Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16İyl
    Kənd Təsərufatı HƏDƏF: YÜKSƏK MƏHSULDARLIQ üçün şərhlər bağlıdır

    Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri becərmə işlərini uğurla davam etdirirlər. Tərtər pambıqçıları əvvəlki illərdə olduğu kimi, bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.
    Bu il rayon ərazisində 3440 hektarda çiyid səpini həyata keçirilib. “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə müqavilə bağlayan fermerlər becərmə işlərini davam etdirirlər. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlərin nəticəsində yaxşı bitiş alınıb. Bu isə 2021-ci təsərrüfat ilində də məhsuldarlığın yüksək olacağından xəbər verir.
    Ötən il pambıq yığımı dövründə rayon ərazisi artilleriya atəşinə məruz qalsa da, yüksək məhsuldarlığa nail olunub. Bu il məhsuldarlığın daha da yüksək olacağı gözlənilir: Ötən il tarlalardan 7173,72 ton məhsul tədarük olunub. Bu isə bir hektar üçün orta hesabla 41,44 sentner məhsuldarlıq deməkdir. Hazırda düşmənin atəşi nəticəsində filiala dəyən ziyan aradan qaldırılır. Daha ətraflı »

  • 07May
    Kənd Təsərufatı BARAMAQURDU TOXUMU PAYLANILDI üçün şərhlər bağlıdır

    Ölkə rəhbəri cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində Tərtər rayonunda da müntəzəm surətdə bu istiqamətdə işlər davam etdirilir, baramaçılığın keçmiş şöhrətinin qaytarılması üçün mühüm addımlar atılır. Rayonda ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyinin nəticəsində respublikamızda barama istehsalı ildən-ilə artır.
    Ötən il Tərtər rayonunda 12,1 ton barama istehsal edilmişdir. Bu il isə Qax rayon Damazlıq İpəkçilik stansiyasından 350 qutu barama qurdu gətirilərək kümçülərə paylanması təmin edilmişdir. Rayonun 30 kəndində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilmiş, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanmışdır.
    Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verəcəkdir.

     

  • 26Fev
    Kənd Təsərufatı MAARİFLƏNDİRMƏ TƏDBİRİ üçün şərhlər bağlıdır

    Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə icra olunan “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri Tərtər rayonunda keçirilib.
    Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri Baytarlıq ElmiTədqiqat İnstitutunun alimləri ilə birgə Bəyimsarov kəndindəki heyvandarlıq təsərrüfatında və İrəvanlı kəndindəki quşçuluq təsərrüfatında “Kənd təsərrüfatı heyvanlarının və quşlarının mövsümi xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri” mövzusunda elmi praktiki seminar keçiriblər. Pandemiya şəraitinin tələblərinə əməl etməklə keçirilən tədbirdə heyvandarlıq üzrə fəaliyyət göstərən fermer və aqrar sahə mütəxəssisləri, həmçinin Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun nümayəndəsi iştirak ediblər.
    Mütəxəssislər bölgə fermerlərinə dəstək məqsədi ilə iribuynuzlu və xırdabuynuzlu heyvanların, quşların mövsümi xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri barədə geniş məlumatlar veriblər. Daha ətraflı »

  • 26Fev
    Kənd Təsərufatı 2021-ci İL YANVARIN 1-i VƏZİYYƏTİNƏ TƏRTƏR RAYONUNDA HEYVANLARIN, QUŞLARIN VƏ ARI AİLƏLƏRİNİN TAM UÇOTUNUN ALINMASININ YEKUNLARI HAQQINDA üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq 2021-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində heyvanların, quşların və arı ailələrinin tam uçotu aparılmışdır.
    Uçotla rayonun bütün kənd təsərrüfatı müəssisə və təşkilatları, eləcə də kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının hamısı, şəhər və qəsəbələrdə isə yalnız mal-qarası olan ev təsərrüfatları əhatə edilmişdir. Beləliklə, rayon üzrə müxtəlif təşkilati-hüquqi formalı 13772 uçot vahidi sorğuya cəlb olunmuşdur.
    Ayrı-ayrı mal-qara növləri üzrə heyvandarlığın baş sayının əvvəlki illə müqayisədə dəyişilməsi aşağıdakı kimi olmuşdur:
    İribuynuzlu mal-qara. 2021-ci il yanvarın 1-i vəziyyətinə rayonda 29400 baş iribuynuzlu mal-qara, o cümlədən 12439 baş inək və camış olmuş və onların sayı il ərzində müvafiq olaraq 0.9 və 0.8 faiz azalmışdır. Iribuynuzlu mal-qaranın sayı 2017-ci il yanvarın 1-nə nisbətən 2623 baş və ya 9.8 faiz, 2019-cu il yanvarın 1-nə 880 baş və ya 3.1 faiz artmış, 2020-ci il yanvarın 1-nə nisbətən 267 baş və ya 0.9 faiz azalmışdır. Daha ətraflı »

  • 10Fev
    Kənd Təsərufatı TƏLİM KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Tərtər rayonunun İrəvanlı kəndində tarla şəraitində təlim keçirilib. Pandemiya dövrünün tələblərinə uyğun olaraq, 10 nəfərə qədər fermer və aqrar mütəxəssisin iştirak etdiyi təlimdə məqsəd payızlıq əkinlərə qulluğun səmərəliliyini yüksəltmək üçün fermerləri məlumatlandırmaq, həmçinin yazlıq əkinlərə hazırlıq işləri ilə əlaqədar görüləcək aqrotexniki tədbirlərin gecikməməsi üçün mütəxəssis tövsiyələrini vermək olub.
    Təlimçi Bayram Əliyev “Taxıl əkinlərində xəstəlik və zərərvericilərə, siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda çıxış edib.
    Mərkəzin baş aqronomu Alim Əliyev dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi, yemləmə gübrələrinin verilməsi, birləpəli və ikiləpəli alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunmasından bəhs edib.
    Sonda Fermerləri maraqlandıran suallar cavablandırılıb.

  • 28Yan
    Kənd Təsərufatı YENİ MEYVƏ BAĞLARI üçün şərhlər bağlıdır

    Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. Rayon Statistika İdarəsindən bildiriblər ki, Tərtərdə 1579,5 hektar meyvə bağları və giləmeyvəlik, 10,1 hektar üzümlüklər var. Meyvə bağları və giləmeyvəliklərin 1312,2 hektarı bar verəndir. Həmin bağlardan 2020-ci ildə 13 min 210,8 ton meyvə və giləmeyvə, 343 ton üzüm yığılıb. Hər hektardan orta məhsuldarlıq meyvə və giləmeyvə üzrə 100,7 sentner, üzüm üzrə 339,6 sentner olub.
    Ötən il 71,7 hektar sahədə yeni meyvə bağları, o cümlədən 62 hektarda şaftalı, 6,2 hektarda xurma, 2 hektarda fındıq, 1 hektarda alça, 0,2 hektarda ərik, 0,3 hektarda gilas bağı salınıb. Yeni sa­­­lınmış meyvə bağlarının 62 hektarı intensiv meyvə bağlarıdır. 2020-ci ildə rayonun təsərrüfatlarında 1 milyon 683 min 60 ədəd meyvə tingi, 62 min 700 ədəd dekorativ bitki tingləri yetişdirilib.

  • 28Yan
    Kənd Təsərufatı QIŞ MÖVSÜMÜNDƏ RAYONUMUZDA KƏND TƏSƏRRÜFATI İŞLƏRİ üçün şərhlər bağlıdır

    Hazırda rayonumuzda kənd təsərrüfatı sahəsində aparılan işlər günü-gündən sürətlənir. Tarlalarda payız mövsümündə görülən işlər başa çatmışdır. Bu günə qədər rayonumuzda 8790.2 ha ərazidə taxıl əkinlərinin səpin işləri aparılıb. Ondan buğda 5285 ha, arpa isə 3505.2 ha ərazini əhatə edir. Bununla yanaşı, fermerlərimiz öz təsərrüfatlarında payız mövsümündə 892 ha təzə yonca bitkisi və qışlama dövrü keçirilən əkinlər də daxil olmaqla 23 ha soğan, 5 ha sarımsaq bitkisinin səpin işlərini görüblər. Rayonda taxıl əkinləri səpini başlayan kimi təsərrüfatlarda dərhal səp-suvarma işləri də görülübdür. Havaların əlverişli keçməsindən istifadə edilərək, təsərrüfat sahibləri ərazilərdə olan artezianların köməyi ilə və həm də Tərtər çayından gələn su ilə 8640 ha ərazidə taxıl əkinlərinin bitiş suvarmasını yeri-nə yetiriblər. Bununla yanaşı pambıq, Daha ətraflı »

  • 21Sen
    Kənd Təsərufatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

                                                                                                  ÖZ İŞİNİN AĞASI OLMAQ

                                                 GƏNC FERMER AQŞİN NEMƏTOV: “MƏN ÖZ QAZANCIMI BU SAHƏDƏ TAPMIŞAM VƏ                                                                                                         BU İŞİ GÖRMƏK ÜÇÜN KİMSƏ MƏNƏ GÖSTƏRİŞ VERMİR”

    Çalışırıq ki, hər həftə sizin görüşünüzə yeni bir zəhmət adamı, halal əməyi ilə kənd təsərrüfatını şəxsi qazanc, biznes mənbəyinə çevirən bir vətəndaşla gələk. Rubrikamızın əsas məqsədi də kənd təsərrüfatına marağı artırmaq, dövlətimizin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və önəmə dəstək olmaqdır. Əgər biz təbii sərvətlərlə dolu torpaqlarımızı əkib-becərsək, gənc nəsildə kənd tə-sərrüfatı sahəsinə marağı artıra bilsək, bununla ölkəmizin də maddi ehtiyatlarına qatqı vermiş olarıq. Bu sahədə əmək qoyan təsərrüfatçılarımızdan biri də Tərtər rayonunda əkinçilik və maldarlıqla məşğul olan Aqşin Nemətovdur. Rubrikamızın bu dəfəki qonağı olan Aqşin Nemətov təsərrüfat biznesini öz zəhməti və alın təri ilə qurub yaradan insanlardandır.

    “Hərbi xidmətdən gələndən təsərrüfatla məşğulam”

    – Aqşin bəy, əvvəlcə bir qədər özünüz haqda məlumat verin.
    – Mənim 27 yaşım var, Tərtər rayonunun İsmayılbəyli kəndində dünyaya gəlmişəm.
    – Neçə vaxtdır, kənd təsərrüfatı ilə məşğul olursuz?
    – 2013-cü ildə hərbi xidməti başa vurub qayıtdım. Daha ətraflı »

  • 28Avq
    Kənd Təsərufatı Qabaqcıl fermerlər üçün şərhlər bağlıdır

                                                                 KİŞİ TƏPƏRLİ QADIN

    Bu qadını 80-ci illərdən tanıyırdım. Elə beləcə dilli-dilavər, qoçaq, işgüzar, üzündən mehribançılığı əskik olmayan, sadə, təvazökar. Əvvəllər tez-tez rastlaşardıq. Görünür bu işimizin xüsusiyyətindən irəli gəlirdi. Mən rayon icraiyyə komitəsində yetkinlik yaşına çatmamışların işləri üzrə komissiyanın məsul katibi, o isə kənd sovetinin katibi işləyirdi. O, illər hər birimiz üçün məsuliyyətli və qayğısız illəriydi. İşləməkdən yorulmazdıq, əksinə, işimizdən zövq alardıq. Çünki gənciydik, gördüyümüz hər bir işi gənclik enerjisi ilə yerinə yetirərdik. Artıq o illər arxada qalıb. Ömrün payızına doğru aparan illər bizi də dəyişdirib, bir az həlimləşmişik, bir az da yorğunlaşmışıq.
    Redaksiyanın iş planına əsasən bir fermerdən yazmaq istəyirdim. Daha ətraflı »

  • 28Avq
    Kənd Təsərufatı SU GÜNÜN AKTUAL PROBLEMİDİR üçün şərhlər bağlıdır

    Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibəyə qədər Aran
    Qarabağın rayonlarını əhatə edən 97 min hektar məhsuldar torpağın suvarılması Tərtərçay üzərində qurulmuş Sərsəng, Madagiz su anbarları, sağ və sol sahil magistral kanalları vasitəsilə həyata keçirilirdi. 25 ildən artıqdır ki, su anbarlarının işğal altında olması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarında əkinlərin suvarma suyu ilə təminatında çətinliklər ya-radıb. Odur ki, dövlətimiz tərəfindən həmin ərazilərdəki əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür. Daha ətraflı »