Bütün gövhərlərin rəngi parlaqdır,
Hamısından xoş gələn yenə torpaqdır.
Torpağa mərhəmət xeyirdir, inan,
Lütf etsən gül verər, zülm etsən tikan.
Nizami GƏNCƏVİ
Dahi mütəfəkkir torpağı Tanrıdan bəxş olan və bəşəriyyətin varlığı üçün misli-bərabəri olmayan ən müqəddəs bir nemət kimi dəyərləndirmişdir. O, insanların torpağın qədir-qiymətini bilməsini, ona ana kimi yüksək qayğı göstərməsini, lütf ilə əkib-becərməsini firavan yaşayışın əsası hesab edirdi.
Ataların gözəl məsəli var: “Torpaq deyir, öldür məni, dirildim səni”. Yəni, torpağı elə əkib becərəsən ki, ondan yüksək məhsul götürə biləsən. Bunun üçün deyirlər: “Sən inamla cəhd elə, ruzi verən Allahdır”.
Respublikamızdakı torpaq sahələrinin çox hissəsi quraqlıq rayonlardadır. Bu rayonlarda torpağın suvarılması kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2-3 dəfə artırır. Bəzi torpaqlarda həddindən artıq rütubət olduğundan bataqlığa çevrilir. Bu zonalarda yüksək məhsul almaq üçün torpağı qurutmaq lazımdır. Torpağı qorumaq və onu əkib-becərmək hamının borcudur. Torpaq əvəzedilməzdir, məhduddur, yəni onu böyütmək, çoxaltmaq, artırmaq mümkün deyil. Torpağın yerini dəyişmək olmur. Torpağın münbitliyinin qayğısına daim qalınmalıdır. Daha ətraflı »
-
16SenKənd Təsərufatı TORPAQ XEYİR-BƏRƏKƏT MƏNBƏYİDİR üçün şərhlər bağlıdır
-
06SenKənd Təsərufatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır
Qabaqcıllıq nümunəsi
Pambıq kəndin simasını, kəndlinin güzəranını dəyişir
Pambıq hər zaman bu yerlərin ruzisi, bərəkəti sayılıb. Onu təsadüfən “ağ qızıl” adlandırmayıblar. Taleyini torpağa, halal zəhmətə bağlayan kəndli üçün pambıq yaxşı dolanışıq, xoş güzəran mənbəyi olub. Təəssüf ki, bu gəlirli sahə 1990-cı illərin əvvəllərindən başlayaraq unudulmuş, sovet dövrünün qalığı kimi ona arxa çevrilmişdi. Kənd təsərrüfatında bu strateji sahəni inkişaf etdirməyə dövlət səviyyəsində uzun illər boyu maraq göstərilməmiş, zaman-zaman formalaşmış pambıqçılıq mədəniyyəti tənəzzülə uğramışdı.
Sanki ögey münasibət torpağı da küsdürmüşdü. Qayğı göstərilməyən, əkilib-becərilməyən, boş qalan geniş torpaq sahələri göz dağına çevrilmişdi. Elə bil kəndlərə sükut çökmüşdü. Əli torpaqdan soyuyan kəndli nə edəcəyini, nə iş görəcəyini kəsdirə bilmirdi. Gününü keçirmək, başını qatmaq üçün çayxanaya üz tutan kəndlilər səhərdən axşama kimi nərd, domino oynayırdılar. Axşam evə cibi boş, üzü qara qayıdan ailə başçısının nüfuzu oğul-uşaq yanında buz kimi əriyirdi.
Belə ağrılı bir zamanda Prezident İlham Əliyev kənd təsərrüfatında ənənəvi sahələri, xüsusilə pambıqçılığı dirçəltmək, inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə çağırış etdi. Bu, ölkənin aqrar sektorunda inqilaba bərabər dönüş oldu. Sanki kəndlərin üstünə gün doğdu, kənd camaatının qırışığı açıldı. Daha ətraflı » -
21AvqKənd Təsərufatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır
HALAL ZƏHMƏTİN BƏHRƏSİ
Nankor ermənilər havadarlarının köməyi ilə Laçını işğal edəndə rayon əhalisi respublikanın bütün bölgələrinə səpələndi. Mirzə Cümşüdov ailəsi ilə Tərtər rayonunun İsmayılbəyli kəndinə üz tutdu. Tərtərdə də atəş səsləri tez-tez eşidilirdi. Düşmən səngərlərindən atılan top mərmiləri evləri dağıdır, mülki adamlar həlak olurdu. Ancaq hər dəfə də düşmən əks-həmlə ilə susdurulur, layiqli cavab alırdı.
Mirzə də çətinliklərə, məhrumiyyətlərə dözüb tablaşdı. Günlər aylara, aylar illərə calandıqca qaməti dikəldi, sabaha inamı artdı. Mehrini torpağa saldı. Həvəslə əkin-biçin işlərinə qoşuldu. İsti yuvasından, rahat ev-eşiyindən perik salınan ailə çoxdan istifadəsiz qalan uçuq-sökük bir tarla düşərgəsinə sığındı. Beləcə, Mirzə hər şeyə sıfırdan başladı. Ülfət bağladığı torpaqdan güc alıb əkib-biçdi, ailəsinin ruzisi üçün hər əziyyətə qatlaşdı.
İndi o ağrı-acılarla, çətinliklərlə dolu günlər arxada qalıb. Bu gün Tərtərdə qabaqcıl əmək adamlarından söz düşəndə Mirzə Cümşüdovun da adı birincilər sırasında ehtiramla çəkilir.
Mirzə Cümşüdovun fermer təsərrüfatı əsasən taxıl toxumçuluğu üzrə ixtisaslaşmışdır. Təsərrüfatın istifadəsində 68 hektar torpaq sahəsi var. Bu il 40 hektar sahədə taxıl əkib-becərmişlər. 208 ton taxıl istehsal edilmiş, orta məhsuldarlıq hər hektarda 52 sentner olmuşdur. Bu, rayonun təsərrüfatları arasında yüksək nəticələrdən sayılır. Daha ətraflı » -
09AvqKənd Təsərufatı PAMBIĞIN BECƏRİLMƏSİNDƏ HƏLLEDİCİ MƏRHƏLƏ üçün şərhlər bağlıdır
“Ağ qızıl” hesab edilən pambıq strateji bitkilərdən hesab olunur. Pambıq bitkisinin becərilməsində həlledici amillər öz yerini tapmalıdır. Birinci olaraq pambıq bitkisi üçün yer seçmək lazımdır. Yəni, bu bitki suya tələbkar olduğuna görə sututar olan ərazilər seçilməlidir. Növbəli əkinin aparılması daha məqsədəuyğundur. Bu bitkinin becərilməsində əsas həlledici amillərdən qış aratının aparılmasıdır. Dərin şumun aparılması, alağa, ziyanverici və xəstəliklərə qarşı dondurma suyunun vaxtlı-vaxtında verilməsi, mineral gübrələrdən istifadə, səpinqabağı torpağın hazırlanması əsas amillərdəndir. Səpinə qədər əmələ gəlmiş otların məhv edilməsi və mineral gübrələrin sahələrə verilməsi əsas şərtlərdəndir. Buxarlanmanın qarşısını almaq üçün yumşaq və üst səthi hamarlanmış torpaq qatı yaratmaq səpinqabağı torpaq becərilməsində həlledici amillərdən biri sayılır. Toxum materialının yüksək səviyyədə olması çiyidin səpinə hazırlanması, həmçinin əsas lif verən sortların əkilməsi, məsələn, “Gəncə 110”, “Gəncə 78”, “Ağ qızıl”, “Flora”,
“Flyaş”, “Karizma” bu kimi məhsuldar sortların rayonumuzun fermerləri tərəfindən əkilməsi məhsuldarlığın yuxarı olmasına şərait yaradır. Ona görə də hal-hazırda pambıq tarlalarında “MKT” şirkətinin 2017 hektar ərazisində 5-ci Daha ətraflı » -
09AvqKənd Təsərufatı TƏRTƏR RAYONUNDA KƏND TƏSƏRRÜFATI MƏHSULUNUN ÜMUMİ HƏCMİ 28,5 FAİZ ARTIB üçün şərhlər bağlıdır
2019-cu ilin birinci yarısında Tərtər rayonu üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 44 milyon 892,3 min manat təşkil etmişdir. Onun 26 milyon 594,1 min manatı və ya 59,2 faizi bitkiçilik məhsullarının, 18 milyon 298,7 min manatı və ya 40,8 faizi heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 28,5 faiz artmışdır.
TƏRTƏR RAYON
STATİSTİKA İDARƏSİ -
31İylKənd Təsərufatı TAXIL BİÇİNİ BAŞA ÇATIB üçün şərhlər bağlıdır
Bu ilin məhsulu üçün rayonda 7093,9 hektarda payızlıq buğda, 3814 hektarda arpa səpilmişdir. Ümumilikdə rayonun təsərrüfatlarında 10907,9 hektar sahəyə taxıl bitkisi səpilmişdir. Yemləmə gübrəsinin vaxtlı-vaxtında verilməsi, vegetasiya suvarılmasının aparılması, eləcə də xəstəlik və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri yerinə yetirilmişdir. Asif Mehdiyev, Fazil Vəliyev, İlkin Qurbanov, Mirzə Cümşüdov kimi bacarıqlı və səriştəli fermerlərimiz bu il taxılçılıq sahəsində yüksək məhsuldarlıq əldə etmişlər. Ümumilikdə rayonumuzda taxıl yığımı 42351,9 ton olmuş, ümumi məhsuldarlıq isə hektardan 38,8 sentner təşkil etmişdir. Ondan buğda üzrə yığılan məhsul 29481,9 ton, arpa üzrə isə 12870 ton olmuşdur.
Məhsulun yığım müddətində bacarıqlı və təcrübəli mexanizatorlardan Afiq Məmmədov, Səyəvuş Qənbərov, taxıl daşıyan sürücülərdən isə Cəlal Məmmədov, Maarif Sadıqov fərqlənmişlər.Arif BEHBUDOV,
Tərtər DAİM-in bitkiçilik sektorunun müdiri -
10İylKənd Təsərufatı TƏRTƏRDƏ RESPUBLİKA MÜŞAVİRƏSİ üçün şərhlər bağlıdır
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və onun strukturuna daxil olan Tərtər Bölgə Təcrübə Stansiyasının birgə təşkilatçılığı ilə Tərtər rayonunda “Suvarma şəraitində yeni taxıl sortları, texnologiyalar və nümunəvi əkinlərin nümayişi” mövzusunda respublika müşavirəsi keçirilib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının, Milli Aviasiya Akademiyasının alim və mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında aqrar sahədə əldə edilən uğurlardan danışıb, taxılçılığın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ölkə iqtisadiyyatında strateji sahələrindən biri olduğunu diqqətə çatdıraraq, müşavirənin əhəmiyyətini yüksək qiymətləndirib. Daha ətraflı » -
28İynKənd Təsərufatı TƏRTƏR RAYONUNDA 2019-cu İLİN MƏHSULU ÜÇÜN KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİ ƏKİNLƏRİNİN QƏTİ UÇOTUNUN YEKUNLARI üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2018-ci il 26 dekabr tarixli, 11/3 nömrəli qərarı ilə təsdiq edilmiş “2019-cu ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”na uyğun olaraq 2019-cu il iyunun 1-i vəziyyətinə rayon ərazisində dövlət və qeyri-dövlət kənd təsərrüfatı müəssisələri, həmçinin ailə kəndli və ev təsərrüfatları da daxil olmaqla bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir.
Hesabat məlumatlarına əsasən 2019-cu ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 26853,1 hektar olmuş və keçən illə müqayisədə 744,6 hektar və yaxud 2,9 faiz artmışdır.
Rayon üzrə əkin sahəsinin 11171,4 hektarını və yaxud 41,6 faizini dənli və dənli paxlalı bitkilərin, 6579,1 hektarını və yaxud 24,5 faizini texniki bitkilərin, 1561,8 hektarını və yaxud 5,8 faizini kartof, tərəvəz və bostan bitkilərinin, 7540,78 hektarını və yaxud 28,1 faizini yem bitkilərinin əkin sahələri təşkil etmişdir.
Dənli və dənli paxlalılar. Dənli və dənli paxlalı bitkilərin 7093,9 hektarı (63,5%) buğda, 3814,5 hektarı (34,1%) arpa, 175,5 hektarı dən üçün qarğıdalı, 4 hektarı darı, 45 hektarı noxud, 26,5 hektarı lobya, 11 hektarı soya və 1 hektarı qarabaşaq əkinlərindən ibarətdir.
Carı ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 554,5 hektar və yaxud 4,7 faiz , o cümlədən buğda əkini 451,7 hektar və yaxud 6 faiz, arpa əkini 196,2 hektar və ya 4,9 faiz azalmış, dən üçün qarğıdalı əkini 68,5 hektar və ya 64 faiz, noxud əkini 13,3 hektar və ya 42 faiz, lobya əkini 18,6 hektar və ya 3,4 dəfə artmışdır. 2019-cu ilin məhsulu üçün rayon üzrə ən çox dənli və dənli paxlalı bitkilər Şıxarx (1260 hektar), Qaraağacı (718,5 hektar), Hüsənli (659 hektar), Bəyimsarov (540 hektar), Hacıqərvənd (442 hektar) inzibati ərazi dairələrində əkilmişdir.
Dənli və dənli paxlalı bitkilərin əkin sahələrinin əsas hissəsini payızlıq dənli bitkilər təşkil edir. Belə ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş 11050,9 hektar sahədən 10902,4 hektar payızlıq dənli bitkilər, cari ilin yaz əkini dövrünün sonunadək salamat qalmışdı ki, bu da ümumi dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 97,6 faizinə bərabərdir. Payızlıq dənli bitkilərin 86 hektarı yem üçün istifadə edildikdən sonra yerinə yazlıq bitkilər əkilmiş, 62,5 hektarı isə yem üçün saxlanılmışdır. Daha ətraflı » -
28İynKənd Təsərufatı ƏRZAQ TƏHLÜKƏSİZLİYİ AQRAR SEKTORUN İNKİŞAFINDAN ASILIDIR üçün şərhlər bağlıdır
Müasir dövrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət üçün strateji xarakter daşıyır. Çünki ərzaq təhlükəsizliyi ölkənin siyasi və iqtisadi təhlükəsizliyinin ən mühüm tərkib hissələrindən olub dövlətin strateji maraqlarının qorunmasında böyük önəm daşıyır.
Aqrar sektorun inkişafında əsas amillər iqtisadi siyasətin əsas konturlarının dəqiq müəyyən edilməsi və islahatların düzgün aparılmasıdır. Azərbaycan hazırda daxili istehsal hesabına dənli bitkilərlə, quş əti ilə, ətlə, kərə yağı ilə, süd və süd məhsulları ilə, unla, şəkərlə, meyvə-tərəvəzlə təmin olunur. Respublikamız kənd təsərrüfatı məhsullarının istehsalındakı uğurları ilə idxalçıdan tədricən ixracçıya çevrilir.
Bölgələrdə yaşayan əhalinin əsas gəlir mənbəyi və güzəranı aqrar sektorun inkişafından asılıdır. Odur ki, dövlət tərəfindən kənd təsərrüfatında çalışanlara hər cür dəstək verilir. Bu gün kəndlərdə məhsul istehsalçıları torpaq vergisindən savayı bütün növ vergilərdən azad ediliblər. Onlar istifadə etdiyi yanacağa, sürtkü yağlarına görə dövlətdən subsidiya alırlar. İstehsalçılar müxtəlif toxum, damazlıq heyvanlarla pulsuz və ya güzəştli qiymətlərlə təmin edilirlər. Daha ətraflı » -
20İynKənd Təsərufatı “TƏRTƏR RAYONUNDA TAXIL BİÇİNİNİN, BARAMA TƏDARÜKÜNÜN, PAMBIQ VƏ ÇUĞUNDUR SAHƏLƏRİNDƏ BECƏRMƏ İŞLƏRİNİN GEDİŞİ VƏZİYYƏTİ BARƏDƏ” MÜŞAVİRƏ KEÇİRİLİB üçün şərhlər bağlıdır
Müşavirədə kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
Yerli icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, kənd təsərrüfatı mütəxəssislərinin, fermerlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bu müşavirədə rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışılıb.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Tərtər rayonunda uğurla icra olunur.
Diqqətə çatdırılıb ki, rayon ərazisində bu günə kimi 9447,7 hektar sahədə yazlıq əkin işləri aparılıb. Buğda və şəkər çuğunduru istehsalına görə ötən illər respublikada ön sıralarda gedən tərtərli əkinçilər bu il də yüksək məhsul əldə etməyi qarşılarına məqsəd qoyublar. Belə ki, 2018-ci ildə 7545,6 hektar buğda sahəsindən 30 min 984,4 ton, 859 hektar şəkər çuğunduru sahəsindən 29 min 928 ton məhsul əldə edilib. Buğdanın orta məhsuldarlığı 41,1 sentner, şəkər çuğundurunun orta məhsuldarlığı 378,1 sentner olub. Bu il isə 7087,9 hektar sahədə buğda, 682,5 hektar sahədə şəkər çuğunduru əkilib. Əkin və becərmə işləri aqrotexniki qaydalara düzgün əməl olunaraq aparıldığı üçün bu il də sahələrdə bol məhsul yetişdirilib. Daha ətraflı »
Yeni ismarıclar