Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq
    Tərtər RİH-də QARŞIDA MÜHÜM VƏZİFƏLƏR DURUR üçün şərhlər bağlıdır

    Изображение 002Изображение 007Avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı Tərtər rayonunda kənd təsərrüfatı işçilərinin müşavirəsi keçirilib.
    Yığıncağı açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov respublika müşavirəsində dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı məlumat verib, bildirib ki, müşavirədə ölkə rəhbəri barama, tütün və fındıq sahələrinin inkişafı ilə əlaqədar son 2 il ərzində görülmüş işləri hərtərəfli təhlil etdi. Gələcəkdə Azərbaycanda aqrar sektorun ən perspektivli sahələrinin daha da inkişaf etdirilməsi üçün görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışdı, lazımi tövsiyə və tapşırıqlarını verdi.
    Rayon rəhbəri qeyd etdi ki, möhtərəm Prezidentimizin tapşırığına əsasən rayonumuz üçün gəlirli istehsal sahələrindən biri olan baramaçılığın inkişaf etdirilməsinə son illər xüsusi diqqət yetirilir. Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Tərtər RİH-də 2017-ci İLİN BİRİNCİ YARISINA YEKUN VURULDU: 6 AYDA TƏRTƏR RAYONU YENİ SOSİAL-İQTİSADİ İNKİŞAF MƏRHƏLƏSİNƏ QƏDƏM QOYDU üçün şərhlər bağlıdır

    DSC_4363 (Копировать)(1)Изображение 052“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Tərtər rayonunda aparılan tikinti-abadlıq və quruculuq işləri 2017-ci ilin birinci yarısında uğurla davam etdirilib. Bu dövrdə 57 milyon 545,5 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 3 milyon 988,1 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Bu barədə Tərtər rayonunda 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Tərtər RİH-də Səyyar görüş–qəbul üçün şərhlər bağlıdır

    RAZILIQ BİLDİRDİLƏR

    Изображение 035Изображение 013Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Ələsgərli kənd inzibati ərazi dairəsinin Bayandur kəndində keçirildi. Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
    İcra nümayəndəsi Kamran Əhmədov kəndin əhalisi, onların əsas məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, kənddə insanların əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Burada 3 ədəd subartezian quyusu var. Körpələr evi-uşaq bağçası, ibtidai məktəb, 4 iaşə obyekti fəaliyyət göstərir.
    Görüş-qəbulda çıxışlar oldu. Kənd sakinləri Yusif Muradov, Afət Qarayeva, Mətləb Muradov, Sevil Əhmədova, Pənah Məmmədov son vaxtlar rayon mərkəzində və eləcə də kəndlərdə aparılan quruculuq-abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Daha ətraflı »

    Teqlər:

  • 30İyn
    Tərtər RİH-də Səyyar görüş–qəbul üçün şərhlər bağlıdır

    HAMI XOŞ TƏƏSSÜRATLA AYRILDI

    esasИзображение 005Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüşqəbulu Evoğlu kəndində keçirildi. Tədbirdə rayon icra hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərləri, kənd sakinləri iştirak etdilər.
    Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı. Sonra Evoğlu kənd İƏD üzrə nümayəndə Elçin Mahmudov ərazi haqqında məlumat verdi.
    Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən qeyri neft sektorunun inkişaf etdirilməsi Evoğlu kəndinin camaatında da böyük ruh yüksəkliyi yaradıb. Elə buna görə də əvvəlki illərdən fərqli olaraq pambıq, taxıl, şəkər çuğunduru və digər kənd təsərrüfatı bitkilərinin əkin sahələri xeyli genişləndirilib. Həmin sahələrdə becərmə, suvarma işləri keyfiyyətli aparıldığı üçün yüksək məhsul gözlənilir. Daha ətraflı »

    Teqlər:

  • 30İyn
    Tərtər RİH-də DÖVLƏT QULLUQÇULARI PEŞƏ BAYRAMLARINI QEYD ETDİLƏR üçün şərhlər bağlıdır

    Изображение 104Изображение 136Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Tərtər rayonunda tədbir keçirildi. Əvvəlcə rayonun dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoydular, onun xatirəsini ehtiramla yad etdilər.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını bayram münasibəti ilə təbrik etdi. Bildirdi ki, 23 iyun dövlət qulluqçularının peçə bayramı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Tərtər RİH-də NÖVBƏTİ SƏYYAR GÖRÜŞ-QƏBUL üçün şərhlər bağlıdır

    Kengerli59f39c31d42a9b52534a82d718ab0491Balakəngərli kəndində keçirilən səyyar görüş-qəbulda əvvəlcə Cəmilli kənd İƏD üzrə nümayəndə Mənaf Məmmədov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddəki sosial obyektlərin vəziyyətindən danışıb.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Kənd ağsaqqalı Rəşid Şahbazov çıxış edərək əhaliyə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirib. Qeyd edib ki, rahat yaşayırıq, qaz, su, işıq problemimiz yoxdur. Sakinlərdən Yadigar Əhmədov, Tariyel Həsənov, Camal Əhmədov, Sərdar Muradov əkin sahələrinin suvarılması və yeni təmir olunan Tərtər-Goranboy avtomobil yolunun kənd ərazisindən keçən hissəsində əlavə su keçidlərinin qoyulması ilə bağlı müraciətlər ediblər.
    Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verilib. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Tərtər RİH-də RAYON RƏHBƏRİNİN SƏYYAR GÖRÜŞ-QƏBULLARI üçün şərhlər bağlıdır

    782f9f2e9a801e0784af495412de2ac3Изображение 040Qarağacı Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar
    görüş-qəbulu təmas xəttində yerləşən Qarağacı kəndində keçirilib.
    Tədbirdə əvvəlcə Qarağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Qurban Əliyev, Duman Əsədov, Əlövsət Əliyev, Mobil Quliyev, Sabir Qədirov və digərləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərin fasiləsiz elektrik enerjisi və qazla təmin olunmasından, sakinlərin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirib, pay torpaqlarının və örüş sahələrinin məcburi köçkünlər tərəfindən zəbt olunması, əkin sahələrinin suvarılması üçün yeni subartezan quyularının qazılması, Qarağacı kənd tam orta məktəbinin əsaslı təmirə ehtiyac olması ilə bağlı müraciət etdilər. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Tərtər RİH-də 19 may 2017-ci il Azərbaycan Respublikası Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədova üçün şərhlər bağlıdır

    Hörmətli cənab Məmmədov!
    Çərşənbə günü Tərtər rayonuna səfər zamanı görüşün keçirilməsi və Qapanlı məktəbinə səfərin təşkil olunması ilə bağlı sizə oz minnətdarlığımı bildirmək istərdim. Regionda əsaslı iqtisadi inkişafı görmək məni çox sevindirdi. Ən çox məmnunluq duyduğum məqam isə gənclərə öz gələcəklərini daha yaxşı qurmaları üçün, xüsusilə kənd təsərrüfatı sektorunda çoxlu sayda imkanlar təklif etməklə, onları gələcək inkişafın mühüm bir hissəsinə çevirməyə çalışmağınızdır.
    Gənclərə Dəstək Proqramının daim təbliğ olunmasında sizə etibar edə biləcəyimə əminəm. Nəzərinizə çatdırmaq istərdim ki, rayonun inkişafı prosesinə gənclərin cəlb olunması və onların rolunun artırılması üçün öz təcrübə və biliklərimizi sizin komandanızla bölüşməyə hazırıq. Daha ətraflı »

    Teqlər:

  • 19May
    Tərtər RİH-də HEYDƏR ƏLİYEV–94 üçün şərhlər bağlıdır

    ULU ÖNDƏRİN XATİRƏSİNƏ BÖYÜK HÖRMƏT

    563f1f6c310636761c521cc9d41dbe5dИзображение 147Tərtər rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirildi. Minlərlə tərtərli rayonun mərkəzi meydanına gələrək Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, öz hörmət və ehtıramını, ümümxalq məhəbbətini nümayiş etdirdilər. Meydana toplaşan insan izdihamının önündə gedən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil qoydu. Anım mərasimində Ulu Öndər Heydər Əliyevin abidəsini rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının və digər müəssisələrin rəhbərləri, ziyalılar və sadə tərtərlilər hörmətlə anaraq, önünə tər gül-çiçək dəstələri düzdülər. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Tərtər RİH-də Birinci rübün yekunları müzakirə edildi üçün şərhlər bağlıdır

    ABADLIQ İŞLƏRİ GÖRÜLÜR, AQRAR SEKTOR İNKİŞAF EDİR

    Изображение 046Изображение 058Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Cari ilin məhsulu üçün 9871 hektarda dənli bitkilər, 1539 hektar sahədə şəkər çuğunduru, 267 hektarda günəbaxan, 459 hektarda kartof, 413 hektarda tərəvəz, 27 hektarda qarğıdalı əkilib. Bu il 3068 hektar sahədə pambıq becərməyi qarşıya məqsəd qoyan tərtərli fermerlər hazırda çiyid səpinini davam etdirirlər.
    Bu barədə Tərtər rayonunda 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində və aprelin 17-də Yevlax rayonunda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqlar və “Made in Azerbaijan” brendinin dün-yada tanıtdırmaq üçün praktiki addımlar atılması ilə bağlı fikirləri tərtərli sahibkarlarda böyük ruh yüksəkliyi yaratmış, onlar məhsullarını bu brendin tələblərinə uyğun istehsal etməyi qarşılarına məqsəd qoymuşlar. Daha ətraflı »

    Teqlər: