Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen
    Kənd Təsərufatı HEYVANDARLIĞA MARAQ ARTIB üçün şərhlər bağlıdır

    Ölkə Prezidenti İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən qeyri-neft sektorunun inkişaf etdirilməsi heyvandarlıq sahəsində çalışan fermer və ailə fermer təsərrüfatı üzvlərinin bu sahəyə marağını qat-qat artırmışdır. Hazırda rayonumuzda 27 min 788 baş iribuynuzlu mal-qara bəslənilir. Onların 12 min 80 başı sağılan ana inəklərdir. Fərdi təsərrüfatlarda 60 min 141 baş xırdabuynuzlu heyvanlar vardır. Ötən illə müqayisədə iribuynuzlu malların sayı 625 baş artıb.
    Rayonumuzun maldarlıq sahəsində çalışan fermerlərindən öz işini yaxşı bilənləri çoxdur. Bəyimsarov kəndində yaşayan sahibkar Habil İbrahimovu hamı yaxşı, işbilən bir təsərrüfatçı kimi tanyır. Onun təsərrüfatında Almaniyadan gətirilən 250 baş cins mal-qara bəslənilir. Bunun 170 başı sağılan inəklərdir, qalan 80 başı isə damazlıq üçündür. Bu təsərrüfatda bəslənilən ana inəklərdən hər gün emal müəssisəsinə 2000-2200 kiloqram süd təhvil verilir. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Kənd Təsərufatı YEM TƏDARÜKÜ ƏSAS ŞƏRTDİR üçün şərhlər bağlıdır

    Heyvandarlığın inkişaf etdirilməsində əsas və başlıca məsələ bol yem tədarük etməkdir.
    Ərazimizdə maldarlıqla əsas məşğul olan fermerlər Qabil Əliyev və Rəhim Aslanovdur. Qabil 40 baş, Rəhim isə 45 baş mal-qara bəsləyir. Onların hər ikisi yaxşı bilir ki, bol yem tədarük etmədən mal-qara bəsləmək, onu inkişaf etdirmək mümkün deyil. Bu ilin yay mövsümündə Qabil 4 hektara yaxın yonca sahəsindən 2 mindən çox yonca kipi, 5 min saman kipi, 500-ə yaxın sorqo kipi bağlatdrıb. Bundan başqa 15 tondan çox arpa yemi tədarük edib.
    Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Kənd Təsərufatı BARAMAÇILIQ üçün şərhlər bağlıdır

    Rayonumuzun kümçüləri barama istehsalı sahəsində qazandıqları təcrübəni ildən-ilə zənginləşdirirlər. Əgər ötən il rayonda cəmi 4,6 ton barama tədarük olunmuşdursa, builki göstərici 10 tondan çoxdur.
    Cari ildə rayonda 290 qutu–4940 qram barama qurdu bəslənib. Ölkə başçısının tapşırığına əsasən rayonda bu gəlirli sahəni inkişaf etdirmək məqsədilə ilk növbədə baramaçılığın yem bazası yaradılmalıdır. Elə buna görə də son illər rayonun təsərrüfatlarında 125 mindən çox çəkil tingi əkilmişdir.

    Teqlər:

  • 20Sen
    Kənd Təsərufatı Bağçılıqda yeni üsul üçün şərhlər bağlıdır

    DAMLA İLƏ SUVARMA

    Seydimli kəndində sahibkar Nəsib Vəliyevi hamı yaxşı bir bağban kimi tanıyır. O, xeyli vaxtdır ki, xurma ağaclarını əkib-becərir. Becərdiyi 28 hektar xurma bağından hər dəfə nəzərdə tutulandan xeyli çox məhsul yığılır. Özünün dediyi kimi, təsərrüfatın digər sahələri kimi ağac əkib, bağ salıb onu becərmək, yaxşı məhsul götürmək də böyük zəhmət tələb edir.
    Artıq 6 ildir ki, bağlar bar verir. Hər hektardan ildə 8-10 ton məhsul yığılıb Bakı şəhərinin və eləcə də Rusiyanın bazarlarına yola salınır.
    Təsərrüfatında xeyli işçi qüvvəsi çalışır. Onlar ağacların suvarılmasında, diblərinin yumşaldılmasında, budama işlərində, məhsul yığımında və onun qablaşdırılmasında yaxından iştirak edirlər. Səməndər Əhmədov, Teymur Hacıyev, Vüqar İsmayılov və başqaları işlərinin öhdəsindən bacarıqla gəlirlər. İl boyu hər işçinin orta aylıq əmək haqqı 300 manatdan az olmur. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Kənd Təsərufatı PAMBIĞIN ŞÖHRƏTİ ÖZÜNƏ QAYTARILIR üçün şərhlər bağlıdır

    Bu il kəndimizdə 25 hektar sahədə pambıq becərilib.
    Bu sahədə yaxşı təcrübəsi olan fermerlərdən Rəşad Məmmədov 15, Məhiyəddin Məmmədov 2,5, Xamis Əsgərov 2,28, Malik Quliyev 2,6 hektar sahədə “ağ qızıl” becəriblər. Sahələrə aqrotexniki qaydalar əsasında qulluq edildiyi üçün bitkilərin inkişafı normaldır.
    Cərgəaralarına 3 dəfə kultivasiya çəkilib, hektara 250 kq hesabı ilə azot gübrəsi verilib. Bitkilərə qayğı ilə qulluq edildiyi üçün tarlalardan bol məhsul gözlənilir. Daha ətraflı »

    Teqlər: