Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt
    Sosial 265 QAZİ VƏ ŞƏHİD AİLƏSİ ÜZVÜ ÖZÜNƏ MƏÇĞULLUQ PROQRAMINA CƏLB EDİLİB üçün şərhlər bağlıdır

    Tərtər rayonuna təşkil olunan mediaturda iştirak edən jurnalistlər rayonda yaradılan kiçik təsərrüfatlarla tanış olublar. Məlumat verilib ki, Tərtər rayonu üzrə bu il həssas əhali qruplarına aid 265 şəxs özünüməşğulluq proqramına cəlb edilib.

     

  • 11Avq
    Sosial İŞGÜZAR VƏ SƏMİMİ MÜHİT üçün şərhlər bağlıdır

    Bu günlərdə bir işlə əlaqədar 42 saylı yol istismarı idarəsinə getmişdim. Hər şeydən əvvəl burada sağlam və mehriban bir mühitin şahidi oldum. Xatırladım ki, illər öncə də – 30 il bundan əvvəl bu təşkilatın fəaliyyəti ilə bağlı bir məqalə yazmışdım. Hətta orada olarkən bəzi işçilər həmin yazımı xatırladılar. Fikirləşdim ki, bu gün həmin müəssisənin gördüyü ağır zəhmət tələb edən işlərdən yazsam, yerinə düşər. Odur ki, müəssisənin rəhbəri ilə əlaqə saxladım. Öyrəndim ki, müəssisənin rəhbəri uzun müddət yol istismarı sahəsində, həm Tərtər rayonunda, həm də ətraf rayonlarda rəhbər vəzifələrdə çalışan Əliqulu Bayramovun oğlu Ramin Bayramovdur. Hətta burada elə işçilər var ki, Əliqulu müəllimlə xeyli müddət bir yerdə işləyiblər.
    Ramin Bayramovdan müəssisənin gördüyü işlər barədə soruşdum. Böyük fəxrlə əvvəl rəhbəri olduğu kollektiv üzvülərindən, sonra isə gördükləri işlərdən söz açdı. Ramin müəllimin söhbətindən məlum oldu ki, o bir rəhbər kimi hər bir işçini öz xasiyyətinə uyğun qəbul etməyi, öz dili ilə dindirməyi bacarır və bundan da məmnunluq duyur. Hətta maraqlı bir məsəl də çəkdi. Daha ətraflı »

  • 31May
    Sosial AGDAM ŞƏHƏRİNİN İNFRASTRUKTURU TAMAMİLƏ BƏRPA OLUNACAQ üçün şərhlər bağlıdır

    28 May 2021- ci il tarixində ölkə Prezidenti cənab İlham Əliyev Ağdam şəhərinə səfər etmişdir. Dövlət başçısının səfəri zamanı etdiyi çıxışlarında işğaldan azad olunmuş bütün ərazilərin Baş plan əsasında bərpa olunacağı qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Ağdam şəhərinin Baş Planı təsdiq ediləcək və onun əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır.Həmçinin, Ağdam rayonunun tanınmış şəxslərinin də Baş Planla tanış olacağı və onların təkliflərinin də nəzərə alınacağı qeyd edilmişdir.

    Ölkə rəhbərinin səfəri zamanı Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyuldu. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Eyni zamanda Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Bərdə-Ağdam Daha ətraflı »

  • 20May
    Sosial YENİ İŞ YERLƏRİ AÇILIB üçün şərhlər bağlıdır

    2021-ci ilin yanvar-mart aylarında rayonda 22 yeni iş yeri açılmışdır. Yeni açılmış iş yerlərindən 5-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 2-si mövcud müəssisə və təşkilatlarda, 15-i isə digər tədbirlər üzrə (beynəlxalq və yerli layihələr, mövsümü, abadlıq işləri və s.) sahələrdə olmuşdur. Bundan başqa 223 yeni fərdi sahibkarlıq subyekti yaradılmışdır.
                                                                                                  Tərtər Rayon Statistika İdarəsi

  • 11Mar
    Sosial 2020-ci İLDƏ TƏRTƏR RAYONUNDA 744 YENİ İŞ YERLƏRİ AÇILIB üçün şərhlər bağlıdır

    2020-ci ildə Tərtər rayonunda 744 yeni iş yerləri açılmışdır. Açılmış iş yerlərinin 58-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 199-u mövcud müəssisə və təşkilatlarda, 487-i digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, mövsümü, abadlıq işləri və s.) olmuşdur. Bundan başqa 2020-ci il ərzində yeni yaradılmış sahibkarlıq subyektlərinin sayı 1562 olmuşdur.
                                                                                                          Tərtər Rayon Statistika idarəsi

  • 19Fev
    Sosial “ŞƏHİD AİLƏLƏRİNƏ QAYĞI” AKSİYASI DAVAM EDİR üçün şərhlər bağlıdır

    YAP Tərtər rayon təşkilatı «Şəhid ailələrinə qayğı» aksiyası çərçivəsində rayon təşkilatının üzvləri Vətən müharibəsində rayonun Səhlabad kəndindən Şəhid Ağayev İntiqam Hüseyn oğlunun, Aslanlı Orxan Şahmar oğlunun və Hacıqərvənd kəndindən Mirzəli Rəşad Hafiz oğlunun ailəsini ziyarət edərək, şəhidlərimizin valideynləri, ailə üzvləri ilə səmimi söhbət apardılar, Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda igidliklə döyüşüb şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarını dərin hörmət və ehtiramla yad etdilər.

    Hər üç şəhid göstərdikləri qəhrəmanlıqlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən «Cəsur döyüşçü» medalı ilə təltif olunmuşdur. Daha ətraflı »

  • 19Fev
    Sosial Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

                      TƏRTƏRDƏ MÜHARİBƏ ZAMANI EVLƏRƏ DƏYMİŞ ZİYAN ARADAN QALDIRILIR

    44 günlük savaşda Tərtərin 40 yaşayış məntəqəsinə 21 raket, 16 mindən çox artilleriya mərmisi atılmışdır
    İkinci Qarabağ müharibəsi milli dövlətçilik və hərb tariximizin şanlı və qürurverici səhifəsinə çevrilmişdir. Bu müqəddəs savaşda qazanılan parlaq qələbə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz sərkərdə qüdrətinin, doğma vətənini canından artıq sevən Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində gerçəkləşmişdir. Xalq və ordunun sarsılmaz vəhdəti dəmir yumruğa çevrilib məkrli düşməni darmadağın etmişdir.
    İndi qarşıda duran vəzifə müharibənin vurduğu yaraları qısa zamanda sağaltmağa nail olmaqdır. Çünki müharibə kəndlərimizi, şəhərlərimizi dağıdıb viran qoymuşdur. Müharibədə həmçinin nə qədər vətən sevdalı oğullarımız şəhid olmuş, nə qədər igidimiz sağlamlığını itirib qaziyə çevrilmişdir. Məmnunluq doğurur ki, dövlət başçısı İlham Əliyevin böyük qayğısı sayəsində şəhid ailələri və Qarabağ qaziləri dövlətin və millətin ali ehtiram ünvanına çevrilmişdir. Daha ətraflı »

  • 28Yan
    Sosial ƏLİLLƏRƏ EVLƏR VERİLDİ üçün şərhlər bağlıdır

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Tərtər rayonunun Seydimli kəndində yeni tikilmiş fərdi yaşayış evləri 1-ci Qarabağ Müharibəsinin əlilləri, vəfat etmiş İmanov Zahid Cavad oğlunun həyat yoldaşı Seydimli kənd sakini İmanova Zənifə Məyiş qızına, Tərtər şəhər sakinləri Axundov Xanlar Nazim oğluna, Quluyev Mətləb Valeh oğluna təqdim edilmişdir.
    Evlərin təqdim edilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi düşdü. 30 ilə yaxın erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildi. Təqvimə ölkə rəhbərinin Sərəncamı ilə daha bir bayram-Zəfər günü əlavə edildi. Daha ətraflı »

  • 08Yan
    Sosial ƏLİLLİK, ŞƏHİD STATUSLARI VƏ ƏMƏK PENSİYALARI HAQQINDA üçün şərhlər bağlıdır

    Müharibə ilə əlaqədar əlillik təyinatı aparılanlar:
    1.ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar (ARƏBM)
    2.hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (HXVYY)
    Müharibə ilə əlaqədar əlillik təyinatı üçün tələb olunan sənəd:
    Xəstəlik haqqında Şəhadətnamə- hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirilir və xəstəliyin, yaralanmanın və zədənin yuxarıdakı səbəblərdən biri ilə əlaqəsini təsbit edir.
    Göndəriş (forma 88) – öncəki sənəd əsasında müharibə səbəbilə göndəriş rəsmiləşdirilir (elektron) və şəxsin orqanizminin sağlamlıq vəziyyəti, müalicələr, müayinələr və digər tibbi məlumatlar qeyd edilir.
    Müraciət edilən dövlət qurumu:
    Xəstəlik haqqında Şəhadətnamə üçün- Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası və ya digər hərbi həkim komissiyaları (xidmət keçdiyi orqandan asılı olaraq).
    Göndəriş (forma 88) üçün – şəxsin qeydiyyatda olduğu və yaxud xidmət keçdiyi qurumun tibb müəssisəsi tərəfindən rəsmiləşdirilir. Daha ətraflı »

  • 03İyn
    Sosial ƏRZAQ YARDIMI DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, Tərtər şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yardımlar göstərilir.
    Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Heydər Əliyev Fondunun, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyevin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin, Türk İşbirligi və Koordinasyon Ajansı Başkanlığının, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə ümumilikdə 3689 nəfər aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha ahıl insanlara ərzaq yardımı və gigiyenik vasitələr paylanıb. Daha ətraflı »