Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev
    Sosial 1796 YENİ İŞ YERLƏRİ AÇILIB üçün şərhlər bağlıdır

    2019-cu ildə Tərtər rayonunda 1796 yeni iş yerləri açılmışdır ki, onların 907-si daimi iş yerləridir. Daimi iş yerlərinin 18-i yeni yaradılmış müəssisə və təşkilatlarda,100-ü mövcud müəssisə və təşkilatlarda, 28-i fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 761-i isə fiziki şəxslərdə açılmışdır. Bundan başqa digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli vahidlər, abadlıq işləri) 889 mövsümü iş yerləri açılmışdır. Ümumiyyətlə, son beş ildə Tərtər ra-yonunda 15 min 857 yeni iş yerləri açılmışdır ki, onun da 5165-i daimi iş yerləridir.

  • 19Dek
    Sosial KÜÇƏLƏR ABADLAŞIR üçün şərhlər bağlıdır

    Düşmənlə 48 kilometrlik təmas xəttində yerləşən Tərtər rayonu günü-gündən abadlaşır, gözəlləşir və müasirləşir. Rayon mərkəzində və kəndlərdə yeni binalar tikilir, küçələr salınır və yaşıllıqlar çoxaldılır. Görülən işlər son zamanlar yaşayış məntə-qələrinin simasını büsbütün dəyişmişdir.
    Tərtər şəhərində bir-birinin ardınca görülən işlər sakinlərin rahatlığını təmin edir. Küçələr təmir olunur, qaydaya salınır, asfaltlanır, səliqəsəhman işləri görülür, yollar çəkilir, işıqlanma sistemi quraşdırılır. Şəhidlərimizdən Azərbaycanın Milli Qəhrəmanı Vəzur Orucovun, Nicat İskəndərovun, Mehrac Mahmudovun, Mübariz İbrahimovun, Ədalət Paşayevin adlarına verilmiş küçələr son zamanlar əsaslı şəkildə təmir olunaraq nizama salınıb.
    Bəsti Bağırova küçəsində tikinti, abadlıq və quruculuq işlərinə başlanılıb. Daha ətraflı »

  • 09Avq
    Sosial İNFRASTRUKTUR LAYİHƏLƏR YERİNƏ YETİRİLİR üçün şərhlər bağlıdır

    2018-ci ildə dövlətimizin başçısının rəhbərliyilə çox uğurlu proqramlar həyata keçirilib. Bütün sahələrdə tətbiq olunan uğurlu Dövlət proqramlarının icrası bir daha Azərbaycanın tərəqqisinin sürətlə getməsini göstərir.
    Azərbaycan elektrik enerjisi ilə özünü və başqa ölkələri təmin edir. Günbəgün bu enerjiyə tələbatımız çoxaldığı üçün möhtərəm Prezidentimiz yeni elektrik stansiyalarının tikintisi və bərpası ilə bağlı bir çox layihələrin həyata keçirilməsi üçün lazımi tapşırıqlar verib. Bununla da həm özümüzün enerjiyə olan tələbatımız tənzimlənir və həm də xaricə ixrac etməklə dövlətimiz xeyli gəlir əldə edir.
    Ölkəmiz qaz hasilatı ilə 95 faiz təmin olunub. Son zamanlar bir çox ucqar kəndlərimizdə də qaz çəkilişi başa çatıb. Lakin Prezidentimiz bununla kifayətlənmir yeni layihələrin hazırlanıb həyata keçirilməsini vacib sayır.
    İçməli su təminatı 70 faizdir. Suvarma ilə əlaqədar islahatların keçirilməsi kənd əhalisinin maddi-rifahının yüksəlməsinə səbəb olub. Son illərdə Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarları tikilib. Yollarımız abadlaşdırılıb, 1200 kilometr yol çəkilib, 600 kəndin yolları abadlaşdırılıb. Dəmir yolu strukturlarında da böyük işlər görülüb.
    Ölkəmiz surətlə tərəqqi edir, yüzlərlə məktəb, tibb müəssisələri tikilir və təmir olunur. Azərbaycanda yüksək səviyyədə gedən tikinti-quruculuq işləri ölkəmizə miqrasiya prosesinin baş verməsinə təkan verib. Bu həm də xarici siyasətin də Daha ətraflı »

  • 31May
    Sosial RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

    QURUCULUQ DAVAM EDİR

    Prezident İlham Əliyevin Tərtərə hər səfəri rayonun sosial-iqtisadi yüksəlişinə, əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına əhəmiyyətli təsir göstərmiş, sakinlərdə sabaha inamı artırmışdır.
    “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası sayəsində Tərtər rayonu əsaslı şəkildə dəyişərək abad diyara çevrilmişdir. Rayonun Qazyan, Borsunlu, Qaradağlı, Hüsənli, Şıxarx kənd 2 və 6 saylı şəhər tam orta, Qazyan, Rəcəbli kənd ümumi orta məktəb binaları əsaslı təmir olunmuş, Poladlı, Şıxarx və Bayandur kəndlərində “Modul” tipli məktəb binaları istifadəyə verilmişdir. Qapanlı kəndində yeni həkim məntəqəsi tikilmiş, rayon mərkəzi və Bəyimsarov kənd xəstəxanaları əsaslı təmir olunmuşdur.
    Tarix-diyarşünaslıq muzeyi, Uşaq-gənclər şahmat məktəbi, YAP rayon təşkilatının binaları, şəhərin Nizami və Elman Səfərov küçələrində hər biri 100 yerlik, Şıxarx qəsəbəsində 280 yerlik müasir tipli körpələr evi-uşaq bağçası, Dövlət Aqrar İnkişaf Mərkəzi, xalça istehsalı emalatxanası, regional qaz istismarı, elektrik şəbəkəsinin, statistika idarəsinin inzibati binası da bu illərdə inşa edilmişdir.
    Bunlardan əlavə, Tərtər şəhərində 112 ictimai yaşayış binasının dam örtüyü, fasad və giriş hissəsi əsaslı təmir olunmuş, həyətlərdə abadlıq və quruculuq işləri aparılmış, 48 min kvadratmetrdən çox asfalt örtük salınmışdır. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, Azərbaycan Bayrağı ordenli Mehrac Mahmudovun, Ədalət Paşayevin, İlqar Həsənovun və Aprel döyüşlərində igidlik göstərmiş Nicat İsgəndərovun adlarına verilmiş küçələrdə barelyefləri vurulmuşdur. Daha ətraflı »

  • 08May
    Sosial ÜNVANLI SOSİAL YARDIMIN YENİ FORMASI- KİÇİK BİZNESİN İNKİŞAFINA DƏSTƏK üçün şərhlər bağlıdır

    Ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin möhkəmləndirilməsi və maddi-rifah halının yüksəldilməsi sahəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu qayğının bariz nümunəsi aztəminatlı ailələrə aylıq ünvanlı sosial yardımın verilməsidir. Ehtiyac meyarına uyğun olaraq bu zümrədən olan ailələrdə yaşayan hər bir şəxs üçün dövlət tərəfindən maddi yardım ayrılır. Bu, neçə illərdir ki, belədir. Lakin ünvanlı sosial yardım hesablanarkən vətəndaşməmur münasibətlərində bəzi neqativ hallara yol verilirdi. Belə halların qarşısının alınması məqsədi ilə təmənnalı vətəndaş-məmur münasibətlərinin aradan qaldırılması üçün son zamanlar ünvanlı sosial yardımın hesablanmasının yeni forması–elektron variantı bu sistemdə tətbiq olunur.
    Ünvanlı sosial yardımın azaldılması məqsədi ilə dövlət səviyyəsində kiçik biznesin inkişafına dəstək göstərilir.
    Pensiya və müavinəti sosial yardım formasında ödənişlərlə təmin olunan 2,1 milyona yaxın insanı və ya ölkə əhalisinin təqribən 21 faizini əhatə edən sosial təminat sisteminin gücləndirilməsi və onun uzunmüddətli inkişafı üçün korrupsiya, süründürməçilik hallarından uzaq, tam şəffaf və sosial ədalət prinsipini təcəssüm etdirən və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması islahatlar paketinin əsas hədəfini təşkil edir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son dövrlərdə imzaladığı sərəncamlara əsasən aztəminatlı ailələrin güzəranının, yaxşılaşdırılması məqsədi ilə pensiyaların orta aylıq məbləğinin 160 manata, minumum orta aylıq əmək haqqının 180 manata çatdırılması, tələbə təqaüdlərinin, şəhid ailələrinə verilən müavinətlərin və s. nəzərəçarpacaq dərəcədə artırılması ölkə əhalisinə göstərilən dövlət qayğısının bariz nümunələridir. Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50,2 min ailənin 200 mindən yuxarı üzvü isə sosial yardım alır. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir. Daha ətraflı »

  • 29Apr
    Sosial TƏRTƏR RAYONUNDA ƏHALİNİN GƏLİRLƏRİ ARTIB üçün şərhlər bağlıdır

    2018-ci ildə Tərtər rayonunda əhalinin gəlirləri 2017-ci ilə nisbətən 7 faiz artaraq 235 milyon 529,6 min manata çatmışdır. Rayon əhalisininn hər nəfərinə düşən gəlirləri əvvəlki ilə nisbətən 6,4 fasiz artaraq 2913,9 manat təşkil etmişdir.

    Tərtər Rayon Statistika İdarəsi

  • 19Apr
    Sosial TƏRTƏR RAYONUNDA 728 YENİ İŞ YERLƏRİ AÇILIB üçün şərhlər bağlıdır

    2019-cu ilin yanvar-mart aylarında Tərtər rayonunda 728 iş yerləri açılıb ki, onun 278-i daimi iş yerləridi. Daimi iş yerlərinin 4-ü və ya 1,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 53-ü və ya 19,1 faizi mövcud müəssisə və təşkilatlarda, 221-i və ya 79,5 faizi fiziki şəxslər tərəfindən yaradılıb. Bundan başqa 2019-cu ilin 3 ayı ərzində 450 digər tədbirlər üzrə (müxtəlif beynəlxaq və yerli layihələr, möv-sümü, abadlıq işləri və s.) iş yerləri açılıb.

    Tərtər Rayon Statistika İdarəsi

  • 19Apr
    Sosial ABAD KƏNDİMİZ üçün şərhlər bağlıdır

    Qapanlı kəndi Tərtər rayonunun düşmənlə təmas xəttində yerləşən yaşayış məntəqəsidir. Ölkənin hər yerində olduğu kimi, burada da sosial-iqtisadi inkişaf öz axarı ilə davam etməkdədir.
    Qapanlı kəndi rayon mərkəzindən 14 km, düşmənlə təmas xəttindən 200 metr məsafədə yerləşir. Əhalisi 753 nəfərdən, 101 evdən, 128 təsərrüfatdan ibarətdir. 433 hektar ərazinin 281,06 hektarı əkin sahəsidir. Son illərdə aparılan islahatlar Qapanlı kəndinin simasını və onun əhalisinin maddi rifah halının yaxşılaşmasına səbəb olub.
    2016-cı ilin məlum Aprel hadisələrindən sonra ölkə Prezidenti İlham Əliyevin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə Tərtərə və Qapanlı kəndinə səfəri sakinlərin ruh yüksəkliyini qat-qat artırdı. Bu gün deyə bilərik ki, Qapanlı kəndi inkişaf etmiş müasir kəndlərdən biridir. Aprel hadisələrindən sonra kənddə bütün evlər təmir olundu. Mübariz Bayramovun evi isə uçduğu üçün yenidən tikildi. Daha ətraflı »

  • 19Mar
    Sosial ƏLİLLƏRİN SOSİAL MÜDAFİƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    DÖVLƏT QAYĞISININ ƏYANİ TƏZAHÜRÜ

    Ermənistan–Azərbaycan –Dağlıq Qarabağ münaqişəsi zamanı təkcə torpaqlarımızı itirmədik, həm də qız-gəlinlərimizin mənliyi tapdalandı, uşaqlarımız müalicəsi olmayan xəstəliklərə tutuldu, ər oğullarımız sağlamlıqlarını itirərək yarımcan oldular. Bütün bunlar tariximizə yazılmış qanlı səhifələrdir. Bədənlərdəki əzalar doğrandı, canlar itirildi, qantuziyalar nəticəsində yaddaşlar zəiflədi. Lakin vətən sevgisi azalmadı, lakin vətəndaşlıq borcu unudulmadı. Dizində taqəti, ürəyində təpəri olan hər kəs Vətən uğrunda savaşa qalxdı.
    Dövlətimiz bu cür insanların zəhmətini, fədakarlığını unutmur. Hazırda yüzlərlə Qarabağ müharibəsi əlili var ki, onların sağlamlığı, sosial şəraiti ölkə və rayon rəhbərliyinin diqqət mərkəzində saxlanılır.
    Belə insanlarımızdan biri–1-ci qrup Qarabağ müharibəsi əlili Atayev Eyvaz Nemət oğludur. Daha ətraflı »

  • 27Fev
    Sosial Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması üçün şərhlər bağlıdır

    QAYĞIKEŞLİYİN ƏYANİ TƏZAHÜRLƏRİ

    Didərginlik ağır dərddir

    Didərginlik filçəkməz ağır dərddir. Bunun da üzərinə ehtiyacın yaratdığı əzabları gələndə, insan həyatı məşəqqətə düçar olur. Bu ağrıları, əlbəttə, onun içindən keçib yaşayanlar bilər. Yurd həsrətindən bağrı qana dönən, ürəyi qürbətdə pörşələnən, ehtiyacın məngənəsində sıxılan, qüruru düşmən tərəfindən tapdalanan, hissiyatı aşağılanan, varlığı xıncım-xıncım olunan, bunlar azmış kimi, qeyrətinə, namusuna ləkə gətirilən insanların ağrı-acısını kənardan baxmaqla necə duymaq olar ki?!
    Zaman-zaman ermənilərin məkrindən yurd-yuvası dağılan, yüz illər boyu yaşadığı dədə-baba torpaqlarından didərgin salınan, əzizlərinin gorgahları təhqir olunan, inanc yerləri–pirləri, ocaqları darmadağın edilən, gözlərinin qarşısında körpə yaşlı qızlarının, gəlinlərinin, ömür-gün yoldaşlarının başlarına müsibətlər gətirilən insanlara hansı toxtaqlığı verəsən?! Daha ətraflı »

    Teqlər: