Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Sen
    Kənd təsərrüfatı RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

    ÜMİDLƏR DOĞRULACAQ

    Pambıqçılıq çətin və məsuliyyətli bir sahə olsa da, Tərtər rayonunda təsərrüfatın bu qoluna maraq çoxdur. Ona görə ki, illərin təcrübəsi var: insan bütün çətinliklərə sinə gəlib zəhmətinin əvəzini görəndə, gəliri yaxşı olanda, evinə yaxşı qazanc, ruzi-bərəkət aparanda heç bir çətinlik gözünə görünmür.
    Elə bu il də tərtərlilər ümumilikdə Ağdərə rayonu ilə birlikdə 2436.53 hektar ərazidə pambıq əkiblər. İstehsalçılar müqavilələri MKT İK MMC-nin Tərtər filialı, “Azərpambıq” ASK MMC-nin Pambıq istehsalı və tədarükü məntəqəsi və “Elakoton” MMC ilə bağlayıblar. Rayon üzrə ən çox müqavilə MKT ilə bağlanıb. 364 nəfər bu MMC-yə daha çox güvənib.
    Vaxt yetişdikcə pambıq əkən fermerlərin həyəcanı da artır. Bunun səbəbləri var. Cari təsərrüfat ili pambıqçılar üçün heç də əlverişli olmayıb. Xüsusən səpin mərhələsində yağan yağışlar bitişlərin alınmasını gecikdirib və hətta bəzi fermerlər təkrar əkin aparıblar. Ancaq, necə deyərlər, bunların hamısı arxada qalıb. Hazırda yamyaşıl pambıq tarlalarında son becərmə işləri görülür.
    Tərtərin Poladlı kəndinin sakini İntiqam Əzimov ixtisasca aqronomdur. 7-8 ildir pambıq əkini ilə məşğuldur. Həm nəzəri bilikləri, həm də kifayər qədər təcrübəsi var. Ona görə də özünün dediyi kimi, hər il bu sahə ailə büdcəsinə xeyli gəlir gətirir:
    – Cari ildə çiyid səpinindən sonra sahələri suvardıq. Ardınca başlayan yağışlar isə vəziyyəti çətinləşdirdi. Bitiş gec alındı. Sahələrdə alağın həddən çox olduğuna görə pambıq bitkisini görmək mümkün deyildi. 3 dəfə əllə kətmənləmə apardıq. Bununla yanaşı, kultivasiya, sovkaya, müxtəlif xəstəliklərə qarşı aparılan tədbirlər də vaxtlı-vaxtında görüldü. Şükür Allaha, çətinliklər arxada qalıb. Düzdür, arxayınlaşmamışıq, ancaq artıq demək olar ki, zəhmətimiz bəhrə verəcək. Daha ətraflı »

  • 16Avq
    Kənd təsərrüfatı Ulu Öndərin tövsiyəsini unutmayaq! üçün şərhlər bağlıdır

    Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Heydər Əliyev

    2023-cü il dekabrın 25-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
    Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətinin etibarlı və məsluliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhvəsini verdiyi qeyd olunur.

    Bu gün bütün dünyanı narahat edən problemlərdən biri də iqlim dəyişmələridir. Ölkəmiz də bu problemlərdən yan keçməyib. Planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, daşqınlar, torpaq sürüşmələri, bir çox xəstəliklər Azərbaycana da öz təsirini göstərir.
    Həyatımızı daha rahat, sağlam, yaxşı yaşamaq üçün təbii sərvətlərdən səmərəli istifadə etməli və təbiəti qorumalıyıq.Təbiətə qarşı zorakılıq törədənləri isə maarifləndirməliyik. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri getdikcə insanları daha çox narahat etməkdədir. Təbii ki, bu dəyişikliklər təkcə təbiətlə bağlı deyil, havaya buraxılan raketlər, maşınlardan çıxan zəhərli qazlar, məişət tullantıları, ərazilərin çirkləndirilməsi, yaşıl sahələrin qurudulması buna səbəb ola bilir. Bu problemlərin həlli üçün təbiəti qoruyan qurumlara və təşkilatlara kömək etməliyik. Dövlət qurumları mütəmadi olaraq təmiz enerjidən istifadəni, tullantıların təkrar emal edilməsini, çirklənmiş ərazilərin yenidən təmizlənməsini həyata keçirirlər. Unutmayaq ki, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası hər birimizin borcudur.
    Meşə sahələrindən düzgün istifadə etməliyik. Təəssüflər olsun ki, son illərdə meşələrimiz insan əli ilə davamlı şəkildə zərər görür. Ətraf mühitin yaxşılaşdırılmasında, mühafizəsində meşələrin rolu danılmazdır. Bu məsələ ilə bağlı ölkəmizdə ardıcıl tədbirlər görülür. 2010-cu ilin “Ekalogiya ili” elan edilməsi problemlərin həllinə mühüm töhvələr verib.
    Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmasıdır. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
    İşğaldan azad edilmiş torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan edilmişdi. Azad olunmuş torpaqlarımızda bərpa və yenidənqurma işləri ilə bərabər ətraf mühitin qorunması da ön plandadır. Torpaqlarımızda “ağıllı şəhər”, “ağıllı kənd” layihələri aparılır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına çıxarılması enerji siyasətinin əsasını təşkil edir.
    Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər rayonunda da ardıcıl tədbirlər davam etdirilir. Belə ki, yol kənarlarında, kənd və qəsəbələrdə hamılıqla iməciliklər keçirilir, buradakı yaşıllıqlara qulluq göstərilir, ağac əkini mövsümündə yeni ağaclar əkilir. Ərazilərdə olan məişət tullantıları daşınır, səliqə-səhman yaradılır. Təbiəti qorumaqla biz öz sağlamlığımızı və gələcəyimizi qoruyuruq.
    Daha ətraflı »

  • 19İyl
    Kənd təsərrüfatı Sizin sağlamlığınız üçün üçün şərhlər bağlıdır

    Ən xeyirli yay meyvələri

    Yay aylarında insanın iştahası azalır. Yağlı yeməklərin yerini isə salatlar və meyvələr alır. Yay meyvələrinin insan orqanizminə faydalarını isə saymaqla bitməz.

    Qarpız: Bu giləmeyvənin tərkibində likopen və antioksidant var. Xüsusilə arıqlamaq istəyənlərə gün ərzində 3-4 dilim qarpız yemək məsləhətlidir. Toxluq hissi verən qarpızın tərkibində su çoxdur, kalorisi isə azdır.

    Şaftalı: Onu yeyən insanların bədəndəki zəhərli maddələrin atılması prosesi sürətlənir. Su, mineral duzlar və şəkər baxımından zəngindir. Xüsusilə, qoxulu şaftalı almaq lazımdır.
    Ürək ritminin pozulması, qan azlığı zamanı yemək tövsiyə edilir. Şaftalı dərini qidalandırır və hüceyrələrin yenilənməsinə kömək edir. B və C vitamini mənbəyi olan şaftalı, kalsium baxımından zəngindir. Tərkibində A vitamini, kalsium, maqnezium, natrium, dəmir və fosfor mineralları var.

    Alça: Onun tərkibində antioksidant maddəsi çoxdur. Detoks etmək gücü ilə tanınan əhəmiyyətli bir meyvədir. Kalorisi azdır, kökəlmək qorxusu olmadan istədiyiniz qədər yeyə bilərsiniz.
    Çiyələk, albalı, kimi yay meyvələri də sağlamlıq baxımından olduqca faydalı hesab olunur. Ancaq onların kalorisi daha çoxdur. Ancaq buna baxmayaraq, gündə 10 ədəd çiyələk, 20 ədəd albalı yeyə bilərsiniz.

  • 10İyl
    Kənd təsərrüfatı Tərtərli fermer: Yerli çiyələyi dadanlar keçmişi xatırlayır və hər il müştərimiz olurlar üçün şərhlər bağlıdır

    Çiyələkçilik son illərdə respublikamızda fermer və torpaq mülkiyyətçilərinin maraq göstərdiyi sahələr-dəndir. İstehsalçılar bol məhsuldarlığı və daha uzun müddət məhsul verimi ilə seçilən xarici çiyələk növlərinə üstünlük verir, eyni zamanda müasir becərmə texnologiyasının tətbiqi sayəsində yüksək məhsuldarlığa nail olurlar. Uzun illərdir Tərtər rayonunun İrəvanlı kəndində çiyələk becərən Mənzərə Məmmədova isə yerli çiyələyin istehsalı ilə məşğuldur.
    Mənzərə Məmmədova bildirib ki, yerli çiyələk təbii, dadlı və ətirli olması ilə seçilir: “Damaq dadını bilənlər gəlib bizim becərdiyimiz çiyələkdən alırlar. Yerli çiyələyin mürəbbəsi və kompotu da dadlı və ətirli olur. Odur ki, bu çiyələyi dadanlar keçmişi xatırlayır və hər il davamlı olaraq müştərimiz olurlar”.
    M.Məmmdova bildirib ki, yerli çiyələyin məhsuldarlığı xaricdən gətirilmiş növlərlə müqayisədə aşağıdır. Xarici çiyələk növləri aprelin sonundan noyabr ayınadək davamlı məhsul verdiyi halda, yerli çiyələk növü cəmi bir ay – may ayında məhsul verir. Bu çiyələyin dərildikdən sonra saxlama müddəti də azdır. Daha ətraflı »

  • 27May
    Kənd təsərrüfatı “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    Böyük problemlərin həlli kiçik məsələlərə münasibətdən başlayır

    Ölkəmiz mötəbər beynəlxalq məclisə – COP29-un keçirilməsinə hazırlaşır. Dünyanın müxtəlif yerlərindən bu tədbirdə iştirak edəcək insanlar iqlim dəyişikliyi ilə əlaqədar planetimizi gözləyən problemləri müzakirə edəcək, çıxış yolları müəyyənləşdirəcəklər.
    Əlbəttə, hər bir böyük problemin həlli kiçik məsələlərdən başlayır. O cümlədən də planetimizin yaşıl örtüyünün qorunması, havanın çirklənməsinin qarşısının alınması indi hər birimizi düşündürən məsələdir.
    Bu məqsədlə kəndimizdə ağacların sayını artırmağa çalışırıq. Yaz mövsümündə kəndarası yolların kənarında, məktəblərin və idarələrin həyətlərində xeyli dekorativ ağac əkmişik. Həmçinin kəndin ərazisində təmizliyin qorunmasını unutmuruq. Yerli bələdiyə bu işi iməcilik yolu ilə sakinlərin iştirakı ilə aparır.
    Yaşadığımız planet, ölkə, şəhər və kənd bizim evimizdir. Hər kəs bunu anlasa, yəqin ki, ümumi işimizin xeyrinə olar.

    Nazim Xəlilov,
    Azadqaraqoyunlu kənd İƏD
    üzrə icra nümayəndəsi

  • 27May
    Kənd təsərrüfatı 2024-cü ilin yanvar-mart aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 15.9 faiz artıb üçün şərhlər bağlıdır

    2024-cü ilin yanvar-mart aylarında Tərtər rayonunda 66 milyon 951.4 min manat həcmində və ya 2023-cü ilin müvafiq dövrünə nisbətən 15.9 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş. Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 72.3 faiz, xidmət sahələrinin xüsusi çəki-si 27.7 faiz təşkil edir.
    İstehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 7 milyon 941.9 min manat (11.9 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 12 milyon 52.5 min manat (18.0 faiz), tikintidə 28 milyon 378.9 min manat (42.4 faiz), nəqliyyat və anbar təsərrüfatında 496.8 min manat (0.7 faiz), informasiya və rabitədə 205.8 min manat (0.3 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 17 milyon 875.5 min manat (26.7 faiz) təşkil etmişdir.
    Ümumi məhsul buraxılışı sənayedə 16.9 faiz, kənd təsərrüfatında 6.2 faiz, tikintidə 37.3 faiz artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

  • 17May
    Kənd təsərrüfatı Tərtərdə kənd təsərrüfatı məhsullarının istehsalı 8 faiz artıb üçün şərhlər bağlıdır

    2024-cü ililin yanvar-mart aylarında Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12052.5 min manat təşkil etmişdir ki, onun 83.5 min manatı bitkiçilik məhsullarının, 11969 min manatı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. 2023-ci ilin yanvar-mart aylarına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalı 6.2 faiz artmışdır.

    TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ

  • 29Dek
    Kənd təsərrüfatı İl başa çatır üçün şərhlər bağlıdır

    Həyatımızdan duru sular əskik olmasın

    Azərbaycanda, o cümlədən bizim Tərtər rayonunda meliorasiya və su təsərrüfatının inkişafı Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider deyirdi: “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”.
    Ulu Öndər Heydər Əliyevin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə meliorativ tədbirlərin həyata keçirilməsinə yönəldilən vəsait Azərbaycanda bu sahənin sürətli inkişafına gətirib çıxardı. Kənd təsərrüfatında, xüsusən də pambıqçılıqda ciddi dönüş yarandı, mühüm nailiyyətlər qazanıldı. Bu baxımdan “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) qərar böyük əhəmiyyətə malikdir.
    1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin gərgin fəaliyyəti nəticəsində meliorasiya və su təsərrüfatının xeyli zəifləmiş maddi-texniki bazasının yenidən möhkəmləndirilməsi məqsədilə “Meliorasiya və irriqasiya haqqında” qanun qəbul olundu. Bu qanunun tətbiq edilməsi barədə Fərman imzalandı.
    Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin meliorasiya sahəsində həyata keçirdiyi çoxsaylı islahatlar, mühüm layihələr sayəsində dünyanı bürüyən iqtisadi böhran şəraitində Azərbaycanda kənd təsərrüfatı inkişaf edir, əhalinin ərzaqla təminatında problemlər yaşanmır. Daha ətraflı »

  • 30Noy
    Kənd təsərrüfatı Tərtərlilər yenə də respublika üzrə öndə gedənlər sırasındadırlar üçün şərhlər bağlıdır

    NƏTİCƏLƏR ÜRƏKAÇANDIR

    “Ağ qızıl” tarlalarında işin qızğın çağıdır. Ağappaq pambıq kolları sanki hər bir zəhmət adamına gəl-gəl deyir.
    Pambıq yığımının gedişi ilə bağlı Tərtər Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Arif Behbudov bildirdi ki, noyabr ayının 30-dək rayonumuzun pambıq tarlalarından 10076.956 ton “ağ qızıl” toplanıb. Ümumi məhsuldarlıq 29.20 sentner olub. Hazırda məntəqələrə pambıq məhsulunun daşınması davam edir.
    “Azərpambıq” ASK MMC-Tərtər pambıq istehsalı və tədarükü müəssisəsinin baş aqronomu Elxan Quliyev isə bildirdi ki, pambıq yığımında müəssisənin 6 ədəd kombayını iştirak edir. Onların vasitəsi ilə 1614,76 hektardan 4489.174 ton pambıq yığılıb, 30-35 hektarda əllə yığım aparılıb. Qabaqçıl kombaynçılar Azad Məhərrəmov, Abil İsmayılov, Hikmət Quliyev pambığın toplanmasında xüsusi fəallıq göstərirlər. Hazırda Qaynaq kəndindən Rahim Hüseynovun, Bəyimsarovdan Fazil Vəliyevin, Poladlıdan İntiqam Əzimovun təsərrüfatları pambığın toplanmasında qabaqcıl təsərrüfatlardan hesab edilir. Alışarlı kəndindən Sərxan İsmayılzadənin təsərrüfatında isə əl əməyindən istifadə edilir.
    MKT Tərtər pambıq zavodunun baş aqronomu Zabil Quliyev isə bildirdi ki, bu günədək 5587,782 ton “ağ qızıl” tədarük olunub. Pambığın toplanmasında zavodun 8 kombaynı işləyir. Rabil Məmmədov, Ramin Süleymanov, Elnur Səfiyev qabaqcıl pambıqyığanlardır. Qabaqcıl fermerlər Teyyub Cəfərovun, Rahim Quliyevin təsərrüfatlarında hər hektardan 40 setnerdən artıq məhsul yığılıb. İlham Quliyevin 1 hektar təsərrüfatından isə əllə yığım zamanı 40-45 sentner pambıq toplanıb. Pambıq tarlalarında məhsul toplanışı davam edir. Hələ sahələrdə məhsul boldur. Əminik ki, pambıqçılarımız bu il də rekord nəticələr əldə edə biləcəklər. İşiniz avand, texnikanız saz, gücünüz bol olsun, əziz pambıqçılar. Hər birinizə uğurlar arzulayırıq.

    Elfuzə Vəliyeva

  • 24May
    Kənd təsərrüfatı Tərtərdə “Şuşa İli”nə həsr olunmuş “Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi Tədqiqat Bazasının rolu” mövzusunda tarla seminarı keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Mayın 20-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı Tərtər rayonunun Şıxarx qəsəbəsində “Şuşa İli”nə həsr olunmuş “Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi Tədqiqat Bazasının rolu” mövzusunda tarla seminarı keçirilib.

    AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkbərov seminarı açaraq tədbir iştirakçılarını AMEA-nın prezidentləri, akademiklər Arif Həşimov və İradə Hüseynovanın adından salamlayıb, seminarın işinə uğurlar arzu edib.

    Azərbaycanın əkin sahələrinin işğaldan azad olunmuş ərazilər hesabına genişləndirilməsinin zəruriliyi məsələsinə toxunan Zeynal Ələkbərov dünyada kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı olan ölkələrdə yaranmış gərgin vəziyyəti nəzərə alaraq, yaxın illər ərzində daxili imkanlarımız hesabına bu problemin həll edilməsinə nail olunmasının əhəmiyyətinə toxunub.

    O, Qarabağ ərazisində təsərrüfatın genişləndirilməsi və taxıla olan tələbatın ödənilməsində Qarabağ Elmi-Tədqiqat Bazasının əhəmiyyətli rola malik olduğunu qeyd edərək, sözügedən Bazanın 40 ilədək nümunəvi elmi tədqiqat fəaliyyəti göstərdiyini, 1989-cu ildə erməni işğalına qədər 1700 hektaradək əraziyə malik olduğunu deyib. Bildirib ki, bazada 30-dan çox yüksək məhsuldar sort və minlərlə hibrid nümunəsi yaradılaraq Qarabağ bölgəsində və ölkənin digər iqtisadi rayonlarının təsərrüfatlarında geniş ərazilərdə becərilib və bu, kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib. Daha ətraflı »