlar diləyib.
    Bildirib ki, 1988-ci ilin ilk günlərində Ermənistanın Azər-baycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M. Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmurdular, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M. Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar. Daha ətraflı »

  • 04Noy
    Tərtər RİH-də Tərtərdə 2023-cü ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyəti başçısı aparatının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə, müəssissə və təkilat rəhbərlərinin iştirakı ilə yığıncaq keçirilib.

    Tədbirdə Ümummilli liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra  2023-cü ilin 9 ayında  görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, 2023-cü ilin 9 ayı ərzində rayonda  ümumi məhsul buraxılışının həcmi 199 milyon 862.4 min manat olub. 2022-ci ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi 3.0 faiz artıb.

    Hesabat dövründə kənd təsərrüfatı istehsalı 11.4 faiz artaraq 96 milyon 275.0 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 5.1 faiz artaraq 706.0 min manat  olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlər 11.9 faiz artaraq 23 milyon 231.5 min manat, ictimai iaşə xidmətləri 12.2 faiz artaraq 3 milyon 320.6 min manat olub. Nəqliyyat sektorunda yük daşınması 18.9 faiz artaraq 250.0 min ton, sərnişin daşınması 8.7 faiz artaraq 5 milyon 11 min nəfər təşkil etmişdir.

    Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə hesabat dövründə 163 yeni iş yeri açılmışdır. Həmin yeni iş yerlərinin 40-ı yeni yaradılmış müəssisə və təşkilatlarda, 123-ü mövcud müəssisə və təşkilatlarda açılmış, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı 525 olmuşdur. Daha ətraflı »

  • 04Noy
    Tərtər RİH-də Tərtərdə Zəfər Gününə həsr olunan sərgi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin  və Tərtər Peşə məktəbinin tələbələrinin  8 Noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgisi təşkil edilib.

    Sərgidə  məqsəd məktəblilərə Şanlı Azərbaycan Ordusunun 44 gündə qazandığı böyük qələbənin mahiyyətini aşılamaq, onların vətənpərvərlik ruhunda tərbiyəsi, istedadlarının üzə çıxarılması və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi işinə töhfə vermək  olub.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Təhsil Sektorunun müdiri Oqtay Sarıkşiyev, ümumtəhsil məktəblərinin şagirdləri, Tərtər Peşə Məktəbinin tələbələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 28Okt
    Tərtər RİH-də Tərtərdə mütəmadi olaraq vətəndaşların müraciətləri dinlənilir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Növbəti qəbulda 19 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
    Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması, işğaldan azad olunmuş ərazilərdə evlə təmin olunma, maddi köməklik, ev təmirinə köməklik, təsərüfatlara gedən su arxlarının təmizlənməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
    Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.