Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt
    Kənd təsərrüfatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    DÖVLƏTİN PAMBIQÇILARIN ƏMƏYİNİ STİMULLAŞDIRMASI
    FERMERLƏRDƏ BÖYÜK RAZILIQ YARADIB

    Tərtərlilər Qarabağ savaşında olduğu kimi əmək meydanında da qəhrəmanlıq nümunəsi göstərir, qanları, canları bahasına qoruduqları torpağı min bir həvəslə əkib-becərir, halal zəhmətləri ilə öz güzəranlarını qururlar. Bu gün Tərtərdə pambıq istehsalına böyük diqqət verilir. Məhz bu diqqət Tərtəri ölkənin pambıqçılıq rayonları arasında ön mövqeyə çıxarmış, pambıqçılıqda qabaqcıl təcrübənin ünvanına çevirmişdir. Keçən il 3127 hektarda pambıq əkib-becərən tərtərlilər hər hektardan 28 sentner pambıq toplamışlar ki, bu da ölkə üzrə yüksək göstərici idi. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Kənd təsərrüfatı TƏRTƏRDƏ MƏHSUL YIĞIMI DAVAM EDİR üçün şərhlər bağlıdır

    1 oktyabr 2018-ci il tarixə Tərtər rayonunda 44 min 788,3 ton dənli bitkilər, o cümlədən 30 min 991,4 ton buğda, 13 min 259,8 ton arpa, 537,2 ton qarğıdalı, 5,5 ton darı, 110,7 ton paxlalı bitkilər, o cümlədən 70,9 ton noxud, 39,8 ton dən üçün lobya, 3655,8 ton günəbaxan istehsal edilmişdir. Hər hektardan məhsuldarlıq–buğda 41,1 sentner, arpa 32,9 sentner, qargıdalı 51,2 sentner, darı 11 sentner, noxud 22,4 sentner, dən üçün lobya 50,3 sentner, günəbaxan 25,3 sentner olmuşdur.
    Bundan başqa 1 oktyabr 2018-ci il tarixə 13 min ton şəkər çuğunduru, 17 min 697,8 ton tərə-vəz məhsulları, o cümlədən 1717,9 ton yaşıl lobya, 533,8 ton kələm, 861,1 ton bibər, 3742,9 ton xiyar, 890,4 ton badımcan, 2267,9 ton pomidor, 1171 ton baş sarımsaq, 860,2 ton baş soğan, 5463,6 ton kartof, 189 ton sair növ tərəvəz istehsal edilmişdir. Hər hektardan məhsuldarlıq–şəkər çuğunduru 305,2 sentner, tərəvəz məhsulları 118,3 sentner, o cümlədən yaşıl lobya 121,6, kələm 125,6, bibər 125,7, xiyar 134,2, badımcan 129, pomidor 128,9, baş sarımsaq 126,3, baş soğan 130,3, kartof 112,1, sair tərəvəz 25,3 sentner olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Kənd təsərrüfatı Rayonumuzda pambıq yığımına başlandı üçün şərhlər bağlıdır

    Bu günlərdə kənd əməkçiləri böyük ruh yüksəkliyi ilə yetişdirdikləri pambığın yığımına başlayıblar.
    2017-ci ildə rayonda 3000 hektar sahədə pambıq əkilmiş və məhsuldarlıq hektardan 27 sentner olmuşdur. Hazırda pambıq plantasiyaları 3300 hektar sahəni əhatə edir.
    Rayon statistika idarəsinin verdiyi məlumata görə, oktyabrın 5-dək rayonda 1899,2 ton məhsul toplanıb təhvil verilib. Yığım davam edir.

    TARLALARDA MƏHSUL BOLDUR

    Əskipara rayonumuzun cəbhəyanı kəndlərindən biridir. 4 km məsafədə düşmənlə təmas xətti var. Kənd əhalisi mənfur düşmənlə qonşuluğun çətinliklərinə baxmayaraq, əlini işdən soyutmur. Əskiparalılar əkinçiliklə, heyvandarlıqla məşğul olur, rayonumuzun iqtisadiyyatının möhkəmləndirilməsində yaxından iştirak edirlər.
    Pambıqçılığın inkişafına dair Prezident İlham Əliyevin verdiyi tapşırıqları həvəslə yerinə yetirən kənd əməkçiləri ötən mövsümdə 141 hektar sahədə pambıq becərmişdilər. Orta məhsuldarlıq hektardan 27 sentner olmuşdur. Cari mövsümdə bu qiymətli bitkinin əkin sahələri bir qədər də artırılaraq 145 hektara çatdırılıb. Ən çox pambıq əkən fermerlər Fəqani Babışov (32 hektar), Pərviz Mustafayev (30 hektar), Babək Sadıqov (10 hektar) və Etibar Əsədovdur (7 hektar). Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Kənd təsərrüfatı PAMBIĞIN ALIŞ QİYMƏTLƏRİ ARTIRILDI üçün şərhlər bağlıdır

    Ötən il rayonumuzun pambıqçıları hər hektarın məhsuldarlığına görə respublika üzrə birinci oldular. Dövlətimizin başçısı İlham Əliyev Tərtərə səfəri zamanı zəhmətimizə yüksək qiymət verərək, təcrübəmizin geniş yayılmasını tövsiyə etdi.
    Qeyd edim ki, keçən ilki mövsümdə mən 54 hektar sahədə pambıq becərmişdim. Yüksək göstəricilər əldə etdik və qürurla deyə bilərəm ki, həm fermer kimi özüm, həm də məhsulun hasilə gəlməsində və yığılmasında iştirak edənlərin hamısı yaxşı gəlir götürdük.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov pambıqçılıq üzrə keçirilən respublika müşavirəsində digər qabaqcıl fermerlərlə yanaşı mənim də adımı çəkdi, qazandığımız nailiyyəti diqqətə çatdırdı. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Kənd təsərrüfatı ZƏHMƏTİN BƏHRƏSİ üçün şərhlər bağlıdır

    Hüləbətli kəndində torpağı sevən, ondan bol ruzi qaza-nan insanlar çoxdur.
    Fermer təsərrüfatının başçısı Seymur Yusibovu hamı zəhmət adamı kimi yaxşı tanıyır. O, həm öz pay torpağında, həm də icarəyə götürdüyü torpaqlarda hə-mişə müxtəlif kənd təsərrüfatı bitkiləri əkib becərir. Həmişə də torpaqdan çox məhsul götürür.
    Ötən il o, 18 hektar sahədə pambıq becərdi. Becərmə, suvarma işləri aqrotexniki qaydalar əsasında həyata keçirildi. Nəticə sevindirici oldu. Pambıq yığımı maşınla aparıldı. Qəbul məntəqəsinə 60 tona yaxın məhsul təhvil verildi. Bu, hər hektardan 31 sentnerdən çox məhsul deməkdir.
    Pambıq sahələrində kompleks becərmə işləri vaxtında aparılıb. Cərgəaralarına keyfiyyətli kultivasiya çəkilmiş, bitkilərə yemləmə kübrəsi verilmiş, ziyanverici və xəstəliklərə qarşı dərmanlama aparılmışdır. İşlərin aqrotexniki qaydalar əsasında aparılmasının nəticəsidir ki, tarlalar bol məhsuldan xəbər verir. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Kənd təsərrüfatı Şəkər çuğunduru qiymətli ərzaq bitkisidir üçün şərhlər bağlıdır

    YIĞIMA BAŞLANIB

    Ölkə Prezidentinin tövsiyələrinə əsasən son zamanlar respublikamızda şəkər çuğunduru sahələrinin genişləndirilməsi və şəkər istehsalı aktual məsələyə çevrilib.
    Son vaxtlar rayonumuzun təsərrüfatlarında fermerlər İmişli Şəkər Zavodu ilə müqavilə bağlayıb, onun istehsalına xüsusi diqqət yetirirlər. Zavodla bağlanmış müqavilənin şərtlərinə əsasən torpağın şumlanması, şum altına kübrə verilməsi, toxumun çatdırılması, səpin işləri, kultivasiya çəkilişi, ziyanvericilərə qarşı bitkilərin dərmanlanması, becərmə vaxtı hektara əvəzsiz olaraq 100 manat pul verilməsi, əkilən sahələrin hamısının sığorta olunması, sığorta pulunun 50 faizinin ödənilməsi və hazır məhsulun sahədən daşınması işlərini şirkət öz üzərinə götürür. Bütün bunların nətiçəsidir ki, fermerlər bu sahəyə daha çox meyl göstərirlər. Bu il rayonumuzun təsərrüfatlarında 859 hektar sahədə şəkər çuğunduru becərilib. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Kənd təsərrüfatı TİNG ƏKİNİ VACİB MƏSƏLƏDİR üçün şərhlər bağlıdır

    Bu il 5 qutu ipəkqurdu toxumu götürüb becərdik. Bu işdə yaxşı təcrübəsi olan kümçülərdən Kəmallədin Heydərov və Nazilə Mustafayeva daha yaxşı nəticələr göstərdilər. İpəkqurdlarına lazımi qaydada qulluq etdiyimiz üçün çəkdiyimiz zəhmət bəhrəsini verdi. Şəki İpək Kombinatına nəzərdə tutulan 200 kiloqram əvəzinə 241 kiloqram keyfiyyətli barama təhvil verdik. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Kənd təsərrüfatı RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

    ALİMLƏR KÖMƏYƏ GƏLİR

    Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Tərtər Bölgə Təcrübə Stansiyasında təsərrüfat işlərinin qızğın çağıdır. Bu ünvan ölkənin qabaqcıl fermerlərinə yaxşı tanışdır. Taxıl toxumçuluğu ilə məşğul olanların stansiya ilə sıx və işgüzar əlaqələri var. Burada yetişdirilən yüksək reproduksiyalı toxumlara tələbat çoxdur.
    Cari il təcrübə stansiyasının ərazisində 277 hektar sahəyə taxıl əkilmişdir. Bunun 30 hektarı elmi əkinlərdir. Elmi əkinlərin əsasını “Qobustan”, “Fatimə”, “Qırmızı gül1”, “Murov-2” buğda, “Qarabağ-22” və “Qarabağ 33” arpa sortları təşkil edir. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Kənd təsərrüfatı 2018-ci İLDƏ TƏRTƏR RAYONUNDA TAXILÇILIĞIN İNKİŞAFI HAQQINDA üçün şərhlər bağlıdır

    Taxıl istehsalı üçün istifadə olunan yanacağın, motor yağlarının və mineral kübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalçılarının maddi marağının artırılması və bugda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün 40 manat yardımın verilməsi, toxum satışına görə hər kiloqrama 30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılması, məhsulun inkişafına müsbət təsir göstərmişdir. Belə ki, 2018-ci ildə 11 min 556,3 hektar taxıl sahəsindən 44 min 175,2 ton məhsul istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 38,2 sentner olmuşdur. 2017-ci illə müqayisədə məhsuldarlıq 1,8 sentner artmışdır. Daha ətraflı »

    Teqlər:

  • 30İyl
    Kənd təsərrüfatı Kənd təsərrüfatının inkişafı vacib məsələdir üçün şərhlər bağlıdır

    “PAMBIQÇILIĞIN İNKİŞAFINA DAİR  2017-2022-ci İLLƏR ÜÇÜN DÖVLƏT PROQRAMI” YERİNƏ YETİRİLİR

    Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına darir 2017-2022-ci illər üçün Dövlət Proqramı” pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsinə və bu sahədə problemlərin həllinə yönəldilmişdir.
    Dövlət Proqramında qeyd olunur ki, Azərbaycanda pambıqçılığın kompleks inkişafı XX əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin respubli-kaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticə-sində pambıqçılıq çox sürətlə inkişaf etmiş, bu sahədə böyük sənaye potensialı yaradılmışdır. Təkcə 1981-ci ildə respublika üzrə pambıq istehsalı rekord həddə – 1 milyon 15 min tona çatdırılmışdır. Daha ətraflı »

    Teqlər: