Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyl
    Milli-mənəvi dəyərlər Bizim uzunömürlülər üçün şərhlər bağlıdır

    Saran Daşdəmir qızı

    Seydimli kəndinin sakini Saran Həsənova 1915-ci ildə Daşkəsən rayonunun Əmirvar kəndində doğulub. Atasının adı Daşdəmir olub. Gənclik illərində o, Qərbi Azərbaycanın Dərələyəz mahalından qaçqın düşmüş, həyat yoldaşını itirmiş və öhdəsində 4 uşağı qalan Seyfəli ilə ailə qurub. Bir müddət Əmirvarda yaşayıblar. Sonra Seyfəli kişinin qardaşları onları özləri məskunlaşdıqları Tərtər rayonunun Seydimli kəndinə çağırıblar. Saran nənənin sonrakı bir əsrlik həyatı bu kənddə, doğmalaşdığı, pis günündə, yaxşı günündə yanında olan insanlar arasında keçib. Dörd övladı var. İkisi dünyasını dəyişib. Ögeylik-doğmalıq bilmədən qalan uşaq-ların hamısını böyüdüb, ev-eşik, ailə sahibi edib.
    Müasirlərimizdən fərqli olaraq Saran nənənin çox gözəl yaddaşı var. Yaşadıqlarını xatırlayaraq deyir:
    – Həyatım asan keçməyib. Çətinliklərlə, faciələrlə üzləşsəm də, yaşamışam, ailəm üçün, övladlarım üçün çalışmışam.
    Bu yaşında da Saran nənə nə həyatından, nə də ətrafdakılardan gileyli deyil. Şükr edə-edə, övladlarını sevə-sevə yaşayır. 26 nəvəsi, 60 nəticəsi, 2 kötücəsi var. Hamısı onun qulluğunda dayanır, keçmişlə bağlı söhbətlərini maraqla dinləyirlər. Daha ətraflı »

  • 20İyn
    Milli-mənəvi dəyərlər Ağsaqqallarımız üçün şərhlər bağlıdır

    ÖMRÜN BARLI-BƏHRƏLİ ÇAĞINDA

    Uzun illər rayon qəzetində işlədiyimə görə, İbrahim Məmmədovu da, onun atası Yolçu Məmmədovu da yaxşı tanıyırdım. Hər ikisi rayonda qabaqcıl kənd təsərrüfatı işçisi olub. Keçmiş M. F. Axundov adına kolxozun adı çəkiləndə, ilk növbədə yada düşən Yolçu Məmmədov olur. Onun briqadası yarış cədvəlində birinci yerdə dayanırdı. Bu nailiyyətlərinə görə “Oktyabr inqilabı”, “Qırmızı Əmək bayrağı” ordenləri, “Lenin yubiley medalı” ilə təltif olunmuş, hətta növbədənkənar minik maşını almışdı.

    Oğul da atadan geri qalmırdı. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində rayonumuzda olarkən, gənc mütəxəssi-sin başçılıq etdiyi təsərrüfatın pambıq tarlalarını gəzib və işini çox bəyənib. Hətta qələbə raportunu nəzərdə tutulandan bir neçə gün əvvəl imzalamağı tövsiyə edib. İbrahim Məmmədov dövlət başçısına verdiyi sözə əməl edib. Məhz Umummilli Lider Heydər Əliyevin dediyi gündə onun başçılıq etdiyi kolxoz dövlətə pambıq satışı barədə tapşırığı yerinə yetirib.
    İbrahim müəllim həmin görüşü belə xatırlayır:
    –Sentyabr ayının əvvəlləriydi. Sahələrdə məhsul bol idi. Heydər Əliyev maşından düşən kimi pambıq yığan qadınların yanına gəldi, hər biri ilə mehribancasına görüşdü. Belə böyük bir insanın bu qədər sadə və səmimi olmasına hamımız heyranlıqla tamaşa edirdik.
    “Həmin görüş mənim həyatımda böyük rol oynadı,”– deyir İbrahim müəllim. “Ulu Öndərimiz ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Bərdədə keçirilən müşavirədə yenidən o dahi şəxsiyyəti görüb dinləmək nəsibim oldu. Həmişə düşünürəm ki, nə yaxşı ki, Tanrı xalqımıza belə bir lider qismət etdi. Onun titanik fəaliyyəti nəticəsində ikinci dəfə itirə biləcəyimiz müstəqilliyimiz əbədi oldu”,– deyə ağsaqqal sözünə davam etdi. Daha ətraflı »

  • 07İyn
    Milli-mənəvi dəyərlər AİLƏDƏ HÜZUR VARSA, HƏYAT XOŞBƏXT, ÖMÜR UZUN OLACAQ üçün şərhlər bağlıdır

    Tərtər üzrə boşanmalarla bağlı statistika həyəcan təbili çalmağa məcbur edir. Rayonda boşanmaların sayı evlənənlərin sayını üstələyir. Bu isə o deməkdir ki, hər ay yarımçıq ailələrdə böyüyən, ata, yaxud ana nəvazişindən məhrum olan uşaqların sayı artır.
    Bunlar niyə baş verir? Ömürlərinin sonuna kimi birgə yaşamağa bəzi cavanlara mane olan nədir?
    Suallarımıza cavab tapmaq üçün ömrün ahıl çağını hüzur, xoşbəxtlik içində keçirən bir ailənin qonağı olduq və onların ömür yoluna, həyat tərzinə qısaca bir nəzər saldıq.
    Xəlil Həsənov 1938-ci ildə Hacıqərvənd kəndində doğulub. Həyat yoldaşı Əzimə Həsənova da elə bu kənddə 1950-ci ildə anadan olub. 1971-ci ildə ailə qurublar. 5 oğul, 2 qız, 19 nəvə, 5 nəticə sahibidirlər. 53 ildir ki, bu həyatda sözün əsl məna-sında qoşa addımlayırlar. Həyətdə-bacada, xeyirdə-şərdə, bazarlıq edəndə hamı onları bir yerdə görməyə adət edib.
    Bu gün Xəlil kişinin də, onun ömür-gün yoldaşının da üzündə elə bir nur var ki, buna yalnız yaxşı mənada həsəd aparmaq olar. Daha ətraflı »

  • 27May
    Milli-mənəvi dəyərlər TƏRTƏRDƏ JURNALİSTİKA RÜZGARI üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzetinin 90 illik yubiley tədbiri ilə bağlı qeydlər

    Tərtər rayonu Zaqataladan yetəri qədər uzaqda yerləşir. Lakin bu uzaqlıq “Yeni Tərtər” qəzetinin dəvətini qəbul edib, qəzetin 90 illik yubileyində iştirakımıza əngəl ola bilməzdi. O gün həm də hava bir az yağışlı idi. Olsun, dedik, may ayının yağışı təbiətə bir az da təravət verir, gözəl Azərbaycanımızın gözəlliklərini bir daha seyr etmək imkanı qazanmış olarıq, deyərək yola çıxdıq. Nə yaxşı da etdik, bu səfər zamanı nəinki yol boyu seyr etdiyimiz gözəlliklərdən zövq aldıq, ən əsası rayon qəzetlərinin belə ağrılı vaxtında, qayğıdan uzaq düşdüyü, yaşamaq üçün son gücü və imkanları ilə mübarizə apardığı, işini tam dayandırmaq məcburiyyətini yaşadığı bir vaxtda Tərtərdə başqa bir mənzərə ilə qarşılaşdıq və bundan böyük zövq aldıq. Sən demə, Tərtərdə “Yeni Tərtər” qəzeti elə bir qayğı ilə əhatə olunub ki, buna ancaq həsəd aparmaq olar.

     

     

     

     

     

     

    “Yeni Tərtər” rayon icra hakimiyyətinin təsisçiliyindən çıxıb, Media İnkişaf Agentliyindən reyestrdən keçərək müstəqil qəzet kimi fəaliyyət göstərir. Lakin burada İcra Hakimiyyəti ilə o qədər gözəl münasibətlər qurulub ki, bunu sözlə ifadə etmək çox çətindir. Hər ikisinin məqsədi, məramı birdir – Tərtərin dirçəlməsinə, çiçəklənməsinə xidmət etmək, tərtərlilərin həyatını günü-gündən yaxşılaşdırmaq. Müharibə Tərtərə o qədər ziyan vurmuşdu ki, bu dağıntının aradan qaldırılması, erməni vəhşiliyinin izlərini həm görüntü olaraq, həm də mənən təmizləmək üçün Tərtərdə bü-tün qurumların vahid işbirliyi təmin edilmişdi. Bu birlikdə mətbuat işçiləri ilə əlaqə, onların işləməsi üçün şəraitin yaradılması da əsas fəaliyyət istiqamətlərindən biri kimi götürülmüşdü. “Yeni Tərtər” qəzeti mütəmadi olaraq ayda 3 dəfə çıxır, qəzetin saytı demək olar ki, hər gün yenilənir. Bütün bunları görmək tədbirdə iştirak edən rayon qəzetlərinin redaktorları üçün həqiqətən çox xoş idi. Daha ətraflı »

  • 20May
    Milli-mənəvi dəyərlər Tərtərdə jurnalistika rüzgarı üçün şərhlər bağlıdır

    “YENİ TƏRTƏR” QƏZETİNİN 90 İLLİK YUBİLEY TƏDBİRİ İLƏ BAĞLI QEYDLƏR

     

     

     

     

     

     

    Tərtər rayonu Zaqataladan yetəri qədər uzaqda yerləşir. Lakin bu uzaqlıq “Yeni Tərtər” qəzetinin dəvətini qəbul edib, qəzetin 90  illik yubileyində iştirakımıza əngəl ola bilməzdi. O gün həm də hava bir az yağışlı idi. Olsun, dedik, may ayının yağışı təbiətə bir az da təravət verir, gözəl Azərbaycanımızın gözəlliklərini bir daha seyr etmək imkanı qazanmış olarıq, deyərək yola çıxdıq. Nə yaxşı da etdik, bu səfər zamanı nəinki yol boyu seyr etdiyimiz gözəlliklərdən zövq aldıq, ən əsası rayon qəzetlərinin belə ağrılı vaxtında, qayğıdan uzaq düşdüyü, yaşamaq üçün son gücü və imkanları ilə mübarizə apardığı, işini tam dayandırmaq məcburiyyətini yaşadığı bir vaxtda Tərtərdə başqa bir mənzərə ilə qarşılaşdıq və bundan böyük zövq aldıq. Sən demə, Tərtərdə “Yeni Tərtər” qəzeti elə bir qayğı ilə əhatə olunub ki, buna ancaq həsəd aparmaq olar.

    “Yeni Tərtər” rayon icra hakimiyyətinin təsisçiliyindən çıxıb, Media İnkişaf Agentliyindən  reyestrdən keçərək müstəqil qəzet kimi fəaliyyət göstərir. Lakin burada İcra Hakimiyyəti ilə o qədər gözəl münasibətlər qurulub ki, bunu sözlə ifadə etmək çox çətindir. Hər ikisinin məqsədi, məramı birdir – Tərtərin dirçəlməsinə, çiçəklənməsinə xidmət etmək, tərtərlilərin həyatını günü-gündən yaxşılaşdırmaq. Müharibə Tərtərə o qədər ziyan vurmuşdu ki, bu dağıntının aradan qaldırılması, erməni vəhşiliyinin izlərini həm görüntü olaraq, həm də mənən təmizləmək üçün Tərtərdə bütün qurumların vahid işbirliyi təmin edilmişdi. Bu birlikdə mətbuat işçiləri ilə əlaqə, onların işləməsi üçün şəraitin yaradılması da əsas fəaliyyət istiqamətlərindən biri kimi götürülmüşdü. “Yeni Tərtər” qəzeti mütəmadi olaraq ayda 3 dəfə çıxır, qəzetin saytı demək olar ki, hər gün yenilənir. Bütün bunları görmək tədbirdə iştirak edən rayon qəzetlərinin redaktorları üçün həqiqətən çox xoş idi. Daha ətraflı »

  • 17May
    Milli-mənəvi dəyərlər MULTİKULTURAL DƏYƏRLƏRİMİZ üçün şərhlər bağlıdır

    BİR AİLƏ KİMİ YAŞAYIRIQ

    Azərbaycan çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan ölkədir. Burada əsrlər boyu ruslar, ukraynalılar, beloruslar, yəhudilər və digər millətlərin nümayəndələri azərbaycanlılarla birlikdə qardaşlıq mühitində yaşayırlar. Bunun bariz nümunəsi bizim Mozqovoylar ailəsidir.
    Babam Jakov Mozqovoy bir əsr əvvəl ailəsilə birlikdə Rusiyadan Tərtərin Zolgörən kəndinə köçüb, burada məskunlaşmışdı. Sonralar o, Tərtər şəhərinin özündə ev almış və uzun illər şəhərin yeganə fotoqrafı kimi işləmişdi. Babam öz peşəsini oğlu Viktora öyrətmişdi. Köhnə tərtərlilər atamı həm də o zamankı “Qızıl Bayraq” qəzetinin fotomüxbiri kimi xatırlayırlar. Həmin dövrdə rayonumuzun kəndlərində və şəhərin özündə onun tərəfindən çəkilmiş yüzlərlə əmək qabaçılının şəkilləri rayon qəzetinin səhifələrin-də dərc olunub.
    Ailəmiz həmişə ətrafdakılardan isti və mehriban münasibət görüb. Azərbaycan doğma vətənimizdir. Dünyanın müxtəlif nöqtələrində müharibə ocaqları, dini və milli ayrıseçkilik alovlandığı bir dövrdə, ölkəmizdəki tolerantlıq mühitinin, multikultural dəyərlərin qorunması təqdirəlayiqdir. Bu, Ulu Öndərin layiqli davamçısı, möhtərən Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu, hamımızın sevimlisi Mehriban xanım Əliyevanın ayrı-ayrı xalqların nümayəndələrinə göstərdiyi humanist münasibətdən irəli gəlir. Daha ətraflı »

  • 08May
    Milli-mənəvi dəyərlər ONUN HƏYAT ROMANI üçün şərhlər bağlıdır

    (Qədir Allahverdiyev)

    Qədir Hüsü oğlu Allahverdiyev (Qədir Tərtərli) o insanlardandır ki, belələri haqqında deyirlər:”o, həyata yazıb-yaratmaq üçün gəlmişdir.” Bu arzu gənclik illərində onu o zamankı ADU-nun, indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə gətirmiş, burada həmin dövrün dəyərli ziyalılarından dərs almış, çoxları ilə tələbə yoldaşı olmuş və bu yoldaşlıq ömürlük davam etmişdir.
    Universiteti bitirdikdən sonra savadı, bədii yaradıcılığa böyük həvəsi olan gənc jurnalistə Bakıda iş təklif etsələr də, 5 il gözünü yola dikib oğlunun yolunu gözləyən anasının arzusu ilə o, yenidən Tərtərə, doğma Əskipara kəndinə qayıdır.
    1958-ci ildə o zaman Tərtərdə raykom katibi işləyən Nadir Rüstəmov Qədir müəllimi “Qızıl Bayraq” qəzetinə işə göndərir. Beləliklə də ilk dəfə olaraq ali təhsilli jurnalist redaksiyamızda fəaliyyətə başlayır.
    Qəzetimizin 90 illik yubileyi qarşısında Qədir müəllimin qonağı olduq. Qəzetimizlə bağlı xatirələrini dinlədik.
    “Mənim həyat romanım” kitabından: ” Aradan çox keçməmiş qəzet simasını büst-bütün dəyişdi. Əvvəllər rast gəlinən nöqsan və çatışmazlıqlar aradan qaldırıldı. Hər nömrədə verilən oxunaqlı yazılar, oçerk, felyeton, eləcə də digər satirik və yumoristik məqalələr oxucuların böyük marağına səbəb oldu. Daha ətraflı »

  • 28Mar
    Milli-mənəvi dəyərlər TARİXİMİZDƏN üçün şərhlər bağlıdır

    Talış kəndi

    Azərbaycanda XVIII əsrin 40-cı illərində Qarabağda 5 məliklik – Vərəndə, Dizaq, Gülüstan(Talış), Xaçın və Cəraberd məliklikləri var idi. Bu məlikliklər Qarabağ xanlığının xanına tabe idilər.
    Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin (Talış məlikliyinin) mərkəzi olub. Tarixdən bildiyimiz 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsi toponomik cəhətdən sözügedən məlikliyin adından götürülmüşdür.
    Gülüstan məlikliyi (Talış məlikliyi) – mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar Gülüstan qalası olan məliklik Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonra isə Qarabağ xanlığının tərkibində olub. 1813-cü ildə xanlıqla birlikdə Rusiyaya ilhaq olunub. Bəzi mənbələrdə Talış mahalı, Talış məlikliyi kimi də adlanır. Məlikləri Məlik Usub olub. Əsilləri Şirvandan gəlmədir. Qarabağın tarixə adlarını “Xəmsə məlikləri” kimi yazdırmış beş məliklikdən biri Gülüstan Məlikliyi (Talış məlikliyi) olmuşdur ki, digər dörd məlikliyin əsasını qoyan şəxslər kimi bu məlikliyin də əsasını Səfəvi ordusunda yüzbaşılıq edən, Şah Abbassın Osmanlılara qarşı apardığı müharibələrdə fərqlənən bir şəxs olmuşdur. Müsəlman türkləri arasında “Qara Yüzbaşı”, xristian türkləri, yəni albanlar arasında isə “Qara Abov” adı ilə məşhur olan bu adam əslən Qəbələ yaxınlığındakı Nic kəndindən idi və milliyyətcə udin idi. Yəni digərləri kimi alban-qıpçaq soyuna mənsub deyildi.
    1822-ci ildən sonra kəndin adı Talış kəndi adlandırılmışdır. Daha ətraflı »

  • 12Mar
    Milli-mənəvi dəyərlər Ramazan ayı başlandı üçün şərhlər bağlıdır

    Rəbbimiz bütün oruc və ibadətlərimizi qəbul eləsin!

    Bismilləhir Rahmənir Rahim!
    Mehriban və Bağışlayan Allahın adı ilə!
    “Ey iman gətirənlər! Oruc tutmaq Sizdən əvvəlki ümmətlərə vacib buyrulduğu kimi, Sizə də vacib edildi. Bəlkə Allahdan qorxasınız deyə”. Bəqərə surəsi, ayə 183
    Nəfslərə aramlıq, könüllərə rəhmət aşılayan, bədənlərə sağlamlıq vəsiləsi olan əzəmətli bir ayın başlanğıcındayıq. Bəli, bu, on bir ayın sultanı olan, insanların böyük cihadının carçısı sayılan Ramazan ayıdır. Hədislərdə gəlib ki, ağır bir döyüşdən qayıdan müsəlmanları Hz. Peyğəmbərimiz (s) belə salamlayır: “Kiçik cihaddan gələnlərə salam olsun”. Deyirlər, Ya Rəsulallah (s), çox ağır çarpışma oldu, əksəriyyətimiz yaralanıb. Peyğəmbərimizin onlara cavabı belə olur ki, ox atmağa, qılınc tutmağa nə var ki? Ən böyük cihad insanın öz nəfsinə, öz tamahına sahib çıxmasıdır! Bəli, həqiqətən də ramazanı digər aylardan fərqli edən də məhz elə bu keyfiyyətidir. Quran və hədislərə rəğmən bu ay çox hikməti özündə cəm edib. Bu ayda müsəlmanlar Allahın razılığını əldə etmək üçün sübh azanından xeyli əvvəl oyanıb oruc olmağa hazırlaşarlar. Daha ətraflı »

  • 05Fev
    Milli-mənəvi dəyərlər JURNALISTIN YOL QEYDLƏRI üçün şərhlər bağlıdır

    “Güllər daşır, daşlar gülür Qarabağda”

    Çoxdan idi ki, səhər tezdən bir yerə səfər etmirdim. Buna görə də Medianın İnkişafı Agentliyinin təşkil etdiyi Şuşa səfərinə sevindim. Səhərin sazağı, alatoranlıq heç vəchlə xoş ovqatımıza mane olmurdu. Ona görə ki, arzu qanadlarında, doğma Qarabağımızın tac şəhərinə yol alacaqdıq. Bir azdan qış günəşi çıxacaq, qırmızı şəfəqləri yolumuzu işıqlandıracaqdı. Zəngin mədəniyyət beşiyimiz olan Zəfər şəhərini ziyarət etmək, bulaqlarından su içmək, hər qarış torpağına müqəddəs şəhidlərimizin ruhu hopmuş müstəqil Azərbaycan Respublikasının alınmaz qalasını görmək çoxdankı arzum idi. Düzdür, düz 40 il əvvəl anamla Şuşaya yaxın yerə – Ağdamın Şahbulağına, qardaşım Ənvərin yanına gedəndə bunu arzulamışdım, amma gedə bilməmişdim. İndi gedirəm. Bakı, Gəncə və Lənkəran şəhərlərindən jurnalistləri Şuşaya aparmaq üçün 3 avtobus yola düşmüşdü. Dan yeri söküləndən sonra Füzuli rayonunun Qaraxanbəyli kəndinə çatdıq. Bu, həmin Qaraxanbəylidir ki, işğal dövründə “keçilməz” Ohanyan səddi və neytral zona burada yerləşirdi. Təsəvvür edin ki, Azərbaycan torpağında düşmən səddi… Düşdük, baxdıq. Televiziya ekranlarından gördüyümüz dağıdılmış kəndlər, viranə evlər də elə buradan başlanır. Bir az qabaqda, yolun sağında qəbiristanlıqdakı məzarlara qırmızı lentlər bağlanmışdı. Yəni ki, sakinlər doğmalarının məzarlarını ziyarət ediblər. Bundan qabaqkı Alxanbəyli kəndindəki postda polislər sənədlərimizi yoxlayıb, bizim Şuşa səmtinə getməyimizə xoş niyyət göstərdilər. Qrupumuzun rəhbəri, MEDİA nümayəndəsi Elşən Ağayev bu yerlərdə bir neçə dəfə olduğundan Qarabağın qədim tarixi, yaşayış məskənləri, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş yerlər haqqında məlumatlar verir, suallarımızı cavablandırırdı. Elşən müəllim Qaraxanbəylinin Füzulinin işğaldan azad edilmiş ilk kəndlərindən olduğunu, ermənilərin Ohanyan səddinin müzəffər ordumuzun gücüylə qısa müddətə dağıdıldığını xatırlatdı. Dedi ki, strateji və sosial obyektləri, qəbiristanlıqlar, daşı daş üstə qalmamış binaları, yolu, cığırları belə tanımaq olmur. Düşmən ağlasığmaz vandallığı ilə “Qafqazın Xirosiması” adlı acınacaqlı bir tablo yaradıb. Füzuliyə çatanda ürəyimiz bir qədər toxdadı. Şəhər müasir standartlara uyğun şəkildə bərpa olunur. İrəlilədikcə abad yolları görürdük. Yolun hər iki tərəfində quruculuq işləri gedir, ucu-bucağı görünməyən torpaqlarda müasir traktorlar işləyir, taxıl əkilirdi. Adamın sevincdən köksü qabarırdı… Daha ətraflı »