Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq
    Kənd təsərrüfatı Kənd təsərrüfatı dinamik inkişaf edir üçün şərhlər bağlıdır

    Grain_2711122015-ci ilin birinci yarısında rayonda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 38 min 449,4 min manat təşkil etmişdir. Onun 26 milyon 628,8 min manatı bitkiçilik məhsullarının həcmi, 11 milyon 821,2 min manatı heyvandarlıq məhsullarının həcmi olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 8,4 faiz artmışdır Daha ətraflı »

    Teqlər:

  • 15İyl
    Kənd təsərrüfatı Taxılçılıq- il ruzili gəlib üçün şərhlər bağlıdır

    221Hacıqərvənd kəndində iri taxılçılıq təsərrüfatlarından birinin sahibi Elnurə Əliyevadır. Cari ildə təsərrüfatda 50,5 hektarda buğda, 10 hektarda arpa becərilmişdir. Eyni zamanda heyvandarlığı inkişaf etdirmək məqsədilə 23 hektar sahədə yoncalıqlar yerləşir. Daha ətraflı »

    Teqlər:

  • 15İyl
    Kənd təsərrüfatı Sahələrdən bol məhsul gözlənilir. üçün şərhlər bağlıdır

    1226321596_sax20sveklaKənd təsərrüfatının gəlirli sahələrindən biri də şəkər çuğundurunun becərilməsidir. İnsanlar ona görə bu sahəyə çox maraq göstərirlər ki, şəkər çuğundurunun bazarı var. Belə ki, kənd adamları səpindən əvvəl İmişlidəki şəkər çuğunduru zavodu ilə müqavilə bağlayırlar. Məhsul hasilə gələn kimi onu tədarük edib zavoda təhvil verir və pulunu alırlar. Elə bu səbəbdən də rayonda çuğundur əkininin sahələri ilbəil genişləndirilir. Daha ətraflı »

    Teqlər:

  • 15İyl
    Kənd təsərrüfatı 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrufatı sərgisi üçün şərhlər bağlıdır

    imagesBakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Aqro” sərgisi keçirilmişdir. Bu il “Caspian Aqro” 2015 sərgisində ABŞ, Almaniya, İspaniya, İtaliya, Fransa, Koreya, Niderland Krallığı, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan, ilk dəfə olaraq Şri-Lanka, İordaniya və bazarının mənimsənilməsi istiqamətində ilk addımlarını atan bir çox yerli şirkətlər təmsil olunmuşdur.
    Ümumilikdə sərgidə dünyanın 35 ölkəsinin 200-dən çox şirkəti müxtəlif kənd təsərrüfatı texnikası-nı, texnologiyaları, avadanlıqları, cins malları və s. nümayiş etdirmişdir.
    Rayonumuzdan “Kaspian Aqro” 2015 sərgisində rayon icra haki-miyyəti aparatının baş məsləhət-çisi Natiq Musayev, “Patron” şir- kətinin rəhbəri Elşad Məmmədov, “Tərtər” MMC-nin təsisçisi Fərman Qurbanov və Hüsənli kəndində yerləşən eksperimental cins damazlıq kəndli-fermer təsərrüfatının rəhbəri  Məhərrəm Əliyev iştiak etmişlər

    Teqlər:

  • 15İyl
    Kənd təsərrüfatı 2015-ci il ” kənd təsərrüfatı ili”dir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci il Azərbaycan Res-publikasında “Kənd təsərrüfatı ili” elan edilsin.
                                                                                                           Azərbaycan Respublikasının Prezidenti
                                                                            İhaml Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamından

    Aqrar sahənin mühüm istiqaməti

    _510Racer_32inchestall_6_20_03Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci ilin Azərbaycan Respublikasında “ Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar tədbirlər planı təsdiq olunmuşdur. Həmin tədbirlər planına əsasən ölkədə heyvandarlığın daha da inkişaf etdirilməsi məqsədilə də bir sıra işlərin görülməsi nəzərdə tutulur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinə və “Aqrolizinq” ASC-yə tapşırılmışdır ki, cins heyvanların lizinq yolu ilə satışının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlasınlar. Həmçinin iri fermer təsərrüfatlarının yaradılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.
    Daha ətraflı »

    Teqlər:

  • 15İyl
    Kənd təsərrüfatı Taxıl biçini başa çatdı. üçün şərhlər bağlıdır

    kombaynTərtər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayon üzrə ümumi məhsul buraxılışının 41,4 faizi kənd təsərrüfatının hesabına formalaşır. Kənd təsərrüfatının prioritet istiqamətlərindən biri də taxılçılıqdır. 2015-ci ildə rayonda ümumi əkin sahələrinin 41 faizini taxıl məhsulları təşkil edir. Daha ətraflı »

  • 10İyl
    Kənd təsərrüfatı Dövlətin qayğısına əməli işləri ilə cavab verirlər üçün şərhlər bağlıdır

     

    Qəzetin baş redaktorunun müavini Svetlana Bağırova Tərtər Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Əli Əliyevdən müsahibə götürmüşdür. Aşağıda həmin müsahibəni təqdim edirik.

     

    Изображение 121–Məlumdur ki, Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlansa da, onun genişmiqyaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
    –Bəli, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiy- yatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında xüsusi yüksəliş dövrü başlandı. Daha ətraflı »

    Teqlər:

  • 20İyn
    Kənd təsərrüfatı Tingçilik gəlirli sahədir üçün şərhlər bağlıdır

    KƏND SAKİNLƏRİNİN ƏSAS MƏŞĞULİYYƏTİ

    meshe-1Rayonumuzun iqtisadiyyatı çoxsahəlidir. Kimi taxıl, pambıq əkir, mal-qara bəsləyir, digərləri isə başqa təsərrüfat işləri ilə məşğul olurlar.

    Ələsgərli kənd sakinlərinin məşğuliyyəti isə əsasən tingçilik-calaqçılıqdır. Müstəqillik dövründə torpaq islahatı keçiriləndən sonra sahibkarlar və ailə-fermer təsərrüfatlarının üzvləri nəinki həyətyanı sahələrdə, həm də pay torpaqlarında ting əkib becərməklə məşğul olurlar. Kənd sakinlərindən Vahid Allahverdiyevi, Elxan Kazımovu, Mahir Quliyevi, bəzi digər sakinləri hamı usta calaqçı kimi tanıyır. Bu insanların hər biri hər il pay torpaqlarında 15-20 min ting əkib, calayır və satırlar. Ailələrin qazancı əsasən bu sahədən götürülür. Daha ətraflı »

    Teqlər:

  • 20İyn
    Kənd təsərrüfatı Tarla seminarı üçün şərhlər bağlıdır

    14338471982505256441_750x500(1)Milli Aviasiya Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Aqrar Elm Mərkəzinin, aidiyyəti elmitədqiqat institutlarının, Dövlət Aqrar Universitetinin, regionda fəaliyyət göstərən bitki mühafizəsi idarələrinin, “Azərsun Holdinq” MMC və “Azərtoxum” MMC-nin nümayəndələri, toxum müfəttişləri, taxıl toxumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Kənd təsərrüfatı Respublika tarla müşavirəsi üçün şərhlər bağlıdır

    DSC_4250Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları” mövzusunda ümumrespublika tarla müşavirəsi keçirilib.
    Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının, Aqrar Elm Mərkəzinin, Respublika Dövlət Toxum Müfəttişliyinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarət Xidmətinin, “Aqrolizinq” ASC-nin əməkdaşları, aidiyyəti elmi-tədqiqat institutlarının nümayəndələri, Dövlət Aqrar Universitetinin tələbələri, taxıl to-xumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak ediblər. Daha ətraflı »

    Teqlər: