Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15May
    Tərtər RİH-də Təmas xəttində monitorinq keçirilmişdir üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında qoşunların təmas xəttində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirilmişdir. Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Rayon rəhbəri son günlərdə cəbhədə olan vəziyyət barədə nümayəndə heyətinə məlumat vermişdir. Daha ətraflı »

    Teqlər:

  • 15May
    Tərtər RİH-də Növbəti səyyar görüş-qəbul üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu ucqar kəndlərimizdən olan Rəcəblidə ke çirildi.
    Qonaqları şəhid anası Simuzər Mehdiyeva salamladı. Təkcə Sarov kənd İnzibati Ərazi Dairəsində deyil, rayonumuzda və eləcə də kəndlərimizdə görülən geniş quruculuq, abadlıq işlərinə görə ölkə Prezidentinə və rayon rəhbər liyinə kənd sakinləri adından dərin minnətdarlıq ifadə etdi. Sonda ağbirçək ana kənddə 1 ədəd subartezian quyusuna ehtiyac olduğunu diqqətə çatdırdı.
    Rəcəbli kənd ümumi orta məktəbinin direktoru Mayıl Aslanov, kənd sakinlərindən Yusif Mahmudov, Kamran Hümbətov, Mirzə Hüseynov, Şəfiqə Orucova və Xəlil Aslanov kənddə mövcud olan bəzi problemlərdən söz açdılar, arzu və təkliflərini bildirdilər. Göstərildi ki, kənd feldşer-mama məntəqəsinin binası yararsız vəziyyətdədir, təmirə ciddi ehtiyacı var. Sonra yüksək gərginlikli elektrik xəttlərinin yaşayış evlərinin üstündən keçərək, təhlükə yaratmasından, bəzi evlərdə işığın daimi yanmamasından, baytar texnikləri tərəfindən mal-qaraya vaksinlərin vaxtında vurulmamasından və digər məsələlərdən danışdılar.
    Görüşdə əhali tərəfindən qaldırılan məsələlərin bir hissəsi yerində öz həllini tapdı, qalanlarının icrası üçün aidiyyati təşkilatların rəhbərlərinə lazımi tapşırıqlar verildi.

    Teqlər:

  • 15May
    Tərtər RİH-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü üçün şərhlər bağlıdır


    DSC_2558Mayın 10-da rayonumuzun Mərkəzi Meydanı başdan-başa gül-çiçəklə bəzədilmişdir. Meydana insan axınının ardı-arası kəsilmirdi. Bu böyük el məhəbbətinin şahidi olduqca düşünürsən ki, tarixdə izi olan böyük şəxsiyyətlər insan ömrünün zaman adlı sədlərini dəf edərək əbədiyaşarlıq hüququ qazanırlar.
    Rayon icra hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, qocalar və uşaqlar, bir sözlə, hər bir tərtərli Ulu Öndərin meydandakı əzəmətli abidəsi önündən keçərək, ona ehtiramını bildirirdi. Daha ətraflı »

    Teqlər:

  • 01May
    Tərtər RİH-də Bütün sahələr üzrə tərəqqiyə nail olunub. üçün şərhlər bağlıdır

    DSC_1718(1)Birinci rübün yekunlarına həsr olunmuş hesabat yığıncağının iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin şəhərimizin Mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini böyük məhəbbətlə yad etmişlər.
    Sonra yığıncaq Gənclər Mərkəzində davam etdirilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 30Apr
    Tərtər RİH-də Cəbhə xəttinin beş addımlığında səyyar görüş-qəbul üçün şərhlər bağlıdır

    buCəbhə xəttinin lap yaxınlığında yerləşən Qarağacı kəndində Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun səyyar görüş-qəbulu keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayən-dələri və bələdiyyə sədrləri iştirak etmişlər.
    Əvvəlcə Qarağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Zakir Əliyev məlumat vermişdir. Daha ətraflı »

    Teqlər:

  • 23Apr
    Tərtər RİH-də Təmas xəttinə yaxın yerləşən Dəmirçilər kəndində növbəti səyyar görüş-qəbul üçün şərhlər bağlıdır

    DSC_1498Problemləri yerində öyrənmək, əhalini narahat edən məsələləri onların dilindən eşitmək olduqca səmərəli bir iş üsuludur. Bu, problemi dərindən və ətraflı öyrənməyə, həm də onun operativ, yerindəcə həll olunmasına kömək edir.
    Tərtər Rayon İcra Ha-kimiyyətinin Başçısı Müstə-qim Məmmədov vaxtaşırı ola raq şəhər və kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir. Bu görüşlərdə əhalini narahat edən problem və qayğılar dərindən öyrənilir, onların həlli üçün konkret tədbirlər görülür. Daha ətraflı »

    Teqlər:

  • 11Apr
    Tərtər RİH-də Diqqət və qayğıya layiq mənəviyyat adamı üçün şərhlər bağlıdır

    Rayonumuzdakı “Gənclər Mərkəzi”ndə Tərtər ictimaiyyətinin və “Yeni Tərtər” qəzeti redaksiyası kollektivinin iştirakı ilə hörmətli həmkarımız, qəzetimizin baş redaktoru Tofiq Yusifin 65 illik yubileyi qeyd olundu .
    Rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu yubiley tədbirini Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov açdı. O bildirdi ki, Tofiq Yusif uzun illər rayon qəzetinə rəhbərlik etməklə yanaşı, həm də çoxsevilən şair və ziyalıdırDSC_1296. Nəinki Tərtərdə, eləcə də respublikamızda onun kitabları maraqla oxunur. Xüsu-sən də müharibə mövzusunda yazılmış əsərlər, o qanlı-qadalı illəri əks etdir-məklə, gələcək nəsillər üçün örnəkdir və gənclərin vətənpərvərlik tərbiyə-sində mühüm rol oynayır. “Yeni Tərtər”in rayonumuzun ictimai-siyasi həyatına müsbət təsirini qeyd edən rayon rəhbəri onun redaktorunu 65 illik yubileyi münasibəti ilə səmimi-qəlbdən təbrik etdi, ona və başçılıq etdiyi kollektivə cansağ-lığı və yeni yaradıcılıq uğurları arzuladı. Daha ətraflı »

    Teqlər:

  • 16Mar
    Tərtər RİH-də Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun təbriki üçün şərhlər bağlıdır

    DSC_0720Hormətli tərtərlilər! Bu gün mən sizi, o cümlədən rayonumuzda məskunlaşmış məcburi köçkün və qaçqın bacı qardaşlarımızı, eləcə də düşmənlə təmas xətti boyunca səngərlərdə gecə –gündüz əmin-amanlığımızı qoruyan əsgər və zabitlərimizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram! Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Tərtər RİH-də Tərtər bizim fəxrimiz və qürurumuzdur üçün şərhlər bağlıdır

    Tərtər bizim fəxrimiz və qürurumuzdur

    DSC_2238     Dövlət müstəqilliyinin əldə olunmasından ötən tarixi baxımdan qısa dövr ərzində Azərbaycan əsrlərə bərabər inkişaf yolu kecmiş, bütün dünyada demokratik və sivil bir dövlət kimi tanınmışdır. Bu, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu  daxili və xarici siyasətin nəticəsidir və bu kursun alternativsizliyinin  sübutudur. Hazırda Azərbaycanın  bütün güşələrində böyük tərəqqi vardır. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür.

    Daha ətraflı »

    Teqlər: