Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan
    İqtisadiyyat Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışında mövcud imkanlar, problemlər və perspektivlər mövzusunda görüş keçirilib üçün şərhlər bağlıdır

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Yuxarı Qarabağ regional koordinatorluğunun təşkilatçılığı, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmiş görüşdə Sahibkarlığın İnkişafı Fondunun, İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, Dövlət Vergi Xidmətinin, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin, RabitəBank ASC, Bank Respublika ASC, AccessBank QSC-nin nümayəndələri, eləcə də rayonda fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak edib.
    Tədbir çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri kənd təsərrüfatı sahəsində ölkədə həyata keçirilən və hazırda davam edən layihələr, eləcə də bu sahədə mövcud qanunvericilik, KOB subyektlərinin maliyyə resurslarına çıxışı, müvəkkil banklar tərəfindən sahibkarlıq fəaliyyəti üçün verilən biznes və güzəştli kreditlər, kreditlərin sənədləşdirilməsi, subsidiyaların qeydiyyata alınması barədə biznes subyektlərini məlumatlandırıb və onların sualları cavablandırılıb. Tədbirdə mövzu ilə bağlı sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, onlar dövlət dəstəyi mexanizmləri, güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumatlandırılıb.

  • 19May
    İqtisadiyyat 2023-cü ilin yanvar-mart aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 12,3 faiz artıb üçün şərhlər bağlıdır

    2023-cü ilin yanvar-mart aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 56 milyon 148.8 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12.3 faiz çoxdur. Məhsul və xidmətlərin 66.9 faizi istehsal sahələrinin, 33.1 faizi xidmət sahələrinin payına düşmüşdür.
    2023-ci ilin yanvar-mart aylarında 6264.2 min manatlıq və ya ümumi məhsulun 11.2 faizi qədər sənaye sektorunda, 10600.6 min manatlıq (18.9%) kənd təsərrüfatı sahəsində, 20672.3 min manatlıq (36.8%) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 17838.8 min manatlıq (31.8%) ticarət və xidmət sahəsində, 532.8 min manatlıq (0.9%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 240 min manatlıq (0.4%) informasıya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.
    Kənd təsərrüfatı istehsalı 3.9 faiz, tikinti-quraşdırma işləri 46.3 faiz, nəqliyyat xidmətləri 15.2 faiz, informasiya və rabitə xidmətləri 11.4 faiz artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

     

     

  • 19Avq
    İqtisadiyyat 2022-ci ilin yanvar-iyun aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 32,6 faiz artıb üçün şərhlər bağlıdır

    2022-ci ilin yanvar-iyun aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 130 milyon 798.3 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 32.6 faiz çoxdur. Məhsul və xidmətlərin 73.8 faizi istehsal sahələrinin, 26.2 faizi xidmət sahələrinin payına düşmüşdür.
    2022-ci ilin yanvar-iyun aylarında 8527.5 min manatlıq və ya ümumi məhsulun 6.5 faizi qədər sənaye sektorunda, 56423.5 min manatlıq (43.2%) kənd təsərrüfatı sahəsində, 31522.1 min manatlıq (24.1%) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 32835.3 min manatlıq (25.1%) ticarət və xidmət sahəsində, 1048.2 min manatlıq (0.8%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 441.7 min manatlıq (0.3%) informasıya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur
    Sənaye istehsalı 2.2 dəfə, tikinti-quraşdırma işləri 3.9 dəfə, nəqliyyat xidmətləri 37.4 faiz, informasiya və rabitə xidmətləri 6.4 faiz artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

     

     

  • 18Mar
    İqtisadiyyat, Xəbərlər 2021-ci ildə Tərtər rayonunda nəqliyyat sahəsinin əsas yekunları üçün şərhlər bağlıdır

    2021-ci ildə rayonda nəqliyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 1399.7 min manat olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat xidmətinin həcmi 110.6 min manat və ya 8.6 faiz artmışdır.
    2021-ci ildə nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən 329 min ton yük, 4635 min nəfər sərnişin daşınmışdır. Yük dövriyyəsi 56759.2 min ton-km, sərnişin dövriyyəsi 18576 min sərnişin-km olmuşdur. Daşınan yüklərin və sərnişinlərin hamısı avtomobil nəqliyyatı ilə daşınmışdır.
    Nəqliyyat sahəsində göstərilmiş xidmətlərin 1127.3 min manatı və ya 80.5 faizi fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasında göstərilmiş xidmətlərdir.
    2021-ci ildə nəqliyyat müəssisələri tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 182.4 min manat, nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi isə 1127.3 min manat olmuşdur. 2020-ci ilə nisbətən müəssisələr tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 2.2 min manat və ya 1.2 faiz azalmış, nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 31.1 min manat və ya 2.8 faiz artmışdır

  • 18Mar
    İqtisadiyyat 2021-ci ildə Tərtər rayonunda informasiya və rabitə sahəsinin əsas yekunları üçün şərhlər bağlıdır

    2021-ci ildə informasiya və ra-bitə müəssisələri 863.5 min manatlıq xidmət göstərmişdir ki, onun da 842.2 min manatı və ya 97.5 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2020-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16.2 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 4.5 min manatı və ya 0.5 faizi qeyri-dövlət bölməsinin payına düş-müşdür.
    2021-ci ildə əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 133.5 min manat və ya 18.8 faiz artmışdır.
    2021-ci ilin əvvəlindən göstərilən informasiya və rabitə xidmətlərinin 827.1 min manatı və ya 95.8 faizi rabitə xidmətlərinin, 36.4 min manatı və ya 4.2 faizi isə informasiya xidmətlərinin payına düşür. Göstərilən rabitə xidmətlərinin 503.4 min manatı və ya 60.9 faizi internet xidmətlərindən, 147.8 min manatı və ya 17.9 faizi kənd telefon rabitəsindən, 144.8 min manatı və ya 17.5 faizi şəhər telefon rabitəsindən, 29.9 min manatı və ya 3.6 faizi şəhərlərarası və beynəlxalq telefon rabitəsindən, 1.2 min manatı və ya 0.1 faizi isə İP TV xidmətlərindən əldə olunan gəlirdir.

    Tərtər Rayon Statistika İdarəsi

  • 17Mar
    İqtisadiyyat Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var üçün şərhlər bağlıdır

    Son illər qlobal iqlim dəyişiklikləri təhlükəsi dünyanın aparıcı ölkələrinin bərpa olunan enerjiyə daha çox diqqət yetirməsinə səbəb olmuşdur. Yaşıl enerji və yaşıl iqtisadiyyat sahəsində qarşıya qoyulmuş hədəflər, reallaşdırılan layihələr enerji sektoruna mühüm təsir göstərib. Azərbaycan da bərpaolunan enerjiyə keçidlə bağlı çağırışları dəstəkləyir və buna çox böyük önəm verir. Bu istiqamət Azərbaycanın sosial-iqtisadi inkişafının milli prioritetlərinin mühüm tərkib hissəsidir.

    Bərpaolunan enerjiyə keçidlə bağlı qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün ötən həftə ölkəmizdə əlamətdar hadisə baş verdi. Səudiyyə Ərəbistanının ACWA Power şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə Xızı-Abşeron külək stansiyasının təməlqoyma mərasimi keçirildi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz ibn Salman Al Səud iştirak etdi. Prezident İlham Əliyev açılış zamanı çıxış edərək bildirdi ki, bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək.

    Bu, ölkəmizdə bütünlüklə xarici investisiyalar hesabına həyata keçirilən ilk belə layihədir. Layihə Xızı rayonu Sitalçay kəndi və Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində həyata keçiriləcək. Elektrik stansiyası ildə təxminən 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kubmetr qaza qənaət olunacaq, eyni zamanda atmosferə 400 min tondan çox karbon emissiyasının atılmasının qarşısı alınacaq. Daha ətraflı »

  • 15Fev
    İqtisadiyyat Müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunub üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Azərbaycan dinamik inkişaf edən, böyük ölçüdə neft-qaz sektorunun inkişafına istiqamətlənmiş iqtisadiyyata malikdir. Azərbaycan elektrik enerjisinin ixracatçısıdır. Ölkə neft, təbii qaz və elektrik enerjisi ixrac edir. Azərbaycan enerji tələbatını hazırda ölkənin karbohidrogen ehtiyatlarının, daha dəqiq desək, neft və təbii qazın istifadəsindən əhəmiyyətli dərəcədə asılı olan daxili istehsal hesabına ödəyir. Azərbaycanın böyük neft-qaz ehtiyatları olsa da, ənənəvi enerji ehtiyatlarının tükənməz olmadığı sirr deyil.

    Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə digər sahələrdə olduğu kimi, ölkənin enerji təminatının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür, elektrik enerjisi sahəsində infrastrukturun təkmilləşdirilməsi istiqamətində layihələr uğurla icra edilir.

    Bunun sayəsində ölkənin dayanıqlı enerji ilə təchizatına nail olunmaqla yanaşı, ixrac imkanları da genişlənir. Dövlətimizin başçısının “Qobu” Enerji Qovşağının açılışında iştirakı, səsləndirdiyi fikirlər Azərbaycanın uğurlu enerji strategiyası, istehlakçıların elektrik enerjisi ilə dayanıqlı və etibarlı təminatına əminliyi bir daha möhkəmləndirdi.

    Gücü 750 meqavat olan Yaşma yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir. Genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, mütəxəssisləri və fəhlələri iştirak ediblər. Daha ətraflı »

  • 20Dek
    İqtisadiyyat TƏRTƏR RAYONUNDA 2022-ci İLİN MƏHSULU ÜÇÜN 6069 HEKTAR PAYIZLIQ BİTKİLƏR SƏPİLMİŞDİR üçün şərhlər bağlıdır

    Bu günədək Tərtər rayonunda bütün təsərrüfat kateqoriyaları üzrə 10496 hektar sahədə payızlıq şum aparılmışdır. 2022-ci ilin məhsulu üçün 6069 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Onun 2870,5 hektarı payızlıq buğda, 3046,5 hektarı dən üçün payızlıq arpa və 152 hektarı yaşıl yem üçün xəsil arpadır. Payızlıq bitkilərin səpini davam edir.
    Bundan başqa gələn ilin məhsulu üçün 5 hektar sa-hədə baş soğan, 3,5 hektar sahədə sarımsaq, 686 hektar sahədə təzə yonca əkilmişdir.

    Tərtər Rayon
    Statistika İdarəsi

     

     

     

     

  • 10Sen
    İqtisadiyyat Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    TƏRTƏR: MƏĞRUR DAYANAN VƏ İNKİŞAF EDƏN MƏKAN 

    Bu gün mənfur düşmənin hər an atəşkəsi pozmasına müxtəlif təxribatlar
    törətməsinə baxmayaraq, qəhrəman tərtərlilər doğma vətənlərində məğrur dayanmışlar. Rayonda həyat öz axarı ilə davam edir.Tərtər Qarabağ bölgəsinin inkişaf etmiş, bütün sahələrdə yüksək nailiyyətlər əldə etmiş, ilbəil müxtəlif çeşidli məhsulların istehsalında dinamik artıma nail olan rayonlardan biridir. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla söhbət zamanı bildirdi ki, bu günlər bizim hər birimiz sonsuz sevinc içərisindəyik. Ona görə ki, iyun ayının 3-də Respublika Prezidenti cənab İlham Əliyev rayonumuza növbəti dəfə səfər etmiş, Dövlət Rəmzləri Muzeyinin, Olimpiya İdman Kompleksinin, “Azərxalça” ASC-nin Tərtər filialının, 110/35/6 kilovoltluq “Tərtər elektrik yarımstansiya”sının və Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun yenidənqurmadan sonrakı açılışında iştirak et-miş və “Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” və “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamlar vermişdir.
    Daha ətraflı »

  • 20May
    İqtisadiyyat MƏHSUL BURAXILIŞI 30,7 FAİZ ARTIB üçün şərhlər bağlıdır

    Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində cəbhə bölgəsində yerləşən Tərtər rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının dinamik inkişafı təmin edilib.
    Tərtər Rayon Statistika İdarəsinin məlumatına görə 2020-ci ilin birinci rübündə rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 39 milyon 565,7 min olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 30,7 faiz çoxdur. Məhsul və xidmətlərin 55,9 faizi istehsal sahələrinin, 44,1 faizi xidmət sahələrinin payına düşüb.
    2020-ci ilin ilk 3 ayında 1 milyon 802,3 min manatlıq sənaye, 8 milyon 77,6 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 12 milyon 245,7 min manatlıq tikinti-quraşdırma işləri görülüb, 16 milyon 656,2 min manatlıq ticarət və xidmət sahəsində, 596,9 min manatlıq nəqliyyat və anbar təsərrüfatı, 187 min manatlıq informasiya və ra-bitə xidmətləri göstərilib