Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl
    Kənd Təsərufatı Oxucu məktubu üçün şərhlər bağlıdır

    Hər kəs bir ağac əksə…

    Yaşadığımız küçə, kənd, şəhər, ölkə bizim ümumi evimizdir. Evimizin, həyətimizin təmizliyini, səliqə-sahmanını qoruduğumuz kimi, bunların da saflığını qorumaq borcumuzdur. Lakin təəssüf ki, heç də həmişə belə olmur. Son illər ekologiyamızın ciddi surətdə pisləşməsi də elə insanların təbiətə vurduğu ziyanın nəticəsidir.
    Kəndimizin sakini Mehman İsmayılov maarifləndirmə yolu ilə xeyirxah işlərin görülməsinə nail olur.
    Bir neçə il bundan əvvəl kəndimizə gələn yolun hər iki tərəfində ağac əkilməsi də belə təşəbbüslərdən biridir. Bu təşəbbüsə həm kənddə yaşayan, həm də burada doğulub boya-başa çatan, hal-hazırda kənar yerlərdə yaşayıb işləyən insanlar həvəslə qoşuldular. Az müddətdə xeyli ağac əkildi. Bunların qayğı ilə suvarılıb becərilməsini də Mehman İsmayılov öz üzərinə götürdü. Hazırda həmin ağaclar yolumuza xüsusi yaraşıq verir.
    Əziz şəhidlərimizə aid guşələrin yaradılması və abadlaşdırılması da bu xeyirxah insanın böyük qayğı ilə yanaşdığı məsələlərdən biridir. Daha ətraflı »

  • 20İyn
    Kənd Təsərufatı Baramaçılıq üçün şərhlər bağlıdır

    Tərtərdə barama tədarükünə başlanılıb

    Baramaçılıq kənd təsərrüfatının mühüm və gəlirli sahələrindən biridir. Sovet dönəmində rayonumuzda bu sahədə xeyli təcrübə toplansa da, müstəqilliymizin ilk illərində insanların baramaçılığa olan marağı azalmışdı.
    Ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafını diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında son illərdə ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də kümçülərin işində dönüş yaranıb.
    Belə ki, “Azərbacan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2015-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonumuzda ipəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2023-ci illərdə 339 min 757 çəkil tingi əkilmişdir ki, onun da 133 min ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması baramaçılığın inkişafına marağı artırıb. 2016-cı ildə 1 ton , 2017-ci ildə 4,6 ton, 2018-ci ildə 10.2 ton, 2019-cu ildə 18.3 ton, 2020-ci ildə 12.1 ton, 2021-ci ildə 13.6 ton, 2022-ci ildə 10.2 ton, 2023-cü ildə isə 14.8 ton barama istehsal olunmuşdur. Bu il isə kümçülərə 300 qutu ipəkqurdu verilib. 12 ton barama istehsalı nəzərdə tutulub.
    Artıq rayonda yaş barama tədarükünə başlanılıb. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazımi şərait yaradılıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədarükün ilk günü barama qəbulu məntəqəsində olub, kümçülərlə görüşüb, müvafiq tövsiyələrini verib. Onlara məhsul yığımında uğurlar arzulayıb.
    Mövsümün ilk günlərində kümçülərin yetişdirdikləri 1905 kiloqram məhsul “AZ SİLK” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.

    “YENİ TƏRTƏR”

     

  • 07İyn
    Kənd Təsərufatı “YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ” üçün şərhlər bağlıdır

    Tarla seminarı

     

     

     

     

     

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Bölgə Təcrübə Stansiyasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda Tarla seminarı keçirilib.
    Seminarda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Tərtər DAİM-in, Tərtər Bölgə Təcrübə Stansiyasının əməkdaşları, fermerlər, taxılçılıq şirkətlərinin nümayəndələri, mütəxəssislər iştirak ediblər.
    Seminarı Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur. Daha ətraflı »

  • 08Apr
    Kənd Təsərufatı “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    Həyatı seviriksə, yaşıllığı artırmalıyıq

    Məlum olduğu kimi, bu il Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı Tədbirlər Konvensiyasının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbir keçiriləcək. Bu məqsədlə Azərbaycanın hər bir guşəsində “Təmiz şəhər”, “Təmiz kənd” uğrunda kampaniyalar həyata keçirilir, küçələrdə, həyətlərdə təmizlik işləri aparılır, yol kənarlarında, ərazilərdə yeni ağaclar əkilir.
    Məqsəd dünyanın üz-üzə qaldığı ətraf mühitin çirklənməsi və iqlim dəyişiklikliyinin yaratdığı problemlərin həllinə kömək etməkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi adlanır.
    Tərtər rayonunun sakinləri də ekologiyamızın saflaşdırılması naminə görülən işlərə elliklə qoşulublar.

    Tərtər-Hindarx avtomobil yolunun Qaraağacı kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, İƏD üzrə nüma-yəndələr, bələdiyyələr, konüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir. Daha ətraflı »

  • 28Mar
    Kənd Təsərufatı KƏND TƏSƏRRÜFATI üçün şərhlər bağlıdır

    Kümçülükdə məsuliyyətli dövr başlayır

    Son illər rayonumuzda kümçülüyün inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər keçirilir. İlk növbədə bu xeyli sahənin yem bazası möhkəmləndirilir, yol kənarlarında və digər sahələrdə xaricdən gətirilən tez inkişaf edən çəkil tingləri əkilib becərilir. Nəticədə əhali arasında baramaçılığa maraq artır.
    Məlum olduğu kimi, bu sahədə uğur qazanmağın digər bir şərti kümxanaların mövsümə hazırlanmasıdır. Bu sahədə əhaliyə köməklik göstərmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Qax DİS-nin direktoru Əkrəm Fətəliyev tərəfindən “Kümxanaların hazırlanması və tut ipəkqurdunun yemləndirilməsi” mövzusunda təlim keçirilib.
    Təlimdə Tərtər Rayon İcra Hakimiyyətinin, Tərtər DAİM-in əməkdaşları, İƏD üzrə nümayəndələr və kümçü fermerlər işritak ediblər.
    Əkrəm Fətəliyev kümxanaların hazırlanması və tut ipəkqurdunun yemləndirilməsilə bağlı tövsiyələrini bildirib və fermerlərin suallarını cavablandırıb.

    “YENİ TƏRTƏR”

  • 12Mar
    Kənd Təsərufatı Elm adamları üçün şərhlər bağlıdır

    Şərəfli və çətin yolun davamçısı

    “Elm fədaisi” ifadəsini tez-tez eşidirik. Bu sözlərin çox böyük mənası var. Çünki həyatını elmə həsr edən insan həqiqətən fədai olmalıdır. Bizim yaxşı tanıdığımız və çox sevdiyimiz Həqiqət xanımın atası Cavanşir müəllim kimi. Bu məqalədə biz atasının yolunu layiqincə davam etdirən bir övlad haqqında söhbət açdığımıza görə, Azərbaycanın görkəmli seleksiyaçı alimi, bir neçə kəşfin və patentin müəllifi Cavanşir Həşimovu da yada salmaq istəyirik.
    O, elmin dalınca Sankt-Peterburqa getmişdi. Bu zaman artıq ailəliydi. Elə qızı Həqiqət də Sankt-Peterburqda dünyaya gəlib. Həqiqət xanım deyir ki, atası elmi işini Rusiyada müdafiə etsə də, onun dissertasiyası Böyük Qafqazın bitki örtüyünə həsr edilmişdi. Vətənini, onun təbiətini çox sevirdi. Ona görə də müdafiədən sonra Rusiyada yaşamaq istəməyib, Azərbaycana qayıtdı. Həqiqət xanım da öz Vətənində böyüdü. Atasından ona qalan ən böyük miras Vətəninə və elmə olan sevgidir. Daha ətraflı »

  • 12Mar
    Kənd Təsərufatı Sahibkar üçün şərhlər bağlıdır

    Hər kəs öz yolunu seçib uğur qazana bilər

    İnsan həyatı həmişə hamar olmur. Xüsusən qadınlar çox sınağa çəkilirlər. Yalnız səbrli, dözümlü, ən əsası isə, zəhmətkeş insanlar uğur qazanıb həyatlarını davam etdirirlər. Onlardan biri də rayonumuzun Soyulan kəndinin sakini, hazırda sahibkar kimi fəaliyyət göstərən Əskinaz Məmmədovadır.
    Onun həyatı dəfələrlə kökündən dəyişib. Hər şeyin bitdiyini düşündüyü halda, yeni-dən uzaqda bir işıq görüb, bu işıqdan güc alıb və məqsədinə doğru addımlayıb.
    1961-ci ildə Soyulan kəndində doğulan Əskinaz əmək fəaliyyətinə pambıqçı kimi başlayıb. Kənd Təsərrüfatı Texnikumunu, İqtisad Universitetini bitirib. Uzun müddət o zamankı Soyulan kənd Sovetində katib, sonra isə icra nümayəndəliyinin mühasibi vəzifəsində çalışıb.
    Səhhətində yaranmış problemlərdən, keçirdiyi əməliyyatlardan sonra bəlkə çoxları həyatdan əlini üzərdi. Ancaq Əskinaz xanım bunlardan da qalib çıxdı. Səhhətini də bərpa elədi, övlad, nəvə sahibi də oldu. Sahibkarlıqla məşğul olmağa başladı. Arı saxladı. Bu barədə o, belə deyir:
    – Arılar mənim yaşam səbəbim oldu. Onları artırıb 150 pətək etdim. Erməni qəsbkarlarının rayonumuza qadağan olunmuş bombalar atması nəticəsində, havanın çirklənməsindən arılarım da zəhərlənib məhv oldu. Bu zərbə çox ağır idi və mən yenidən xəstələndim. Daha ətraflı »

  • 29Fev
    Kənd Təsərufatı 2024-cü il yanvarın 1-i vəziyyətinə Tərtər rayonunda heyvanların, quşların və arı ailələrinin tam uçotunun aparılmasının yekunları üçün şərhlər bağlıdır

    2024-cü il yanvarın 1-i vəziyyətinə rayon ərazisində heyvanların, quşların və arı ailələrinin tam uçotu aparılmışdır. Uşotla rayonun bütün kənd təsərrüfatı müəssisə və təşkilatları, eləcə də kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının hamısı, şəhər və qəsəbələrdə isə yalnız mal-qarası olan ev təsərrüfatları əhatə edilmişdir. Beləliklə, rayon üzrə müxtəlif təşkilati-hüquqi formalı 15029 uçot vahidi sorğuya cəlb olunmuşdur.
    Ayrı-ayrı mal-qara növləri üzrə heyvandarlığın baş sayının əvvəlki illə müqayisədə dəyişilməsi aşağıdakı kimi olmuşdur.
    İribuynuzlu mal-qara. 2024-cü il yanvarın 1-i vəziyyətinə rayonda 34224 baş iribuynuzlu mal-qara, o cümlədən 13928 baş inək və camış olmuş və onların sayı il ərzində mü-vafiq olararq 8.6 və 5.4 faiz artmışdır. Iribuynuzlu mal-qaranın sayı 2020-ci il yanvarın 1-nə 4557 baş və ya 15.4 faiz artmışdır.
    Sürü dövriyyəsinin təhlili göstərir ki, süd istehsalını artırmaq məqsədilə təsərrüfatlar ana malın sayının artırılmasına daha çox meyllidirlər. Belə ki, son 5 il ərzində inək və camışların sayı 12535 başdan 13928 başa çatmaqla 11.1 faiz artmış, mövcud iribuynuzlu mal-qaranın 40.7 faizini inək və camışlar, 1457 başı və ya 4.3 faizini düyələr təşkil etmişdir. Daha ətraflı »

  • 20Fev
    Kənd Təsərufatı Kənd təsərrüfatı məhsullarının istehsalı 8 faiz artıb üçün şərhlər bağlıdır

    2023-ci ildə Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 114 milyon 33.5 min manat təşkil etmişdir ki, onun 67 milyon 419.6 min manatı və ya 59.1 faizi bitkiçilik məhsullarının, 46 milyon 613.9 min manatı və ya 40.9 faizi heyvandarlıq məhsullarının payına düşür. 2022-ci ilə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalı 8.0 faiz artmışdır.

  • 20Fev
    Kənd Təsərufatı Payızlıq bitkilərin səpini yekunlaşdı üçün şərhlər bağlıdır

    2024-cü ilin məhsulu üçün Tərtər rayonunda payızlıq bitkilərin səpini başa çatmışdır. 2024-cü ilin yanvar ayının 1-i vəziyyətinə təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 18578.7 hektar sahədə şum qaldırılmışdır. Gələn ilin məhsulu üçün 14030.0 hektar sahədə payızlıqlar səpilmişdir. Onun 8797 hektarı dən üçün buğda, 5132 hektarı dən üçün arpa və 101 hektarı yaşıl yem üçün (xəsil) arpadır.
    Bundan başqa, cari ilin məhsulu üçün 23 hektar sahədə baş soğan, 1 hektar sahədə sarımsaq, 989.2 hektar sahədə təzə yonca əkilib.

    Tərtər Rayon Statistika İdarəsi