Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn
    Kənd Təsərufatı Tərtərdə nümayiş-seminar keçirilib üçün şərhlər bağlıdır

    Taxılçılıqda yeni sortlar və  innovativ becərmə texnologiyaları

    Kənd Təsərrüfatı Nazirliyinin və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə İnstitutun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni sortlar və innovativ becərmə texnologiyaları” mövzusunda seminar keçirilib. Seminarda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bəzi özəl şir-kətlərin təmsilçiləri və ətraf kəndlərdə taxılçılıqla məşğul olan bəzi fermerlər iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq, seminarın işinə uğurlar arzulayıb, aqrar sahədə əldə olunan uğurlardan, strateji məhsul olan taxılçılığın inkişafı ilə bağlı rayonda görülən işlərdən danışıb.
    Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov çıxışında ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində məhsuldar və keyfiyyətli yeni taxıl sortlarının əhəmiyyətini vurğulayıb. Mövzu ətrafında çıxış edən İmran Cüm-şüdov son illərdə baş verən iqlim dəyişikliyi fonunda taxılçılıqda risklərin artmasına və fermerlərin taxıl sortlarına olan tələb-lərinin dəyişilməsinə toxunub. O bildirib ki, yüksək məhsuldarlıqla yanaşı fermerlər sortun həm də quraqlığa davamlı və tezyetişən olmasını arzulayırlar. Natiq çıxışına davam edərək taxılçılıqda resurslara qənaət etmək üçün yeni və innovativ becərmə texnologiyalarına keçidin zəruriliyinə diqqət çəkib. Daha ətraflı »

  • 10İyn
    Kənd Təsərufatı Baramaçılara tövsiyələr verilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirinin müavini Sarvan Cəfərov və nazirliyin əməkdaşları rayonun Seydimli, Hacıqərvənd və digər kəndlərində kümçülərlə görüşmüş, baramanın saxlanılması şəraiti ilə maraqlanmış, kümçülərə öz tövsiyələrini vermişlər.

  • 06May
    Kənd Təsərufatı Tərtər rayonunda kənd təsərrüfatı məhsulunun ümumi həcmi artıb üçün şərhlər bağlıdır

    2022-ci ilin yanvar-mart ayları ərzində Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9067.8 min manat təşkil etmişdir. Məhsul buraxılışı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 0.7 faiz artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

  • 20Apr
    Kənd Təsərufatı ÇÖRƏK TƏKNƏMİZİN BOŞ QALMAMASI ÜÇÜN üçün şərhlər bağlıdır

                                                      Tərtər taxılçıları bütün imkanlarını səfərbər ediblər

    Çörək dünyada yaşayan bütün xalqlar üçün müqəddəs nemətdir. Azərbaycan xalqı da istisna deyil. Bizdə də çörək müqəddəs və əvəzsiz nemət sayılır. Yerə düşmüş çörəyi götürüb öpərək gözümüzün üstünə qoyan, ona and içən biz deyilikmi?!
    30 ildən artıq bir müddətdə torpaqlarımızın 20 faizdən çoxu işğal altında olduğu və bu gün də onların minalardan təmizlənməsi işi davam etdiyinə görə ölkəmiz özünü tam şəkildə bu qiymətli ərzaq məhsulu ilə təmin edə bilmir. İndiyədək taxılı əsasən Rusiyadan və Ukraynadan idxal etmişik. Hazırda bu ölkələr arasında baş verən məlum hadisələr üzündən biz öz ölkəmizdə taxıl istehsalına daha ciddi fikir verməli, mövcud əkin sahələrinin məhsuldarlığını artırmalıyıq.
    Hazırda taxıl əkinlərinin becərilməsi davam edir. Tərtər Rayon Aqrar İnkişaf Mərkəzinin əməkdaşları vaxtaşırı fermerlərlə görüşür, onlara məsləhətlər verir, həmçinin mərkəzdə mütəxəssislərin iştirakı ilə seminarlar təşkil edirlər.
    Keçən ilin məhsulu üçün rayonda 8800 hektar sahədə taxıl toxumu əkilmişdi. Bunun 5295 hektarı buğdanın, 3505 hektarı isə arpanın payına düşürdü. Ötən il rayon üzrə məhsuldarlıq 40,6 sentner olmaqla hər hektardan 42,9 sentner buğda, 37,9 sentner arpa götürülüb. Daha ətraflı »

  • 18Fev
    Kənd Təsərufatı Heyvandarlıq inkişaf edir üçün şərhlər bağlıdır

    Tərtər rayonunda heyvandarlıq stabil inkişaf edir. 2021-ci ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmində heyvandarlığın xüsusi çəkisi 2020-ci ilə nisbətən 3,3 faiz artaraq 41 faiz təşkil etmişdir.
    1 yanvar 2022-ci il tarixə rayonda 30143 baş qaramal, 43508 baş qoyun-keçi, 230 min 856 baş müxtəlif növ quşlar mövcud olmuşdur. Əvvəlki ilə nisbətən irimalın baş sayı 743 baş, ana malın baş sayı 276 baş artmışdır. Malqaranın ümumi sayında əhalidə olan mal-qaranın xüsusi çəkisi iribuynyzlu mal-qarada 99,3 faiz, qoyun və keçilərdə 95 faiz təşkil edir.
    2021-ci ildə rayonda diri çəkidə 3403,1 ton ət, 22 min 419,4 ton süd, 14 milyon 190 min ədəd yumurta istehsal edilmiş və 100,1 ton qoyun yunu qırxılmışdır. 2020-ci ilə nisbətən diri çəkidə ət istehsalı 650,3 ton və ya 23,6 faiz, süd istehsalı 354,3 ton və ya 1,6 faiz, yumurta istehsalı 170 min ədəd və ya 1,2 faiz artmışdır.
    Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da müham rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2021-ci il ərzində rayonda süni mayalanma yolu ilə 2861 baş inək və düyə mayalandırılmışdır. Süni mayalanma yolu ilə 1137 baş cinsi yaxşılaşdırılmış buzov doğulmuşdur. Mayalanma zamanı əsasən “Hişteynfriz” və “Simmental” cinslərdən olan buğaların toxumlarından istifadə edilir.

    Rayon Statistika İdarəsi

  • 18Fev
    Kənd Təsərufatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır

    TİNG YETİŞDİRİLİR

    Ordumuzun şanlı Qələbəsi xalqımıza öz qürurunu qaytarmaqla yanaşı, həm də yaxın keçmişdə “cəbhəyanı” adlanan kəndlərin həyatında böyük dəyişikliklər yaratdı. Belə ki, bizim Qaraağacı kəndi 30 ildən çox bir müddətdə dəfələrlə ermənilər tərəfindən atəşə məruz qalır, insanlar şəhid olur, yaralanırdılar. Kənd təsərrüfatı işləri ilə məşğul ola bilmirdik, çünki namərd qonşular dinc zəhmətlə məşğul olan insanların həyatına təhlükə yaradırdılar.
    Şükürlər olsun ki, dövlət başçısının “dəmir yumruğu” və Azərbaycan oğulla-rının qəhrəmanlığı sayəsində cəmi 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu, o cümlədən “cəbhəyanı” adlanan kəndlərimizdə əmin-amanlıq yarandı.
    Vaxtilə əli işdən soyuyan insanlar indi böyük həvəslə öz torpağında əkib-becərir, ailəsinin ruzisini qazanırlar.
    Mən özüm 5 hektar torpaqda ting becərilməsi ilə məşğul oluram. Əsasən alma, gilas, armud, şaftalı, xurma və xarici tinglər yetişdiririk. Hər mövsümdə Şəmkir, Göyçay, Xaçmaz, Ağcabədi və digər rayonların bazarlarına 50-60 min ting göndəririk. Yetişdirdiyimiz ağac tingləri bu rayonların fermerləri tərəfindən bəyənilir və həvəslə alınır.
    Əlbəttə, hər bir sahədə olduğu kimi, bizim işimizin də öz çətinlikləri var. Tingləri əsasən toxum, çilik və meşə cırlarından əldə edirik. Təcrübəli işçilər göz calağını keyfiyyətlə yerinə yetirirlər. Daha ətraflı »

  • 10Fev
    Kənd Təsərufatı 2021-ci ildə rayonumuzda sənayenin əsas yekunları üçün şərhlər bağlıdır

    2021-сi ildə rayonun sənaye sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri və fiziki şəxslər tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 2020-ci ilə nisbətən 11.8 faiz artaraq 12384.2 min manat təşkil etmişdir. Sənaye məhsulunun 856.6 min manatı və ya 6.9 faizi mədənçıxarma, 5744.4 min manatı və ya 46.4 faizi emal, 4273.2 min manatı və ya 34.5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1510 min manatı və ya 12.2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
    Sənayedə qeyri-dövlət sektorunun payı 50.9 faiz olmuşdur. Ümumi istehsalın 6842 min manatı və ya 55.2 faizi sənaye mallarının (əmtəələrin), 5542.2 min manatı və ya 44.8 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır.
    İstehsal olunmuş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 7.1 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
    2021-сi ildə sənaye sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki illə müqayisədə 22.2 faiz artaraq 6021.8 min manat təşkil etmişdir. Ödənişli xidmətlərin 5154.6 min manatı və ya 85.6 faizi sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 867.2 min ma-natı və ya 14.4 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində olmuşdur.

    Tərtər Rayon Statistika İdarəsi

  • 30Sen
    Kənd Təsərufatı UĞURLAR ZƏHMƏTDƏN KEÇİR üçün şərhlər bağlıdır

    Bilirik ki, 2020-ci il bütün xalqımız üçün daha bir sınaq ili oldu. Həm COVİD-19 pandemiyası ilə mübarizə, həm də 44 günlük Vətən müharibəsi xalqımızın necə əzmkar olduğunu bir daha göstərdi. Amma zəhmətkeş insanların işə olan həvəsi zəifləmədi. Bu sınaqlardan üzüağ çıxmağı bacaran xalq öz normal həyatına qayıtdı. Müharibə zamanı şəhərlərə, kəndlərə, infrastruktura və təsərrüfatlara dəymiş ciddi ziyan tədricən bərpa olunmağa başlandı. Müharibə dövründə də əlləri işdən soyumayan təsərrüfatçılar öz fəaliyyətlərini davam etdirdilər.
    Dövlət-xalq birliyi Azərbaycanın işıqlı gələcəyini şərtləndirir. Tərtər rayonunun timsalında da bu birliyi əyani şəkildə görə bilərik. Qəhrəman tərtərlilər də həmişə olduğu kimi dövlətə və dövlətçiliyə sadiq olduqlarını, Vətəni və Torpağı öz canlarından da çox sevdiklərini 44 günlük Vətən müharibəsi ərzində də sübuta yetirdilər. Ali Baş Komandana və Orduya güçlü inamın nəticəsi idi ki, burada hər kəs arxayın şəkildə öz işi ilə məşğul olurdu. Ələlxüsus təsərrüfat adamları.
    Möhtərəm Prezident ölkəmizin ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. Onun bəyan etdiyi kimi “hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və dayanıqlı tərəqqiyə nail olmaqla Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”.
    Bu gün fəxrlə deyə bilərik ki, ölkəmizin hər bir rayonunda bütün sahələr üzrə ailə fermer təsərrüfatları inkişaf etməkdədir. Tərtər rayonunda da belə fermer təsərrüfatları mövcudur. Həmin fermerlərdən biri – Qurbanov Emin Fərman oğludur.
    Əməkdaşımız Elfuzə Vəliyeva onunla görüşüb söhbət etdmişdir.
    – Emin müəllim necə oldu ki fermer təsərrüfatı yaratmağı qərara aldınız?
    Bizim uşaqlığımız kənddə keçib. Daha ətraflı »

  • 20Sen
    Kənd Təsərufatı PAMBIĞIN ÇOXU KOMBAYINLARLA YIĞILACAQ üçün şərhlər bağlıdır

    Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər gərgin zəhmət bahasına yetişdirdikləri məhsulun yığımına hazırlaşırlar. Tərtər pambıqçıları əvvəlki illərdə olduğu kimi bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.
    Bu il rayon ərazisində 3440 hektarda çiyid səpini həyata keçirilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib.
    Rayonda pambıq yığımına hazırlıq işləri demək olar ki, başa çatıb. Kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilib, digər zəruri aqrotexniki və təşkilati tədbirlər Daha ətraflı »

  • 10Sen
    Kənd Təsərufatı Pambıq tarlalarında üçün şərhlər bağlıdır

                                                                           BOL MƏHSUL GÖZLƏNİLİR

    Pambıq universal və texniki bitki olaraq onun böyük xalq təsərrüfatı əhəmiyyəti vardır. Pambığın əhəmiyyəti onun lifverən bitkilər içərisində əsas yer tutmasını təmin edir. Uzun illər ərzində dünyanın toxuculuq sənayesinin istifadə etdiyi lifin 70-80%-ə yaxını pambıqdan alınırdı. Pambıq toxuculuq sənayesində əsas xammal sayılır. Bu bitkinin rayonumuzda əkilməsi ənənəvi bir formaya çevrilib. Bu il Tərtər rayonunda ötən ilə nisbətən 450 hektar artıq ərazidə pambıq əkininin işləri aparılıbdır.Yəni ötən il rayonun təsərrüfatlarında 2981 hektar pambıq əkilmişdirsə, bu il isə hal-hazırda rayonumuzda 1104 nəfər istehsalçı fermer tərəfindən ərazilərdə 3439 hektar pambıq sahəsi əkilmişdir. Bu il MKT Tərtər filialında 1809 hektar, Azərpambıq Tərtər filialında 1630 hektar fermerlərlə müqavilə əsasında pambıq əkininin təminatı işləri yerinə yetirilib. Sahələrdə alaqlara, mənənəyə, çora, pambıq sofkasına, boy tənzimləyicisinə qarşı hər iki şirkətdə Daha ətraflı »